Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-32/2023 08.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Eynallı qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “VAZ-21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Köçəsgər-Ağstafa yolunun Eynallı kəndinin ərazisindən keçən hissəsində, Ağstafa şəhəri istiqamətdə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni sürücü nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirməməli, yolda olan qadağanedici yol nişanlarının tələblərinə əməl etməli olduğu halda, kifayət qədər əsas olmadan hadisənin qarşısını alacağını güman edib cinayətkarcasına özünə güvənərək idarə etdiyi avtomobillə saatda 80 km surətlə hərəkətini davam etdirmiş, bu zaman yolu sağdan sola keçmək istəyən piyada X8 avtomobillə vuraraq ona travmatik-hemorragik şokla müşayət olunan çanaq, sağ bud və hər iki baldır sümüklərinin çoxsaylı sınıqları, baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, sağ bazu, sağ kürək, hər iki bud çanaq oynağı, hər iki qasıq, sol diz oynağı, sol bud, hər iki baldır, hər iki aşıq-baldır oynağı nahiyələrinin iri ölçülü hematomaları, alın, burun, sağ dirsək oynağı nahiyələrinin əzilmişcırılmış yaraları, sağ budun və sol baldırın cırılmış yaraları, alın, sağ alın-almacıq birləşməsi, sol diz oynağı nahiyələrinin, döş qəfəsinin ön və sağ-yan səthlərinin sıyrıqları xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirərək travmatik-hemorragik şokdan ölməsinə, yəni yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və ehtiyyatsızlıqdan bir nəfərin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qəsdən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Eynallı kəndində yaşayır. VAZ-21063 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobil arvadı X6 adına sənədləşdirilmişdir. Sürücülük hüququ var. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur. 30 oktyabr 2022-ci il tarixdə axşam evdə olan vaxt Ağstafa rayonunun Köçəsgər kəndindən xəngəl almaq qərarına gəlmiş, qeyd olunan VAZ-21063 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Köçəsgər kəndinə gedərək oradan xəngəli alıb kəndə qayıdarkən, həmin gün, saat 19 radələrində Eynallı kəndinin içərisində yolu sağ tərəfindən sola doğru keçmək istəyən piyada, sonradan adını bildiyi Rasim Məmmədov qəfilən yoluna çıxmış, tormoz etsə də avtomobili saxlaya bilməmiş və avtomobilin qabaq tərəfi ilə Rasimi vurmuş, qorxduğu üçün avtomobili saxlamamış və qaçıb hadisə yerindən uzaqlaşmış, ara yollarla Qırılı kəndinə, qayınatası Raqifin evinə getmiş, qayınanası və qayınatasına Eynallı kəndində adam vurmasını demiş, həmin gün, saat 21 radələrində peşman olaraq, həmçinin qaçmağının bir əhəmiyyət kəsb etməyəcəyini fikirləşib könüllü Ağstafa rayon polis şöbəsinə gedərək baş verənləri etiraf eləmişdir. Hadisə baş verən vaxt avtomobilini saatda 80 km surətlə idarə etmiş, piyadanın yola çıxmasını 30-35 metr məsafədən görmüş və piyadanı öz yolunda vurmuşdur. Qorxduğu və həyacanlı olduğu üçün hadisə yerindən qaçmışdır, hadisə baş verən vaxt spirtli içki içməmiş, ayıq olmuşdur. Törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmiş, mərhumun ailə üzvlərinə yardım göstərmiş, zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışmışdır, məhkəmədən ona yüngül cəza təyin xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Şəxsi həyətlərdə işləyib ailəsini dolandırır. X3 əridir. 30 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Şəmkir rayonundan işləməkdən gələndə Ağstafa rayonu Eynallı kəndində yolda polis əməkdaşlarının dayandığını görmüş, evə çatanda ona məlum olmuşdur ki, əri Rasimi Eynallı kəndində naməlum avtomobil vurub hadisə yerindən qaçmışdır. Rasim Ağstafa rayon mərkəzi xəstaxanasında olduğu üçün təcili olaraq xəstaxanaya gəlmişdir. Xəstaxanada ona məlum olmuşdur ki, Rasim ayaqlarından və başından xəsarət almışdır. Rasim həmin vaxt danışa bilməmiş və koma vəziyyətində olmuşdur. Sonradan bilmişdir ki, Rasimi vurub qaçan şəxs Təqsirləndirilən şəxsdir. Rasimi müalicəsini davam etdirmək məqsədi ilə Qazax rayon diaqnostika mərkəzinə aparsalar da əri orada ayılmamış, 04 noyabr 2022-ci il tarixdə onu təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə xəstaxanaya aparanda xəstaxanaya çatmamış ölmüşdür. Rasim 30 oktyabr 2022-ci il tarixdə Ağstafa rayonu Köçəsgər kəndində toy məclisində iştirak edib evə qayıdan vaxt avtomobil onu Ağstafa rayonu Eynallı kəndində, Köçəsgər-Ağstafa yolunda vurmuşdur. Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona maddi-mənəvi köməklik göstərmiş, hər cür dəstək vermişdir, həmçinin gələcəkdə də ona və 3 qızına kömək gösətərəcəkdir, o, Elmarla barışmışdır, ondan şikayət və tələbi yoxdur, odur ki, təqsirləndirilən şəxsə yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində verərək göstərdi ki, Təqsirləndirilən şəxs kürəkəni- qızı Turanın əridir. X1 əvvəllər tanımamışdır. 30 oktyabr 2022-ci il tarixdə axşam saatlarında əri Raqiflə birlikdə yaşadığı evdə olan zaman kürəkəni Elmar idarə etdiyi VAZ-21063 markalı avtomobillə onlara gəlmiş və həmin vaxtı çox həyəcanlı olmuş, ondan nə baş verdiyini soruşduqda xəngəl alıb evlərinə gedən vaxt yolda tanımadığı şəxsi vurduğunu, qorxduğu üçün hadisə yerində dayanmadığını və qaçdığını demişdir. Onlar Elmara məsləhət görmüşlər ki, gedib polisə təslim olsun. Elmar da onlardan çıxıb Ağstafa rayon polis şöbəsinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X13 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, Ağstafa RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. Ağtafa rayonu Eynallı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində xidməti işlə əlaqədar Ağstafa rayonunun Köçəsgər kəndindən Ağstafa şəhərinə xidməti avtomobili ilə qayıdan vaxt rayonunun Eynallı kəndi ərazisində, Köçəsgər Ağstafa yolunun sağ tərəfində bir nəfər şəxsin yıxılı vəziyyətdə olduğunu görüb avtomobilini saxlamış və ona məlum olmuşdur ki, həmin yerdə naməlm avtomobil piyada Rasim adlı şəxsi vurub hadisə yerindən qaçmışdır. O, daxili əlaqə vasitəsi ilə polis şöbəsində müvafiq əməkdaşlara göstəriş verib təcili tibbi yardımı hadisə yerinə çağırmışdır. Həmin gün, saat 21 radələrində ona polis şöbəsindən məlumat verilmişdir ki, hadisəni törətmiş VAZ-21063 markalı ** BG *** qeydiyyat nişanlı avtomobilin sürücüsü, Ağtafa rayonu Eynallı kənd sakini Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək əməlini etiraf etmişdir. X2 yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən Bakı şəhərinə xəstəxaya aparılarkən yolda ölmüşdür. İş materiallarında olan alkotesterdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan AE 318105 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına Tovuz RQİ TBŞ tərəfindən xx.xx.2015-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, VAZ-21063 markalı ** BG *** qeydiyyat nişanlı avtomobili X11 məxsusdur və sonuncu həmin avtomobili idarə etməyə dair Təqsirləndirilən şəxs etibarnamə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 96/MEŞ №-li rəyinə əsasən X7 bədənində müəyyən edilmiş xəsarətlər – travmatik-hemorragik şokla müşayət olunan çanaq, sağ bud və hər iki baldır sümüklərinin çoxsaylı sınıqları, baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, sağ bazu, sağ kürək, hər iki bud çanaq oynağı, hər iki qasıq, sol diz oynağı, sol bud, hər iki baldır, hər iki aşıq-baldır oynağı nahiyələrinin iri ölçülü hematomaları, alın, burun, sağ dirsək oynağı nahiyələrinin əzilmişcırılmış yaraları, sağ budun və sol baldırın cırılmış yaraları, alın, sağ alın-almacıq birləşməsi, sol diz oynağı nahiyələrinin, döş qəfəsinin ön və sağ-yan səthlərinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişdir, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, yolnəqliyyat hadisəsi zamanı avtomobilin vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 96/MEŞ №-li rəyinə əsasən Rasim Məmmədovun ölümünün bilavasitə səbəbi çanaq, sağ bud və hər iki baldır sümüklərinin çoxsaylı sınıqları nəticəsində inkişaf edn travmatik-hemorragik şok olmuşdur. R.Məmmədovun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 22:30-da) təxminən 2-4 saat əvvvəl baş vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 8/3486 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ-21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.S.Kabıyerin hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Köçəsgər-Ağstafa avtomobil yolunun Eynallı kəndinin ərazisindən keçən hissəsində baş vermişdir. Yolun hərəkət hissəsi düz olmaqla quru və asfaltbetondur. Yol örtüyünün eni 8 metr, hərəkət zolaqının eni 4 metrdir. Yolda hərəkət məhdudiyyəti 60 km/saat müəyyən edilmişdir. Yolun hər iki tərəfində 2.5 metr enində ehtiyyat hissələr vardır. Piyada yolun sağ tərəfindən mərkəzə tərəf 4 metr məsafədə vurulmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Tunar Kabıyev və xx.xx.2012-ci il təvəllüdlü Nəzakət Kabıyeva adlı iki azyaşlı uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan “VAZ-21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmasıüçün sahibi X9 təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirliliyi özünün etiafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyiləri və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetirü. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli isintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə düzgün tövsif olunmuş və o, qeyd edilən maddələrlə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində qanunla müəyyən olunmuş qaydada cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, səmimi peşman olaraq törətdiyi əməlləri etiraf etməsini, könüllü istintaq orqanına təslim olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsinin müzakirə edib, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasnı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsmalı, iş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibi X9 təhvil verilmiş “VAZ-21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Turan Kabıyevanın istifadəsində saxlanılmalı, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1, 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə, o, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanılması üçün sahibi X9 təhvil verilmiş “VAZ- 21063” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Turan Kabıyevanın istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gündən sonra qanuni qüvvəyə minir, ondan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-32/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-32/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver