Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-33/2023 22.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, cəzasını çəkib qutarmamış, Ağstafa rayonu Kolayır kəndində qeydiyyatda olmaqla Ağstafa şəhəri, Qaçaq Kərəm küçəsi, ev 8-də yaşayan, barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 0,910 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 11:50-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri Qaçaq Kərəm küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq saat 11:55-də Ağstafa RPŞ-nə gətirilmiş, Ağstafa RPŞ-nin inzibati binasında həmin gün saat 12:40-dan 12:49-dək şəxsi axtarışı zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızının içərisində təmiz çəkisi 0,910 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu Kolayır kəndində qeydiyyatda olmaqla Ağstafa şəhəri, Qaçaq Kərəm küçəsi, ev 8də yaşayır, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşguldur. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində yaşadığı evdən çıxıb Ağstafa şəhərindəki Mərkəzi bazara getmiş, bazarda bir qədər gəzişdikdən sonra oradan çıxıb evinə qayıdarkən bazarın yaxınlığında, küçədə yerdə gümüşü rəngli siqaret kağızına bükülü əşya olduğunu görüb onu götürmüş, açdıqda içərtisində heroin olduğunu görüb əynindəki idman şalvarının cibinə qoyaraq istifadə etmək üçün yaşadığı evə gedən zaman evinin yaxınlığınmda polis əməkdaşları ona yaxınlaşmış, üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğuna görə onlarla birlikdə Ağstafa RPŞ-nə getməyini bildirmişilər. O, polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nə getmişdir. Ağstafa RPŞ-nin inzibati binasında vəkili Mehti Hüseynovun işitirakı ilə videoçəkilişlə üzərinə şəxsi axrarış keçirilmiş, əvvəlcə ona üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü təqdim etməsi təklif edimiş, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində olan heroini polis əməkdaşlarına təqdim edərək heroin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Ağstafa şəhərindəki Mərkəzi bazarının yaxınlığında küçədə piyada gəzdiyi zaman yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2020-cu ildən DİO-da işləyir, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Ağstafa rayon polis şöbəsində olarkən şöbə rəhbərliyindən ona bildirmişlər ki, əməliyyat tədbiri keçiriləcək, o, da həmin tədbirdə iştirak edəcək. Həmin vaxt məlum olmuşdur ki, Ağstafa şəhəri Qaçaq Kərəm küçəsi ev 8-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirir, onun ətrafında əməliyyat-axtarış tədbirləri keçiriləcək. Təqsirləndirilən şəxs Ağstafa şəhəri Qaçaq Kərəm küçəsində yaşadığı evin yaxınlığında olduğu barədə məlumat alıb əməliyyat qrupunun üzvləri ilə ora getmişlər. Həmin gün, saat 11:50-də Ağstafa şəhəri Qaçaq Kərəm küçəsində, evinin yaxınlığında tək piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Ağstafa RPŞ-nə dəvət etmişlər, Famil də razılaşmışdır, saat 11:55-də Famil Ağstafa rayon polis şöbəsinə gətirilmiş, orada vəkil Mehti Hüseynovun iştirakı ilə RPŞ-nin inzibati binasında videoçəkilişlə təhqiqatçı Elvin Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim edərək heroin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Ağstafa şəhərindəki Mərkəzi bazarın yaxınlığında küçədə piyada hərəkət edən zaman yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs başqa hansısa qanusuz əşya aşkar edilməmiş, bu barədə protokol tərtib olunmuş, orada içtirak edənlər protokolu imzalamışdırlar. Təqsirləndirilən şəxs şəxsi axtarışı həmin gün saat 12:40-da başlamış, saat 12:49-da bitmişdir . Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadələr verib onun göstəridiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Vüsal Vüqaroğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı Elvin Abdullayev tərəfindən həmin gün saat 12:40-dan saat 12:49-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən onun təqdim etdiyi 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızının içərisində tünd qəhvəyi rəngli kağız bükümü ilə birlikdə ümumi çəkisi 1,13 qram təşkil edən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1249 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs» yazı və imzalar olan kağız paketdə 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,910 qram olan, maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (0,910 qram heroindən 0,06 qramı ekspertiza tədiqatına sərf edilmiş, 0,850 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2022-ci il tarixli 1807 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(015)-77/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsili bilinib qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağstafa Rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş 22 iyun 2023-cü il tarixli məktubdan görünür ki, həmin günə Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(015)-77/2021 saylı hökmü ilə üzərində saxlanılmış 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 05 ay 28 günü çəkilməmiş qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki hökmə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi cəzanın məqsədinə nail olunmasnı təmin etmir. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edimiş azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(015)-77/2021 saylı hökmü ilə onun üzərində saxlanılmış 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 28 günlük hissəsi ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən qismən birləşdirilməli, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilən qəti cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,850 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edimiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, onun Ağstafa Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 1(015)-77/2021 saylı hökmü ilə üzərində saxlanılmış 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) günlük hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesabı ilə hesablanmaqla qismən birləşdirilsin, o, qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəsası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,850 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-33/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-33/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver