Məhkəmə qərarları › İş №1(015)-34/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-34/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-34/2024 18.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2, Müdafiəçi2 və Müdafiəçi1 X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Pakistan İslam Respublikasının Şeykipura şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Şeykipura şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair, xx.xx.2000-ci il tarixdə Hindistan Respublikasının Pəncab şəhərində anadan olmuş, Hindistan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Hindistan Respublikasının Pəncab şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ahmed X2 getmək üçün vizası olmaması səbəbindən həmin dövlətə qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyindən, orada işləmək üçün şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla Gürcüstana getmək məqsədi ilə, şəxsiyyəti istintaqa İsgəndər adlı Pakistan İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin və qeyrilərinin cinayətin törədilməsinə məsləhətlər, göstərişlər və məlumatlar verərək köməklik göstərəcəkləri barədə qabaqcadan etdikləri vədə əsasən, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçməli olduqları yerin koordinatını müəyyən edib, mobil telefonun internet şəbəkəsindən istifadə etməklə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə onların qanunsuz keçməli olduqları məkanın koordinatını göndərmələrindən istifadə edərək, 26 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının 27-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa, X7 26 oktyabr 2022-ci il tarixdə dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçdiyindən və Azərbaycan Respublikasının dövlət sərhədindən qanuni yolla gələ bilmədiyindən işləmək üçün Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə, şəxsiyyəti istintaqa İsgəndər adlı Pakistan İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin və qeyrilərinin cinayətin törədilməsinə məsləhətlər, göstərişlər və məlumatlar verərək köməklik göstərəcəkləri barədə qabaqcadan etdikləri vədə əsasən, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına keçməli olduqları yerin koordinatını müəyyən edib, mobil telefonun internet şəbəkəsindən istifadə etməklə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə onların qanunsuz keçməli olduqları məkanın koordinatını göndərmələrindən istifadə edərək, 05 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının 27-ci sahəsindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişlər. Təqsirləndirilən şəxs2 pasportunun olmaması səbəbindən Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada keçə bilmədiyindən, işləmək üçün Pakistan İslam Respublikası vətəndaşı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə, şəxsiyyəti istintaqa İsgəndər adlı Pakistan İslam Respublikası vətəndaşı kimi məlum olan şəxsin və qeyrilərinin cinayətin törədilməsinə məsləhətlər, göstərişlər və məlumatlar verərək köməklik göstərəcəkləri barədə qabaqcadan etdikləri vədə əsasən, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına keçməli olduqları yerin koordinatını müəyyən edib, mobil telefonun internet şəbəkəsindən istifadə etməklə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə onların qanunsuz keçməli olduqları məkanın koordinatını göndərmələrindən istifadə edərək, 05 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində X7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının 27-ci sahəsindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona Azərbaycan Respublikası CМ-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Pakistan İslam Respublikası vətəndaşıdır. Pakistanda özünə iş tapmaqda çətinlik çəkdiyindən Avropa ölkələrinə getmək qərarına gəlmişdir. Bunun üçün o, ilk öncə 2022-ci ilin oktyabr ayında təyyarə ilə rəsmi qaydada Azərbaycan Respublikasına gəlmiş, Azərbaycanda bir neçə gün qaldıqdan sonra İsgəndər adlı tanımadığı şəxsin köməkliyi ilə 26 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində qanunsuz yolla Gürcüstana keçmiş, orada təxminən 01 il yaşayıb elektrik işləmiş, Gürcüstanda olarkən sonra Hindistan vətəndaşı Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Gürcüstanda işlərin yaxı olmadığını görüb işləmək üçün Azərbaycan Respublikasına gəlmək qərarına gəlmişlər. Bu işdə İsgəndər adlı şəxs pul qarşılığında onlara kömək göstərmişdir. Hələ 2022-ci ildə Azərbaycan Respublikasından qanunsuz yolla Gürcüstana keçdikləri yerdən 05 noyabr 2023-cü il tarixdə saat 20 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz yolla keçmişlər. Daha sonra sərhədçilər onları saxlamışlar. Hal-hazırda əməlindən peşmandır. Qardaşı ölmüş, ata-anası xəstədir. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini, ölkəsinə qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CМ-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Hindistan Respublikası vətəndaşıdır. Hindistan Respublikasında özünə iş tapmaqda çətinlik çəkdiyindən Avropa ölkələrinə getmək qərarına gəlmiş, bunun üçün də 2023-cü ilin iyul ayında rəsmi qaydada Hindistan Respublikasından Gürcüstana getmişdir. Gürcüstanda bir müddət işləmiş, daha sonra oranın miqrasiya xidməti işçiləri tərəfindən saxlanılaraq adına rəsmiləşdirilmiş pasportu əlindən alınmışdır. Bir qədər də Gürcüstanda işlədikdən sonra işlərin yaxşı olmadığını görmüş, bu səbəbdən işləmək üçün Azərbaycan Respublikasına gəlmək istəmiş, Gürcüstanda olduğu zaman Pakistan vətəndaşı olan X7 adlı şəxslə tanış olmuş, sonuncu ilə danışıb işləmək üçün Azərbaycan Respublikasına keçmək qərarına gəlmişlər. Lakin adına rəsmiləşdirilmiş pasportu Gürcüstanın miqrasiya işçiləri tərəfindən əlindən alındığından qanuni yolla Azərbaycan Respublikasına gələ bilməyəcəyini bilmiş, bu işdə İsgəndər adlı şəxs pul qarşılığında onlara kömək göstərmişdir. Bundan sonra 05 noyabr 2023-cü il tarixdə saat 20 radələrində o, X7 ilə Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz yolla keçmiş, bir qədər sonra isə sərhədçilər tərəfindən saxlanılmışlar. Əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının rəisi işləyir. 05 noyabr 2023-cü il tarixdə, saat 20 rədələrində qeyd olunan zastavanın xidməti ərazisində olan meşəlik sahədə iki nəfər naməlum şəxsin olması barədə daxil olmuş məlumat əsasında rəhbərlik etdiyi sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldıraraq sərhəd zastavasının sol cinahı istiqamətində irəliləmişlər. Sərhəd zastavasının 27-ci sahəsi istiqamətində axtarış tədbirləri zamanı dövlət sərhəd xəttindən 150-200 metr aralıda iki nəfər naməlum şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra həmin şəxslərlə aparılan söhbətlər nəticəsində qeyd olunan şəxslərin Pakistan vətəndaşı X7 və Hindistan vətəndaşı Təqsirləndirilən şəxs2 olması müyyən edilmiş, həmin şəxslər 05 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində dövlət sərhədindən qanunsuz yolla keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gəldiklərini səmimi olaraq etiraf etmişlər. Bundan sonra qeyd olunan şəxslər dövlət sərhədini qanunsuz yolla keçdikləri yeri göstərdikdə, həmin yerin N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 27-ci sahəsi olması müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Pakistan vətəndaşı X7 26 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində tanımadığı şəxslərlə birlikdə həmin sahədən hərəkət etməklə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, X4, Şahid4, Şahid5 və Şahid6 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri, polkovnik Zaur Qasımovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 27-ci sahəsindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçmiş Pakistan İslam Respublikası vətəndaşı X7 və Hindistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 21 radələrində xidməti ərazidə saxlanılmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 və Təqsirləndirilən şəxs2 05 noyabr 2023-cü il tarixdə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikləri ərazi, həmçinin də X5 26 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz yolla şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə birlikdə keçdiyi ərazi N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 27-ci sahəsi olmuşdur. İş materiallarında olan DSX-nin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, X5 dövlət sərhədindən rəsmi qaydada hərəkəti “X13 Aeroportu” SNŞ-dən xx.xx.2022-ci il tarixdə “Giriş” istiqamətində olmaqla qeydə alınsa da “Çıxış” istiqamətində dövlət sərhədindən hərəkəti qeydə alınmamış, Təqsirləndirilən şəxs2 isə dövlət sərhədindən rəsmi qaydada hərəkəti barədə İAMAS sistemində hər hansısa bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsindən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, 26 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində 16-cı sərhəd zastavasının 27-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulması hal və əlamətləri aşkar edilməmişdir. 26 oktyabr 2022-ci il tarixdə, saat 01 radələrində qeyd olunan dövlət sərhədinin pozulduğu yer, yəni 16-cı sərhəd zastavasının 27-ci sahəsi əsas qüvvələrin cəmləşmə istiqaməti hesab olunmadığından həmin sahəyə xidmət təyin edilməmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, dövlət sərhədini qanunsuz yolla keçmiş Təqsirləndirilən şəxs1 və Rohıt Kumara köməklik göstərmiş İsgəndər adlı şəxsin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmiş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə məlumat əldə ediləcəyi təqdirdə məlumat veriləcəyi bildirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarlarından X7 və Təqsirləndirilən şəxs2 barələrində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətləri 06 noyabr 2023cü il tarixdən hesablanmışdır, təqsirləndirilən şəxslər hal-hazıradək həbsdədirlər. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X7 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək, X5 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlini Azərbaycan Respublikası CMin 318.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onların təqsiri əməlini etiraf etmələri, şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə təqsirləndirilən şəxs Ahmed X3 peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hal, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayətini törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, X6 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən X7 və Təqsirləndirilən şəxs2 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, X7 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri onların cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: X7 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən, X7 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar