Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-35/2023 04.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (Nəsibovanın), Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1980-ci il tarixdə Qazax rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əliyeva (Nəsibova) Günay Rafiq qızına ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-180/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 13001,40 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əliyeva (Nəsibova) Günay Rafiq qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Əliyeva (Nəsibova) Günay Rafiq qızı ilə 2006-cı ildə el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. Onların nikahları xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Onun Əliyeva (Nəsibova) Günay Rafiq qızı ilə olan nikahlarından iki övladları olmuşdur. Əvvəllər Əliyeva (Nəsibova) Günay Rafiq qızı ilə münasibətləri yaxşı olsa da, sonradan ailə daxili yaranmış söz-söhbətlərə görə münasibətləri korlanmışdır. Bu səbəbdən onlar 2019-cu ildə ayrılıblar. Bundan sonra Əliyeva (Nəsibova) Günay Rafiq qızı məhkəməyə müraciət etdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-180/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 136,60 manat, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Nəsibova) Günay Rafiq qızına verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə bağlanmış 540 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Ağstafa rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, ona tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Həmin vaxtı aliment borcunu tam ödəməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini icra etmədiyi üçün, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək aliment borcunu ödəməmişdir. Hal-hazırda zərərçəkmiş şəxs Əliyeva (Nəsibova) Günay Rafiq qızına ziyanı ödəmiş və sonuncu ondan şikayətçi deyildir. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs (Nəsibova) verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildə el adəti ilə ailə qurmuşdur. Onların nikahı xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Onun Təqsirləndirilən şəxs ilə olan nikahlarından iki övladları olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Təqsirləndirilən şəxs ona və övladlarına baxmamışdır. Bu səbəbdən o, 2018-ci ildə nikahın pozulması, habelə aliment tələbi ilə məhkəməyə müraciət etdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-180/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə bağlanmış 540 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Təqsirləndirilən şəxs 13001,40 manat aliment borcu olmuşdur.Hal-hazırda Azərin aliment borcu ona tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 136,60 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Ağstafa rayon icra və probasiya şöbəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Borclu məlumat vermədən yaşayış yerini dəyişdiyinə və onun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə icra məmurunun qərarına əsasən onun barəsində xx.xx.2018-ci il tarixdə axtarış işi açılmışdır. Borclu xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş onun izahatı alınmış icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs həmin tarixdə Ağstafa Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdə “08” gün müddətinə inzibati həbs edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə yenidən xəbərdarlıq göndərilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tələbkara ödəməli olduğu 15299,20,00 manat aliment pulundan cəmi 2297,80,00 manat ödəniş etmiş, 13001,40,00 manat aliment borcu isə ödənilməmiş qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb edilməsinə, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Nəsibova (Əliyeva) Günay Rafiq qızı şöbəyə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Günay Nəsibovanın (Əliyevanın) qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edib, aliment borcunun tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmamasını bildirərək təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunan ərizə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-180/2018 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən aliment borcunu tam şəkildə Zərərçəkmiş şəxs(Nəsibovaya) ödəməsi cinayət qanunu müddəalarına əsasən cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi qəbul edildiyindən, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-35/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-35/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver