Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-35/2024 16.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Qazax rayonu Köçvəlili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu ödənilmiş, işləməyən, Ağstafa Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmünə əsasən Azərbayca Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 01 il 03 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Ağstafa rayonu Köçvəlili kəndində qeydiyyatda olmaqla Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində yaşamış, başqa iş üzrə azadlıqdan məhrum etmə cəzası çəkən, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, qanunsuz olaraq, satış məqsədi olmadan, xeyli miqdarda əldə etdiyi 01 (bir) ədəd qırmızı rəngli şəffaf sellofana bükülü təmiz çəkisi 12,87 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində Ağstafa rayon polis şöbəsinin Köçvəlli polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu Köçvəlli kəndi ərazisində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi üçün Ağstafa Rayon Polis Şöbəsinin Köçvəlli polis bölməsinə gətirilmiş, orada, inzibati binada saat 19:24-dən 19:34-dək şəxsi axtarış zamanı onun əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə, gündüz saatlarında Ağstafa rayonu, Muğanlı kəndində piyada gedərkən yolda sellofan kəsiyinə bükülmüş nəyinsə yerdə olmasını görmüş, götürdükdə bükümün içində qurudulmuş marixuana olmasının şahidi olmuş, şəxsi istifadəsi üçün əynindəki gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin gün, saat 18-19 radələrində Muğanlı kəndindən gələrkən Köçvəlli kəndi ərazisində, dəmir yolu keçidinə çatdıqda polis əməkdaşları yaxınlaşaraq onu axtardıqlarını və polis bölməsinə getməli olduğunu bildirmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə Köçvəlli polis bölməsinə getmiş, bölmədə olarkən onun üzərinə videoçəkilişlə, vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan olunmuş əşya varsa onu təqdim etməsi bildirilmişdir. O, bir qədər əvvəl tapdığı qurudulmuş marixuananı gödəkçəsinin sol yan cibindən çıxararaq təqdim etmiş, həmin gün Muğanlı kəndində yolun kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Himayəsində 6 uşağı var. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Köçvəlili PB-nin manqa komandiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 18:20 radələrində iş yoldaşı Şahid1 ilə xidmətdə olan zaman Ağstafa rayonu Köçvəlili kəndi ərazisindəki dəmiryolu keçidinin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və onlarla birlikdə Köçvəlili polis bölməsinə getməli olduğunu bildirmişlər, Nemət də razılaşmışdır. Bölmədə olarkən onun üzərində videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan əşya varsa təqdim etməsi təklif olunmuşdur. Nemət özü könüllü gödəkçəsinin cibindən bükülü çıxarmış, qurudulmuş marixuana olmasını və bir qədər əvvəl Muğanlı kəndində yerdən tapdığını bildirmişdir. Qeyd olunan kütlə çəkilmiş, qablaşdırılıb götürülmüş, Nemətin üzərindən başqa hansısa qanunsuz əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, onlar da protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 02 noyabr 2023-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, həmin tarixdə saat 19:24-dan, saat 19:34-dək olan müddət ərzində Ağstafa RPŞ-nin Köçvəlli PB-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd qırmızı rəngli şəffaf selofana bükülü, şəffaf selofan ilə birlikdə ümumi çəkisi 15 qram olan qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16/1153 nömrəli, 03 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1(bir) ədəd qırmızı rəngli selofan bükümdə təmiz çəkisi 12,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (12,87 qram çəkidə olan qurudulmuş marixuanadan 0,04 qram ekspertiza tədqiqatına sərf edilmiş, 12,83 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 2044 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Hacıyev X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 03 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 05 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsi tərəfindən çıxarılmış 13 fevral 2024-cü il tarixli hökm qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqları var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, ikisi azyaşlı olmaqla beş uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Ağstafa Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi üçün ona CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 il 03 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, o, təyin ediləcək qəti azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 12,83 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Ağstafa Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 12,83 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-35/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-35/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver