Məhkəmə qərarları › İş №1(015)-36/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-36/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-36/2024 16.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Ağstafa rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay 2 uşaq anası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Ağstafa rayonu Köçəsgər kəndində yerləşən keçmiş qayınanası Zərərçəkmiş şəxs2 məxsus evdə sonuncu ilə aralarında yaranmış mübahisə bitdikdən sonra evin giriş qapısının qarşısında, həyətdə, onun evdən çıxıb getməsini gözləyən keçmiş qayını Zərərçəkmiş şəxs1 öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqüdə qoyub heç bir səbəb olmadan sonuncunun yaxın adamı olan, anası Səlminaz Qulievanın gözü qarşısında, Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk etməklə, istintaqa məlum olmayan yerdən əldə edərək özü ilə gətirdiyi şüşə stəkanın içərisində olan sulfat turşusunu (kislotanı) Zərərçəkmiş şəxs1lə yanaşı dayanan Zərərçəkmiş şəxs2 və hadisə yerinə getmiş Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs3 sağlamlıqları üçün real təhlükə yarandığını şüurlu surətdə dərk edərək evin giriş qapısından çıxaraq qəfil Zərərçəkmiş şəxs1 üzərinə atıb, sonra isə qeyd olunan şüşə stəkanı sonuncunun başına vuraraq ona sol qulağın arxa səthinin, sol sifətin, sağ almacıq nahiyyəsinin, sol kürək, sol bel, sol qarın nahiyyəsinin, sol alın nahiyyəsinin, sol sağ yuxarı ətrafların ön tış səthlərinin İİ dərəcəli kimyəvi yanıqları, bədənin 25-28 faizini əhatə edən yanıq ilə nəticələnən, insan həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarətldər yetirərək, sulfat turşusunun (kislotanın) ətrafa səpələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 sağ dirsək nahiyyəsində kimyəvi yanıq ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, həmçinin, sulfat turşusunun (kislotanın) damcılarının Zərərçəkmiş şəxs3 üzərinə düşməsi nəticəsində onun polis geyim formasını zədələyərək Zərərçəkmiş şəxs1 sağlamlığına xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən az-ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu, Köçəsgər kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun keçmiş əri Asif Quliyevin qardaşıdır. Asif hazırda Rusiya Federasiyasında yaşayır. Özü isə iki azyaşlı uşağı ilə birlikdə adətən atasının evində qalır, bəzən bir-iki gün gedib Asifin anası Zərərçəkmiş şəxs2 Köçəsgər kəndindəki evində yaşayır. Cehiz əşyaları da həmin evdədir, oradan çıxarmamışdır. Asif vaxtlı-vaxtında uşaqların alimentini ödəmir, o, uşaqlarını saxlamaq üçün ayrı-ayrı yerlərdə, əkin sahələrində, istilikxanalarda işləyib uşaqlarını saxlayır. 07 sentyabr 2023-cü il tarixdə, günortadan sonra o, Asifin anası və qardaşı Təbrizin də yaşadığı qeyd olunan evə getmiş, orada uşaqlarına aliment vermədiyi üçün onları saxlaya bilmədiyini Təbrizə və sonuncunun anası Səlminaza demiş, buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı təbriz və Səlminaz onun valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişlər, daha sonra Asifin qardaşı Təbriz polisə şikayət etmiş, şikayət əsasında polis əməkdaşları evin həyətinə gəlmiş, onu, Səlminazı və Təbrizi sakitləşdirmişlər. Həmin gün, saat 21 radələrində o, evin içərisinə, öz otaqlarına daxil olmuş, orada pəncərənin qarşısında stəkanda kislota olmasını görmüş, Təbrizi cəzalandırmaq üçün həmin stəkanı götürüb bayıra çıxmış, həyətdə, evin giriş qapısının qarşısında onun evdən çıxıb getməsini gözləyən Təbrizin üstünə stəkandakı kislotanı tullamış, sonra isə stəkanı Təbrizin başına vurmuşdur. Həmin vaxt stəkanın içində olan kislotandan qaynanası Səlminazın qoluna, polis əməkdaşı Zərərçəkmiş şəxs3 da şalvarına damcı düşmüşdür. O, kislotanı Təbrizin üstünə atanda sonuncunun anası Səlminaz, həmçinin Zərərçəkmiş şəxs3 da Təbrizin yaxınlığında olmuşlar. Sonradan əməlindən peşman olmuş, Təbrizdən və keçmiş qaynanası Səlminazdan üzrxahlıq etmiş, Təbriz onunla barışmışdır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Köçəsgər kəndində, anası Səlminaza məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs qardaşı Asifin keçmiş arvadıdır. Hazırda qardaşı və Səadət boşanmışlar, qardaşı Rusiya Federasiyasında, Səadət isə adətən öz ata evində yaşayır, bəzən də gəlib anası Səlminazın evində qalır, hazırda da cehiz əşyaları Səlminazın evindədir. xx.xx.2023-cü il tarixdə, axşamtərəfi Səadət anası Səlminazın evinə gəlmiş, onunla və anası Səlminazla mübahisə edib dalaşmış, o da DİN 102 xidmətinə zəngu vurub bu brədə məlumat vermişdir. Bİr qədər sonra polis əməkdaşları onların həyətinə gəlmiş, anası və Səadətlə söhbət aparmış, saat 21 radələrində Səadət özlərinin yaşadığı otağa daxil olmuş, həmin vaxt o, anası Səlminaz həyətdə, giriş qapısının yanında dayanıb Səadətin çıxıb getməsini gözləmişlər. Səadət qəfidən evdən çıxaraq əlindəki stəkanda olan kislotanı ona tərəf tullamış, sonra isə stəkanı onun başına vurmuş, bu vaxt anası Səlminaz və polis əməkdaşı Toğrul da yanında olub baş verənləri görmüş, kislotanın bir hissəsi anasının qoluna və Toğrulun şalvarına düşmüşdür. Sonradan Səadət onadan üzrxahlıq etdiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti, tələbi yoxdur, məhkəmədən S. Quliyevaya yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Təqsirləndirilən şəxs keçmiş gəlini- oğlu Asifin əvvəlki arvadıdır. X2 boşansalar də məhkəmə Səadətə ona məxsus evdə yaşamaq hüququ vermişdir, Səadət adətən öz ata evində qalır, ancaq bəzən gəlib bir-iki gün də onun evində yaşayır, hazırda əşyaları da onun evində, Səadətin öz otağındadır. 07 sentyabr 2023-cü il tarixdə günortadan sonra Səadət onlara gəlmiş, uşaqları saxlaya bilmədiyini, Asifin də alimenti vaxtlı-vaxtında ödəmədiyini bildirmiş, onunla və oğlu Təbrizlə mübahisə eləmiş, Təbriz 102 xidmətinə zəng vurub şikayət etmiş, bir qədər sonra polis əməkdaşları onların həyətinə gəlib Səadəti sakitləşdirmişlər. Həmin gün, saat 21 radələrində o, polis əməkdaşı Zərərçəkmiş şəxs3 və oğlu Təbriz həyətdə, giriş qapısının qarşısında içəridə-öz otağında olan Səadətin çıxıb getməsini gözlədikləri vaxt Səadət evdən çıxaraq əlindəki stəkandakı mayeni onun və orada olan digər şahidlərin də gözlərinin qarşısında Təbrizin üstünə atmış, sonra stəkanı Təbrizin başına vurmuş, özü və Toğrul da Təbrizə yaxın dayandıqları üçün Səadətin atfığı kislotanın bir hissəsi onun qoluna, bir hissəsi isə Toğrulun şalvarına düşmüşdür. Qoluna kislota düşsə də o, elə də ciddi xəsarət almadığı üçün Səadətdən şikayətçi deyil, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş X1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. 07 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Ağstafa RPŞ-də əməliyyat-istintaq qrupunda olarkən Köçəsgər kənd sakini Zərərçəkmiş şəxs1 qardaşı arvadı Təqsirləndirilən şəxs yaşadıqları evdə münaqişə etməsi barədə DİN 102 xidmətinə şikayət etmiş, həmin vaxt növbədə olan Ağstafa RPŞnin CAB-nin baş əməliyyat müvəkkili Şahid1la Köçəsgər kəndinə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmişlər. Gedəndə görmüşlər ki, əvvəllər tanımadığı adları ona sonradan məlum olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 mübahisə etdiklərini, əlbəyaxa olduqlarını görmüş, onları aralmaışlar. Zərərçəkmiş şəxs1 onlara Səadəti evlərindən çıxarmlarını, yoxsa yenə münaqişə yaradacağını bildrmiş, onlar da Səadətə evdən çıxmasını demişlər. Səadət paltarını dəyişib, çantasını götürüb, çıxıb gedəcəyini göstərib evə girmiş, onlar həyətdə dayanıb Səadətin çxmasını gözələmişlər. Həyətdə ondan başqa Şahid1, Təbriz, sonuncunun anası Səlminaz, adlarını sonradan bildiyi Təbrizin qardaşı arvadı Esmira, xalası Çimnaz və xalası oğlu Rəhman da olmuşlar. Bir qədər sonra Səadət əlində şüşə stəkanla həyətə düşüb onlara tərəf gəlmişdir. Onlar elə bilmişlər ki, stəkanın içərisindəki sudur. Həmin vaxt Səadət qəfildən stəkanın içərisindləki mayeni Təbrizin üstünə tökmüş və stəkanı sonuncunun başına çırparaq sındırmışdır. Təbriz “yandım” deyərək qışqırmışdır. Məlum oliuşdur ki, tökülən maye sulfat turşusu, kislotadır. Mayedən bir neçə damcı da onun üzərinə- polis uniformasına məxsus şalvarın üstünə düşmüş, lakin ona xəsrət yetirməmişdir, hər hansı xəsarət almadığı üçün Səadətdən şikayət etməmişdir, hazırda da yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Nizami qızı da eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha qəsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 392 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol qulağın arxa səthinin, sol sifətin, sağ almacıq nahiyəsinin, sol kürək, sol bel, sol qarın nahiyəsinin, sol alın nahiyəsinin, sol sağ yuxarı ətrafların ön tış səthinin İİ dərəcəli kimyəvi yanıqları, bədənin 25-28 faizini əhatə edən yanıq xəsarətləri aşkar edilmiş, kislota təsirindən əmələ gəlmişdir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 393 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sağ baldırın yuxarı 1/3-nin ön iç səthində sıyrılmış yara və sağ dirsək nahiyəsində kimyəvi yanıq yeri kimi xəsarətlər aşkar edilmişdir, sıyrılmış yara küt əşyanın, kimyəvi yanıq isə kislota təsirində törənmişdir, xx.xx.2023-cü il tarixdə əllə sürüyüb yıxma və kislata tökülməsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məktubun surətəindən görünür ki, 07 sentyabr 2023-cü il tarixdə bir ədəd polis geyim formasının şalvarının qiyməti 40 manat olmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı var və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə tövsif olunmuşdur, onun həmin əməlləri törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışmağa cəhd göstərməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Vüqar Bayramova təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax, Tovuz və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax, Tovuz və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd polis geyim formasının şalvarı T. Mansırlıya qaytarılmalı, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax, Tovuz və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax, Tovuz və Şəmkir rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd polis geyim formasının şalvarı Zərərçəkmiş şəxs3 qaytarılsın. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar