Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-36/2025 30.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Аğstafa şəhərində anadan olmuş, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağstafa rayon Vurğun qəsəbə sakini Zərərçəkmiş şəxs etibarını qazanaraq sonuncunun əmlakını hüquqa zidd və əvəzsiz ələ keçirmək niyyəti ilə özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs qızı Şahid2 Ağstafa rayonunda yerləşən uşaq baxçalarının birinə müəllimə kimi işə düzəldəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan vədlər verərək inandırıb, 28 aprel 2023-cü il tarixdə saat 12 radələrində Ağstafa şəhəri, H.Arif küçəsində 1-C ünvanında yerləşən keçmiş Ağstafa rayon Notariat Kontorunun inzibati binasının qarşısında 4500 manat pulunu ələ keçirərək ümumilikdə zərəkçəkmiş şəxs Zərərçəkmiş şəxs etibardan sui-istifadə və aldatma yolu ilə 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Ağstafa Rayon Mərkəzi Xəstəxanasından tanıyır. Belə ki, o, xəstəliyi ilə əlaqədar olaraq xəstəxanadan hər ay imtiyazlı dərmanlar alır, sonuncu da onun aldığı dərmanların qeydiyyatını aparır. Ona görə də onunla tanışlıqları vardır. Onun qızı Günayı da tanıyır. Belə ki, Zərərçəkmiş şəxs ona bildirmişdir ki, qızı Günayı həyat yoldaşından boşadır və onun Rusiya Federasiyasına göndəriləsi sənədləri var. Bunun müqabilində ona da hörmət edəcəyini bildirmişdir. O da sonuncuya kömək edərək həmin sənədləri hazırlayaraq Rusiya Federasiyasına göndərmiş, sonra sonuncu həmin sənədləri geri qaytarmağımı xahiş etmiş, bundan sonra həmin ərizəni geri qaytartdırmışdır. Zərərçəkmiş şəxs kürəkəni ət satır. O da bir neçə dəfə Zərərçəkmiş şəxs vasitəsilə sonuncudan nisyə ət almış, pulunu hissə-hissə ödəmişdir. Sonuncu ilə telefon danışıqları onun qızının boşanma işinə və onun kürəkəninə olan ət borcu ilə bağlı olmuşdur. Ət ilə bağlı onun sonuncunun kürəkəninə 300 manat borcu qalmışdır. O, sonuncunun qızını işə düzəltmək adı ilə pul almamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin xalası onlarla qonşudur, eyni zamanda o, xəstəxanadan dövlət hesabına dərmanlar alır. Bu vasitə ilə Rauf ilə tanış olmuşlar. Bir gün Rauf dərman almağa gələndə qızı Günay da onun yanında olmuşdur. Ondan Günayın oxuyub oxumamasını soruşmuş və ona bildirmişdir ki, Günaya iş tapacaq. Bir müddət sonra ona bildirmişdir ki, Günaya iş tapmış, lakin 6000 min manat pul istəyirlər. Raufla tanışlıqları olduğu üçün ondan 4500 manat pul istəmişdir. Pulu olmadığı üçün bacısı oğlundan 3000 manat borc pul almış, pulun qalan hissəsini də düzəldib işə gəlmişdir. İş yoldaşı Nəzakətlə pulu sayıb paketə bükmüşdür. Onlar pulu sayan zaman Rauf çöldə qapının yanında gözləmişdir. Həmin vaxt, yəni 28 aprel 2023-cü il tarixdə Raufla birlikdə notariusa getmiş, orada olan zaman Rauf onu notariusa girməyə qoymamışdır. Bir qədər sonra Rauf çölə çıxıb notariusun 170 manat pul istədiyini bildirmişdir. Üzərində 170 manat olmadığı üçün pulu notarius vasitəsi ilə verə bilməmiş, ona inandığı üçün 4500 manat pulu birbaşa özünə vermişdir. Səhərsi gün Rauf ona bildirmişdir ki, işi düzəldən həkim Almaniyaya getmiş, gələndə düzəldəcəkdir. Hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Buna görə evdə həyat yoldaşı ilə problemləri olmuş və həyat yoldaşı ona bildirmişdir ki, pulu Raufdan alsın. Dəfələrlə Raufdan pulunu istəsə o, hər dəfə onu aldatmışdır. Bir dəfə də pulunu istəyərkən telefonla səsini yazmışdır. Qızı həyat yoldaşına etibarnamə vermək üçün notariusa getmiş, lakin bu zaman o notariusa Raufla deyil, atası ilə getmiş, həmçinin etibarnaməni Rusiya Federasiyasına qızı özü göndərmişdir. 4500 manat pulu Raufa verdiyi günün səhərsi ondan pulun göndərilməsi ilə bağlı qəbz istəsə də sonuncu ona qəbz verməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasında birlikdə işləyir, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs da yaxşı tanıyır. Belə ki, Rauf şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə tez-tez xəstəxanaya gəlib-gedir, onunla da münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs Ağstafa rayon X14 Qəniyevdən etdiyi şikayətdən məlumatı var. Kəmalənin qızı Günayın 2022-ci ildən həyat yoldaşından boşandıqdan sonra azyaşlı oğlu ilə birlikdə valideynlərinin yanında, yəni Kəmalənin evində yaşamasını bilir. 2023-cü ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində Rauf hər dəfə xəstəxanaya gələndə onun və digər xəstəxana işçilərinin yanında Kəmaləyə pul müqabilində Günayı Ağstafa şəhərində yerləşən baxçaların birinə işə düzəldə biləcəyini bildirmişdir. Bir gün Kəmalə ona demişdir ki, qızı Günayı bağçaların birinə müəllimə kimi işə düzəltmək üçün Raufla razılaşmış və buna görə də Rauf ondan 4500 manat pul istəmişdir. Lakin pulun hamısını düzəldə bilmir. Ona görə də Gəncədə yaşayan bacısının oğlu Coşqundan 3000 manat borca pul istəmiş və Coşqun onun istədiyi pulu özü Gəncədən gətirib gəlir. Həmin gün saat 11 radələrində Kəmalənin mobil telefonuna zəng gəlmiş, onun danışığından başa düşmüşdür ki, Kəmaləyə zəng edən Coşqundur. Kəmalə telefonla danışdıqdan sonra Coşqunun xəstəxananın yaxınlığına gəldiyini demiş və otaqdan çıxmışdır. O, isə otaqda gözləmişdir. Kəmalə təxminən 2-3 dəqiqədən sonra otağa qayıdaraq pulu Coşqundan götürdüyünü, pulu götürdükdən sonra xəstəxanaya qayıdan zaman Raufla görüşdüyü və Raufa gəlib pulu ondan götürməsini dediyini bildirmişdir. O, Kəmalə ilə pulu saymış, pulun məbləği 4500 manat olmuşdur. Kəmalə pulu saydıqdan sonra Raufa birlikdə notariusa getmiş, o, isə otaqda iş yerində qalmışdır. Təxminən 1 saatdan sonra Kəmalə işə qayıtmışdır. Bundan sonra Kəmalə 170 manat dövlət rüsumu ödənilməli olduğu üçün pulu olmadığına görə məcbur qalıb 4500 manat pulu Raufa Notariusun qarşısında əlbəəl verməsini ona bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Kəmalə onun xalasıdır. Xalası ilə münasibətləri çox yaxşıdır. X12 rayon X1 Şöbəsində işləyir. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs tanımır. İşin mahiyyəti ilə bağlı bildirmişdir ki, Günay boşanıb gəldikdən sonra xalası Kəmalənin onu Ağstafa şəhərində yerləşən uşaq bağçalarının birinə müəllimə düzəltmək istəməsindən məlumatı olmuşdur. 25 aprel 2023-cü il tarixdə xalası Kəmalə ona zəng edib demişdir ki, Ağstafa şəhər sakini Rauf adlı şəxsin köməkliyi ilə qızı Günayı rayonda olan bağçaların birinə müəllimə düzəldir və Rauf Günayı işə düzəltmək üçün ondan 4500 manat pul istəmişdir. Daha sonra isə demişdir ki, 1500 manat pul özündə var, lakin 3000 manatı çatmır, ona görə də ondan 3000 manat borc pul istəmişdir. O da etiraz etməmiş və 2-3 gündən sonra özü Ağstafa şəhərinə gəlib 3000 manat pulu xalasına verib qayıdacağını bildirmişdir. 28 aprel 2023-cü il tarixdə Ağstafa rayonuna gələrək xalasının iş yerinə çatmışdır. Bir neçə dəqiqədən sonra xalası Kəmalə xəstəxanadan tək olaraq çölə çıxmış və o, gətirdiyi 3000 manatı ona verdikdən sonra Gəncə şəhərinə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evdə iribuynuzlu heyvan kəsib Ağstafa şəhərinə gətirib satır. Zərərçəkmiş şəxs onun qayınanasıdır. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Rauf iki ildən çox olar ki, ondan ət alır. Rauf onun Kəmalənin kürəkəni olduğunu da bilir. Günay boşanıb valideynlərinin evinə gəldikdən sonra Ağstafa şəhərində yerləşən uşaq bağçalarının birinə müəllimə düzəlmək istiyirdi. Kəmalə ona demişdir ki, Günayı Ağstafa şəhərində yerləşən bağçaların birinə müəllimə düzəltmək üçün 2023-cü ilin aprel ayında Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs 4500 manat pul vermiş, lakin Rauf Günayın işini düzəltmir və pulu da qaytarmır. Bu barədə o, dəfələrlə Raufla danışmış, pulu qaytarmasını bildirmişdir. Rauf ondan dəfələrlə nisyə ət almışdır. Raufun ona ətə görə 150 manat borcu olmuş, həmin pulu da hissə-hissə vermişdir. Kəmalənin bacısı oğlu Coşqundan 3000 manat borc pul almasını eşitmişdir. Belə ki, Kəmalə həmin vaxt ondan borc pul istəmiş, lakin həmin vaxt onda pul olmadığı üçün Coşqundan almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir və Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Bir gün Rauf onun iş otağına gələrək Zərərçəkmiş şəxs borcu olduğunu və həmin borcu verə bilmədiyini, eyni zamanda bir həftə ərzində həmin borcu qaytaracağını bildirmişdir. Rauf ondan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs ona bir qədər vaxt verilməsini xahiş etsin. O da Zərərçəkmiş şəxs xahiş etmişdir ki, Raufun imkanı yoxdur, bir qədər gözləsin, Rauf pulu qaytaracaq. Raufun həmin pulu Kəmalənin qızını işə düzəlmək adı ilə aldığını əvvəlcədən bilmişdir. Onun xahişindən sonra Kəmalə Raufa möhlət vermiş, lakin Rauf söz verdiyi kimi, pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, mərkəzi bazarın yanındakı küçədə məişət texnikasının təmiri ilə məşğul olur. Bir gün Rauf onun işlədiyi yerə gələrək ondan Kəmalənin həyat yoldaşı Qüdrətə zəng etməsini xahiş etdi ki, imkanı olanda 100 manat verəcək, olmayanda 50 manat verəcəkdir. O da bu barədə Qüdrətə demiş, lakin Qüdrət buna razı olmamışdır. Rauf ona nə borcu olmasını deməmişdir. Kəmalə ilə Raufun arasında olan məsələdən onun məlumatı olmamışdır. Sonradan Qüdrət ona demişdir ki, qızını işə düzəltmək üçün Raufa pul vermişlər. Raufun ət pulu borcuna görə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Raufu isə əvvəlcədən tanıyır, onun xalası onların qonşudur. Kəmalə poliklinikada işləyir. Onlar qızlarını işə düzəltmək istəmişlər. Bir gün Kəmalə ona demişdir ki, Rauf qızlarını işə düzəldə biləcəyini deyir. O da razılaşmışdır ki, düzəldə bilirsə nə qədər pul lazımdırsa versinlər düzəltsin. Kəmalə bunun üçün Raufun 4500 manat pul istəməsini də bildirmişdir. Bundan sonra Kəmalə bacısı oğluna zəng edərək ondan 3000 manat borc almış, 1500 manat isə evlərində olmuşdur. Həmin 4500 manat pulu Raufa vermək üçün notarisua getmişlər. Notariusda 170 manat rüsum istədikləri və Kəmalənin də üzərində əlavə pulu olmadığı üçün pulu notarius vasitəsi ilə Raufa verə bilməmişdir. Pulu verdikdən sonra hər dəfə Rauf işin düzələcəyini bildirsə də, aradan xeyli vaxt keçməsinə baxmayaraq iş düzəlməmişdir. Sonradan Raufa demişdir ki, iş düzəlmirsə pulu qaytarsın. Rauf ona bildirmişdir ki, kredit götürüb pulu qaytaracaq. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığı üçün, məcbur olub polisə şikayət etmişlər. Həmçinin Rauf onlara bildirmişdir ki, işi düzəltmək üçün pulu verdiyi şəxs xəstələnib və komaya düşmüşdür. Raufun ət pulu borcuna onlar qarışmamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, atası Şahid1 və anası Zərərçəkmiş şəxs ilə birlikdə Ağstafa rayonunun Vurğun qəsəbəsində yaşayır. Orta-ixtisas təhsillidir. Atası İİ qrup əlildir və heç bir yerdə işləmir. Anası isə Ağstafa rayon X1 şöbəsində təsərrüfat bacısı işləyir. İşin mahiyyəti ilə bağlı bildirmişdir ki, 2005-ci ildə Gəncə şəhərində yerləşən humanitar kollecin ibtidai sinif müəlliməliyi fakultəsinə qəbul olmuş və 2008-ci ildə həmin fakultəni bitirmişdir. 2009-cu ildə atasının qohumu X6 ilə ailə həyatı qurmuş və Rusya Federasiyasının Yekaterenburq şəhərinə köçmüşdür. Əhmədlə birgə nigahlarından Elmir adlı övladları var. 2022-ci ilin avqust ayında isə Əhmədlə boşanmışlar və həmin tarixdən etibarən oğlu ilə birlikdə atası ilə anasının yanında yaşayır. Valideynləri ilə birgə yaşamağa başladıqdan sonra sonra rayonda olan bağçaların birinə müəllimə kimi işə düzəltmək isdədiyini demiş və anası ona iş axtarmışdır. Bir neçə gündən sonra anası işdən evə gələn zaman ona demişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı var və həmin şəxs onu pul müqabilində bağçaların birinə işə düzəlməyə köməklik edəcəyinə söz verib. 2023-cü ilin aprel ayının ortalarında saat 12 radələrində Ağstafa şəhərində yerləşən bazara gedibmiş, Bazardan qayıdan zaman anasının iş yerinə getmişdir. Həmin vaxt anası ilə onun olduğu otağa bir kişi daxil olmuş və anası ilə salamlaşmışdır. Həmin şəxs anası ilə söhbət əsnasında bilmişdir ki, o, Kəmalənin qızıdır və ondan oxuyub-oxumadığını soruşmuşdur. Anası həmin şəxsə onun orta-ixtisas təhsilli olduğunu və sinif müəlliməliyini bitirdiyini demişdir. Həmin şəxs anası Kəmaləyə onun üçün iş axtardığını deməsini xatırladığını və yaxın günlərdə iş tapıb əlaqə saxlayacağını demişdir. Həmin vaxt ona məlum olmuşdur ki, anasının dediyi Rauf adlı şəxs həmin şəxsdir. Raufla anası bir qədər də söhbət etdikdən sonra Rauf onların yanından çıxıb getmişdir. 24 aprel 2024-cü il tarixdə anası işdən evə gəlmiş və atası ilə ona bildirmişdir ki, Rauf onun işini danışıb, buna görə 4500 manat pul istəyib. Anası demişdir ki, 1500 manat özündə var, qalan 3000 manatı isə Gəncə şəhərində yaşayan bacısı Lumunun oğlu Şahid4 borc olaraq istəyəcək. Həmin günün səhərisi, yəni 25 aprel 2023-cü il tarixdə anası Coşquna zəng edərək vəziyyəti başa salaraq 3000 manat borc istəmiş, Coşqun da öz növbəsində etiraz etməmiş və 2-3 günə özü Ağstafa şəhərinə gələrək pulu verəcəyini bildirmişdir. 28 aprel 2024-cü il tarixdə anası ona demişdir ki, həmin gün saat 12-13 radələrində Coşqun Gəncə şəhərindən Ağstafa rayonuna gələrək 3000 manat pulu anasının iş yerində anasına verərək Gəncə şəhərinə qayıtmış, sonra anası Raufla əlaqə saxlayaraq ona istədiyi 4500 manat pulu düzəltdiyini bildirmış, Rauf anasının iş yerinə gəlmiş, anası pulu ona notarial qaydada vermək istədiyi üçün birlikdə Ağstafa rayon Notariat Kontoruna getmişlər, lakin həmin vaxt dövlət rüsumunu ödəmək üçün anasının pulu olmadığı üçün anası məcbur qalıb 4500 manat pulu Notariat Kontorunun qarşısında əlbə-əl olaraq Raufa vermiş, həmin vaxtdan sonra Rauf onu işə düzəltməmiş, anasının ona verdiyi 4500 manat pulu anasına qaytarmamış, anası Zərərçəkmiş şəxs 4500 manat nəğd pulu onu Ağstafa şəhərində olan bağçaların birinə müəllimə düzəltmək üçün Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixdə Ağstafa rayon Notariat Kontorunun qarşısında verdiyini, Təqsirləndirilən şəxs anasının etibarından suiistifadə edərək onu bağça müəlliməsi düzəltmək adı ilə 4500 manat pulunu aldığını, Raufun barəsində qanuna müvafiq tədbir görülməsini və pulun alınaraq qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağstafa rayon Qeydiyyat Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-14xx-xx/2024 saylı məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X2 rayon Qeydiyyat Şöbəsində xx.xx.2005-ci il tarixli 30 saylı akt qeydinə əsasən X3 ilə nikahını qeyd etdirmişdir. Nikah qeyd edilərkən X10 Qəniyev soyadını qəbul etmişdir. İş materiallarında olan Ağstafa rayon X4 Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-24/2-681/2024 nömrəli məktubdan görünür ki, Qəniyev X9 RMX PHŞ-in Poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxs tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekpertizasının xx.xx.2024-cü il tarixli “870” saylı rəyin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, ona şamil edilən cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi inkişafında gerilik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna etməyən pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixdə istifadəsində olmuş “Azercell” mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsinə aid məlumatlarda aşağıdakılar müəyyən edilmişdir. Hadisənin baş verdiyi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12:21 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla istifadəçisi istintaqa məlum olmayan ***-***-**-** nömrəli mobil telefonlar arasında 34 saniyə danışıq olmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 13:19 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonlar arasında 25 saniyə danışıq olmuşdur. Daha sonra müəyyən edilmişdir ki, qeyd edilən vaxt Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon Ağstafa şəhərinin inzibati ərazisində olmuşdur. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixdə istifadəsində olmuş “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** nömrəli nömrəli mobil telefon nömrəsinə aid məlumatlarda aşağıdakılar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonla iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonlar arasında xx.xx.2023cü il tarixdə saat 19:08-də 157 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:31-də 39 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:35-də 33 saniyə, həmin tarixdə saat 19:54-də 284 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:59-da 30 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:30-da 24 saniyə, xx.xx.2023-cü il tarixdə saat 09:57-də 17 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:55-də 24 saniyə, elə hmin tarixdə saat 15:33-də 20 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:10-da 87 saniyə, xx.xx.2023-cü il tarixdə saat 08:25-də 29 saniyə danışıq olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi, yəni qızı Şahid2 Ağstafa şəhərində yerləşən uşaq bağçalarının birinə müəllimə kimi işə düzəltmək məqəsdilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs 4500 manat pulu Ağstafa şəhər stadionunun yaxınlığında yerləşən, keçmiş Ağstafa Notariat Kontorunun qarşısında verməsi xüsusatı da öz təsdiqini tapmışdır. Belə ki, qovluqda olan məlumatların “ANTEN” başlığı altında göstərilənlərə nəzər salındıqda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonun xx.xx.2023-cü il tarixdə saat 11:12 dəqiqədən saat 14:12 dəqiqəyə qədər olan müddət ərzində Ağstafa şəhər stadionun içərisində quraşdırılmış Bakcell MMC-yə məxsus anten dairəsində olması müəyyən edilmişdir. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixdə istifadəsində olmuş “Azerfon” mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsinə aid məlumatlarda aşağıdakılar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonla iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonlar arasında xx.xx.2023cü il tarixdə saat 20:42-də 28 saniyə, xx.xx.2023-cü il tarixdə saat 16:15-də 27 saniyə, xx.xx.2023-cü il tarixdə saat 20:04-də 140 saniyə, xx.xx.2023-cü il tarixdə saat 10:59-da 89 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:56-da 42 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:03-də 80 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:25-də 120 saniyə, xx.xx.2023-cü il tarixdə saat 09:34-da 34 saniyə, xx.xx.2023-cü il tarixdə saat 08:56-də 22 saniyə, xx.xx.2023-cü il tarixdə sat 17:06-da 51 saniyə, elə həmin tarixdə saat 19:41-də 313 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:30-da 37 saniyə, xx.xx.2023-cü il tarixdə saat 10:27-də 30 saniyə, xx.xx.2023-cü il tarixdə saat 16:04-də 114 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:52-də 11 saniyə, xx.xx.2023-cü il tarixdə saat 16:52-də 101 saniyə və xx.xx.2023-cü il tarixdə saat 20:28-də 31 saniyə danışıq olmuşdur. Bundan başqa baxış zamanı hadisənin baş verdiyi gün, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefonun xx.xx.2023-cü il tarixdə saat 17:17 dəqiqədən xx.xx.2023-cü il saat 07:45-dək olan müddət ərzində “Azerfon” mobil operatoruna məxsus heç bir anten dairəsinə düşmədiyi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonun yaddaş qovluğunda iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs adı və ona məxsus ***-***- **-** nömrəsi qeyd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs istifadəsində olmuş “Azerfon” mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsinə aid məlumatlar da əldə edilmiş, həmin məlumatlara baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:26 dəqiqədən saat 13:15 dəqiqəyədək olan müddət rəzində Ağstafa şəhər Mərkəzi stadionunun anten dairəsində qeydiyyata alınmışdır. Bundan başqa Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri arasında 2023-cü ilin aprel ayının əvvəllərindən dekabr ayının 30-nadək olan müddət ərzində çoxsaylı və vaxt etibarı ilə üzünmüddətli danışıqların olması da öz əksini tapmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla əri Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonlar arasında xx.xx.2023-cü il tarixdə telefon əlaqəsinin olması müəyyən edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonun yaddaşında Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefon nömrəsi qeydə alınmışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmlərin surətindən görünür ki, Qəniyev (Əlizadə) X9 Rayon Məhkəməsinin 1-91/2001 saylı, 25 dekabr 2001-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə şərti maliyyə vahidinin 300 misli məbləğində, CM-nin 132-ci maddəsi ilə şərti maliyyə vahidinin 200 misli məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza şərti maliyyə vahidi məbləğinin 300 misli məbləğində cərimə cəzası təyin edilmişdir. Daha sonra Ağstafa Rayon Məhkəməsinin 1-48/2002 saylı, 04 iyun 2002-ci il tarixli hökmü ilə Qəniyev (Əlizadə) Rauf Sabir oğlu Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən təyin edilən cəzaya ona Ağstafa Rayon Məhkəməsinin 25 dekabr 2001-ci il tarixli hökmü ilə və təyin edilmiş şərti maliyyə vahidi məbləğinin 300 misli miqdarında cərimə cəzasını tamamilə birləşdirmək yolu ilə qəti cəza 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası və şərti maliyyə vahidi məbləğinin 300 misli miqdarında cərimə cəzası təyin edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 4-79/2003 saylı, 11 noyabr 2003-cü il tarixli qərarı ilə, Ağstafa Rayon Məhkəməsinin 04 iyun 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Qəniyev (Əlizadə) Rauf Sabir oğlu ona təyin edilmiş cəzasının çəkilməmiş qalan 1 il 5 ay 21 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini, Zərərçəkmiş şəxs onun qızını işə düzəltmək adı ilə 4500 manat pul almamasını bildirmişdir. Lakin qeyd edilənlər zərərçəkmiş şəxs, şahid ifadələri, üzləşdirmə protokolları, işdə olan digər sənədlərlə, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Bununla yanaşı, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət hadisəsi 28 aprel 2023-cü il tarixdə baş vermiş, bununla da cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən, cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur: cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 44, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CM-nin 75.1.1, Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-36/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-36/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver