Məhkəmə qərarları › İş №1(015)-37/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-37/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-37/2024 06.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda, yəni bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,493 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:30-da Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri Cəfər Cabbarlı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq saat 10:35-də Ağstafa rayon polis şöbəsinə gətirilmiş və həmin gün saat 11:32-dən 11:42-dək müddətdə Ağstafa rayon polis şöbəsinin inzibati binasında keçirilən şəxsi axtarış zamanı həmin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,493 qram narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa şəhər sakinidir. Rəsmi olaraq heç yerdə işləmir, iş olanda fəhləlik edir. 13 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Ağstafa şəhərində, “Azərişıq” ın Ağstafa şöbəsinin yaxınlığında piyada gəzərkən yerdə gümüşü rəngli siqaret kağızının bükümünü görmüş, bükülünü götürüb içinə baxdıqda orada heroin olmasının şahidi olmuş, həmin bükümü özünün istifadəsi üçün cibinə qoymuşdur. 14 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində Ağstafa şəhərində, C. Cabbarlı küçəsində hərəkətdə olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Ağstafa RPŞ-nə dəvət eləmişlər. Rayon polis şöbəsində o, müdafiəçi ilə təmin edilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim eləməsi təklif edilmiş, o, könüllü olaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən içərisində heroin olan, bir gün əvvəl yerdən tapdığı gümüşü rəngli siqaret bükümünü təqdim eləmiş, içində heroin olmasını, 13 noyabr 2023-cü il tarixdə yerdən tapdığını bildirmişdir. Onun üzərindən başqa hansısa qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid2 ifadəsində göstərdi ki, Ağstafa RPŞ YPX-də inspektor işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 14 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasuitə gəzdirməsi ilə bağlı müvafiq ona əməliyyat tədbirinin keçiriləcəyi, onun da həmin tədbirdə iştirak edəcəyi bildirilmişdir. Həmin gün, saat 10:30 radələrində Təqsirləndirilən şəxs Ağstafa şəhəri, C. Cabbarlı küçəsində piyada hərəkət etdiyini görüb onu üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağstafa RPŞ-nə dəvət etmişlər, Vüqar etiraz eləməmiş, onlarla birlikdə Ağstafa RPŞ-nə getmiş, saat 10:35-də RPŞ-nin inzibati binasına çatmışlar. Polis şöbəsinin inzibati binasında, təhqiqatçının otağında müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması deyilmiş, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bükülü çıxarıb içərisində heroin olmasını, bir gün əvvəl yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demiş, həmin bükülü açılıb içərisinə baxılmış, içində heroinəbənzər kütlə olması aşkar edilmiş, müvafiq qaydada qablaşdırılıb götürülmüş, sonra şəxsi axtarış davam etdirilmiş, lakin Vüqarın üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Sonda protokol tərtib edilmiş, işitrak edənlər tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunanları bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Ağstafa RPŞ DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə Ağstafa rayon polis şöbəsində olarkən şöbə rəhbərliyindən ona bildirmişlər ki, əməliyyat tədbiri keçiriləcək, o da həmin tədbirdə iştirak edəcək. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirir, ətrafında əməliyyat-axtarış tədbirləri keçiriləcək. Həmin tarixdə Təqsirləndirilən şəxs Ağstafa şəhəri C. Cabbarlı küçəsində olduğu barədə məlumat alıb dərhal əməliyyat istintaq qrupunun üzvləri ilə ora getmişlər. Təqsirləndirilən şəxs saat 10:30 radələrində Ağstafa şəhəri C. Cabbarlı küçəsində piyada hərəkətdə olan zaman saxlayıb üzərinə baxış keçirilməsi üçün saat Ağstafa rayon polis şöbəsinə aparımışlar, polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı Fərid Əliyev tərəfindən vəkillə təmin edilmiş, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızından ibarət bükümü çıxarıb təqdim etmiş, içərisində heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Ağstafa şəhərində, Azərişıq idarəsinin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını, vermədiyini bildirmişdir. Büküm açıldıqda içərisində qara rəngli, kəskin qoxulu narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılmış, müvafiq qaydada möhürlənib götürülmüş, bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadfəsindən görünür ki, o da Şahid1la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati həmin gün saat 11:32-dən saat 11:42-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,68 qram (büküldüyü kağızla birlikdə) heroin aşkar edilib götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/1179 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,493 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,493 qram heroindən 0,05 qramı ekspertiza tədiqatına sərf edilmiş, 0,443 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1978 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, o, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CMin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,443 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci- aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,443 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar