Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-38/2023 18.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1963-cü ildə Qazax rayununun Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 06 dekabr 2022-ci il tarixdə saat 06 radələrində qonşusu Ağstafa rayonu Köçəsgər kənd sakini Zərərçəkmiş şəxs məxsus evinin həyətində yerləşən heyvan saxlamaq üçün istifadə olunan binaya qanunsuz daxil olaraq 8 aylıq, 50 kq çəkidə, yerli cins, 450 manat dəyərində bir baş dişi dananı gizli olaraq talayıb yaşadığı evin həyətinə apararaq zərərçəkmiş şəxsə 450 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 465 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib yaşadığı evdə çarpayının altında saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:46-dan saat 19:11-dək Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağstafa rayonu Köçəsgər kəndində yerləşən evinə baxış keçirilən zaman 465 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs yatdığı otaqdan çarpayının altından iki ədəd iç-içə keçirilmiş politelen torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib göstərmişdir ki, Ağstafa rayonu Köçəsgər kəndində tək yaşayır. 06 dekabr 2022-ci il tarixdə, saat 06 radələrində evinin qarşısında, yolda 01 ədəd sahibsiz dana görmüş, onu gətirib həyətində ağaca bağlamışdır ki, sonradan sahibinə qaytarsın. Dananın sahibi Zərərçəkmiş şəxs onun qohumudur, o, qohumundan və ya başqa şəxslərdən oğurluq etməmiş, qeyd olunan dananı oğurlamamış, o cür fikri olmamışdır. Bundan başqa, o, heç vaxt narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməmişdir, evindən aşkar edilmiş marixuananı da xatırlamadığı polis əməkdaşları gətirib evində aşkar edilmiş yerə qoymuşlar. İbtidai istintaq zamanı evindən aşkar edilmiş qurudulmuş marixuananın özününkü olması barədə ifadə verməmiş, polis əməkdaşlarına inandığı üçün onların yazdıqlarını oxumadan imzalamışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Köçəsgər kəndində yaşayır, evinin həyətində tövləsi var, heyvandarlıqla məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində hər gün olduğu kimi heyvanları tövləyə salıb qapısını kəndirlə bağlamış, gedib yatmışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində oyanıb tövləyə getmiş, baxanda görmüşdür ki, bir baş, 50 kq-lıq, 8 aylıq dişi dana və dananı tövlədə boğazından dirəyə bağladığı ip orada yoxdur. Həmçinin tövlənin qapısını bağladığı kəndirin açıldığının da şahidi olmuşdur. Ətrafı axtarmış, dananı tapa bilmədikdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin gün polis əməkdaşları dananı qonşusu Təqsirləndirilən şəxs yaşadığı evin həyətində tapmışlar. Məlum olmuşdur ki, onun danasını tövlədən oğurlayan şəxs qonşusu Təqsirləndirilən şəxsdur. Orada bilmişdir ki, Sahib xx.xx.2022-ci il tarixdə saat 06 radələrində onun yaşadığı evin həyətində olan tövləyə qapını açıb daxil olaraq oradan qeyd olunan dananı oğurlayıb aparmışdır. Hal-hazırda danası özünə qaytarıldığı üçün təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2005-cu ildən DİO-da, 2022-cu ilin noyabr ayının 17-dən isə Ağstafa RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində əməliyyat axtarış tədbirləri keçirilməsinə dair qərar əsasında baş əməliyyat müvəklkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və kriminalist Vüsal Vüqaroglu ilə birlikdə Ağstafa rayonu Köçəsgər kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edən şübhəli şəxs Ağstafa rayonu Köçəsgər kənd sakini Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra, ona üzərində və evində narkotik vasitə gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs öz razılığı əsasında evinə baxış keçirilməsi üçün birlikdə onun evinə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 18:46-dan saat 19:11-dək Ağstafa rayonu Təqsirləndirilən şəxs Köçəsgər kəndində yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman yataq otağında olan çarpayının altında 02 ədəd iç-içə keçirilmiş politelen torbada bitki kütləsi aşkar edilmiş, Sahib onun qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün saxladığını, Ağstafa rayonu Eynallı kəndinin ərazisindən keçən su kanalının ətrafından yabanı halda bitən çətənə kollarının yarpaqlarından öz şəxsi istifadəsi üçün yığıb topladığını bildirmişdir. Baxış zamanı “Redmi” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmişdir. Aşkar edilmiş kütlə qablaşdırılmış, üzəri RPŞ-nin 88 nömrəli möhürü ilə mohürlənmişdir. Həmçinin, həmin vaxt Sahibin evinin həyətində ağaca bağlanmış 01 baş dana aşkar etmişlər. Sahib onlara şifahi şəkildə dananı həmin gün, saat 06 radələrində qonşusu Zərərçəkmiş şəxs evinin həyətindəki tövlədən oğurladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 və Vüsal Vüqaroğlu eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, həmin tarixdə yəni xx.xx.2022-ci il tarixdə saat 18:46-dan saat 19:11-dək Ağstafa rayonu Köçəsgər kəndində Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman yataq otağında olan çarpayının altında iki ədəd iç-içə keçirilmiş politelen torbada 465 qram çəkidə narkotik vasitə olan qurdulmuş marixuana və 1 baş dana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan göründüyü kimi, həmin tarixdə saat 20:02-dan saat 20:06-dək olan müddət ərzində Ağstafa RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərində heç bir qanunsuz narkotik vasitə və ya psixotrop maddə və ya onun prekusorları aşkar edilməmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, həmin tarixdə yəni xx.xx.2022-ci il tarixdə saat 09:35-dan, saat 10:10-dək Ağstafa rayonu Köçəsgər kəndində Zərərçəkmiş şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilən zaman onun yaşadığı evin həyətində yerləşən iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlandığı tövlədə Zərərçəkmiş şəxs məxsus bir baş dişi dananın yerində olmadığı, oğurlandığı aşkar edilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 16/1363 №-li, 07 dekabr 2022-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Ağstafa rayonu Köçəsgər kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş kütlə» yazılar və imzalar olan kağız qara rəngli poletelen torbadakı digər 1(bir) ədəd poletelen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (465 qram qurudulmuş marixuanadan 0,2 qram ekspertiza tədqiqatına sərf edilmiş, 464,8 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 173 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionlardan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/695 №-li, 07 fevral 2023-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikasında yerləşən ticarət mərkəzlərində mal-heyvan satışı bazarlarında mövcud olan qiymətlərə və eləcədə Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında göstərilən 1 baş yerli cins, 8 aylıq, diri çəkisi 50 kq olan dişi dana 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 450 manat müəyyən edilir. İş materiallarında olan “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X4 daxil olmuş 23 yanvar 2023-cü il tarixli, PHŞ-6-24/2-35/2023 nömrəli məktubundan görünür ki, Ağstafa rayonu Köçəsgər kənd sakini Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞ Poliklinika şöbəsinin psixoloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Rəhimov X3 Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasdı CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmış, xx.xx.2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin hökmü ilə cəzası 05 il həddinə endirilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 4(015)-30/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməsə də o, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus evin həyətindəki tövləyə daxil olub oradan 01 baş dananı oğurlamasını, bundan başqa, 2022-ci ilin yayında Ağstafa rayonu Eynallı kəndi ərazisiində yerləşən kanalın kənarından çətənə kollarından toplayıb qurudulmuş marixuana əldə etdiyini və gətirib evində saxladığını, 06 dekabr 2022-ci il tarixdə polis əməkdaşlarının qeyd olunan qurudulmuş marixuananı aşkar etdiklərini bildirmiş, ifadələrin sonunda onları oxuduğunu, doğru olmalarını öz imzası ilə təsdiq etdiyini yazmış, ifadələri imzalamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qurudulmuş marixuanadan istifadə etdməyini bildirsə də iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyindən də göründüyü kimi, o, kannobionlardan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilməməsi barədə göstərdiklərini əsaslı hesab etmir, özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamları iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxlə barışıq əldə etməsini, sonuncunun ondan şikayət və tələbinin olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər iki maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, məhkəmə həllinədək saxlanılması üçün sahibi- Zərərçəkmiş şəxs təhvil verilmiş 01 baş dana Y. İbrahimovun istifadəsində saxlanılmalı, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 464,8 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 82,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, məhkəmə həllinədək saxlanılması üçün sahibi- Zərərçəkmiş şəxs təhvil verilmiş 01 baş dana Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın, digər maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 464,8 qram çəkidə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 82 (səksən iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-38/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-38/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver