Məhkəmə qərarları › İş №1(015)-38/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-38/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-38/2024 04.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, ünvan 2rəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, başqa iş üzrə azadlıqdan məhrum etmə cəzası çəkən, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 7,74 qram təşkil edən narkotik vasitə olan həşiş qətranını əldə edərək, əynində olan gödəkçənin sol yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 11:30-da Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Dağkəsəmən kəndində, küçədə piyada hərəkətdə olarkən saxlanılaraq saat 11:40-da Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə həşiş qətranı Ağstafa Rayon Polis Şöbəsinin inzibati binasında, həmin gün saat 12:28-dan 12:37-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sol yan cibindən şəffaf sellofan kəsiyi bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Qazax şəhərində yaşayır. 30 noyabr 2023-cü il tarixdə saat 11-12 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən ət mağazasının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Ağstafa RPŞ-nə dəvət etmişlər. Şöbədə olarkən təhqiqatçının otağında vəkilinin iştirakı ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və üzərindən bir bükümdə həşiş qətranı aşkar edilmişdir. Həmin narkotik vasitəni tutulmamışdan bir neçə gün əvvəl Qazax şəhərində yaşadığı evin yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin KKQT-nin baş inspektor-kriminalisti vəzifəsində işləyir. 30 noyabr 2023-cü il tarixdə saat 11 radələrində gündəlik xidmətdə olduğu zaman bir nəfər şəxsin gətirildiyini, üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu və üzərinə təhqiqatçının otağında baxış keçiriləcəyi deyilmiş, təhqiqatçının otağında vəkilin iştirakı ilə şəxsi axtarış başlamış, şəxsi axtarış zamanı sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsdən üzərində hər hansı narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı bir əşya varsa onu təqdim etməsi xahiş olunmuş, Təqsirləndirilən şəxs cibindən çıxarıb büküm təqdim etmiş, həşiş olmasını, Qazax şəhərində, evlərinin yaxınlığında tapdığını demiş, kütlə qablaşdırılaraq zərflə möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İş yoldaşı Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında 30 noyabr 2023-cü il tarixdə, saat 11:30-da o və Elməddin Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlayaraq həmin gün, saat 11:40-da Ağstafa RPŞnə aparmışlar. Polis şöbəsində, təhqiqatçının otağında müdafiəçinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əvvəlcə üzərində narkotik vasitə varsa təqdim etməsi xahiş edilmiş, Adil könüllü surətdə gödəkçəsinin cibindən bir büküm çıxarıb təqdim etmiş, içərisində həşiş qətranı olmasını, bükümü Qazax şəhərində yaşadığı evin yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hansısa qanunsuz əşya aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 şahid X2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki tünd göy rəngli qış gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülü halda 7,93 qram çəkidə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülür. Şəxsi axtarış 30 noyabr 2023-cü il tarixdə saat 12:28-də başlamış, həmin gün saat saat 12:37-də bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 16/1229 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofon torbacıqda təmiz çəkisi 7,74 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır (7,74 qram həşiş qətranından 0,1 qram ekspertiza tədqiqatına sərf edilmiş, 7,64 qram çəkidə həşiş qətranı qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli 59 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin, həşiş qətranından və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün, həmçinin Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən şərti olaraq vaxından əvvəl azad edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 dekabr 2023-cü il tarixdən hesablanmalı olması qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2023-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən az ağır cinayət törətməkdə təqsirli bilinərək azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün təyin ediləcək qəti cəzadan çıxılmalı, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun başqa cinayət işi üzrə azadlıq məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 7,64 qram narkotik vasitə həşiş qətranı məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin olunmuş 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun başqa cinayət işi üzrə azadlıqdan məhrum növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 7,64 qram həşiş qətranı məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar