Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-39/2023 08.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1974-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 435 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, əlində olan polietelen torbada qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 15:25-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, R.Alcanov küçəsində yerləşən Uşaq xəstaxanasının qarşısında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə qurudulmuş marixuana Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 16:37-dən 16:50-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli polietelen torbadan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hazırki iş üzrə tutulmamışdan təxminən 2-3 ay əvvəl, 2022-ci ilin təxminən noyabr ayında Ağstafa rayonu Poylu kəndi ərazisində, Kür çayının sahilindən öz şəxsi istifadəsi üçün yabanı halda bitən çətənə kollarının yarpaqlarından toplayıb Poylu kəndindəki avtomobil körpüsünün altında quruması üçün saxlamış, xx.xx.2023-cü il tarixdə günorta saatlarında qeyd olunan marixuananı oradan yaşadığı evə gətirməyə getmiş, həmin narkotik vasitəni özü ilə apardığı göy rəngli polietilen torbaya yığıb geri qayıtmış, saat təxminən 15:25-də Ağstafa şəhəri R. Alıcanov küçəsindəki Uşaq xəstəxanasının qarşısında piyada gedərkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-nə getmiş, polis şöbəsində, birinci mərtəbədə təhqiqatçının otağında vəkilin də iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmış, ondan üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif olunmuş, o, əlində saxladığı göy rəngli polietilen torbada olan kütləni təqdim etmiş, içərisində qurudulmuş marixoana olmasını, onu Kür çayının Ağstafa rayonu Poylu kəndi ərazisindən keçən hissəsində yabanı halda bitən çətənə kollarından öz şəxsi istifadəsi üçün toplayıb qurutmaqla yaşadığı evə gətirmək üçün üzərində daşıdığını bildirmiş, üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Aşkar edilmiş qurudulmuş marixuanadan heç kimə satmamış, o cür fikrə düşməmiş, həmçinin onda qurudulmuş marixuana olması barədə heç kimin məlumatı olmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 yanvar 2023-cü il tarixdə xidməti iş yerimdə olarkən RPŞ-nin Köçvəlili PB-nin əməliyyat müvəkkili Seymur Babayev tərəfindən ona bildirilmişdir ki, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirir. Həmin gün saat 15:25-də Şahid2la o, Təqsirləndirilən şəxs Ağstafa şəhəri, R.Alcanov küçəsində yerləşən Uşaq xəstəxanasının qarşısında əlində göy rəngli sellofan torba piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-yə dəvət etmişlər. Raqif etiraz etməmişdir, birlikdə Ağstafa RPŞ-nə getmişlər. Müdafiəşi Müdafiəçi1 də iştirakı ilə videoçəkilişlə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Raqifdən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, Raqif könüllü olaraq əlində olan göy rəngli polietilen torbada kütləni çıxarıb təqdim etmiş, qurudulmuş marixuana olmasını, Poylu kəndi əraisindən keçən Kür çayının sahilindən yığdığını, quruması üçün Poylu körpüsünün altında saxladığını, həmin gün-yəni xx.xx.2023-cü il tarixdə özü istifadə etmək üçün saxladığı Poylu avtomobil körpüsünün altından götürüb yaşadığı evə aparan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, həmin kütlədən heç kimə satmadığını, heç kimə pay və ya borc olaraq vermədiyini bildirmişdir. Həmin göy rəngli polietilen torba açıldıqda iki ədəd iç-içə keçirilmiş torbanın içərisində kəskin qoxulu, tünd yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür. Kütlə elektron tərəzidə çəkilmiş, sonra müəyyən edilmiş və müvafiq qaydada möhürlənib götürülmüşdür. Bundan başqa, Raqifin üzərinə şəxsi axtarış zamanı hər hansı narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmas barədə hər hansı bir əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs şəxsi axtarışı 16 yanvar 2023-cü il tarixdə, saat 16:37-də başlamış, saat 16:50-də bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Vüsal Vüqaroğlu digər Şahid1 ilə eyni məzmunlu ifadələr verib göstəridiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı Sozalı Vəliyev tərəfindən həmin gün saat 16:37-dən saat 16:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən əlində 01 ədəd göy rəngli polietelen torbada 465 qram qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/81 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs.” Yazə və imzalar olan sellofan paketdəki digər 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 435 qramolan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (435 qram qurudulmuş marixuanadan 0,02 qram ekspertiza tədqiqatına sərf edilmiş, 434,98 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobionidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən təqdim olunmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Muradov X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edir. Beləliklə, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, tutulduğu 02 gün ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 434,98 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 434,98 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-39/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-39/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver