Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-39/2025 16.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü il ildə Kəlbəcər rayonu, Dalqılınclı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu, Dalqılınclı kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə verdiyi vədi icra etmək niyyəti olmadan Ağstafa rayon Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs etibarını qazanaraq sonuncunun əmlakını hüquqa zidd və əvəzsiz ələ keçirmək niyyəti ilə özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncunun oğlu X2 Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə inandırıb “işi düzəldəcək” istintaqa məlum olmayan şəxsə vermək adı ilə ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan vədlər verərək vahid niyyətlə əhatə edilən qəsdlə 2023-cü ilin fevral ayından aprel ayınadək olan müddətdə, istintaqa dəqiq məlum olmayan saatlarda Ağstafa rayonunun Aşağı Göycəli kəndində yerləşən ödəniş terminalından Zərərçəkmiş şəxs özünə məxsus "xxxx" ASC-yə aid 4169-7388-5483-1306 nömrəli kart hesabına hissə hissə-2000, 2000, 1000, 100 və 500 manat pul köçürtdürüb sonra həmin pulları çıxarıb özünə götürməklə Zərərçəkmiş şəxs etibardan sui-istifadə və aldatma yolu ilə ümumilikdə 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bildiyini, şübhəli şəxs qismində ifadəsində və Zərərçəkmiş şəxsla üzləşməsində, həmçinin təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində dedikləri bəzi məqamlar həqiqəti əks etdirmədiyini, belə ki, Zərərçəkmiş şəxs oğlu Mehracı işə düzəldə biləcəyini deyərək bunun üçün 10000 manat pul lazım olduğunu, birinci 5000 manat pulu işə düzəlmədən öncə qalan 5000 manat pulu isə işə düzəldikdən sonra maaşda hissə-hissə verə biləcəyini bildirdiyini, bu barədə onunla mobil telefon vasitəsilə danışdığını, Cahandarın isə onunla razılaşaraq ona məxsus "xxxx" ASC-yə aid 4169-7388-5483-1306 nömrəli hesab kartına əvvəlcə 1000 manat, növbəti bir ay ərzində arada bir neçə gün fasilə olmaqla iki dəfə 1000 manat, daha sonra isə xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində pul göndərdiyini, bir neçə gündən sonra isə digər xərclər üçün Zərərçəkmiş şəxs əlavə 600 manat lazım olduğunu bildirərək ondan həmin karta yenidən 600 manat pul göndərməsini istədiyini, Cahandarın qeyd edilən məbləği də onun kartına ödədiyini, Cahandarın bir müddət sonra oğlunun iş məsələsinin nə yerdə qaldığını öyrənmək məqsədilə onunla əlaqə saxlayan zaman Cahandara üzərində Azərbaycan Respublikasının gerbi əks olunan Fövqəladə Hallar Nazirliyinin adı qeyd olunan, Cahandarın oğlu X1 adı yazılmış guya işə qəbul olunduğunu əks etdirən blank şəkli atdığını, bundan bir müddətdən sonra yenidən Cahandarın onunla dəfələrlə əlaqə saxladığını, o isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək işin yaxın müddətdə hazır olacağını deyib onu aldatdığını, ona sadəcə olaraq bir dəfə 600 manat məbləğində pul qaytardığını, qalan 5000 manatdan isə ona heçnə vermədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Cahandar pulları 2023-cü ilin fevral və mart aylarında göndərmiş, o Cahandardan 5000 manatı hissə-hissə almış, daha sonra əlavə olaraq da 600 manat istəmiş, həmin pulları Zərərçəkmiş şəxs onun oğlunu işə düzəldəcəyinə vəd edərək almış, aldığı pulları şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Sonradan Cahandar ondan pulu qaytarmasını istəmiş, lakin pulu Cahandara qaytara bilməmişdir. Hazırda törətdiyi cinayətdən peşmandır, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə qaytarıb vermiş, bundan əlavə dəymiş ümumi ziyanın 25% məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Cahandar onunla barışmışdır. Barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon, Aşağı Göycəli kənd sakinidir. Ağstafa rayonu, Aşağı Göycəli tam orta məktəbdə hərbi müəllim vəzifəsində işləyərək ailəsini dolandırır. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, 2 il bundan öncə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən N nömrəli hərbi hissədə birlikdə xidmət etdiyi iş yoldaşı Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışan zaman oğlu Mehracın işsiz olduğunu, sadəcə aldığı aylıq 80 manat məbləğində veteranlıq pulu ilə dolandığı barədə söhbət düşdü. Bu zaman zabit yoldaşı Təqsirləndirilən şəxs onun oğlunu Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğın Mühafizə şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini, bunun qarşılığında isə ondan ümumilikdə 10 min manat məbləğində olmaqla birinci 5000 (beş min) manat pulu işə düzəlmədən öncə qalan 5000 manat pulu isə işə düzəldikdən sonra maaşdan hissə-hissə alacağını demişdir. O da Təqsirləndirilən şəxs tanıdığı üçün və aralarında yaxın münasibət olduğunu nəzərə alaraq ona etibar etdiyini, buna görə də əlində olan bir miqdar pulun üstünü də bankdan kredit götürərək yaxınlarından borca pul götürüb 5000 manat pul düzəltdiyini, telefon danışığından təxminən 2 həftə sonra təxminən 2023-cü ilin fevral ayının 23 ərəfələrində yaşadığı kənddə yerləşən “Göycəli” marketdə olan Milliön ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid bank kartına əvvəlcə 2000 manat, bir ay sonra mart ayının 19-da yenə eyni marketdən həmin karta 2000 manat məbləğində pulu həmin ona göndərdiyi karta yolladığını, həmin ödənişin qəbzini saxladığını, bundan bir həftə sonra isə 1000 manat məbləğində pulu eyni karta kənddə yerləşən marketdən göndərdiyini, aprel ayının əvvəlində isə digər xərclər üçün əlavə 100 manat, ayın ortalarında isə 500 manata ehtiyac olduğunu söylədiyini, o da həmin qaydada istədiyi pulu onun kart hesabına göndərdiyini, onunla oğlu Mehracın işi ilə bağlı əlaqə saxladıqda isə sənədlərin hazır olduğunu deyərək, möhürlü sənəd şəkli atıb artıq işin hazır olduğunu, yaxın müddətdə işdən çağırılacağını dediyini, bir müddət bu qaydada davam etdikdən sonra onu aldatdığını anladığını, Təqsirləndirilən şəxs verdiyi məbləği tələb etdikdə ona 500 manat qaytarıldığını qalan pulu isə Ramin adlı şəxsə verdiyini, həmin şəxsin isə onu aldatdığını dediyini, Təqsirləndirilən şəxs göndərdiyi 2000 (iki min) manat pulun qəbzini saxladığını, digər qəbzləri itirdiyini, Təqsirləndirilən şəxslə aralarında olan səs yazılarını, sənədin fotoşəklini və Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid bank kartını saxladığını bildirmişdir. Sonradan İmamhüseynin onu aldatdığını anlamış, pulunu qaytarmasını tələb etmiş, pulu qaytarılmadığı üçün şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, ona vurduğu ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan Zərərçəkmiş şəxs pul göndərdiyi bank kartının anket məlumatlarının əldə edilməsi, mədaxil və məxaric məlumatlarının götürülməsi barədə Ağstafa rayon prokuroru qarşısında vəsatət qaldırılmış, məhkəməyə təqdimatla müraciət edilmiş və məhkəmə qərarı ilə "xxxx" ASCdən xx.xx.2025-ci il tarixli 2025/204/5439 nömrəli məktub ilə daxil olmuş bank məlumatında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid olan 4169-7388-5483-1306 saylı “Cashback” kartına xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə göndərilmiş və xx.xx.2023-cü il tarixdə bank məlumatında təsdiq edilmiş əlavə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə təkrar 1000 (min) manat, xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat, xx.xx.2023-cü il tarixdə isə 500 (beş yüz) manat olmaqla ümumilikdə həmin 5600 manat pul göndərməsi müəyyən edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilməklə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinirək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması və 4000 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəriməni tam ödəmiş, xx.xx.2021-ci il tarixdə cəzanı çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərin 25 faizi, yəni 1400 manat pulu dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi sübuta yetirilmişdir, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı və eyni zamanda 1400 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir, zərərçəkmiş şəxsin ondan hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması, eyni zamanda dövlət büdcəsinə dəymiş ziyanın 25%-i məbləğində pulu ödəməsi nəzərə alınmalı və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-39/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-39/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver