Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-40/2023 06.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,748 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, əynində olan gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 20:21-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Heydər Əliyev adına prospektdə yerləşən “Dərya” marketin yaxınlığında saxlanılaraq Ağstafa rayon poliş şöbəsinə gətirilmiş, həmin narkotik vasitə heroin polis şöbəsinin inzibati binasında, həmin gün saat 21:00-dan 21:09-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən istifadə edir. 26 yanvar 2023-cü il tarixdə səhər saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndindən keçən su kanalının kənarında piyada gəzdiyi vaxt yerdə 01r ədəd siqaretin qızılı kağızına bükülmüş büküm tapmış, götürüb açanda içərisində heroin olduğunu görmüş, özü istifadə etmək məqsədi ilə həmin bükümü əynindəki qış gödəkcəsinin sağ yan cibinə qoymuş, elə həmin gün, saat 20:30 radələrində Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən "Dərya" marketin yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu demişlər, o da etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-nə getmiş, polis şöbəsində müdafiçəçi ilə təmin edilmiş, videoçəkilişlə, müdafiəçisinin də iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan 01 ədəd qızılı rəngli siqaret kağızına bükülü halda olan kütləni təqdim etmiş, heroin olduğunu, həmin gün, səhər saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndindən keçən su kanalının kənarında piyada hərəkətdə olarkən tapdığını demişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmur, sadəcə özü arada bir narkotik vasitə istifadə edir. Bu barədə heç kimə heç nə deməmiş, narkotik vasitə qəbul etməyi barədə heç kimin xəbəri olmamışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə Ağstafa RPŞ-da olan zaman CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3 bildirmişdir ki, Ağstafa rayonu Dağkəsəmən kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuş, həmin gün saat 20 radələrində o, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Alı Hüseynli ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə şəhərə çıxmış, bir qədər sonra Təqsirləndirilən şəxs Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən "Dərya" marketin qarşısında piyada hərəkət etdiyini görüb Alı avtomobili onun yanında saxlamış, saat 20:21-də onlar Ümüdə yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində rəisin adına raportla məruzə edilmiş, Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmiş və bir qədər sonra vəkil gəlmiş, vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, əvvəlcə Ümüddən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa təqdim etməyi təklif edilmiş, Ümüd əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütlə çıxarıb təqdim etmiş və onun heroin olduğunu, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, heç kimə pay, borc olaraq vermədiyini, Dağkəsəmən kəndində yerləşən su kanalının yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqdim edilmiş kütlə elektron tərəzisində çəkilmiş, möhürlənib götürülmüş, sonra Ümüdün üzərindən hər hansı narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və ifadəsi elan olunmuş X2 Şahid2la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli qış kurtkasının sağ yan cibində olan 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş 0,97 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülür. Şəxsi axtarış 26 yanvar 2023-cü il tarixdə saat 21:00-da başlamış, həmin gün saat saat 21:09-da bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 16/148 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 bükümdə 0,97 qram narkotik vasitə heroinə bənər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,748 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,748 qram heroindən 0,06 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,688 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli, 280 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən halhazıradək həbsdə saxlanılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün təyin ediləcək cəzadan çıxılmalı, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,688 qram heroin məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,688 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-40/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-40/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver