Məhkəmə qərarları › İş №1(015)-41/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-41/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-41/2024 28.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, bir uşaq atası, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Qırılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Ağstafa rayonu, Qırılı kəndindəki evində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək məqsədi ilə sonuncunun razılığı əsasında qəsdən təbii yolla cinsi əlaqədə olaraq onun qızlıq bəkarətinin tamlığını pozmuş, bundan sonra Zərərçəkmiş şəxs razılığı ilə könüllü şəkildə mütəmadi olaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Ağstafa rayonu, Qırılı kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə bir müddət əvvəl tanış olmuş, sonra bir-birilərini sevmişlər. 13 sentyabr 2022-ci il tarixdə Nərminlə o, Gəncə şəhərinə getmişlər, Gəncə şəhərinə çatanda evlərindən ona zəng vurub geri qayıtmalarını dedikləri üçün ikisi də Ağstafa rayonu, Qırılı kəndinə qayıtmışlar, həmin vaxtdan Nərmin onların evində yaşamışdır. 14 fevral 2023-cü il tarixdə, saat 12 radələrində evlərində heç kəsin olmadığı vaxt ilk dəfə olaraq Nərminlə sonuncunun razılığı əsasında evlənmək məqsədi ilə təbii yolla cinsi əlaqədə olmuşlar, nəticədə Nərminin qızlıq bəkarəti pozulmuşdur. Həmin vaxtdan sonra da evlərində Nərminlə sonuncunun da razılığı əsasında təbii yolla mütəmadi cinsi əlaqədə olmuşlar. Onun valideynləri Nərminlə cinsi əlaqədə olmasını sonradan bilmişlər. O, Nərminlə ilk dəfə cinsi əlaqədə olmamışdan əvvəl də Nərminin 16 yaşının tamam olmadığını bilmişdir. İlk dəfə atası onun Nərminlə evlənmək istədiyini biləndə qızın 15 yaşının olmasını, evlənmək üçün icazə verilən yaşa çatdıqda onları evləndirəcəyini bildirmişdir. Əməlindən peşmandır, hazırda Nərminlə birlikdə xoşbəxt yaşayırlar, bir uşaqları da var. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Rzaquliyeva Nər min Bəxtiyar qızı ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa şəhərində yaşamışlar. Rəşadla bir nüçə il əvvəl tanış olmuş, sonradan aralarında sevgi münasibəti yaranmışdır. Özünü atası narkotik vasitələrin aludəçisi olduğu üçün azadlıqdan məhrum etmə növündə cəza çəkir. O, növbəti dəfə Rəşadla danışarkən evlərində artıq yaşaya bilmədiyini demiş, Rəşaddan onu qaçırmasını xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixdə Ağstafa rayonunun Qırılı kəndində, nənəsinin evində olarkən Rəşadla telefonla danışmış, Rəşad evin yaxınlığına gəlib onu götürmüş, b irlikdə Gəncə şəhərinə getmişlər. Lakin Gəncə şəhərinə çatanda Rəşada zəng gəlmiş, onlar oradan geriyə- Rəşadın Qırılı kəndində atasıgillə birlikdə yaşadığı evinə qaytımışlar. Həmin vaxtdan o, könüllü surətdə Rəşadgilin evində qalmış, öz evlərinə qayıtmaq istəməmişdir. 14 fevral 2023-cü il tarixdə, saat 12 radələrində evdə heç kəs olmadığı vaxt o, öz razılığı əsasında ilk dəfə Rəşadla evlənmək məqsədi ilə təbii yolla cinsi əlaqədə olmuş, qızılıq bəkarəti pozulmuş, sonradan evdə öz razılığı ilə mütəmadi olaraq Rəşadla cinsi əlaqədə olmuşlar. İlk əvvəllər Rəşadın valideynlərinin bu barədə məlumatı olmamış, sonradan onda hamiləlik əlamətləri meydana çxanda hadisədən xəbər tutmuşlar. Onun 16 yaşının tamam olmadığını Rəşad əvvəldən- hələ cinsi əlaqədə olduqları vaxtdan qabaq bilmişdir. Rəşad ondan üzrxahlıq etmişdir, o, Rəşadla barışmışdır, Rəşaddan şikayəti və tələbi yoxdur, hazırda birlikdə xoşbəxt yaşayırlar, bir qızları var. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül- azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızıdır, Nərmin xx.xx.2008-ci il təvəllüdlüdür. Onlar Ağstafa şəhərində yaşamışlar. Təqsirləndirilən şəxs isə Ağstafa rayonu, Qırılı kəndində yaşamış, qızı Rəşadla həmin kənddə yaşayan nənəsigilə gedən zaman tanış olmuş, sonradan bir-birilərini sevmişlər. 13 sentyabr 2022-ci il tarixdə Nərmin Qırılı kəndində olarkən öz razılığı əsasında Rəşada qoşulub qaçmış, evlərinə qayıtmaq istəməmiş, Rəşadın valideynləri ilə birlikdə Rəşadgildə yaşamışdır. Sonradan Rəşadın qızının da razılığı ilə Nərminlə cinsi əlaqədə olmasını öyrənmişdir. Rəşad və valideynləri onlardan üzrxahlıq etmişlər, qızının hazırda Rəşaddan bir uşağı var. Təqsirləndirilən şəxsdən şikayətçi deyillər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Ziyadxan oğlu ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Qırılı kəndində yaşayır. Təqsirləndirilən şəxs oğludur. Hələ bir müddət əvvəl oğlu Rəşadın Nərmini sevdiyini bilmiş, lakin Nərminin 16 yaşı tamam olmadığı üçün oğluna evlənməyə icazə verməmiş, qızın yaşı tamam olanda onları evləndirəcəyini demiş, lakin Rəşad Nərmini qaçırmış, Nərmin evlərinə qayıtmaq istəməmiş, onun Qırılı kəndindəki evində qalmışdır. Sonradan bilmişdir ki, Rəşadla Nərmin onun evində Nərminin razılığı əsasında cinsi əlaqədə olmuşlar. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci ildə doğulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayon mərkəzi xəstaxanasında Zərərçəkmiş şəxs qadın cinsli uşaq doğmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxsla barımışlar. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun təqsiri əməlini etiraf etməsi, zərərçəkmiş şəxsin, şahidlər ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur, əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, bir azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin cəza şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar