Məhkəmə qərarları › İş №1(015)-42/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-42/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-42/2024 11.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı il tarixdə Şəmkir rayonu Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağstafa Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək üzərində 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, çəkilməmiş 02 il 03 ay 05 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, Ağstafa rayonu Həsənsu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 0,42 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evdə və üstündə saxlamış, həmin narkotik vasitənin 0,16 qramını 11 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Ağstafa rayonunun Həsənsu kəndində yaşadığı evin qarşısında 10 manata Şahid1 satmış, Ağstafa RPŞ-nin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə saat 15:50-dən 16:24-dək onun yaşadığı evə baxış zamanı yaşadığı evdən pilləkənın altından dəmir borunun içərisindən bir bükümdə 0,22 qram çəkidə və əynində olan şalvarının sol ön cibindən isə 0,04 qram çəkidə, Şahid1 satdığı narkotik vasitə ilə tərkibinə görə eynilik təşkil edən narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu, Həsənsu kəndində yaşayır. O, Şahid1 narkotik vasitə satmamışdır. Belə ki, tutulmamışdan 2-3 gün əvvəl İsrail Həsənsu kəndində onların qonşuluğunda yaşayan, İsrailin bacısı oğlugilə qonaq gəlmiş, o, öz evində yerləşən su çəninin deşilməsini İsrailə bildirmiş və vaxtı olan zaman gəlib düzəltməsini xahiş etmişdir. Tutulmamışdan bir qədər əvvəl İsrayıl onun yaşadığı evə gəlmiş, lakin çən su ilə dolu olduğu üçün, çənin boşaldılmasını və sonra düzəldəcəyini ona demişmişdir. O, tutulduğu gün, yəni 11 dekabr 2023-cü ildə Ağstafa şəhərində olarkən İsrailə zəng edərək tikinti materialları mağazasından çənin təmiri üçün nə almaq lazım olmasını soruşmuş və bu barədə aralarında telefon danışığı olmuşdur. 11 dekabr 2023-cü il tarixdə, saat 17:25-də polis əməkdaşları onu Həsənsu kəndindəki yaşadığı evin qarşısında saxlamış, Ağstafa RPŞ-nə aparımışlar. Orada müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən narkotik vasitə aşkar edilməmiş, onu 48 saat saxladıqdan sonra sərbəst buraxmışlar. Onun evində şəxsi axtarış keçirilmiş və polis əməkdaları evindən narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Lakin onun evində narkotik vasitə olmamış, polis əməkdaşları özləri həmin yerə narkotik vasitə qoymuşlar. İsraillə tutulduğu gün aralarında bir neçə dəfə telefon danışığı olmuş, danışıq əsasən tikinti materiallarından hansının alınması barədə olmuşdur. Bundan başqa, söhbət əsnasında İsrail ondan narkotik vasitə istəmiş, lakin o, İsrailə onda narkotik vasitə olmamasını bildirmişdir. İş üzrə onun təqsiri yoxdur, məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Belə ki, onun bacısı Arzuman ilə eyni kənddə qonşuluqda yaşayır. O, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə, saat 16-17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında 10 manata 01 kağız bükümdə qurudulmuş maruxana almışdır. Həmin qurudulmuş marixuananı almamışdan əvvəl Arzumanla telefonda danışmış, sonuncudan onda qurudulmuş marixuana olubolmamasını soruşmuş, Arzuman bir ədəd olduğunu demişdir. Narkotik vasitəni ağrıları olduğu üçün istifadə etmək istəmişdir. Arzumandan qurudulmuş marixunanı alıb Ağstafa şəhərinə qayıtdığı vaxt, velosipedlə Ağstafa rayonu ərazisindəki “Göbələk” restoranının yaxınlığında hərəkətdə olarkən, polis əməkdaşları onu tutmuşdur. Ağstafa RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılmış, üzərindən Arzumandan almış olduğu qurudulmuş marixuana aşkar edilmişdir. O, qurudulmuş marixuananı 10 manata Arzumandan sonuncunun yaşadığı evin qarşısında almasını polis əməkdaşlarına demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin MSY-nin polis nəfəri işləyir. Təqsirləndiriln şəxs Təqsirləndirilən şəxsl aralarında hər hansı narazılıq, ədavət olmamışdır. Məlum hadisənin dəqiq tarixini xatırlamır. Təqsirləndirilən şəxs Ağstafa rayonu Həsənsu kəndindəki evinə baxış keçirilərkən o da iştirak etmişdir. Arzumanın yaşadığı evə baxış keçirilən zaman pilləkənin altında bükümdə marixuana tapılmış, daha sonra saxlanc damında, divarda qızılı siqaret kağızına bükülmüş marixuana toxumu aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 üzərində qanunsuz narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında onlar tərəfindən əməliyyat tədbiri keçirilmişdir. Belə ki, 11 dekabr 2023cü il tarixdə, saat 16-17 radələrində Ağstafa rayonu ərazisində yerləşən “Göbələk” restoranının yaxınlığında Şahid1 yaxınlaıb özlərini təqdim etdikdən sonra onu Ağstafa RPŞ-nə dəvət etmişlər. RPŞ-də olarkən Şahid1 müdafiəçi ilə təmin edilmiş, üzərinə videoçəkiliş ilə baxış keçirilmiş və üzərindən 01 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. İsrail narkotik vasitəni 10 manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Daha sonra onlar həmin gün, saat 17 radələrində Təqsirləndirilən şəxs Ağstafa rayonu, Həsənsu kəndində yerləşən yaşadığı evin qarşısında saxlayaraq RPŞ-nə gətirmişlər. Arzumanın üzərinə RPŞ-də baxış keçirilən zaman o, iştirak etməmişdir. Həmin günün səhərisi Arzumanın özünün də iştirakı ilə evinə baxış keçirmişlər. Baxış videoçəkiliş vasitəsilə keçirilmiş və Arzumanın yaşadığı evin zirzəmisində bükümdə narkotik vasitənin toxumları, bir büküm də daşın arasında narkotik vasitə marixuana aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin KKQT-nin baş inspektor-kriminalisti vəzifəsində işləyir. 11 dekabr 2023cü ildə xidmətdə olan zaman RPŞ-nə üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinən Şahid1 adlı şəxs gətirilmiş və onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə şəxsi axtarış aparıldığı vaxt narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şahid1 narkotik vasitəni haradan əldə etməsi soruşulduqda o, Təqsirləndirilən şəxs adlı şəxsdən 10 manata almasını bildirmişdir. Daha sonra 12 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağstafa rayonu Həsənsu kəndində yerləşən evinə müdafiəçinin də iştirakı ilə baxış keçirilmiş, oradan narkotik vasitənin toxumları və 01 bükümdə marixuana aşkar edilmişdir. Arzuman həmin maddələrin ona aid olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 dekabr 2023-cü il tarixdə iş yoldaşı Şahid4 məlumat daxil olmuşdur ki, Ağstafa rayonu Vurğun qəsəbəsində bir nəfər şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşıyır. Bundan sonra o, Şahid5 və Şahid4 Ağstafa rayonunda yerləşən “Göbələk” restoranının qarşısına gedərək tədbir qurmuş, saat 17 radələrində sonradan adının Şahid1 olmasını bildiyi şəxs yaxınlaşarkən onu saxlayıb Ağstafa RPŞ-nə aparımşlar. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxsin adı Şahid1dir. İsrailin üzərində şəxsi axtarış aparıldığı vaxt onun üzərindən 01 bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, ondan həmin narkotik vasitəni kimdən almasını soruşduqda bildirmişdir ki, Ağstafa rayonu Həsənsu kənd sakini Təqsirləndirilən şəxs 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, lakin Arzumanın üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra, 12 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Ağstafa rayonu Həsənsu kəndində yerləşən yaşadığı evə baxış keçirmək üçün getmişlər. Evdə baxış zamanı zirzəmidə daşların arasında iki ədəd toxum, pilləkənin dəmirlərinin içərisində isə 1 ədəd qızılı bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Arzuman toxumların bəlkə də əvvəldən qalmış ola biləcəyini bildirmiş, lakin digər narkotik vasitənin ona aid olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 dekabr 2023-cü il tarixdə Şahid4 ona zəng edərək bildirmişdir ki, İsrail adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirir. Daha sonra o, Şahid2 və Şahid4 Ağstafa rayonunda yerləşən “Göbələk” restoranının qarşısında İsrail adlı şəxsi velosipedlə hərəkətdə olarkən tutaraq Ağstafa RPŞ-nə gətirmişlər. İsrailin müdafiəçi ilə təyin olunmuş və onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə marixuana aşkar edilmiş və o, həmin narkotik vasitəni 10 manata Arzuman adlı şəxsdən almasını bildirmişdir. Arzumanın tutulmasında və evinə baxış keçirilməsində o, iştirak etməmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli şəxsi axtarış və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd tünd göy rəngli siqaret kağızına bükülü, kağız ilə birlikdə 0,21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, şəxsi axtarış 11 dekabr 2023-cü il tarixdə saat 18:23-də başlamış, həmin gün saat 18:38-də bitmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağstafa rayonu Həsənsu kəndində yerləşən evinə keçirilən baxış zamanı evin zirzəmisində, divarda olan boşluqdan siqaret kağızına bükülmüş vəziyyətdə 2 ədəd marixuana bitkisinin toxumuna oxşar toxum və evin pilləkəninin alt hissəsində yerləşən dəmir borunun içərisindən gümüşü rəngli siqaret kağızında kağızı ilə birlikdə 0,31 qram olan narakotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir, baxış həmin gün, saat 15:50-də başlamış, saat 16:24-də başa çatmışdır. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli götürmə və baxış keçirilmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvar ekspertiza tədqiqatı üçün götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 dekabr 2023-cü il tarixli, 16/1267 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş “şübhəli şəxs Şahid1” yazı və imzalar olan kağız paketdəki 01 ədəd göy rəngli kağız bükümdə, təmiz çəkisi 0,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə olan, 1 (bir) ədəd göy rəngli kağız bükümdə ümumi sayı 2 (iki) ədəd, ümumi təmiz çəkisi 0,04 qram olan bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd folqa kağız bükümdə, təmiz çəkisi 0,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan sellofan paketdəki, 1 (bir) ədəd qara rəngli şalvarın sol ön cibindəki, tütünlə qarışıq halda ümumi təmiz çəkisi 0,10 qram, tütündən ayrıldıqdan təmiz çəkisi 0,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər (0,16 qram, 0,22 qram, 0,04 qram marixuanaların hər birindən 0,02 qram olmaqla cəmi 0,06 qram ekspertiza tədqiqatına sərf edilmiş 0,14 qram, 0,20 qram, 0,02 qram qurudulmuş marixuana qalmışdır) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli 323 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, zənglərin detallaşması əks olunan faylda, həmçinin zənglərin məxsusluq tarixçəsi əks olunan və antenn dairəsi fayllarda müəyyən edildi ki, +99***-******* mobil nömrəsi ilə Şahid1 istifadəsində olan 051 *** ** ** nömrəsi arasında danışıqlar aparılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 12:40, 12:42, 12,50,13:21,16:08 və 16:12-də 051 *** ** ** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-******* nömrəsinə zənglər edilmiş və həmin gün saat 16:12-də hər iki şəxs eyni anten dairəsi ərazisində olmuşlar. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 məxsus «İTEL» markalı içərsində ********** nömrəsi olan mobl telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefonda Təqsirləndirilən şəxs istifadə etdiyi ********** mobil nömrəsi «Kol» adı ilə qeydiyyata alınmş və həmin şəxslər arasında xx.xx.2023-cü il tarixdə müxtəlif vaxtlarda telefon danışıqları aparılmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək Ağstafa Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 08 ay 21 günlük hissəsini çəkmiş, 02 il 03 ay 05 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarıda olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Əli Məmmədov və xx.xx.2009-cu il təvəllüdlü Ürfanə Həşimova adlı iki uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır, o, həmin vaxtdan halhazıradək həbsdədir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini, Şahid1 narkotik vasitə satmamasını bildirmişdir. Lakin qeyd edilənlər həm Şahid1 özünün ifadəsi, həm digər şahidlərin ifadələri, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Eyni zamanda təqsirləndirilən şəxsin tutulması zamanı, tutma protokolunun vaxtının düzgün göstərilməməsi məsələsi araşdırılmışdır. Belə ki cinayət işinin materiallarında olan 11 dekabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə saat 19:50-də tutulmuş və tutma protokolu həmin tarixdə saat 20:30-da tərtib edilmişdir. Lakin müdafiə tərəfi buna etiraz edərək, Ağstafa rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubu təqdim edərək, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə saat 17:00-dan 17:20-dək Ağstafa rayonu Həsənsu kəndində, 17:20-dən 17:25dək Həsənsu kəndindən Ağstafa şəhəri istiqamətində hərəkətdə olmasını və 17:25-dən 19:50-dək Ağstafa rayon polis şöbəsində olmasını bildirmişdir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə saat 17:00-dan 19:50-dək olan hərəkət trayektoriyasına “Attenty” sistemi vasitəsilə baxılaraq təqdim etdiyi məktubu əsaslı hesab edir, lakin Təqsirləndirilən şəxs tutulan zaman üzərindən heç bir narkotik vasitə aşkar edilmədiyindən hazırki hal Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərək cinayət məsuliyyətindən azad edilməsi üçün əhəmiyyət kəsb etmir. Lakin şəxsin 17:25-dən Ağstafa RPŞ-də saxlanılması məsələsi məhkəmə tərəfindən ayrıca qiymətləndiriləcəkdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Ağstafa Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmünə əsasən ona qəti olaraq təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 03 ay 05 günlük hissəsi, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, qismən birləşdirilərək ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin olunmuş qəti cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,14, 0,20, 0,02 qram qurudulmuş marixuanalar, 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməli, ondan götürülmüş 01 ədəd şalvar onun ailə üzvlərinə, Şahid1 götürülmüş 01 ədəd “İTEL” markalı mobil telefon isə İ. Qocayevə özünə qaytarılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağstafa Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmünə əsasən ona qəti olaraq təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 05 (beş) günlük hissəsi, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, qismən birlşdirilərək o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,14, 0,20, 0,02 qram marixuanalar, 02 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd şalvar Təqsirləndirilən şəxs ailə üzvlərinə, Şahid1 götürülmüş 01 ədəd “İTEL” markalı mobil telefon Şahid1 qaytarılsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar