Məhkəmə qərarları › İş №1(015)-42/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-42/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-42/2025 03.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Аğstafa rayonunda anadan olmuş, orta təhsilli, subay, Dəmir yol keçiddə növbətçi işləyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə saat 01 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi "VAZ-21154" markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa-Sadıxlı yolunun Poylu kəndi ərazisindən keçən hissəsində, yaşayış məntəqəsində Sadıxlı kəndi istiqamətində saatda 100-110 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yəni sürücü avtomobilini yaşayış mənətəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, bunlara riayət etməyərək, hərəkətini davam etdirib avtomobili həmin vaxt onunla eyni istiqamətdə olan, yolda dönmə əməliyyatı aparan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ-21074" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yanından təxminən 40-50 dərəcə bucaq altında vurub toqquşmaqla həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin açıq yerdəyişməli sınıqları, sol bud sümüyünün qapalı yerdəyişməli sınığı, qapalı kəllə beyin travması, komatoz vəziyyət, travmatik şok, travmatik subaroxnoidal, subdural və intraparenximatoz qanamalar, diffuz beyin zədələnməsi, beyin kontuziyaları, pnevmosefaliya, sfenoid sinusun yerdəyişməyən sınığı, sol mastoidin sınığı, sol inferior və superior pubik ramuslarında və sol asetabulumun sınığı, sarkum sınığı, döş qəfəsinin küt travması, ağciyər kontuziyası, pnevmotoraks, İV qabırğanın sınığı, müştərək qapalı KBT-sı, sol məməyəbənzər sümüyün kəllə əsasına keçən xətti sınığı, hər iki yan və İV mədəcik daxilinə az miqdarda intraventrikulyar qanama və yataq yarası xəsarətləri ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli bədən xəsarətləri almasına, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs əvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük hüququ vardır. ** DU *** qeydiyyyat nişanlı VAZ- 21015 markalı avtomobili idarə edir. Boş vaxtlarında həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 21 aprel 2024-cü il tarixdə saat 01 radələrində idarə etdiyi avtomobillə gəzmək üçün Poylu kəndinə tərəf getmişdir. Ağstafa Sadıxlı yolu ilə saatda 100-110 km sürətlə avtomobili idarə etmişdir. Avtomobili uzaq vuran işıqlarla idarə etmişdir. Poylu kəndində uzaqda bir avtomobilin yolun sol tərəfindən çıxıb yolun sağına keçməklə arxaya dönmə əməliyyatı etdiyini görmüşdür. Həmin avtomobil VAZ-2107 markalı ** SL *** qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil onun yolunda sol tərəfə dönməyə başlayanda onların arasında təxminən 60-70 metr məsafə olmuşdur. O, əyləci basıb avtomobili saxlamaq istəsə də avtomobil bir qədər sol tərəfə meyillənib VAZ-2107 markalı avtomobilin sol yan tərəfi ilə toqquşmuşdur. Onun avtomobili toqquşmadan sonra yolun sol ehtiyyat hissəsində, Vaz-2107 markalı avtomobil isə yolun ortasında dayanmışdır. Baş vermiş hadisə nəticəsində o xəsarət almışdır. Onun üçün təhlükə təxminən saatda 100-110 km sürətlə hərəkətdə olan vaxt təxminən 60-70 metr məsəfədən VAZ-2107 markalı avtomobil onun yolunda dönməyə başladığı andan yaranmışdır. Hadisə gecə olduğu üçün yolda heç kim olmamışdır. Həmin avtomobil Sadıxlı kəndi istiqamətində yolun sağ tərəfindən Ağstafa şəhəri istiqamətində dönmə əməliyyat etmək istəyən vaxt toqquşma baş vermişdir. Hadisə baş verən zaman o, spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Əməlindən peşmandır, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş də onunla barışmışdır. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Ağstafa rayonu Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla yaşayır. Hadisədən əvvəl müddətdən artıq hərbi qulluqçu işləmişdir. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük hüququ vardır. VAZ-2107 markalı ** SL *** dövlət qeydiyyat nişanla avtomobil atasının adınadır və etibarnamə əsasında idarə etmişdir. 21 aprel 2024-cü il tarixda saat 01 radələrində iş yoldaşı Kamranı idarə etdiyi avtomobil ilə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinə aparıb Ağstafa şəhərinə qayıdarkən Ağstafa rayonunun Poylu kəndi ərazisində Sadıxlı-Ağstafa yolu ilə Ağstafa şəhəri istiqamətində 50 km/saat surətlə hərəkətdə olan zaman təxminən 50-60 metr məsafədən Ağstafa şəhəri istiqamətində hərəkət edən avtomobilin onun üzərinə gəldiyini görmüş, o avtomobilin işıqlarını yandırıb-söndürərək həmin avtomobilə işarə vermişdir. Həmin avtomobilin hərəkətini davam etdirdiyini gördükdə avtomobilini sağa doğru istiqamətləndirsə də, qarşıdan gələn avtomobil onu sol yan tərəfindən vurmuşdur. Hadisədən sonra aldığı xəsarətlərə görə heç nə xatırlamamış, hadisədən təxminən 1 ay 15 gün sonra xəstəxanada ayılmışdır. O həmin vaxt yolda dönmə əməliyyatı aparmamış, öz hərəkət yolunda hərəkət etmişdir. Hadisə zamanı qarşıdan gələn “VAZ- 21154” markalı avtomobilin qabaq sol tərəfi ilə onun avtomobilin sol tərəfi arasında toqquşma baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, ona dəymiş ziyanı tam ödədiyi üçün o, Sərtiv ilə barışmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona görə də S. Həsənovun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin DYPB-nin YPX-nın inspektoru vəzifəsində işləyir. Polis baş serjantı rütbəsindədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. 20 aprel 2024-cü il tarixdə Ağstafa RPŞ-də əməliyyat qrupunun üzvü olmuşdur. 21 aprel 2024-cü il tarixdə saat 01 radələrində RPŞ-nin inzibati binasında olan vaxt məlumat verilmişdir ki, Ağstafa rayonunun Poylu kəndində yol nəqliyyat hadisəsi olmuşdur. O, dərhal xidməti avtomobillə hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda görmüşdür ki, "VAZ-21154" markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21074" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağstafa-Sadıqlı yolunun Poylu kəndi ərazisindən keçən hissəsində, yaşayış məntəqəsində toqquşmuşdur. Hadisədən sonra VAZ-2107 markalı avtomobil yolun ortasında yola perpendikulyar, VAZ-21154 markalı avtomobil isə Sadıxlı kəndi istiqamətində yolun sol ehtiyyat hissəsində yola perpendikulyar vəziyyətdə dayanmışdır. Məlum olmuşdur ki, "VAZ-21154" markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sərtiv, digər avtomobilin sürücüsü isə Sərraf olmuşdur. O, hadisə yerinə çatanda sürücüləri xəstaxanaya aparmışlar. Hadisə yerinə gəlmiş müstəntiqin hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Məlum olmuşdur ki, "VAZ-21154" markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil Sadıqlı kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxt onunla eyni istiqamətdə olan, yolda dönmə əməliyyatı aparan sürücü Zərərçəkmiş şəxs oğlunun idarə etdiyi "VAZ-21074" markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma"VAZ-21154" markalı avtomobilin qabaq hissəsi ilə "VAZ-21074" markalı avtomobilin sol yan hissələri arasında baş vermişdir. İş üzrə şahid olan X4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır. Təqsirləndirilən şəxs tanımır. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sərrafla hərbidə bir yerdə qulluq etmişlər. 20 aprel 2024-cü il tarixdə axşam saatlarında Ağstafa rayonunun Vurğun qəsəbəsində keçmiş iş yoldaşının toy məclisinə hazırlıq məclisinə getmişdir. Həmin gün Sərraf da həmin məclisdə iştirak etmişdir. Onlar həmin məclisdə bir yerdə oturmuşlar. O, həmin məclisdə spirtli içki qəbul etsə də Sərraf içki içməmişdir. 21 aprel 2024-cü il tarixdə saat 01 radələrində məclisdən çıxanda Sərraf bildirmişdir ki, taksi çağırmasın, onu yaşadığı kəndə avtomobili ilə aparacaqdır. O, Sərrafın onu idarə etdiyi avtomobillə aparmasına razılıq vermişdir. Sərraf idarə etdiyi VAZ-21074 markalı ** SL *** qeydiyyat nişanlı avtomobili ilə onu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə gətirib evlərinin yaxınlığında düşürmüşdür. X5 şəhərinə qayıtmaq üçün ondan ayrılmışdır. Həmin vaxt avtomobildə Sərrafdan başqa heç kim olmamışdır. Səhəri gün eşitmişdir ki, Sərraf onu düşürdüb qayıdan zaman Ağstafa rayonunun Poylu kəndi ərazisində başqa avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisənin hansı şəraitdə baş verməsi haqqında onun hər hansı bir məlumatı olmamışdır. Sonradan bilmişdir ki, Sərrafın idarə etdiyi avtomobillə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Ağstafa-Sadıxlı yolunun Ağstafa rayonunun Poylu kəndindən keçən hissəsində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 4 metr olmaqla, yol asfaltbeton örtüklü və quru vəziyyətdə olmuşdur. Yol örtüyünün ümumi eni 08 metr olmaqla sağ və sol hissəsində yol çiyini yerləşir. Sağ çiyinin eni 3,48, sol çiyinin eni 2,84 metrdir. Toqquşma Sadıxlı kəndi istiqamətində yolun sağ kənarından 4,66, sol kənarından 3,44 metr məsafədə baş vermişdir. Hadisə yerində VAZ-21154 markalı avtomobilin 17,15 metr cütləşmiş tormoz izi aşkar edilmişdir. Hadisədən öncə “VAZ-21154 markalı ** DU *** qeydiyyat nişanlı avtomobil Sadıxlı kəndi istiqamətində hərəkət etmiş, “VAZ-21074 markalı ** SL *** qeydiyyat nişanlı avtomobil Sadıxlı istiqamətində yolun sağından Ağstafa şəhəri istiqamətində dönmə əməliyyatı etmişdir. Hadisə baş verən zaman avtomobillərdə sürücülər tək olmuşdur. Hadisədən sonra VAZ-2107 markalı avtomobil yolun ortasında yola perpendikulyar, VAZ-21154 markalı avtomobil isə Sadıxlı kəndi istiqamətində yolun sol ehtiyyat hissəsində yola perpendikulyar vəziyyətdə dayanmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 414 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – sağ baldır sümüklərinin açıq yerdəyişməli sınıqları, sol bud sümüyünün qapalı yerdəyişməli sınığı, qapalı kəllə beyin travması, komatoz vəziyyət, travmatik şok, travmatik subaroxnoidal, subdural və intraparenximatoz qanamalar, diffuz beyin zədələnməsi, beyin kontuziyaları, pnevmosefaliya, sfenoid sinusun yerdəyişməyən sınığı, sol mastoidin sınığı, sol inferior və superior pubik ramuslarında və sol asetabulumun sınığı, sarkum sınığı, döş qəfəsinin küt travması, ağciyər kontuziyası, pnevmotoraks, İV qabırğanın sınığı, müştərək qapalı KBT-sı, sol məməyəbənzər sümüyün kəllə əsasına keçən xətti sınığı, hər iki yan və İV mədəcik daxilinə az miqdarda intraventrikulyar qanama və yataq yarası – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 17 iyul 2024-cü il tarixli 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər – sol dizin qapalı sınığı, defarmasiyası,bədənin bir neçə nahiyyəsinin sıyrılmış yaraları – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 may 2024-cü il tarixli 1532/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 may 2024-cü il tarixli 1532/A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 15 avqust 2024-cü il tarixli 8/1465 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21154 markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan məhkəmə-yol nəqliyyat trasoloji ekspertizasının 05 mart 2025-ci il tarixli 8/125 nömrəli rəyindən görünür ki, ilkin kontakt anında toqquşma VAZ- 21154 markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə VAZ- 21074 markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi arasında təxminən 40-50 dərəcə bucaq altında baş vermişdir. Təqdim edilmiş VAZ-21154 markalı **-DU-*** və VAZ-21074 markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində olan zədələrin yerləşmə yerinə, istiqamətinə və s. əlamətlərinə görə qarşıqarşıya deyil çarpaz xətt formada (istiqamətdə) toqquşmaya uyğun gəlir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “BC” kateqoriyalı AE 316280 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs verilmişdir və xx.xx.2025-ci il tarixədək etibarlıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmışdır, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidi dinləyib, işdəki sənədləri nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, məhkəmə xərci-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 238 manat məbləğində pul ondan tutularaq X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin cərimə meydançasında saxlanılan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21074 markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21154 markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Ağstafa rayon polis şöbəsinə göndərilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmə xərcləri-ekspertiza tədqiqatının dəyəri olan 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin cərimə meydançasında saxlanılan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21074 markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21154 markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Ağstafa rayon polis şöbəsinə göndərilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar