Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-43/2024 27.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2006-cı ildə Ağstafa rayonu Sadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Ağstafa rayonu Sadıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Ağstafa rayonu Sadıxlı kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin giriş darvazasında bağlı vəziyyətdə olan kəndiri açaraq evin həyətinə daxil olduqdan sonra evin giriş qapısının kilidinin bağlı olduğunu görüb evə daxil olmaq üçün evyana çıxaraq açıq vəziyyətdə olan pəncərədən evin mətbəxinə, oradan isə yataq otağına qanunsuz daxil olaraq otaqdakı çarpayının üzərindəki yastığın yanında olan 2397 manat pulu götürmüş, öz cinayətkar əməlini davam etdirərək digər yataq otağına keçib orada olan çarpayının üzərindəki pul qabının içərisindən 160 manat məbləğində nağd pulu götürüb gedərək, zərəçəkmiş şəxsə ümumilikdə 2557 manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Ağstafa rayonu Sadıxlı kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus ikimərtəbəli fərdi yaşayış evinin kilidi bağlı vəziyyətdə olmayan giriş darvazasını açaraq evin həyətinə daxil olduqdan sonra evin birinci mərtəbəsində olan qonaq otağının qapısına yaxınlaşıb əli ilə itələyərək qapını açdıqdan sonra qonaq otağına, oradan isə qonaq otağına bitişik vəziyyətdə olan yataq otağının açıq vəziyyətdə olan qapısından yataq otağına qanunsuz daxil olaraq otaqdakı paltar dolabının qapısını açıb dolabın üst hissəsində olan əl çantasının içərisindən 921 manat nağd pulu gizli olaraq talayıb zərəçəkmiş şəxsə məxsus 921 manat məbləğində nağd pulu götürüb gedərək, zərəçəkmiş şəxsə ümumilikdə 921 manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli yolla talayıb təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Sadıxlı kəndində yaşayır, hər iki zərərçəkmiş şəxs onun həmkəndliləridir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb əmisi Tanrıverdigilə gedən zaman qonşusu Mahmudalınin evinin darvazasının kəndir ilə bağlandığını görmüş, evdə heç kim olmadığını anlayıb oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə kəndiri açıb həyətə daxil olmuş, sonra evin qapısının açarla bağlandığını görmüş, ona görə də eyvana çıxarkən gördüyü açıq pəncərdən evin içinə- mətbəxə girmiş, oradan yataq otağına keçmiş, çarpayının üzərindəki yastığın yanında pul olduğunu görmüş, həmin pulu götürüb digər yataq otağına keçmiş, otaqda olan çarpayının üzərində qara rəngli pul qabı olduğunu görmüş, pul qabının içərisində 160 manat pul olmuş, qeyd olunan 160 manatı da götürmüşdür. Göstərilən 160 manatla birlikdə o, evdən cəmi 2557 manat miqdarda pul oğurlamışdır. Həmin günün axşamı polislər evlərinə gəlmiş, o da oğurluq etdyini etiraf eləmiş, pulları qaytarmışdır. Bundan başqa, o, 08 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində küçədə olan vaxt həmkəndlisi Abdullanın arvadı Sevda ilə evdən çıxıb kəndin mərkəzinə tərəf getmələrini görmüş, onların evində heç kim olmadığını bilib oradan da oğurluq etmək ərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat 12 radələrində Abdullanın evinin qarşısına gəlmiş, açıq olan giriş darvazasından həyətə daxil olmuş, evin giriş qapısının açıq olmasını görüb oradan qonaq otağına, qonaq otağından da yataq otağına girmişdir. Yataq otağındakı dolabın qapısını açmış, dolabın üst hissəsində əl çantası olmuş, çantanı açıb içərisinə baxdıqda çantanın içində pul olmasını olmasını görmüş, həmin pulların hamısını götürüb dərhal evdən çıxmışdır. Evinin yaxınlığına pulu saymış, pulun cəmi 921 manat olmasını bilmişdir. Həmin 921 manat pulu pulları yaşadığı evdə bilməsinlər deyə, ətrafda tam olaraq heç kimin olmadığını müəyyən etdikdən sonra yolda olan bir beton parçasının altında gizlətmiş, yaşadığı evə getmiş, evdə də bu barədə heç kimə heç nə deməmişdir. Təxminən 2 saat sonra polis işçiləri gəlib ondan oğurluq barədə soruşmuşlar. Əvvəl boynuna almamış, sonra anası İradəyə Abdullanın evindən pul oğurladığını demiş, pulu küçədə gizlətdiyi yerdən gətirib anasına vermiş, anası da həmin pulu aparıb Abdullaya qaytarmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, onlara dəymiş ziyanı ödəmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Mamed oğlu ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Sadıxlı kəndində yaşayır Təqsirləndirilən şəxs həmkəndlisidir. Samir və onun ailə üzvləri ilə münasibəti yaxşıdır, aralarında ədavət, düşmənçilik olmamışdır, qohumluq əlaqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat günorta saatlarında özü və ailə üzvləri qohumugilə qonaq getmiş, evin qapısını açarla, həyət darvazasını isə kəndirlə bağlamışlar. Bir qədər sonra evə qayıtdıqlarında yataq otağındakı çarpayının üzərində olan yastığın yanına qoyduqları 2397 manat pulun, bundan başqa, digər yataq otağındakı çarpayının üzərindəki pulqabının içində olan 160 manat pulun, ümumilikdə 2557 manat pulun oğurlandığını görmüşlərr. Bu barədə polisə şikayət etmiş, sonradan onun pulunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Samir və valideynləri ondan üzrxahlıq etmiş, dəymiş ziyanı ödəmişlər. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, Təqsirləndirilən şəxs yüngül, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstəmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Sadıxlı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun həmkndli kimi Samirlə və Samirin valideynləri ilə münasibətləri yaxşı olmuş, aralarında narazılıq olmamışdır. 08 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində arvadı Sevda ilə birlikdə yaşadığı evdən çıxmışlar, Sevda Ağstafa şəhərinə, özü isə kəndlərindəki yas mərasiminə getmişdir. Günorta saatlarında yas mərasimindən çıxıb evə qayıtmış, açıq darvazadan həyətə keçib evin qapısına baxanda qapıya taxdığı ayaqqabı təmizləyənin qapıya tərsinə taxıldığını görmüş, evə girib baxsa da əvvəl heç nə müəyyən edə bilməmişdir. Bir qədər sonra arvadı Sevda da evə gəlmişdir. Sevdaya evə onlar evdə olmayan müddətdə kiminsə girdiyini demişdir. Sevda onun sözlərindən həyacanlanmış və dərhal evdə olan pulu qoyduğu dolaba baxmış, yataq otağındakı dolabı açıb içindəki əl çantasına baxanda ora qoyduqları 921 manat məbləğində pulun yerində olmamasını görmüşlər. O, bu barədə polisə şikayət etmiş, bir qədər sonra Samirin anası gəlib onlara 921 manat pulu qaytarmış, oğlu Samirin həmin pulu onldardan oğurladığını demişdir. Hazırda Samirlə barışmışdır, ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə şahid olan Şahid ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə həmkəndliləridir. Oğlu Samir əvvəlcə 22 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evindən cəmi 2557 manat pul oğurlamış, bu barədə o, ağurluqdan sonra, polislərdən eşitmişdir, onlar qeyd olunan 2557 manat məbləğində pulu qaytarıb Mahmudalıya vermişlər. 08 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində evdə olan vaxt polis əməkdaşları gəlib oğlu Samir ilə qonşusu Abdullanın evindən oğurluq olması barədə söhbət etmişlər. Samir polis əəkdaşlarına oğurluq hadisəsindən xəbəri olmadığını bildirmişdir. Həmin gün, polis əməkdaşları çıxıb getdikdən sonra Samir gəlib ona Abdullanın evindən pul oğurlayıb küçədə daşın altında gizlətdiyini demiş, küçəyə çıxıb gizlətdiyi pulları gətirib ona vermiş, o, pulu saydıqda 921 manat olmasını görmüş, Abdullanın evinə gedərək oğlu Samirin onun evindən oğurluq eləməsini bildirmiş, qeyd olunan 921 manat pulu Abdullaya sayaraq vermiş, ondan üzrxahlıq eləmişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 41 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik keçirməməsi səbəbindən o, cinayət əməli törədən zaman öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini dərk etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməllərini törətdiyi vaxt yetkinlik yaşına çatmamasını, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxslərdən üzrxahlıq edərək onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxlərə dəymiş ziyanın tam ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax, Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax, Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul ondan tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-43/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-43/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver