Məhkəmə qərarları › İş №1(015)-43/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-43/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-43/2025 10.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 67.1,68.1.3, 68.2-ci maddələri tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 01 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1991-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işsiz, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qəbaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək vahid niyyətlə 15 fevral 2023-cü il tarixdə saat 16 radələrində Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən, Zərərçəkmiş şəxs istifadəsində olan, mərhum X4 məxsus yaşayış olmayan evin həyətinə düşərək, evin zirzəmisinin qapısının qıfılını sındırmaqla binaya qanunsuz daxil olaraq oradan 30 manat dəyərində 01 ədəd 50 litrlik alüminium qazan, 20 manat dəyərində 01 ədəd 30 litrlik mis qazan, 290 manat 02 ədəd 5 litrlik mis samovar, 12 manat dəyərində 30 metr 4 mm-lik mis elektirik naqilini, 20 fevral 2023-cü il tarixdə saat 14 radələrində həmin yerdən eyni üsulla Təqsirləndirilən şəxs2lə qəbaqcadan əlbir olan bir qrup şəxs halında 350 manat dəyərində 1 ədəd «AKO» markalı qaynaq aparatı, 12 manat dəyərində 30 metr uzunluğunda 4 mm-lik mis elektirik naqili və həmin tarixdə saat 20 radələrində həmin yerdən eyni üsulla özü tək 40 manat dəyərində 02 ədəd 30 litrlik alüminium ləyən,15 manat dəyərində 01 ədəd alüminium düz ləyən, 30 manat dəyərində 03 ədəd 10 litrlik alüminim qazan, 10 manat dəyərində 01 ədəd 50 litrlik alüminium qazanın qapağı,30 manat dəyərində 02 ədəd 20 litrlik alüminium qazan, 16 manat dəyərində 40 metr uzunluğunda 4 mm-lik alüminium məftil, 30 manat dəyərində 50 metr uzunluğunda 6 mm-lik mis elektirik naqilini götürüb gedərək, Zərərçəkmiş şəxs ümumilikdə 885 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını binaya qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək vahid niyyətlə 15 fevral 2023-cü il tarixdə saat 16 radələrində Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən, Zərərçəkmiş şəxs istifadəsində olan, mərhum X4 məxsus yaşayış olmayan evin həyətinə düşərək, evin zirzəmisinin qapısının qıfılını sındırmaqla binaya qanunsuz daxil olaraq oradan 30 manat dəyərində 01 ədəd 50 litrlik alüminium qazan, 20 manat dəyərində 01 ədəd 30 litrlik mis qazan, 290 manat 02 ədəd 5 litrlik mis samovar, 12 manat dəyərində 30 metr 4 mm-lik mis elektrik naqilini, 20 fevral 2023-cü il tarixdə saat 14 radələrində həmin yerdən eyni üsulla 350 manat dəyərində 1 ədəd «AKO» markalı qaynaq aparatı, 12 manat dəyərində 30 metr uzunluğunda 4 mm-lik mis elektirik naqilini götürüb gedərək, Zərərçəkmiş şəxs ümumilikdə 714 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını binaya qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayaraq oğurlamışdır. İbtidai istintaq zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və X7 həmkəndlisidir. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Səidənin valideynləri rəhmətə gedəndən sonra onların evində heç kim qalmır. Həmin evə Səidə nəzarət edir və aradabir gəlib-gedir. Natiq isə Bakı şəhərində yaşayır. O həmin evdə əvvəllər bir dəfə fəhləlik etdiyi üçün həmin evin zirzəmisində mis və alüminium əşyalar olduğunu görmüşdür. Maddi vəziyyəti pis olduğu üçün o həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisi və dostudur. Əvvəllər Elvinlə birlikdə oğurluq etdikləri üçün məhkumluq həyatı yaşamışlar. O fikirləşmişdir ki, həmin yerdən oğurluğu Elvinlə birlikdə etsin. xx.xx.2023-cü il tarixdə günorta vaxtı o, Təqsirləndirilən şəxs2 zəng vuraraq onu Ağstafa rayon Köçəsgər kənd ərazisində yerləşən "Köçəsgər" marketin qarşısına çağırmış, həmin yerdə onunla görüşərək oğurluq etməyi ona təklif etmişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşıb, həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Elvinlə birlikdə həmkəndliləri mərhum X4 məxsus yaşayış olmayan evin həyətinə bağdan keçərək evin zirzəmisinin qapısının qıfılını özü ilə götürdüyü dəmir parçası ilə sındırıb zirzəmiyə daxil olaraq bir ədəd 50 litrlik su tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazanı və 30 litr su tutumu olan mis materialdan hazırlanmış mis qazanı və iki ədəd hər birinin su tutumu 5 litr olan latun materialından olan samovarı və mis materialdan hazırlanmış təxminən 30 metr uzunluğunda elektrik naqillərini götürmüşlər. Məqsədləri sonradan gəlib digər qalan əşyaları oğurlamaq olmuşdur. O, dəmir alveri ilə məşğul olan tanışı Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng vuraraq Ağstafa rayon Köçəsgər kəndində dar küçəyə çağırıb oğurladığı əşyaları 120 (yüz iyirmi) manata Elşada satmışdır. Sonuncu həmin əşyaları alan vaxt həmin əşyaların oğurluq olmasını bilməmişdir. 120 manat pulu hərəsinə 60 manat düşməklə Elvinlə bölmüşlər. O Elvinlə razılaşmışdır ki, bir neçə gündən sonra gedib həmin yerdən yenə oğurluq etsinlər. 20 fevral 2023-cü il tarixdə saat 14 radələrində Elvin ilə Ağstafa rayon Köçəsgər kənd ərazisində yerləşən "Köçəsgər" maketin qarşısında görüşərək birlikdə X4 məxsus yaşayış olmayan evin həyətinə gedərək evin zirzəmisinə girib oradan l ǝdəd qaynaq aparatı və 30 metr uzunluğunda elektrik naqilini götürmüşlər. Şahid3 zəng edərək yenidən onun yanına gedib oğurladıqları əşyaları 180 manata Elşada satmışlar və pulu yenə də öz aralarında bölmüşlər. Elşad həmin əşyaların da oğurluq olmasını bilməmişdir. Həmin gün, yəni 20 fevral 2023-cü il tarixdə saat 20 radələrində özü tək yenidən Bahəddinin evinə gedib evin zirzəmisinə girərək orada olan 2 ədəd alüminium materialdan hazırlanmış aliminium lǝyǝn, 2 ədəd 20 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium materialdan hazırlanmış düz lǝyǝn, 3 ədəd 10 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium qazanın qapağını, təxminən 40 metr uzunluğunda alüminium materialdan hazırlanmış elektrik naqillərini və təxminən 50 metr uzunluğunda mis materialından hazırlanmış elektrik naqillərini zirzəmidən çıxardaraq evin bağ sahəsinə yığmışdır ki, səhəri günü gəlib onları aparıb satsın. Səhəri günü saat 16 radələrində evin bağ sahəsinə gəlib həmin əşyaları aparmaq istəyən zaman bağda təmizlik işləri görən həmkəndlisi Şahid1 və ev yiyəsinin qohumu Şahid2 onu görmüşlər. O, oğurladığı əşyaları bağda qoyub həmin yerdən qaçmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş, sonuncu da onunla barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, soncunun ondan şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və X7 həmkəndlisidir. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Səidənin valideynləri rəhmətə gedəndən sonra onların evində heç kim qalmır. Həmin evə Səidə nəzarət edir və arada bir gəlib-gedir. Natiq isə Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisi və dostudur. Əvvəllər İmamqulu ilə birlikdə oğurluq etdikləri üçün məhkumluq həyatı yaşayıblar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq onu Ağstafa rayon Köçəsgər kənd ərazisində yerləşən "Köçəsgər" maketin qarşısına çağırmışdır. Təqsirləndirilən şəxs1 ilə həmin yerdə görüşmüşlər. Həmin vaxt o sərxoş olmuşdur. İmamqulu ona həmkəndliləri mərhum X4 məxsus yaşayış olmayan evin zirzəmisində alüminium materialdan və mis materialdan hazırlanmış qazanlar, alüminium və mis materialdan hazırlanmış elektrik naqilləri, samovarlar və dəmir tullantıları olduğunu və həmin əşyaları oğurlamağı təklif etmişdir. O, pula ehtiyac olduğuna görə İmamqulunun təklifini qəbul etmişdir. Həmin gün saat 16 radələrində İmamqulu ilə birlikdə X5 məxsus yaşayış olmayan evin həyətinə bağdan keçmişlər. İmamqulu özü ilə götürdüyü dəmir parçası ilə evin zirzəmisinin qapısının qıfılını sındırıb zirzəmiyə girib oradan 1 ədəd 50 litrlik su tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan və 30 litr su tutumu olan mis materialdan hazırlanmış mis qazan və iki ədəd hər birinin su tutumu 5 litr olan latun materialından olan samovarı və mis materialdan hazırlanmış elektrik naqillərini götürmüşlər. Razılaşmışlar ki, sonra da gəlib yerdə qalan digər əşyalardan oğurlasınlar. İmamqulu həmkənliləri, dəmir məmulatlarının alqı-satqısı ilə məşğul olan Şahid3 telefonuna zəng edib danışdıqdan sonra onlar oğurladıqları əşyaları və 120 manata Elşada satmışlar. Onlar həmin əşyaların özlərinə məxsus olmasını, oğurluq olmadığını Elşada demişlər. 120 manatı İmamqulu ilə aralarında hərəsinə 60 manat olmaqla bölmüşlər. 20 fevral 2023-cü il tarixdə saat 14 radələrində İmamqulu ilə kənddə görüşüb yenidən Bahəddinin evinə oğurluğa getmişlər. Onlar yenə də evin əvvəl girdikləri zirzəmisinə daxil olub oradan 1 ǝdəd qaynaq aparatını və 30 metr uzunluğunda elektrik naqilini götürüb çıxmışlar. Onlar bir qədər aralıda qaynaq aparatının içərisinin misini çıxardıb üzünün dəmirini zibil qabına atmışlar. İmamqulu yenə də Şahid3 ilə telefonla danışmış və onlar kənddə Elşadla görüşüb oğurladıqları əşyaları 180 manata Elşada satıb pulunu öz aralarında bölmüşlər. Şahid3 həmin vaxt da əşyaların oğurluq olmasını bilməmişdir. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, İmamqulu həmin evə 3-cü dəfə tək oğurluq məqsədi ilə gedib və onu orada qonşular görüblər. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəmiş, sonuncu da onunla barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, soncunun ondan şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı və məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində göstərdi ki, Atası evi Ağstafa rayonunun Köçəsgər kəndində yerləşir. Valideynləri öləndən sonra həmin ev atasının adına olsa da qardaşı həmin evi ona vermişdir. Evin bütün əşyaları ona məxsusdur. O, tez-tez həmin evə gedib baş çəkir. xx.xx.2023-cü il tarixdə qohumu Şahid2 ona telefonla zəng vuraraq atası evinin qonşusu Təqsirləndirilən şəxs1 Ağstafa rayon Köçəsgər kəndində mərhum atası X4 məxsus yaşayış olmayan evin zirzəmisinin qapısının qıfılını sındıraraq oğurluq edildiyini bildirmişdir. O həmin gün Ağstafa rayon Köçəsgər kəndində yerləşən atası evinə gəlib və evin zirzəmisinə baxanda görmüşdür ki, atası evinin qonşusu Təqsirləndirilən şəxs1 evin zirzəmisinin qapısının qıfılını sındıraraq hamısı Rusiya istehsalı olan 1 ədəd 50 litrlik tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 30 litr tutumu olan mis materialdan hazırlanmış mis qazan, iki ədəd 5 litirlik samovarı oğurlamış və 2 ədəd alüminium materialdan hazırlanmış alüminium ləyən, 2 ədəd 20 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium materialdan hazırlanmış düz ləyən, 3 ədəd 10 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium qazanın qapağı, təxminən 40 metr uzunluğunda 4 mm-lik alüminium materialdan hazırlanmış elektrik naqili və təxminən 50 metr uzunluğunda 6 mm-lik mis materialından hazırlanmış elektrik naqillərini oğurlayıb aparan zaman qohumu Devran və qonşusu Ədaləti görərək hadisə yerindən qaçmışdır. Ona görə də, bu barədə Ağstafa RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonra qardaşı Natiq kəndə gələndə bildirmişdir ki, onun göstərdiklərindən əlavə olaraq evin zirzəmisindən l ǝdəd Rusiya istehsalı olan AKO markalı qaynaq aparatı və 30 metr uzunluğunda 4 mm-lik miss elektrik naqili də oğurlanıbdır. Ona görə də Natiq də gedib əlavə ərizə ilə polisə məlumat vermişdir. Ona hadisədən sonra məlum olmuşdur ki, İmamqulu həmkəndlisi Elvin adlı şəxslə birlikdə onların evindən 3 dəfə oğurluq edibdir. Oğurluq zamanı sındırılmış qıfılı bazardan 10 manata almışdır. Həmin qıfılla bağlı şikayəti yoxdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara təxminən 900 manat dəyərində maddi zərər yetirilmişdir. Hazırda ona dəymiş ziyanlıq ödənilmiş, təqslirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Köçəsgər kəndində yaşayır, özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün heyvandarlıqla məşğuldur. Zərərçəkmiş şəxs xx.xx.2023-ci il tarixdə Ağstafa RPŞ-yə yazmış olduğu ərizə ilə bağlı onu deyə bilər ki, həmkəndlisi Bahəddin Mehdiyev və Sona Mehdiyeva rəhmətə getdiyi üçün, oğlu X7 isə Bakı şəhərində yaşadığı üçün qonşusu və həmkəndlisi Şahid2 onların evlərinə nəzarət edir. xx.xx.2023-cü il tarixdə qonşusu onu həmin evin bağında təmizlik işləri aparmaq üçün aparmışdır. Devran ilə təmizlik işləri apararaq günorta saatlarında nahar etmək üçün evə getmişlər. Nahardan sonra qonşusu Devrana demişdir ki, “gedək axşam düşməmiş bağda işimizi görək qurtaraq”. Devran isə demişdir ki, “sən get məndə gələcəm”. O, bağa gedəndə görmüşdür ki, həmkəndlisi Təqsirləndirilən şəxs1 bağdadır, bağa qazanlar yığıb. Bu barədə telefonla Devrana zəng vuraraq məlumat vermişdir.Devran dərhal həmin yerəgəlib görmüşdür ki, həmkəndlisi İmamqulu qazanları evin arxa tərəfinə bağa yığmışdır. Onlar İmamquluya yaxınlaşmışlar ki, neynirsən bunları hara aparırsan, gəl bura dedikdə İmamqulu qaçaraq çıxıb getmişdir. Devran bu barədə qohumları X3 və Zərərçəkmiş şəxs telefonla zəng vuraraq məlumat vermişdir. Qohumu Səidə atası evinə gəlmiş, Devran ona demişdir ki, həmkəndliləri və qonşuları Hacıyevİmamqulu Aslan oğlu evin zirzəmisinin qapısının qıfılını sındıraraq 2 ədəd alüminium lǝyǝni, 2 ədəd 20 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazanı, 1 ədəd alüminium materialdan hazırlanmış düz lǝyǝni, 3 ədəd 10 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazanı, 1 ədəd alüminium qazanın qapağını, təxminən 40 metr uzunluğunda alüminium materialdan hazırlanmış elektrik naqillərini və təxminən 50 metr uzunluğunda mis materialından hazırlanmış elektrik naqillərini oğurlayıb aparan zaman onları görǝrǝk hadisə yerindən qaçmışdır. Səidə isə evin zirzəmisinə baxanda görmüşdür ki, 1 ədəd 50 litrlik tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazanı və 30 litr tutumu olan mis materialdan hazırlanmış mis qazanı və iki ədəd samovar oğurlanmışdır. Ona görə də, bu barədə Ağstafa RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mehdiyev X1 Ədalət Fikrət oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, dəmir tullantılarının alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Onlar onun həmkəndliləridir. Onlarla heç bir ədavəti və düşmənçiliyi olmayıbdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vuraraq əlvan metallar olduğunu deyərək satmaq istədiyini bildirdikdə, o, Təqsirləndirilən şəxs1 telefonda “bəli alıram, hardasan ora gəlim” deyərək İmamqulu ilə kənddə görüşmüşdür. İmamqulunun yanında Elvin də olmuşdur. İmamqulu 1 ədəd 50 litrlik su tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazanı və 30 litr su tutumu olan mis materialdan hazırlanmış mis qazanı və iki ədəd hər birinin su tutumu 5 litr olan latun materialından olan samovarı və 3 kq olan mis elektrik naqillərini ona təqdim etmişdir. O, alüminiumun 1 kiloqramını 1-2 manatdan, misin 1 kq isə 7-8 manatdan, samovarın 1 kq 5 manatdan almağı bildirib, razılaşaraq 120 manat pul verib həmin əşyaları almışdır. Həmin vaxt İmamqulu vǝ Elvindən malların oğurluq olub-olmamasını soruşmuşdur. Onlar isə malların özlərinə məxsus olmasını və əlavə mallar olduğunu demişlər. 20 fevral 2023-cü il tarixdə İmamqulu ona zəng vuraraq onda əlvan metallar olduğunu deyərək satmaq istədiyini bildirdikdə o, İmamqulu və Elvinin olduqları yerə gedərək Ağstafa rayon Köçəsgər kənd ərazisində yol qırağında onlarla görüşüb çəkisi təxminən 14 kq olan qaynaq aparatının içində olan mis materialları və təxminən 30 metr uzunluğunda olan mis elektrik naqillərini 180 manat pula almışdır. Həmin vaxtı da həmin əşyaların oğurluq olmasını bilməmişdir. Aldığı mis materialdan olan qazanı, mis materialdan olan elektrik naqillərini, samovarın birini tanımadığı dəmir yığanlara satmışdır. O, həmin mallardan qalan bir ədəd alüminium materialdan hazırlanmış alüminium qazan və 1 ədǝd samovarı isə polisə təqdim etmişdir. Ona sonradan məlum olmuşdur ki, İmamqulu və Elvinin ona satdıqları əşyalar həmkəndlisi mərhum Bahəddin Mehdiyevin evindən oğurlanan əşyalar olub. O həmin əşyaların oğurluq olduğunu bilməmişdir. O, sonradan həmin əşyaların oğurluq olduğunu bilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs istifadəsində olan, Ağstafa rayonu, Köçəsgər kəndində yerləşən evin saxlanc yerinə baxış keçirilərək şəkilləri çəkilmiş, hadisə yerindən 2 ədəd alüminium materialdan hazırlanmış alüminium ləyən, 2 ədəd 20 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium materialdan hazırlanmış düz ləyən, 3 ədəd 10 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium qazanın qapağı, təxminən 40 metr uzunluğunda alüminium materialdan hazırlanmış elektrik naqilləri və təxminən 50 metr uzunluğunda mis materialından hazırlanmış elektrik naqilləri maddi sübut kimi götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 oğlunun təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aldığı bir ədəd alüminium materialdan hazırlanmış alüminium qazan və 1 ədǝd 5 litirlik samovara baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan DİN-nin KTİ-nin xx.xx.2023-cü il tarixli 3-13-11/2-3336/2023 nömrəli məktubundan görünür ki, hadisə yerindən götürülüb tədqiqat üçün təqdim olunmuş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərin 03 ədədi (d/x Ağstafa RPŞ-dən daxil olan) xx.xx.1995-ci ildə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük (arax şüşəsinin üzərindən) barmağı ilə sol əlinin ovucu (dəmir qazan üzərindən götürülmüş), şəhadət (arax üzərindən) barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli 9/1733 nömrəli rəyində göstərilmişdir ki, 01 ədəd 50 litrlik alüminium qazan 30 manat, 01 ədəd 30 litrlik mis qazan 20 manat, 02 ədəd 7 litrlik mis samovar hər biri 160 manat, ümumilikdə 320 manat, 02 ədəd 30 litrlik alüminium ləyən hər biri 20 manat, ümumilikdə 40 manat, 20 litrlik alüminium qazan 15 manat, 01 ədəd alüminium düz ləyən 15 manat, 03 ədəd 10 litrlik alüminim qazan hər biri 10 manat, ümumilikdı 30 manat, 01 ədəd 50 litrlik alüminium qazanın qapağı 10 manat, Təxminən 40 metr uzunluğunda 4 mm-lik alüminium məftil metrəsi 0,40 qəpik, ümumilikdə 16 manat, Təxminən 50 metr uzunluğunda 6 mm-lik mis elektirik naqili metrəsi 0,60 qəpik, ümumilikdə 30 manat, Bir ədəd qaynaq aparatının 15-17 kq mis materialdan olan iç hissəsi qırıntı kimi metrəsi 13,50 qəpik, ümumilikdə 216 manat, 30 metr 4 mm-lik mis elektirik naqili metrəsi 0,40 qəpik, ümumilikdə 12 manat Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 754,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan ambulator məhkəmə psixatrik ekspertizasının 11 aprel 2025-ci il tarixli 226 saylı rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 cinayət törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respuğlikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan Qızıl Hacılı 1001 Xırdavat Mağazasının məktubundan görünür ki, 2023-cü ilin fevral ayında AKO markalı qaynaq aparatının qiyməti 350 manat, 5 litrlik samovarın qiyməti isə 145 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, Ağstafa rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktub və Ağstafa Rayon Məhkəməsinin hökmündən məlum olur ki, Babayev X12 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 2500 manat cərimə cəzasının ödənilməmiş 2450 manat hissəsi 320 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. xx.xx.2020ci il tarixdə ictimai işlər cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(026)-75/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 67.1,68.1.3, 68.2-ci maddələri tətbiq edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 01 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 2500 manat cərimə cəzasını ödəməmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 06 günü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, onlardan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Hacıyev X9 rayonunun Köçəsgər kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində xx.xx.2014-cü il təvəllüdlü X10 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, Babayev X12 rayonunun Köçəsgər kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, iş üzrə maddi sübutlar olan 05 ədəd əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmış, 2 ədəd alüminium materialdan hazırlanmış alüminium ləyən, 2 ədəd 20 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium materialdan hazırlanmış düz ləyən, 3 ədəd 10 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium qazanın qapağı, 40 metr uzunluğunda alüminium materialdan hazırlanmış elektrik naqilləri və 50 metr uzunluğunda mis materialından hazırlanmış elektrik naqilləri, bir ədəd alüminium materialdan hazırlanmış qazan və 1 ədǝd samovar sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.4.-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 06 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən, həmin cəza üzrə şərti etmə dövründə yenidən az ağır cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göründüyü kimi, Hacıyev X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(026)- 75/2022 saylı qərarına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 06 günü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs1 isə törətdiyi hazırki az ağır cinayət əməlini isə cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 15 fevral 2023-cü il tarixdə törətmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(026)-75/2022 saylı qərarı ilə tətbiq edilmiş 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətə cəzadan şərti olaraq vaxtından azad etmə ləğv edilərək, ona CM-nin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin ondan şikayətinin və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətin residivinin olmasını iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmasını, onun qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunmuş şəxs kimi yenidən qəsdən sonuncu cəzasının çəkilməmiş hissəsi ərzində cinayət törətməsini, onun cinayət törətməyə meylli şəxs olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunacağı qənaətinə gəlir. Bu səbəbdən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 2500 manat cərimə cəzasını ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 68.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan və ödənilməmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Güründüyü kimi, Babayev X12 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 2500 manat cərimə cəzasının ödənilməmiş 2450 manat hissəsi 320 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə ictimai işlər cəzasını çəkib qurtarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəlki hökmlə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza təyin edildiyindən, həmin cəzanı çəkib qurtardığı gündən bir ildən artıq müddət keçdikdən sonra hazırki cinayəti törətdiyindən onun məhkumuğu ödənilmiş hesab olunur və əməlində cinayətin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin şəxsin ondan şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaratmasa da, onun yenidən qəsdən cinayət törətməsini, onun cinayət törətməyə meylli şəxs olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunacağı qənaətinə gəlir. Bu səbəbdən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, 05 ədəd əl barmaq izləri cinayət işinin materiallarında, 2 ədəd alüminium materialdan hazırlanmış alüminium ləyən, 2 ədəd 20 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium materialdan hazırlanmış düz ləyən, 3 ədəd 10 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium qazanın qapağı, 40 metr uzunluğunda alüminium materialdan hazırlanmış elektrik naqilləri və 50 metr uzunluğunda mis materialından hazırlanmış elektrik naqilləri, bir ədəd alüminium materialdan hazırlanmış qazan və 1 ədǝd samovar sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(026)-75/2022 saylı qərarı ilə tətbiq edilmiş 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətə cəzadan şərti olaraq vaxtından azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilərək çəkilməmiş 01 (bir) il 01 (bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunan 2500 (iki min beş yüz) manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, 05 ədəd əl barmaq izləri cinayət işinin materiallarında, 2 ədəd alüminium materialdan hazırlanmış alüminium ləyən, 2 ədəd 20 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium materialdan hazırlanmış düz ləyən, 3 ədəd 10 litr tutumu olan alüminium materialdan hazırlanmış alüminium qazan, 1 ədəd alüminium qazanın qapağı, 40 metr uzunluğunda alüminium materialdan hazırlanmış elektrik naqilləri və 50 metr uzunluğunda mis materialından hazırlanmış elektrik naqilləri, bir ədəd alüminium materialdan hazırlanmış qazan və 1 ədǝd samovar sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar