Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-44/2024 27.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlıi bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 0,538 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib daşıyaraq saxlamış, 20 yanvar 2024-cü il tarixdə saat 17:55-də Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Ağstafa şəhəri, H.Əliyev prospekti 71 nömrəli ünvanda yerləşən Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 18:51-dən 19:01-dək olan vaxt ərzində həmin şöbəsinin birinci mərtəbəsində Təhqiqat bölməsinin xidməti iş otağında onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd qızılı rəngli kağız bükülünün içərisində təmiz çəkisi 0,538 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü təqsirli bilirək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Özü əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur, hazırda isə narkotik vasitə qəbul etmir. 19 yanvar 2024-cü il tarixdə, axşam saatlarında Ağstafa şəhərində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin yaxınlığından piyada keçən zaman yerdə qızılı rəngli büküm tapmış, açıb baxanda içində heroin olmasını görmüş, özü istifadə etmək məqsədilə heroini cibinə qoyub yaşadığı evə getmişdir. 20 yanvar 2024-cü il tarixdə saat 17-18 radələrində Ağstafa şəhəri 20 Yanvar küçəsi ilə piyada gedərkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb Ağstafa rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğuna görə onu Ağstafa RPŞ-nə dəvət etmişlər, o da etiraz eləməmiş, onlarla birlikdə Ağstafa RPŞ-nə getmişdir. Polis şöbəsində o, müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq əynindəki qara rəngli idman şalvarının sol yan cibinə qoyduğu qızılı rəngli kağız bükümdə olan heroini çıxarıb təqdim etmiş, içindəkinin heroin olmasını, bir gün əvvəl- 19 yanvar 2024-cü il tarixdə Ağstafa şəhərində yerləşən “Topaz”mərc oyunları məntəqəsinin yaxınlığında yerdən tapdığını, özünün istifadəsi məqsədilə cibində saxladığını bildirmişdir. Bükülüyə baxış keçirilmiş, qablaşdırılıb götürülmüş, sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı əşya üzərindən aşkr edilməmişdir. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləyir, Təqsirləndirilən şəxs işlə bağlı tanıyır, onunla aralarında hər hansı ədavət, düşmənçilik olmamışdır. 20 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması barədə ona məlumat daxil olmuş, o, daxil olmuş məlumatla bağlı rəhbərliyə məruzə etmiş, sonra isə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaxalanması üçün sonuncunu axtarmış, həmin gün, saat 17:55-də Ağstafa şəhəri 20 Yanvar küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib onu Ağstafa RPŞ-nə dəvət etmişlər. Elşən etiraz eləməmiş, onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasının birinci mətrtəbəsində, təhqiqatçının otağında Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş, onun üzərində videçəkilişlə şəxsi axtarış aparılmış, əvvəlcə Elşənə üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim eləməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən qızılı rəngli kağız bükümü çıxarıb stolun üstünə qoymuş və bükümün içərisində heroin olduğunu, həmin narkotik vasitəni 19 yanvar 2024-cü il tarixdə Ağstafa şəhərində yerləşən “Topaz” mərc oyunları məntəqəsinin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün cibində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən büküm açılmış, içərisində həqiqətən də heroinəbənzər kütlə olması müəyyən edilmiş, bükülü qablaşdırılıb götürülmüş, sonra Elşənin şəxsi axtarışı davam etdirilmiş, lakin ondan başqa narkotik vasitə, psixotrop maddə və ya qanunsuz digər predmet aşkar edilməmişdir. Sonda bununla bağlı protokol tərtib edilmiş, onun özü, Elşən və orada iştirak edən digər şəxslər protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da şahid X1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini özünə aid hissədə təsdiq etmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Materialların məhkəmə ekspertizasının 16/109 nömrəli, 21 yanvar 2024-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs E.Eyubov” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,538 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,538 qram heroindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,488 qram heroin qalmışdır). Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 29 fevral 2024-ci il tarixli, 352 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən kağızı ilə birlikdə 0,69 qram çəkidə heroinəbənzər kütlə aşkar edilmiş, şəxsi axtarış 20 yanvar 2024-cü il tarixdə, saat 18:51-də başlamış, həmin gün, saat 19:01-də başa çatmışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Eybətov X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq xx.xx.2022-ci tarixdə azad edilməklə ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbbiri ilə əvə edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,488 qram heroin məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,4 manat məbləğində pul ondan tutulub, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan, Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,488 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-44/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-44/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver