Məhkəmə qərarları › İş №1(015)-45/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-45/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-45/2023 13.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1976-cı ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-460 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan əldə edərək qanunsuz olaraq üzərində saxlamış, Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 19:05-də Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən S. Vurğun adına parkın qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa RPŞ-nə gətirilmiş, Ağstafa RPŞ-nin inzibati binasında həmin gün, saat 19:50-dan 20:03-dək şəxsi axtarış zamanı onun əlindəki 01 ədəd göy rəngli polietilen torbanın içərisindən qeyd olunan 460 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ailəsindən ayrılmışdır, subaydır, hec yerdə işləmir. Əvvəllər nakotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. 2022-ci ilin dekabr ayının ortalarında Ağstafa rayonu Poylu qəsəbəsində Kür çayının kənarında bitən çətənə kollarından öz istifadəsi üçün toplayıb orada gizlətmiş, 19 dekabr 2022-ci il tarixdə qurudulmuş marixuananı gizlətdiyi yerə gedərək onu polietilen torbada öz yaşadığı evə aparmaq üçün taksi sifariş etmiş, tanımadığı, sonradan adını bildiyi Pərviz idarə etydiyi VAZ 21074 markalı taksi avtomobili ilə gəlib onu Ağstafa rayonu Poylu qəsəbəsindən kənd poçt binasının yanından götürüb birlikdə Ağstafa şəhərininə gəlmişlər, sürücü onu düşürdükdən sonra, saat 19:05-də Ağstafa şəhəri H.Əliyev prospekti, S.Vurğun parkının qarşısında piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağsatafa RPŞ-nə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkilşlə üzəridə şəxsi axtarış aparılmış, əvvəlcə ondan üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif olunmuşdur. O, əlindəki üzərində göy və qırmızı rənglər olan polietilen torbanın içərisindəki qurudulmuş marixuananı təqdim etmiş, Poylu qəsəbəsi ərazisindən keçən Kür çayınıln ətrafında balıq tutarkən yabanı halda bitmiş çətənə kollarınıln yarpaqlarından yığıb qurudaraq öz şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, üzərərindən başqa heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O, narkotik vasitələrin alqı-satqısı ilə məşgul olmamış, o cür fikrə düşməmiş, onda qurudulmuş marixuana olmasından heç kimin, o cümlədən də taksi sürücüsünün məlumatı olmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus VAZ 21074 markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə *0066 şirkətində taksi fəaliyyəti ilə məşgul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:30radələrində onun mobil telefonuna sifariş gəlmiş, sifarişçi Ağstafa rayonu Poylu qəsəbəsindən Ağstafa rayonu İkiqapılı marketin yanına sifariş vermiş, o, Poylu qəsəbəsinə kənd poçtunun yanına getmiş, orada tanımadığı şəxs əlində polietilen torba gəlib avtomobilinə əyləmiş və ona Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən İkiqapılı marketin yanına gedəcəklərini bildirmişdir. Onlar Ağstafa şəhərində deyilən yerə çatmışlar, sərnişin S.Vurğun adına parkın qarşısında əlindəki polietilen torba ilə birlikdə avtomobildən düşüb piyada hərəkət edən zaman küçədə polis əməkdaşları gəlib tanımadığı həmin şəxsi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs saxlamışlar və onunla birlikdə saat 19:05-də Ağstafa rayon polis şöbəsinə aparmışlar. O, təqsirləndirilən şəxsi əvvəl tanımamış, onda narkotik vaistə olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 ifadəsində göstərdi ki, o, 2016-cu ildən DİO-da, 2020-cu ildən isə Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisi vəzifəsində vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Ağstafa rayon polis şöbəsində olarkən şöbə rəhbərliyindən ona bildirmişlər ki, əməliyyat tədbiri keçiriləcək, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirir və sonuncunun ətrafında əməliyyat-axtarış tədbirləri keçiriləcəkdir. xx.xx.2022-ci il tarixdə, saat 19:05-də onun özü, Ağstafa RPŞ-nin NQMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid3, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenatı Şahid4 tərəfindən Ağstafa şəhəri H.Əlyev prospektində S.Vurğun adına parkın qarşısında Şahid1 idarə etdiyi VAZ 21074 markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb küçədə piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsi üçün Ağstafa rayon polis şöbəsinə aparılmış, orada vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əlindəki polietilen torbanı təqdim edərək içərisində qyurudulmuş marixuana olmasını, öz istifadəsi üçün Poylu qəsəbəsi ərazisində Kür çayının sahilindən balıq tutarkən yabanı halda bitmiş çatənə kollarının yarpaqlarından yığıb topladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 digər Şahid2 ilə eyni məzmunlu ifadələr verib göstəridiklərini bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı Sozalı Vəliyev tərəfindən həmin gün saat 19:50-dən saat 20:03-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əlində olan 1 ədəd göy rəngli polietilen torbadan narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilib götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1396 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maixuanaya bənzər kütlə» yazılar və imzalar olan polietelen torbadakı, digər 1(bir) ədəd polietielen torbada təmiz çəkisi 460 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (460 qram qurudulmuş marixuanadan 0,2 qram ekspertiza tədqiqatına sərf edilmiş, 459,8 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-ci il tarixli 249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən təqdim olunmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, tutulduğu 02 gün ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 459,8 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan, Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 459,8 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir esab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar