Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-46/2024 25.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Sədi küçəsi, ev 43-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə saat 19 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “VOLKSWAGEN CRAFTER MİNİK“ markalı ** DU *** qeydiyyat nişanlı avtomobillə Sadıxlı-Ağstafa avtomobil yolunun Ağstafa rayonu Köçvəlili kəndi ərazisindən keçən hissəsində, Ağstafa şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.2 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozaraq sürəti 60 km/saata qədər məhdudlaşdırılmış yolda, avtomobilini 65-70 km/saat sürətlə hərəkət etdirib həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirmiş və həmin vaxt avtomobil yolunu hərəkəti istiqamətində soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, kəllə əsası sümükdə xətt şəkilli sınıq, alt çənənin, döş sümüyünün, sağ baldır sümüklərinin açıq-qəlpəli sınıqları, bədənin əzilmiş yaraları, qançırlı sıyrıqları ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarəti yetirərək, həmin xəsarətlərdən beynə qansızma və ödem nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatışmamazlığından ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qəsdən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Sədü küçəsi, ev 43-də yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Özünün “VOLKSWAGEN CRAFTER MİNİK“ markalı ** DU *** qeydiyyat nişanlı avtomobili olmuş, avtomobili idarə etmək üçün sürücülük hüququ var. 20 dekabr 2023-cü il tarixdə, günortadan sonra-axşama doğru Gəncə şəhərində bir nəfər onun idarə etdiyi qeyd olunan avtomobili saxlatmış, onları Ağstafa rayonunun Böyükkəsik kəndində aparmasını xahiş etmiş, o da razılaşmış, qohumu Mehman Mehetiyevlə birlikdə avtomobillə adamları Gəncə şəhərindən Ağstafa rayonu, Böyükkəsik kəndinə aparıb düşürmüş, geri dönərkən elə həmin kənddəki kafelərin birində yemək yemişlər. O, spirtli içki qəbul etməmiş, lakin qohumu Mehman araq içmişdir. Avtomobili özü idarə etmiş, Mehman isə arxa oturacaqların üzərində uzanıb yatmışdır. Həmin gün, saat 19 radələrində Ağstafa şəhəri istiqamətdə hərəkət etdikləri vaxt avtomobili saatda 65-70 km sürətlə idarə edərkən qəfildən qarşısında dayanmış avtobusdan bir nəfər düşüb yola baxmadan onun istiqamətində soldan sağa doğru keçərkən idarə etdiyi avtomobil həmin şəxsə dəymiş, hər şey ani baş verdiyi üçün avtomobili saxlaya və qəzanın qarşısını ala bilməmişdir. Bir qədər qabaqda avtomobili saxlamış, səsdən Mehman da oyanmışdır. Geriyə baxanda onlara tərəf adamlar gəldiyini görmüşlər, gələnlərin maşınla vurulan şəxsin qohumları ola biləcəyini və onlara xəsarət yetirə biləcəklərini düşünüb oradan avtomobili sürüb uzaqlaşmışdır. Bir qədər də Ağstafa şəhəri istiqamətində hərəkət etdikdən sonra qarşılarından gələn YPX avtomobili onları saxlatmış, orada avtomobillə vurulan şəxsin öldüyünü bilmişdir. Əməlindən peşmandır, mərhum Zərərçəkmiş şəxs ailə üzvlərindən üzrxahlıq etmiş, onlara maddi yardım göstərmiş, ona görə də zərərçəkmiş şəxsin hüquqi varisi onunla barışmışdır. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs əri olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onlar Qazax rayonunun Kosalar kəndində yaşayırlar. X7-əsəb xəstəxanasında tibb bacısı işləyir. 20 dekabr 2023-cü il tarixdə əri Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində yaşayan dayısıgilə qonaq getmişdir. Həmin gün, saat 23 radələrində onlara zəng vurub Qiyası avtomobil vurmasını demişlər. Sonradan onlara bəlli olmuşdur ki, Qiyasın öldüyü avtoqəzada sürücü Təqsirləndirilən şəxs olmuşdur. Həmid ondan və digər ailə üzvlərindən üzrxahlıq etdiyi, onlara maddi yardım göstərdiyi üçün onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş X5 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Adil Babayev küçəsi ev 22-də yaşayır. Təqsirləndirilən şəxs dayısı oğludur. 20 dekabr 2023-cü il tarixdə günortadan sonra Həmidlə sonuncunun idarə etdiyi “VOLKSWAGEN CRAFTER MİNİK“ markalı ** DU *** qeydiyyat nişanlı mikroavtobusda olan vaxt Ağstafa rayonuna müştəri çıxmış, Həmid onunla birlikdə gedibgəlməyini xahiş etmiş, o da razılaşmışdır. Ağstafa rayonunun Böyükkəsik kəndinə gəlib müştəriləri düşürdükdən sonra həmin kənddə olan kafelərin birində oturmuşlar. O, spirtli içki içmiş, Həmid isə içməmişdir. Daha sonra Həmidin idarə etdiyi mikroavtobus ilə Gəncə şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Spirtli içki qəbul etdiyi üçün o, mikroavtobusun salonunda, oturacaqların üzərində uzanıb yatmışdır. Bir qədər sonra tappıltı səsinə oyanmış, Həmid avtomobili saxlayıb yerə düşmüş və tez də minib avtomobili sürmüşdür. Həmiddən nə olduğunu soruşmuş, Həmid heç bir söz deməmişdir. Bir qədər sonra polis əməkdaşları avtomobili saxlamışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Həmid yolda avtomobili ilə adam vurmuş və səs də həmin səs olmuşdur. Hadisə baş verən vaxt o, avtomobildə yatdığı üçün Həmidin avtomobili hansı sürətlə idarə etdiyini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağstafa RPŞ DYPB-də baş inspektoru vəzifəsində xidmət edir.Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 20 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Ağstafa şəhərində xidmətdə olan vaxt RPŞ-dən Ağstafa rayonunun Köçvəlili kəndində yol-nəqliyyat hadisəsi baş verməsi və sürücünün piyadanı vurduqdan sonra hadisə yerindən qaçması barədə məlumat daxil olmuş, iş yoldaşı Şahid3la birlikdə xidməti avtomobillə Ağstafa rayonunun Köçvəlili kəndi istiqamətində hərəkət etməyə başlamışlar. O, qarşıdan gələn avtomobilləri müşahidə etmişdir ki, hansı avtomobildə zədə görsə saxlasınlar. Poylu qəsəbəsində Ağstafa şəhəri istiqamətində hərəkət edən, sağ işıqları yanmayan, qabaq hissəsi əzilmiş vəziyyətdə olan “VOLKSWAGEN CRAFTER MİNİK“ markalı ** DU *** qeydiyyat nişanlı avtomobili görüb saxlatmışlar, orada sürücüdən avtomobilin nə üçün əzildiyini soruşmuşlar. Sürücü yolda heyvan vurduğunu demiş, həyacanlı olmuşdur. Sonra isə sürücü yolda Ağstafa şəhəri istiqamətində hərəkətdə olan vaxt piyada vurduğunu və qorxduğu üçün hadisə yerindən qaçdığını etiraf eləmişdir. İş üzrə şahid olan Şahid3 və Şahid1 ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2023-cü il tarixli 24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur– başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, kəllə əsası sümükdə xətt şıkilli sınıq, alt çənənin, döş sümüyünün, sağ baldır sümüklərinin açıq-qəlpəli sınıqları, bədənin əzilmiş yaraları, qançırlı sıyrıqları – qeyd olunan xəsarətlər həyatidirlər, mərhum Zərərçəkmiş şəxs ölümündən əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər hərəkətdə olan mikroavtobusun piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümü beyinə qansızma və ödem nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatışmamazlığı olmuşdur. Birliyin kimyəvi şöbəsindən verilmiş 4676/K saylı aktdan görünür ki, mərhum Zərərçəkmiş şəxs sağlığında yüngül dərəcəli sərxoş olmuşdur, lakin narkotik vasitə qəbul etməmişdir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 13 fevral 2024-cü il tarixli 8/207 nömrəli rəyindən görünür ki, “Volksvagen Crafter” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Mahmudov piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Mahmudov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanlı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan, zərərçəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 10000 manat məbləğində pul ödənilmişdir, Təqsirləndirilən şəxs şikayəti yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 642772 nömrəli “Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında alkotestr” arayışından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan AC 651833 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə BC kateqoriyalı olmaqla xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs verilmişdir, xx.xx.2029-cu il tarixə qədər etibarlıdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 dekabr 2023cü il tarixli protokoldan görünür ki, hadisə Sadıxlı-Ağstafa avtomobil yolunun 17,5-ci kilometrliyində, rayonun Köçvəlili kənddindən keçən hissəsində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 4 metr olmaqla, yol asfaltbeton örtüklü və quru vəziyyətdə olmuşdur. Yol örtüyünün ümumi eni 8 metr olmaqla sağ və sol hissəsində yol çiyni yerləşir. Ağstafa şəhəri istiqamətində yolun sağ çiyninin eni 3, sol çiyinin eni sə 2 metrdir. Piyadanı vurma Ağstafa şəhəri istiqamətində sağ ehtiyyat hissədən 1,85 metr məsafədə baş vermişdir. Hadisədən əvvəl piyada yolun sol tərəfində sağa istiqamətdə 6,15 metr məsafə qət etmişdir. Avtomobil piyadanı vurduqdan sonra piyada 35 metr Ağstafa istiqamətində yolun sağ çiyninə düşərək ölmüşdür. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisədən öncə avtomobil Ağstafa şəhəri istiqamətinə hərəkət etmişdir. Hadisə zamanı “VOLKSWAGEN CRAFTER MİNİK“ markalı 20 DU858 qeydiyyat nişanlı mikroavtobusun sürücüsü üçün təhlükə piyada Zərərçəkmiş şəxs onun getdiyi yola sol tərəfdən daxil olduğu andan yaranmışdır. Həmin andan piyada sol tərəfdən sağa doğru vurulma yerinədək sakit yerişlə 6,15 metr məsafə qət etmişdir. “VOLKSWAGEN CRAFTER MİNİK” markalı 20 DU858 qeydiyyat nişanlı mikroavtobusun surəti 65-70 km/saat olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər halları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai isintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddələrlə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində qanunla müəyyən olunmuş qaydada cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsinin müzakirə edib, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasnı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmal, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilmədən saxlanılsmalı, iş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş “VOLKSWAGEN CRAFTER MİNİK“ markalı, ** DU *** qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs istifadəsində saxlanılmalı, iş üzrə məhkəmə xərci- ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1, 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə, o, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş “VOLKSWAGEN CRAFTER MİNİK“ markalı, ** DU *** qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-46/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-46/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver