Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-48/2023 13.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Kolxəlfəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,174 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq əynində olan gödəkcəsinin sağ yan cibində saxlamış, 18 oktyabr 2022-ci il tarixdə saat 18:35-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhərində yerləşən Dəmir yolu vağzalının yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə həmin gün saat 19:35-dən saat 19:52-dək olan müddət ərzində Ağstafa rayon polis şöbəsinin inzibati binasında keçirilən şəxsi axtarış zamanı üzərində “Novokain” yazısı olan 1 ədəd sınıq şüşə flakonda təmiz çəkisi 0,156 qram və 1 ml-lik birdəfəlik şprisin içərisində olan məhlulun tərkibində təmiz çəkisi 0,018 qram olan heroin onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, narkotik vasitələr aludəçisidir. O, Rauf adlı şəxsə 10 manat pul verib onun vasitəsilə heroin almış, 18 oktyabr 2022-ci il tarixdə, saat 18:35 radələrində qeyd olunan heroini Ağstafa şəhərindəki Dəmir yolu vağzalında olan tualetdə iynə vasitsi ilə qəbul etdiyi vaxt polis əməkdaşları gəlmişlər, o, heroini dərhal gödəkcəsinin sağ yan cibinə qoymuş, polis əməkdaşları onu tualetdən çıxarmış, Ağstafa RPŞ-nə dəvət etmişlər, polis şöbəsinin inzibati binasında müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə üzərində axtarış aparılmış, bu zaman üzərində “Novokain” yazısı olan 01 ədəd şüşə flakonda və 01 ədəd birdəfəlik şprisin içərisində məhlul şəklində olan heroin gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində o, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və rayon polis şöbəsinin CAB-nin Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə əlaqə saxlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Elə həmin vaxt onlarla şəhər ərazisində görüşüb demişdir ki, Təqsirləndirilən şəxs hazırda Ağstafa şəhərindəki Dəmiryol vağzalının yaxınlığındadır. O, Əhmədin dəmiryol vağzalının yanında olan sanitar qovşağının içərisində olduğunu və ora daxil olub onu götürəcəklərini bildirmiş, onlar razılaşıb həmin gün, saat 18:35-də sanitar qovşağının qapısını açıb içəriyə daxil olduqda görmüşlər ki, Əhmədin əlində 01 ədəd içərisi məhlulla dolu şpris vardır. Bundan sonra Əhmədi sanitar qovşağından çıxarıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onlarla birlikdə gəlməsi üçün Ağstafa rayon polis şöbəsinə dəvət etmişlər, Əhməd etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Orada təhqiqatçısı Sozalı Vəliyevin otağında vəkilin də iştirakı ilə videoçəkilişlə Əhmədin şəxsi axtarışı aparılmış, Əhməddən üzərində qanunla daşınması qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarının olub-olmamasını soruşulmuş və əgər varsa könüllü təqdim etməsi deyilmiş, Əhməd könüllü olaraq əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd içi qatı qara rəngli maye ilə dolu şpris, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan, üzərində “NOVOKAİN” sözü yazılmış sınıq şüşə flakon və 1 ədəd üzərində “KENT” sözü yazılmış sarı rəngli sellofan paketi könüllü olaraq təqdim edib, şüşə flakonda olan maddə və şprisin içərisindəki mayenin narkotik vasitə heroin olduğunu, həmin mayeni istifadə etmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalandığını, sarı paketdəkinin isə limon duzu olmaqla onu narkotik vasitə üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı saat 19:35-dən saat 19:52-dək davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Vüsal Vüqaroğlu, Şahid4la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd içərisində narkotik vasitə heroin olan, üzərində “NOBOKAİN” sözü yazılmış 2,86 qram çəkidə sınıq şüşə flakon, 1 (bir) ədəd içərisində heroin məhlulu olan 2,84 qram çəkidə 1 ml-lik birdəfəlik şpris aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 18 oktyabr 2022-ci il tarixdə saat 19:35də başlamış, həmin gün saat saat 19:52-də bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1204 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd üzərində “NOBOKAİN” yazısı olan sınıq şüşə flakonda təmiz çəkisi 0,156 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd istifadə olunmuş 1 ml-lik (100 vahid) birdəfəlik şprisin içərisindəki, 50 vahid həcmində tünd qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,018 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd, üzərində “KENT” əmtəə yazısı olan, tamlığı pozulmuş paketdə, təmiz çəkisi 14,099 qram ağ rəngli, dənəvərkristallik maddə qida məhsulu olan limon duzudur (0,156 qram çəkidə olan heroindən 0,02 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,136 qram çəkidə heroin, 50 vahid çəkidə olan heroin məhlulundan 10 vahid ekspertiza tədqiqatına sərf edilmiş, 40 vahid çəkidə heroin məhlulu, 14,099 qram çəkidə olan limon duzundan 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş 14,049 qram limon duzu qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1802 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində 02 gün, həmçinin axtarışda olan şəxs kimi 01 gün olmaqla cəmi 03 gün tutulmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən X3 və X2 əməllərinə hüquqi qiymət verilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ciinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 03 gün təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,136 qram çəkidə heroin, 1 ml-lik birdəfəlik şprisin içərisindəki 40 vahid heroin məhlulu və 14,049 qram çəkidə limon duzu məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət ona təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,136 qram çəkidə heroin, 1 ml-lik birdəfəlik şprisin içərisindəki 40 vahid heroin məhlulu və 14,049 qram çəkidə limon duzu məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-48/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-48/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver