Məhkəmə qərarları › İş №1(015)-48/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-48/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-48/2025 04.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmamış, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayələrdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 dekabr 2024-cü il tarixdə saat 21 radələrində kirayədə yaşadığı, ünvan 1 ünvanında vətəndaş X2 məxsus evdə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək məqsədi ilə sonuncunun razılığı əsasında təbii yolla cinsi əlaqədə olaraq onun qızlıq bəkarətinin tamlığını pozmuş, bundan sonra istintaqa məlum olmayan tarix və vaxtlarda, Tovuz rayonu və Bakı şəhərinin müxtəlif yerlərində Zərərçəkmiş şəxs razılığı ilə könüllü şəkildə mütəmadi olaraq qəsdən cinsi əlaqədə olmuş və oral, yəni cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə salmaqla seksual xarakterli digər hərəkətlər etmiş, həmçinin sonuncu dəfə 01 fevral 2025-ci il tarixdə saat 02 radələrində Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən, qohumu Şahid2 evində Zərərçəkmiş şəxs razılığı ilə könüllü şəkildə anal, yəni cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə salmaqla qəsdən qeyri-təbii yolla cinsi əlaqədə olaraq on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, salonlarda tatto vurub, saç kəsib pul qazanır. Belə ki, Şölə saçını düzəltmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən MN adlı qadın salonuna gəlmişdir. Həmin ərəfədə o həmin sözü gedən qadın salonunda qadın saş ustası və tatto vuran usta kimi işləyirdi. Bir neçə gün sonra Zərərçəkmiş şəxs həmin salona dırnaq ustasının yanına gəlmişdir ki, dırnaq ustalığını öyrənsin. Həmin salonda Şölə ilə münasibətləri yaranmışdır. Həmin gündən sonra mütəmadi olaraq o, Zərərçəkmiş şəxs təhsil aldığı peşə məktəbinin qarşısına getmişdir, Şölənin xahişi ilə onu yaşadığı evə kimi yola salmışdır. Daha sonra Şölə ilə onun arasında sevgi münasibəti yaranmışdır. O Şöləni sevmiş, Şölə də, onu sevmişdir. xx.xx.2024-cü il tarixdə Şölə dərsdən çıxandan sonra günorta saatlarında o, Şölə ilə görüşmüşdür. O, Zərərçəkmiş şəxs hədə-qorxu və ya zor tətbiq etməmiş onu öz razılığı ilə qaçırtmış ər-arvad münasibətində olmuş və müxtəlif ünvanlarda birlikdə yaşamışlar. O Şölənin 15 yaşında olduğunu, 16 yaşına çatmadığını bilmişdir. Onu ailə həyatı qurmaq üçün qaçırmışdır. Onu həyat yoldaşı kimi qəbul edir və barışmaq istəyir. Məhkəmədən barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə anası İlahə ilə “MN” studio adlanan qadın salonuna dırnaqlarını bəzəmək üçün getmişdirlər. Orada Okanla tanış olmuş, ondan nömrə istəmiş və öz nömrəsini Okana vermişdir. Onlar Vhatsap sosial şəbəkəsində yazışmışlar. Okan ona ilk görəndən xoşu gəldiyini bildirmişdir. O, da ona ondan xoşu gəldiyini bildirmişdir. Okan onun arxasınca oxuduğu peşə məktəbinin qarşısına gələrk bir neçə dəfə onu evlərinə ötürmüşdür. xx.xx.2024-cü il tarixində Okan onu dərsdən götürüb evlərinə aparan vaxt onu qaçırtmağı təklif etmişdir. O, razılaşaraq könüllü olaraq Okanla Sabunçuda bit bazarı adlanan yerdə olan onların kirayədə yaşadığı evlərinə getmişlər. Anası Məlahət onları qarşılamışdır. Həmin gün gecə bir otaqlı evdə Okanın atası Şirin ayrı çaypayıda, Məlahət, Okan və o eyni çarpayıda yatmışlar. Yatan zaman o, Okanla qucaqlaşıb öpüşsələr də heç bir cinsi əlaqə olmamışlar. İki gün həmin evdə qalsalar da Okanla aralarında heç bir münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə özünə məxsus mobil telefonu lombarda qoyub 200 manat pul götürüb Qazax rayonuna gəlmişlər. Qazax şəhərində kirayə ev tutmuşlar. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində həmin evdə könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşlar. Bir neçə gün sonra Gəncəyə gedib oradan Tovuz rayonuna qohumlarının evinə qayıtmışlar. Həmin gün də Tovuz rayonunda, adını bilmədiyi kənddə Okanla cinsi əlaqədə olmuşlar. Səhəri gün Bakı şəhərinə qayıdıb Binəqədi rayonunda pasyolka Kirov adlanan yerdə və digər yerlərdə gündəlik evlərdə kirayə qalaraq yaşamışlar. xx.xx.2025-ci il tarixində onlar Ağstafa rayonuna Dağkəsəmən kəndinə Okanın babası evinə gəlmişlər. O ilk dəfə Təqsirləndirilən şəxsla könüllü olaraq getmiş, onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onun 15 yaşı olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona heç bir fiziki və psixoloji təsir göstərməmişdir.Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağstafa rayonu Dağkəsəmən kəndində ailə üzvlərimlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Okan onun bibisi oğludur. Okan yanında bir nəfər cavan qızla həyətə daxil olmuşdur. O, ilk əvvəl onu tanımamışdır. O, ona Məlahətin oğlu Veysəl olduğunu deyəndə tanımış və onunla salamlaşıb görüşmüşdür. Daha sonra o, onları içəri dəvət etmişdir. Həmin vaxt evdə arvadı Şahid3 və iki azyaşlı övladları olmuşdur. Okandan yanındakı qızın kim olduğunu soruşmuşdur. Həmin vaxt Okan ona yanındakı qızın onun arvadı olduğunu, adının Şölə olduğunu, onunla 8 aydır ki evləndiyini, qızın Gürcüstan Respublikası vətəndaşı olduğunu bildirmişdir. Qız da Okanın dediklərini təsdiqləmişdir. Sonra onlar birlikdə çay içib yemək yemişdirlər, söhbət əsnasında o Şölədən neçə yaşının olmasını soruşmuşdur. O, da ona 18 yaşının olduğunu demişdir. O, ona bu yaşda evlənə bilməyəcəyini dedikdə Şölə yaşadığı ünvandan heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra o, bu barədə ona daha heç nə deməmişdir. O, Okandan nə yaxşı gəldiyini soruşduqda, Okan ona arvadı Şölə ilə birlikdə Gürcüstan Respublikasından gəldiklərini, anasının yanına Bakı şəhərinə gedəcəklərini, anasının ona babası evinə getməyini bildirdiyi üçün gəldiyi demişdir. O də ata yurdu olduğu üçün onların qalmasına heç bir söz deməmişdir. Daha sonra növbəti gün səhər onları aparıb vağzalda Bakı istiqamətində yola salmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Qazax rayonunun Ağköynək kəndində yaşayır. Qazax rayonunda fərdi olaraq evlərin alqı-satqısı ilə məşğul olur, hər hansı rəsmi iş yeri yoxdur. O, evlərin satışını elan olaraq Vhatsapp sosial şəbəkəsində və İnstaqram sosial şəbəkəsində paylaşır. Təqsirləndirilən şəxs tanıyır. Qazax şəhərində notariusda olan vaxt yanına bir nəfər gəlib onu iki nəfər şəxsin axtardığını bildirmişdir. O, çölə çıxdıqda bir nəfər qız və bir nəfər oğlanı görmüşdür. Onlar ona Gürcüstan Respublikasının Rustavi şəhərindən gəldiklərini, kirayədə qalmaq üçün ev istədiklərini bildirmişdirlər. Oğlan ona adının Okan olduğunu, yanındakı qızın onun arvadı olduğunu, bazarda dükan tutub işlətdiyini, arvadının isə qadın gözəllik salonunda işləyəcəyini bildirmişdir. Lakin Okan arvadının adını ona deməmişdir. O, ondan ilk əvvəl sənədini istədikdə o, ona sabah sənəd təqdim edəcəyini bildirmişdir. O, da razılaşmış və onları Qazax şəhəri Osman Sarıvəlili küçəsində yerləşən tanışına məxsus olan fərdi yaşayış evinə aparmışdır. Ev sahibinin özü də orada yaşamışdır. Onlar evə baxdıqdan sonra 200 manat kirayə haqqı olmasına razılaşmışdırlar, o, onları evdə qoyub çıxmışdır. O ev sahibi Afaq xanıma bildirmişdir ki, sabah onlardan sənədləri alıb özündə saxlasın, sonra ona da verər. Sonra Afaq onunla əlaqə saxladıqda bildirmişdir ki, onlar yaxşı adamlara bənzəmir, evdə siqaret çəkirlər. Afaq ona bildirmişdir ki, səhəri günü onlar evdən çıxaraq bir daha geri qayıtmamışdırlar və hər hansı pul verməmişdirlər. O da həmin şəxsləri bir daha görməmişdir. İş materiallarında olan MTE və PA Birliyinin 25 fevral 2025-ci il tarixli 61 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qızının bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızının qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur. Zərərçəkmiş şəxs qızının cinsiyyət üzvündə və ya bədənin başqa hissələrində vizua izləri aşkar olunmadı. Zərərçəkmiş şəxs qızının arxa keçəcək nahiyyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, məhkəmə icraatı gedişində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-i il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə elan olunmuş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarından olan, 04 aprel 2025-ci il tarixli axtarışda olan təqsirləndirilən şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Ağstafa rayon ərazisində axtarışda olan şəxs kimi 01 gün tutulmuşdur. İş materiallarında olan Ağstafa Rayon Polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 31363/2-12866/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdə tutulmuş və həmin tarixdən hal-hazıradək həbsdədir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun CM-in 152.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunacağı qənaətinə gəlir. Bu səbəbdən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 01 gün müddət təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsun tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsun cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar