Məhkəmə qərarları › İş №1(015)-50/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-50/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-50/2023 21.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN, Müdafiəçilər Müdafiəçi1 və MüdafiəçiN iştirakları ilə xx.xx.1996-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri C.Kərimov küçəsi ev 140-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N9,318.N, 318.1, 318.N-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa şəhəri N0 Yanvar küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 318.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 ümumvətəndaş pasportu olmadığı üçün Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən işləyərək pul qazanmaq üçün Gürcüstana getmək məqsədi ilə qohumları X5, X9, X6 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında N iyun N1-ci il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməmişlər. Bundan başqa o, ümumvətəndaş pasportu olmadığı üçün Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən, işləyərək pul qazanmaq üçün Gürcüstana getmək məqsədi ilə N1-ci ilin iyun ayında, gecə saatlarında, istintaqa dəqiq məlum olmayan tarix və vaxtda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Bundan başqa, o, ümumvətəndaş pasportunun olmaması səbəbindən, həmçinin N1-ci ilin iyun ayında dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana keçdiyindən, Azərbaycan Respublikasının dövlət sərhədindən qanuni yolla keçə bilmədiyi üçün zəruri sənədlər əldə etmək məqsədi ilə N yanvar N3-cü il tarixdə, saat N3 radələrində qohumu Təqsirləndirilən şəxsN ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Ağstafa rayonunun ərazisində yerləşən 16-cı sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxsN ümumvətəndaş pasportu olmadığı üçün Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən zəruri sənədlər əldə etmək məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında N yanvar N3-cü il tarixdə, saat N3 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, işləmək üçün Gürcüstana getmək qərarına gəlmiş, ümumvətəndaş passportu olmadığından bunu gizli etməyi düşünmüş, N iyun N1-ci il tarixdə, saat 04 radələrində əvvəlcədən planlaşdırdıqları kimi qohumları X5, X9, X6 və X10 ilə birlikdə Ağstafa rayonunun ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, sərhədi keçə bilməmişlər. Lakin o, N1-ci ilin iyun ayında, gecə saatlarında, dəqiq xatırlamadığı tarixdə və vaxtda təkbaşına Ağstafa rayonu ərazisindən sərhədi pozaraq gizlincə Azərbaycan Respublikasından Gürcüstana keçmiş, bir qədər orada yaşamışdır. N3-cü ilin yanvar ayının əvvəlində qohumu Təqsirləndirilən şəxsN ilə Gürcüstanın Batumi şəhərində rastlaşmış, sonuncu ilə söhbət zamanı sənədlərini düzəltdirmək lazım olduğunu demişdir. Təqsirləndirilən şəxsN də onun kimi qanunsuz olaraq Gürcüstana getdiyini, ümumvətəndaş pasportu olmadığı üçün gizlin Azərbaycan Respublikasına qayıtmaq istədiyini dedikdən sonra qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək üçün razılaşmışlar. N yanvar N3-cü il tarixdə, saat N3 radələrində özü və Məqsəd Gürcüstandan Azərbaycan Respublikasına gizlin keçdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Hal-hazırda əməlindən peşmandır. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini, bundan başqa, ona yüngül cəza təyin olunmasını məhkmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsN ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, uşaqlıqdan Gürcüstan Respublikasının Batumi və digər şəhərlərində yaşamışdır. N019-cu ilin xatırlamadığı günündə və saatında, təkbaşına, gizlincə Azərbaycan Respublikası ərazisindən- Ağstafa rayonunun xatırlamadığı yerindən Gürcüstana keçmiş, həmin vaxtdan orada yaşamışdır. N3-cü ilin yanvar ayının əvvəlində qohumu Təqsirləndirilən şəxs1 ilə Gürcüstanın Batumi şəhərində rastlaşmış, onunla söhbət zamanı İsmayıl sənədlərini düzəltdirmək lazım olduğunu, buna görə Azərbaycan Respublikasına gizli yolla getmək istədiyini demiş, o da İsmayıla ümumvətəndaş pasportu olmadığı üçün gizlin Azərbaycan Respublikasına qayıtmaq istədiyini dedikdən sonra qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək üçün razılaşmışlar. N yanvar N3-cü il tarixdə, saat N3 radələrində Ağstafa rayonunun ərazisində yerləşən 16-cı sərhəd zastavasının xidməti ərazisindən İsmayıl Dəvriz və özü Gürcüstandan Azərbaycan Respublikasına gizli şəkildə keçdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Uşaqlıqdan Gürcüstan Respublikasının müxtəlif şəhərlərində yaşamışdır. Orada dəmir yığını ilə məşğul olmuşdur. Sənədləri olmadığı üçün Azərbaycan Respublikasına qanunsuz yolla daxil olmuşdur. Himayəsində 4 azyaşlı uşağı var, lakin uşaqlarının da sənədləri yoxdur. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o, DSX-nin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusudur, xx.xx.N3-cü il tarixdə sərhəd zastavasının xidməti ərazisində "operator növbətçisi" xidmətinə təyin olunmuşdur. Həmin gün, xidmətdə olarakən saat NN radələrində Gürcüstan ərazisində oradan Azərbaycan Respublikası istiqamətində N nəfər şəxsin hərəkətini müşahidə etmiş, bu barədə aidiyyəti üzrə cavabdeh şəxsə məlumat verdikdən sonra həmin şəxsləri nəzarətdə saxlamağa davam etmiş, saat N3 radələrində qeyd olunan şəxslər Ağstafa rayonu Böyük Kəsik kəndi istiqamətində Gürcüstandan Azərbaycan Respublikasına keçərək dövlət sərhədini pozduqdan sonra bu barədə rabitə növbətçisinə məlumat vermiş, daha sonra sərhəd zastavasının şəxsi heyəti həmin şəxsləri saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ŞahidN, Şahid4, ifadəsi elan olunmuş Şahid3, Şahid5 və X8 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş üzrə şahid olan Şahid7 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, DSX-nin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusudur. xx.xx.N1-ci il tarixdə, saat 03.00-07.30-a qədər sərhəd zastavasının 34- 35-ci sahələrinə o, naryad başçısı, əsgər Şahid6 naryad üzvü olmaqla xüsusi obyekt gözətçisi xidmətinə təyin olunmuşlar. Həmin gün, saat 4 radələrində növbətçi operator rabitə vasitəsilə 34-cü sahədə bir neçə şəxsin Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət etdiyini bildirilmiş, onlar dərhal həmin əraziyə hərəkət etmişlər. Bu zaman 5 nəfər şəxsin sərhəd istiqamətində, yəni Gürcüstan istiqamətində hərəkət etdiklərini müşahidə etmişlər. Onlar əvvəlcə həmin şəxslərə dayan komandası versələr də, həmin şəxslər hərəkətlərini davam etdirmişlər. Bundan sonra onlar havaya xəbərdarlıq atəşi açmış və həmin şəxslər dayanmışlar. Bundan sonra qeyd olunan şəxslər tərəflərindən saxlanılmış, daha sonra həmin şəxslər hadisə yerinə gələn həyəcan qrupu tərəfindən sərhəd zastavasına aparılmışdır. İş üzrə şahid olan Şahid6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da, Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan DSX-nin N nömrəli hərbi hissə komandirinin N iyun N1-cü il tarixli məktubundan görünür ki, N iyun N1-ci il tarixdə dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd edən Azərbaycan Respublikası vətəndaşları X10, X6, X9, Təqsirləndirilən şəxs1 və X1 naryadı tərəfindən saxlanılmışlar. İş materiallarında olan DSX-nin N nömrəli hərbi hissə komandirinin N yanvar N3cü il tarixli məktubundan görünür ki, N yanvar N3-cü il tarixdə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçən Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN sərhəd naryadı tərəfindən saxlanılmışlar. İş materiallarında olan N iyun N1-ci il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, N iyun N1-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşları X7, XN, X4, Təqsirləndirilən şəxs1 və X3 dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd etdikləri ərazi N nömrəli hərbi hissənin 14cü sərhəd zastavasının 34-cü sahəsi olmuşdur. İş materiallarında olan 1N yanvar N3-cü il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN N yanvar N3-cü il tarixdə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçdikləri ərazini göstərmiş və həmin ərazi N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 6-cı sahəsi olmuşdur. İş materiallarında olan 1N yanvar N3-cü il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 N1-ci ilin iyun ayında dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstana qanunsuz yolla keçdiyi ərazini göstərmiş və həmin ərazi N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 34-cü sahəsi olmuşdur. İş materiallarında olan DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN dövlət sərhədindən hərəkətləri barədə “Giriş-çıxış və qeydiyyat” İAMAS sistemində heç bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan 08 aprel N3-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsN N019-cu il tarixdə Ağstafa rayonunun ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, istintaqa məlum olmayan yerdən Azərbaycan Respublikasından Gürcüstana keçməsi ilə bağlı cinayət təqibinə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görüür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görüür ki, Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin N0 iyul N3-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barələrində ibtidai istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onların hər ikisi məhkəmə iclas zalından həbs edilmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 0N gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxsN ibtidai istintaq zamanı 01 gün tutulmuşdur. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin N9,318.N, 318.1 və 318.N-ci maddələri ilə, Təqsirləndirilən şəxsN əməlinin isə CM-nin 318.N-ci maddəsi ilə düzgün tövsif olunmasını və onların əməllərinin məhkəmə istintaqı zamanı tam sübut olunmasını nəzərə alır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsindən- Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməsindən 0N ildən artıq müddət keçdiyindən və həmin cinayət üçün qanunda nəzərdə tutulmuş cəlbetmə müddəti keçdiyi üçün onun barəsində CM-nin 318.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N9,318.N və 318.N-ci maddələri ilə, Təqsirləndirilən şəxsN isə CM-nin 318.N-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxsN ilk dəfə olaraq az ağır cinayət əməlini törətməsini və törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşiman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.N-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 0N gün və Təqsirləndirilən şəxsN tutulduğu 01 gün müddət təyin edilən cəzadan çıxılmalı, onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli N0 iyul N3-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N9,318.N və 318.N-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 0N (iki) gün müddət, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay N8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli N0 iyul N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 318.N-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsN tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay N9 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsN cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli N0 iyul N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən N0 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar