Məhkəmə qərarları › İş №1(015)-50/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-50/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-50/2024 22.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,437 qram təşkil edən narkotik vasitə olan heroini əldə edərək, əynində olan qara rəngli qış gödəkçənin sol yan cibində qanunsuz olaraq saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 20:41-da Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri M. Ə. Rəsulzadə küçəsində yerləşən R. Alıcanov heykəlinin yaxınlığında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə heroin Ağstafa rayon polis şöbəsinin inzibatı binasında, həmin gün saat 21:24-dən 21:33-dək müddətdə şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Qazax şəhər sakinidir, Ağstafa RPŞ əməkdaşları tərəfindən tutulduğu gün- 14 yanvar 2024-cü il tarixdə axşam saatlarında narkotik vasitə almaq üçün Qazax şəhərindən Ağstafa şəhərinə getmiş, Elgün adlı tanışı ilə “Misli” mərc oyunları məntəqəsində görüşmüş, Elgündən heroin almaq istəmiş, bu vaxt polis əməkdaşları gəlib onu tutaraq Ağstafa RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparıldığı vaxt onda heroin olmamış, lakin orada Şahid1 və digər polis əməkdaşları onu məcbur etdikləri üçün üzərindən aşkar edilmiş heroinin ona məxsus olmasını bildirmişdir. Qeyd olunan heroini polis şöbəsində Azadgil ona vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağstafa RPŞ-nin Köçvəlilli PB-nin rəisi vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Ağstafa RPŞ-də gündəlik xidmətində olan zaman iş yoldaşı Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs hazırda Ağstafa şəhəri M. Ə. Rəzulzadə küçəsində olduğu barədə məlumat daxil olmuşdur. Onun özü, CAB-nin əməliyyat müvəkkili Şahid4 və RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağstafa şəhəri, M. Ə. Rəsulzadə küçəsinə getmişlər, həmin gün, saat 20:41-də küçədə yerləşən R. Alıcanov heykəlinin yaxınlığında hərəkətdə olan Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-yə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs da onlarla birlikdə Ağstafa RPŞ-nə getmişdir. Polis şöbəsində təhqiqatçının iş otağında videoçəkilşlə müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim edərək heroin olmasını, bir neçə gün əvvəl Qazax şəhərindəki Mərkəzi bazarın yaxınlığında yol kənarında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ağstafa RPŞ-də nə onun özü, nə də Şahid4, Şahid2 və ya başqası tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 da Şahid1la eyni məzmunlu ifadələr verib onun göstərdiklərini bir daha təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilir, Qazax şəhəri Bakı küçəsi ev 159-da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vaitələrdən istifadə edir. Tutulmamışdan bir neçə gün qabaq yadında qalmayan tarixdə Qazax şəhərində olarkan mərkəzi bazarın yaxınlığından yol kənarında bir büküm görüb onu götürüb baxanda görmüşdür ki, içərisində heroin var. Həmin narkotik vasitənin bir hissəsini istifadə edib qalan hissasini sonradan istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Ağstafa şəhərinə getmiş, həmin gün, saat 20 radələrində Ağstafa şəhəri, M. Ə. Rəsulzadə küçəsi ilə piyada hərəkətdə olarkən mülki geyimli tanımadığı şəxslər tərəfindən saxlanılmış və həmin şəxslər polis işçiləri olduqlarını bildirib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa RPŞ-yə getməli olduğunu bildirmişlər. O da onlara etiraz etməmiş və onlarla birlikda Ağstafa RPŞ-yə getmişlər. Polis şöbəsinin birinci mərtəbəsində olan təhqiqatçıların xidməti iş otağında ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, vəkillərin siyahasına dair protokol ona təqdim olunduqdan sonra dövlat hesabına ona müdafiəçi X2 təyin olunmasını xahiş etmişdir. Bundan sonra ona üzərində şəxsi axtarış keçiriləcəyi, hər hansı narkotik vasitə və ya psixotrop maddə vardırsa təqdim etməyi təklif olunmuş, o da əynində olan qara rəngli kurtkasının sol yan cibində olan 01 ədəd ağ rəngli kağıza bükülü halda olan kütləni təqdim etmiş, kütləni tutulmamışdan bir neçə gün əvvəl, yadında qalmayan tarixdə Qazax şəhərində olarkən mərkəzi bazarın yaxınlığından yol kənarından tapdığını va şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış davam etdirilsə də üzərindən heç bir narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tartib edilmiş, o da həmin protokola imza etmişdir. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur. Üzərində daşıdığı ağ rəngli kağız bükümdə olan kütlə narkotik vasitə olan heroindir, onu öz şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlldən tanımışdır, onunla aralarında narazılıq olmamış, münasibətləri yaxşı olmuşdur. 14 yanvar 2024-cü il tarixdə, saat 20 radələrində Ağstafa şəhərindəki Dəmiryolu vağzalının yaxınlığında olan “Misli” mərc oyunları məntəqəsində olduğu vaxt Təqsirləndirilən şəxs yanına gəlmiş, o, mərc oyunlarında iştirak etmək üçün Məlahətdən 20 manat pul almış, Məlahətə heroin satmamış, ya da satmaq istəməmiş, bununla bağlı söz verməmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2024cü il tarixli protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati həmin gün saat 21:24dən saat 21:33-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd kağıza bükülü halda heroinəbənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 16/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd 0,65 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə ” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,437 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,437 qram heroindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,387 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 fevral 2024-ci il tarixli 353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prkurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktibdan görünür ki, Baş Prokurorluğun Xidməti araşdırmala idarəsində Təqsirləndirilən şəxs Ağstafa RPŞ-də zorakılığa məruz qalması barədə araşdırma aparılmış, qeyd olunan xüsusat təsdiqini tapmadığı üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub 16 yanvar 2024-cü il tarixdə azad edilməklə, cəmi 02 gün tutulmuşdur İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini, Ağstafa RPŞ-nə aparılan zaman onda narkotik vasitə olan heroin olmadığını, üzərindən aşkar edilən heroini polis əməkdaşlarının PŞ-də ona verdiklərini bildirsə də, onun qeyd etdikləri, şahid ifadələri, işdə olan digər sənədlərlə, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,387 qram heroin məhv edilməli, iş üzrə məhkəmə xərci- aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32,4 manat məbləğində pul ondan tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan, Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,387 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxsdan tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar