Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-51/2025 29.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi Edik oğlunun və X4, X1 iştirakı ilə, xx xxxx 1995-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, məhkum olunmamış, evli, orta təhsilli, işsiz, Pakistan İslam Respublikasının Bhimber AJK şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1998-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, məhkum olunmamış, evli, orta təhsilli, işsiz, Pakistan İslam Respublikasının Gujrat şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq Gürcüstana keçib, oradan işləmək üçün Avropa ölkələrinə getmək məqsədi ilə Pakistan İslam Respublikası vətəndaşı olan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-biraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 31-ci sahəsindən piyada hərəkət etməklə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qəsdən, qanunsuz olaraq keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişlər. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq Gürcüstana keçib, oradan işləmək üçün Avropa ölkələrinə getmək məqsədi ilə Pakistan İslam Respublikası vətəndaşı olan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 31-ci sahəsindən piyada hərəkət etməklə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qəsdən, qanunsuz olaraq keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, işləmək üçün Gürcüstana getmək qərarına gəlmiş, ümumvətəndaş pasportu olmadığından bunu gizli etməyi düşünmüş, Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağstafa rayonu ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, sərhədi keçə bilməmişlər. Onun Pakistan Respublikasında ailəsi və azyaşlı övladı var. Qazanc əldə edə bilmək üçün Azərbaycan Respublikasına gəlmiş, lakin qazanc əldə edə bilməmiş, işlə təmin oluna bilməmişdir. Bu səbəbdən Avropa ölkəsinə getməyi hədəfləmişdir. Bunun üçün maddi imkanı olmadığından qanunsuz olaraq Gürcüstan Respublikasına keçməyə çəhd etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, işləmək üçün Gürcüstana getmək qərarına gəlmiş, ümumvətəndaş pasportu olmadığından bunu gizli etməyi düşünmüş, Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağstafa rayonu ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış, sərhədi keçə bilməmişlər. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı N nömrəli hərbi hissənin 3-cü sərhəd komendatlığının komendantı, mayor Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində N nömrəli hərbi hissənin 17-ci sərhəd zastavasının xidməti ərazisindən 2 (iki) nəfər əcnəbinin dövlət sərhədindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətindən qanunsuz yolla keçəcəklərinə dair daxil olmuş məlumat əsasında onun rəhbərliyi altında “Həyəcan qrupu”nun tərkibində kapitan Şahid2, baş leytenant Şahid3, əsgərlər Şahid4 və Şahid5 olmaqla Ağstafa rayonu Muğanlı kəndi ərazisinə hərəkət etmiş, həmin yerə çatdıqdan sonra meşəlik ərazi ilə hərəkət edib dövlət sərhədindən qanunsuz yolla keçmək istəyən şəxsləri axtarmağa başlamış, ərazidə axtarış apardığı zaman xx.xx.2024-cü il tarixdə, saat 11:05-də 17-ci sərhəd zastavasının 31-ci sahəsi istiqamətində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində iki nəfər naməlum şəxsin hərəkətini müşahidə etmiş, həmin zaman onların surətlə dövlət sərhəd xətti istiqamətində irəlilədiklərini görmüş, dərhal dövlət sərhədini qanunsuz yolla keçmək istəyən şəxslərin saxlanılmaları üçün “Dayan!” çağırış komandası verilmiş və həmin şəxslər saxlanılmışdır. Qeyd olunan şəxslər saxlanıldıqdan sonra məlum olmuşdur ki, dövlət sərhədini qanunsuz yolla keçmək istəyən şəxslər Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd N nömrəli hərbi hissənin hərbi qulluqçuları Şahid2ov Əhməd oğlu, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan DSX-nin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 3-38/2-16/1215/25 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd edənkən Pakistan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Hamza X2. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 24 aprel 2025-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstandan istiqamətində keçməyə cəhd etdikləri ərazi N nömrəli hərbi hissənin Ağstafa rayonu ərazisində yerləşən 17-ci sərhəd zastavasının 31-ci sahəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ƏABİdən daxil olmuş sorğuya cavabdab görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə, Təqsirləndirilən şəxs2 isə xx.xx.2025-ci il tarixdə dövlət sərhədindən rəsmi qaydada hərəkət etməklə Azərbaycan Respublikasına gəmişdirlər. İş materiallarında olan 01 may 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “VİVO” markalı mobil telefonda “Google Map” proqramından istifadə edilməklə Azərbaycan Respublikası ilə Gürcüstan dövlət sərhədinin olduğu yerin axtarıldığı müəyyən edilmişdir. İş materiallarında olan istintaq zamanı Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, 24 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 inzibati qaydada saxlanılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 aprel 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarından görünür ki, 26 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri ilə ittiham elan edilmiş və Səbail Rayon Məhkəməsinin hakimi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin 26 aprel 2025-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ibtidai istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onların hər ikisi məhkəmə iclas zalından həbs edilmişlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə, düzgün tövsif olunmasını və onların əməllərinin məhkəmə istintaqı zamanı tam sübut olunmasını nəzərə alır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları, sübutların toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onların təqsiri əməli etiraf etmələri, şahid ifadəsi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CMnin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-51/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-51/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver