Məhkəmə qərarları › İş №1(015)-53/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-53/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-53/2023 20.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1972-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,581 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, qanunsuz olaraq əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri Füzuli küçəsində saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, təmiz çəkisi 0,581 qram olan həmin narkotik vasitə heroin həmin gün saat 12:24-dən 12:35-dək olan müddət ərzində Ağstafa rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarışı zamanı 01 ədəd qızılı rəngli kağız bükümdə əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heykəltəraş olduğu üçün tez-tez gil toplamaq məqsədi ilə müxtəlif yerlərə gedir. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində yaşadığı evdən çıxıb Ağstafa şəhərinin çıxacağındakı “SV Oil” yanacaqdoldurma məntəqəsinin arxasında yerləşən fermaların kənarındakı torpaq sahələrindən gil yığımağa getmiş, gil yığan zaman yerdə 01 ədəd qızılı rəngli siqaret kağızı bükümü görüb götürmüş, açdıqda içərisində heroin olduğunu görmüş və bükümü əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub ozü isitifadə etmək üçün saxlamış, bir qədər sonra piyada yaşadığı evə tərəf getməyə başlamış, həmin gün, saat 11 radələrində evinin yaxınlığında küçədə piyada gedərkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Ağstafa RPŞ-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nə getmiş, polis şöbəsində müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, əvvəlcə ondan , üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif edilmi, o da əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan 01 ədəd qızılı rəngli siqaret kağızına bükülü halda olan heroini təqdim etmiş, gil topladığı zaman yerdən tapdığını demiş, sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunsuz nəsə aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağstafa RPŞ-nin Köçvəli PB-də CA üzrə baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 25 fevral 2023-cü il tarixdə saat 11 radələrində ona Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və hazırda həmin şəxsin Ağstafa şəhəri Füzuli küçəsi ilə piyada hərəkətdə olması barədə əməliyyat məlumatı daxil olmuş, o, Ağstafa RPŞ-də olan İTB-nin sahə polis nəfərləri Şahid3 və Şahid4 bu barədə bildirərək onunla birlikdə gedib Natiq adlı şəxsi saxlayb polis şöbəsinə gətirmələrini xahiş etmiş, onlar birlikdə Ağstafa şəhəri Füzuli küçəsinə getmiş, Təqsirləndirilən şəxs piyada küçədə getdiyini görmüş, Natiqə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onlarla birlikdə Ağstafa rayon polis şöbəsinə dəvət etmişlər, Natiq heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə getmiş, Natiqi həmin gün növbədə olan Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Sozalı Vəliyevə təhvil vermişlər. Bundan sonra şöbə rəhbərliyinə məruzə etmək üçün oradan çıxıb getmiş, raport yazıb bu barədə şöbə rəisinə məruzə etmiş, polis nəfərləri Cəfər və Əsgər isə təhqiqatçının otağında qalmışlar. Ona sonradan məlum olmuşdur ki, vəkilinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi zaman onun üzərindən 01 ədəd bükümdə heroinə bənzər kütlə aşkar edilmiş, Natiq bükümün içində heroin olduğunu və gil toplayan zaman yerdən tapıb götürdüyün demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-də işləyir, polis serjantıdır. 25 fevral 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 ona və digər polis serjantı olan Şahid4 Təqsirləndirilən şəxs adlı şəxsin rayon polis şöbəsinə gətirilməli olmasını demiş, həmin gün, saat 11 radələrində onlar üçün də Təqsirləndirilən şəxs Ağstafa şəhəri Füzuli küçəsi ilə piyada getdiyini görüb yaxınlaşaraq onu RPŞ-nə dəvə etmişlər. Polis şöbəsinin inzibati binasında, təhqiqatçının iş otağında videoçəkilişlə vəkilin də iştirakıyla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Natiqə əvvəlcə üzərində narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Natiq əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret kağızından hazırlanmış büküm çıxarıb təqdim etmiş, içində heroin olmasını və gil toplayan zaman yerdən tapdığını bildirmiş, sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, qanunsuz başqa hansısa əşya aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Vüsal Vüqaroğlu da eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümündə 1 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, şəxsi axtarış həmin gün saat 12:24-də başlamış, saat 12:35-də başa çatmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/269 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs o” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0, 581 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir (0,581 qram heroindən 0,5 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,531 qram heroindən qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 657 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 57, 70-2 maddəsinin 3 hissəsi, 220-1 maddəsinin 3 hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi, 38-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.1998-ci il qərarı ilə həmin hökm dəyişdirilib cəzası 09 ilə endirilimş, 28 may 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 27 may 2002-ciil tarixli 702 saylı Fərmanına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, tutulduğu 02 gün ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə edilməli, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,531 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın, üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan, Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,531 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar