Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-53/2024 21.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Аğstafa rayonu Qırılı kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonunun Qırılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə saat 07 radələrində idarə etdiyi "VAZ-2106" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa-Qazax avtomobil yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində "X2" qarşısında 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmaqla yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, eyni zamanda sürücü əgər piyada keçidə daxil olmuşdursa, nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirib həmin vaxt yolu piyada keçidi vasitəsilə yolu sürücüyə nəzərən sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vuraraq Zərərçəkmiş şəxs QKBT-sı, beyin silkələnməsi, sol bazu, sağ qamış və incik sümüklərinin, sağ bud sümüyünün sınığı kimi sağlamlığın uzun maddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirərək, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə az ağır dərəcəli bədən xəsarəti yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Qırılı kəndində yaşayır, taksi fəaliyyəti ilə məşğul olur və sürücülük vəsiqəsi var. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində etibarnamə əsasında idarə etdiyi "VAZ-2106" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yanacaq doldurma məntəqəsindən çıxıb Qırılı kəndi istiqamətində saatda 50 km sürətlə gedərkən, hava dumanlı olduğu üçün piyada keçid zolağını görməmiş və "X2" qarşısında sol zolaqda dayanan “Niva” markalı avtomobilin arxasından zərərçəkmiş şəxs, sonradan adını bildiyi Zərərçəkmiş şəxs qəfil çıxdıqda avtomobili dayandıra bilməmiş və idarə etdiyi maşının qabaq sağ tərəfi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Daha sonra maşını saxlayaraq ətrafdakı şəxslərin də köməkliyi ilə Aqiləni xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman o, spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Əməlindən peşmandır, Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş də onunla barışmışdır. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində o, işə getmək üçün iş yoldaşı Şahid1 ilə birlikdə Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhər ərazisindən keçən hissəsində, “Saloğlu” mebel fabrikinin qarşısında yerləşən piyada zolağından yolu əks istiqamətə keçmək istəyərkən sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin idarə etdiyi avtomobil onu vurmuşdur. Hadisə zamanı o, özündə olmamış, lakin eşitdiyinə görə təqsirləndirilən şəxs ona kömək edərək xəstəxanaya aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, ona dəymiş ziyanı tam ödədiyi üçün o, Hafis ilə barışmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Ona görə də H. Babayevin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə “Saloğlu” mebel fabrikinin qarşısında işə getmək məqsədi ilə piyada keçidindən yolu əks istiqamətə keçdikləri vaxt sonradan adının Hafis olmasını bildiyi şəxsin idarə etdiyi avtomobil Aqiləni vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Ağstafa-Qazax avtomobil yolunun Ağstafa şəhəri ərazisindən keçən "X2" qarşısındakı piyada keçidinin olduğu hissədə baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 08 metr olmaqla, yol asfaltbetonörtüklü və quru vəziyyətdə olmuşdur. Yolda ağ düz xətt vardır. Qazax şəhəri istiqamətində hərəkət edən avtomobillər üçün düz xətlə yanaşı qırıq xətlər də vardır. Yolörtüyünün ümumi eni 16 metr olmaqla sürücüyə nəzərən sağ hissədə “X3”, sol hissəsində isə “Ağstafa” market yerləşir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisə “Saloğlu”firmasının qarşısında olan piyada keçidinin sürücünün avtomobili idarə etdiyi hərəktə zolağında olan piyada zolaqlarının üzərində, sağdan sola sayarkən 4-cü zolağın üzərində baş vermişdir. Hadisə zamanı "VAZ-2106" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 40-50 km/saat sürətlə hərəkət etmişdir. Hadisə baş verən zaman “VAZ-2106" markah, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü və 01 sərnişin olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 15 mart 2024-cü il tarixli 108 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər– QKBT-sı, beyin silkələnməsi, sol bazu, sağ qamış və incik sümüklərinin, sağ bud sümüyünün sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 19 fevral 2024-cü il tarixli 8/464 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “BC” kateqoriyalı AE 321206 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə xx.xx.2016-cı il tarixdə Təqsirləndirilən şəxs verilmişdir və xx.xx.2026-cı il tarixədək etibarlıdır. İş materiallarında olan sərxoşluğun təyini aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmışdır, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidi dinləyib, işdəki sənədləri nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ibtidai istintaq orqanı tərəfindən sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan tutularaq X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Ağstafa rayon polis şöbəsinə göndərilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ibtidai istintaq orqanı tərəfindən sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Ağstafa rayon polis şöbəsinə göndərilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-53/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-53/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver