Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-54/2023 20.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, 1 uşaq atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,487 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, qanunsuz olaraq əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri H.Əliyev prospektində “Kapital bank”ın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, təmiz çəkisi 0,487 qram olan həmin narkotik vasitə heroin həmin gün saat 22:14-dən 22:22-dək olan müddət ərzində Ağstafa rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarışı zamanı 01 ədəd qızılı rəngli kağız bükümdə əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, hərdənbir narkotik vasitədən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxıb piyada qardaşı Rasimin yaşadığı evə gedən zaman Ağstafa şəhəri ərazisində yerləşən “Gülül” şadlıq sarayınn yaxınlığından keçərkən yolun kənarından yerdən qızılı siqaret kağızına bükülü nəsə olduğunu görüb yerdən götürmüş, bükümü açdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və öz istifadəsi üçün həmin bükümü əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoyub yaşadığı evə qayıtmışdır. Həmin gün, saat 21 radələrində yaşadığı evdən çıxıb S.Vurğun adına parka gedərkən, Ağstafa şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman “Kapital” bankın yaxınlığında üç nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nə getmişdir. Polis şöbəsinin binasının birinci mərtəbəsində olan otaqlardan birində videoçəkilişlə vəkilinin də iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, əvvəlcə üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülü halda olan kütləni çıxarıb təqdim etmiş, heroin olmasını və həmin gün saat 12 radələrində Ağstafa şəhərindəki “Gülü” şadlıq sarayının yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa heç bir narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşya aşkar edilməmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin NQMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. 27 mart 2023-cü il tarixdə saat 21 radələrində ona Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və hazırda həmin şəxsin Ağstafa şəhəri H.Əliyev prospekti ilə piyada hərəkətdə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O həmin vaxt Ağstafa RPŞnin Köçvəli PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Ağstafa RPŞ-nin CAB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 bu barədə bildirib onunla birlikdə gedib Fariz adlı şəxsi saxlayıb polis şöbəsinə gətirməyi xahiş etmiş, sonuncular razılaşmışlar. Bundan sonra onlar birlikdə Ağstafa şəhəri H.Əliyev prospekti ilə Farizin dalınca getmiş, həmin gün, saat 21 radələrində Fariz adlı şəxs Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən «Kapital Bank»ın yaxınlığında görüb ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, Farizə qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onlarla birlikdə gəlməsi üçün Ağstafa rayon polis şöbəsinə dəvət etmişlər. Fariz etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə getmiş, orada təhqiqat bölməsinin təhqiqatçısı Elvin Abdullayevə təhvil vermişlər. Bundan sonra o, şöbə rəhbərliyinə məruzə etmək üçün oradan çıxıb getmiş, Şahid4 və Şahid3 təhqiqatçının otağında qalmışlar. O, raport yazıb bu barədə şöbə rəisinə məruzə etmişdir. Ona sonradan məlum olmuşdur ki, müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Elvin Abdullayev tərəfindən şəxsi axtarış aparılarkən Fariz könüllü olaraq əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütləni çıxarıb təqdim edərək həmin kütlənin heroin olduğunu, 27 mart 2023-cü il tarixdə saat 12 radələrində Ağstafa şəhəri ərazisində yerləşən “Gülül” şadlıq sarayının yaxınlığında yerdən tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Vüsal Vüqaroğlu və ifadəsi elan olunmuş Şahid3 Şahid1la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümündə 0,65 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmə həmin gün saat 22:14-də başlamış saat 22:22-də başa çatmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2023-ci il tarixli 16/360 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,487 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,487 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,437 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 15 aprel 2023-ci il tarixli 638 №li rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ağstafa RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Zəkiyyə Məmmədova adlı uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,437 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,4 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,437 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-54/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-54/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver