Məhkəmə qərarları › İş №1(015)-54/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-54/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-54/2024 06.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər X19 Chalana Silvanın, X13 və X7 Dananjaya Athaudanın, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, X1 və X10 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikası Panadura şəhərində anadan olmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şri-Lanka Demokratik Sosialist Respublikası Panadura şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan X19 Chalana Silvanın, xx.xx.1984-cü il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikası Haldummulla şəhərində anadan olmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şri-Lanka Demokratik Sosialist Respublikası Haldummulla şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan X13 və xx.xx.1990-cı il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikası Kandy şəhərində anadan olmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Şri-Lanka Demokratik Sosialist Respublikası Kandy şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan X7 Dananjaya Athaudanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X19 Chalana Silva, tanışları Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X16 və X7 Dananjaya Athauda ilə birlikdə Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 fevral 2024-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 190 metr aralıda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. X16, tanışları Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X19 Chalana Silva və X7 Dananjaya Athauda ilə birlikdə Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 fevral 2024-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 190 metr aralıda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. X7 Dananjaya Athauda, tanışları Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X19 Chalana Silva və X16 ilə birlikdə Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 fevral 2024-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 190 metr aralıda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Diyogu X12 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.1989-cu il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikasında anadan olmuş, Azərbaycan Respublikasına gələnə qədər orada yaşamışdır. Avropa ölkələrində işləmək üçün tanışları X16 və X7 Dananjaya Athauda ilə birlikdə Delhi-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gəlmiş, bir qədər sonra- xx.xx.2024-cü il tarixdə onlar Özbəkistana, ordan isə Tacikistana getmiş, Tacikistanda da bir ay qaldıqdan sonra yenidən Azərbaycan Respublikasına qayıtmışlar. Azərbaycan Respublikasında olarkən qərara gəlmişlər ki, "googlemaps" vasitəsi ilə Ağstafa rayon ərazisindən qanunsuz olaraq Gürcüstana, Gürcüstandan da qanunsuz olaraq Avropa ölkələrinə keçsinlər. xx.xx.2024-cü il tarixdə tanımadıqları şəxsin idarə etdiyi taksi ilə hər üçü Bakı şəhərindən Ağstafa rayonuna gəlmiş, sərhədyani ərazidə taksidən düşərək dövlət sərhədi istiqamətində hərəkət etməyə başlamışlar. Ətrafı müşahidə etmək üçün bir gün meşəlik ərazidə qalmış, Gürcüstana gizlin keçəcəkləri yeri müəyyən etməyə çalışmışlar. xx.xx.2024-cü il tarixdə, qaranlıq düşəndən sonra Gürcüstana keçmək üçün hərəkətə etmişlər. Həmin gün, saat 22 radələrində sərhədçilər onların üçünü də saxladıqları üçün Gürcüstana keçə bilməmişlər. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X11 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşdır. Digər təqsirləndirilən şəxslər X19 Chalana Silva və Bopegedara X2 tanlşları, həmçinin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşlarıdır. xx.xx.2023-cü il tarixdə o, X19 Chalana Silva və X7 Dananjaya Athauda və digər 5 nəfər həmyerliləri ilə birlikdə Delhi-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gəlmişlər. Məqsədləri bir müddət Bakı şəhərində qaldıqdan sonra əvvəlcə Gürcüstana, oradan işləmək üçün Avropa ölkələrinə getmək olmuşdur. Gürcüstana gedə bilmədikləri üçün müvəqqəti olaraq Özbəkistan Respublikasına, oradan isə Tacikistana getmək qərarına gəlmiş, o cür də etmişlər. Tacikistanda 01 ay qalıb yaşamış, oaradan yenidən hər üçü- onun özü, X19 Chalana Silva və X7 Dananjaya Athauda yenidən Bakı şəhərinə qanuni yolla, təyyarə ilə gəlmişlər. "Googlemaps" proqramı vasitəsi ilə Ağstafa rayon ərazisində Gürcüstanla Azərbaycan Respublikasının sərhədi olduğunu öyrənib qanunsuz yolla Gürcüstana, Gürcüstandan da Avropaya keçmək məqsədi ilə xx.xx.2024cü il tarixdə X19 Chalana Silva və X7 Dananjaya Athauda ilə birlikdə tanımadıqları şəxsin idarə etdiyi taksi avtopmobiliylə Bakı şəhərindən Ağstafa rayonuna gəlmiş, Gürcüstanla sırhəd ərazisinə gedərək oradan taksidən düşüb piyada hərəkətlərini davam etdirmiş, sonra isə ətrafı müşahidə etmək üçün gecə meşədə qalmışlar. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Gürcüstana keçmək üçün sərhəddə hərəkət etdikləri vaxt sərhədçilər onları saxlamışlar, buna görə də Gürcüstana keçə bilməmişlər. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 Dananjaya Athauda özünü ona elan edilmiş ittiha üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşdır. Digər təqsirləndirilən şəxslər olan X19 Chalana Silva və X9 həmyerliləri və tanışlarıdır. xx.xx.2023-cü il tarixdə onların üçü digər şəxslərlə birlikdə Dehli-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gəlib Bakı şəhərində hosteldə qalmışlar. Sonra onun özü, X19 Chalana Silva və X16 əvvəlcə Özbəkistana, oradan isə Tacikistana gedərək orada bir ay qaldıqdan sonra yenidən təyyarə ilə Bakı şəhərinə qayıtmpşlar. Məqsədləri Gürcüstana, oradan Avropa ölkələrinə gedib orada işləmək olmuşdur. "Googlemaps" proqramı vasitəsi ilə Ağstafa rayon ərazisində Gürcüstanla Azərbaycanın quru sərhədi olmasını bildikdən sonra o, X19 Chalana Silva və X6suz olaraq Gürcüstana, Gürcüstandan da Avropaya keçmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə tanımadıqları şəxsin idarə etdiyi taksi Bakı şəhərindən Ağstafa rayonuna gəlmiş, sərhədə yaxın yerdə avtomobildən düşüb piyada yola davam etmiş, lakin sonra gizlənib növbəti gün yola davam etmək qərarına gəlmiş, sərhədə yaxın yerdə meşəlik əraziudə gizllənmişlər. xx.xx.2024-cü il tarixdə qaranlıq düşdükdən sonra sərhədi gizlin şəkildə Gürtcüstana keçmək məqsədi ilə yola düşmüşlər. Lakin hımin gün, saat 22 radələrində sərhədin yaxınlığında əsgərlər onları saxladıqları üçün Gürcüstana keçə bilməmişlər. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, o, DSX-nin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının rəisidir. 09 fevral 2024-cü il tarixdə saat 21 radələrində sərhəd komendantlığına qabaqlayıcı əməliyyat məlumatı daxil olmuşdur ki, dövlət sərhəd xətti istiqamətində üç nəfər şübhəli şəxs hərəkət edir. O, dərhal sərhəd zastavasını silaha komandasına qaldıraraq həyəcan qrupu ilə həmin istiqamətdə hərəkət etmişdir. Əraziyə çatdıqdan sonra axtarış tədbirlərini həyata keçirməyə başlamışlar. Axtarış zamanı saat 22 radələrində dövlət sərhəd xəttindən 150-200 metr aralı məsafədə üç nəfər şübhəli şəxs saxlamışlar. Həmin şəxslər özlərini Şrilanka Demokratik Sosialist Respublikası vətəndaşları kimi təqdim etmişlər. Bundan sonra saxlanılmış şəxslər sərhəd zastavasına aparılmışdır. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da eyni məzmunlu ifadə verərək Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan DSX-nin N nömrəli hərbi hissənin komandirinin N fevral 2024-cü il tarixli, 3-38/2-16/311/2024 №-li məktubundan görünür ki, 09 fevral 2024-cü il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X19 Chalana Silvan, X16 və X7 Dananjaya Athauda N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. İş materiallarında olan N fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, X19 Chalana Silvanın, X13 və X7 Dananjaya Athaudanın dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərib saxlanıldıqları ərazi DSX-nin N nömrəli hərbi hissəsinin 16-ci sərhəd zastavasının 27-ci sahəsidir, Dövlət sərhədindən 190 metr aralıda yerləşir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X19 Chalana Silva əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X7 Dananjaya Athauda əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarlarından görünür ki, X19 Chalana Silva, X16 və X7 Dananjaya Athaudanın barələrində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmalarının əvvəli N fevral 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, X19 Chalana Silvanın, X13 və X7 Dananjaya Athaudanın Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir, onların əməlləri CM-in 29,318.2-ci maddəsi ilə düzgün tövsif etmişdir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X19 Chalana Silvanın ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X13 ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X7 Dananjaya Athaudanın ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, X19 Chalana Silvaya, X15 və X7 Dananjaya Athaudaya təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən X19 Chalana Silva, X16 və X7 Dananjaya Athauda əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, X19 Chalana Silva, X16 və X7 Dananjaya Athauda azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onların cəzaçəkmə müddətlərinin əvvəli N fevral 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: X19 Chalana Silva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X19 Chalana Silva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli N fevral 2024-cü il tarixdən hesablansın. X19 Chalana Silva barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Diyogu X12 təyin edilmiş əsas cəza olan 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X16 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli N fevral 2024-cü il tarixdən hesablansın. X16 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X11 təyin edilmiş əsas cəza olan 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X7 Dananjaya Athauda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X7 Dananjaya Athauda cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli N fevral 2024-cü il tarixdən hesablansın. X7 Dananjaya Athauda barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Bopegedara X3 təyin edilmiş əsas cəza olan 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm elan olunduğu (məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar