Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-55/2023 04.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1962-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstata şəhəri C.Cabbarlı küçəsi ev 15-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 1,034 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan əldə edərək qanunsuz olaraq üzərində saxlamış, xx.xx.2023-ci il tarixdə saat 14:45-də Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Ağstafa şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılaraq saat 14:50-də Ağstafa RPŞ-nə gətirilmiş, Ağstafa RPŞ-nin inzibati binasında saat 15:40-dan 15:50-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 1,034 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa şəhərində tək yaşayır, arvadından boşanmışdır, heç bir yerdə işləmir, 2-ci qrup əlildir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxıb Ağstafa şəhərindəki mərkəzi bazara meyvə almağa getmişd, bazarın arxası ilə hərəkət edərkən H.Əliyev adına parkın yaxınlığında yolun kənarında zibil qutusunun yanında yerdə qızılı rəngli siqaret kağızı bükümü görmüş, götürüb açdıqda bükümün içərisində heroin olmasını görmüş, özü istifadə etməsi üçün bükümü əynindəki göy rəngli qış gödəkçəsinin sol yan cibinə qoyub yaşadığı evə tərəf getməyə başalamış, həmin vaxt, saat 14 radələrində mobil telefonuna Ağstafa mərkəzi poçtundan bir qadın zəng eləmişdir ki, poçta gəlsin, onun adına məktub var. O, H. Əliyev prospektindəki “Azər Poçtun” binasına tərəf getmiş, binanın yaxınlığına çatanda polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞ-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-nə getmişdir. Polis şöbəsindəki birinci mərtəbədə olan təhqiqatçının iş otağında vəkillə təmin olunmuş, vəkilinin də iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ondan üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruulmuş, əgər vardırsa təqdim etməyi təklif olunmuş, o, əynindəki göy rəngli qış gödəkçəsinin sol yan cibindən bir qədər əvvəl yerdən tapdığı, içərisində heroin olan 01 ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etmiş, yerdən tapdığını demişdir. Büküm elektron tərəzidə çəkilmiş, sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2018-ci ildən DİO-da, 2021-ci ildən isə Ağstafa CAB-də işləyir. 14 fevral 2023-cü il tarixdə günorta saatlarında Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Ağstafa RPŞ-nə gətirilmiş, şöbənin inzibati binasında təhqiqatçının otağında Təqsirləndirilən şəxs hüququ və vəzifələri izah edilmiş, vəkilinin də iştirakı ilə videoçəkilişlə Qulunun üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümü çıxarıb təqdim edərək içərisində heroin olmasını və bir qədər əvvəl yerdən tapdığını demişdir. Qeyd olunan büküm elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılıb götürülmüş, üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən hansısa başqa qanunla daşınması, saxlanması qadağaın edilən əşya aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş, o da qeyd olunan protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2022-ci ildən Ağstafa RPŞ CAB-nin NQMQ-da baş əməliyyat müvəkkili işləyir, polis mayorudur. xx.xx.2023-ci il tarixdə polis şöbəsinin rəhbərliyi tərəfindən ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat tədbirinin keçiriəcəyi, onun da həmin tədbirdə iştirak edəcəyi bildirilmişdir. Həmin gün o və Şahid3 saat 14:45-də Ağstafa şəhəri H.Əliyev prospektində piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq saat 14:50-də Ağstafa rayon polis şöbəsinə aparımışlar. Sonra o, başqa işlə bağlı getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı özü orada iştirak etməmiş, lakin sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən içərisində heroinə bənzə kütlə olan büküm aşkar edilmiş, Qulu həmin bükümü yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu da eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı Sozalı Vəliyev tərəfindən həmin gün saat 15:40-dan saat 15:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə ümumi çəkisi 1,29 qram təşkil edən qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sozləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızıl kağız bükümdə, təmiz çəkisi 1,034 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (1,034 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,984 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-ci il tarixli 573 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən təqdim olunmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünün surətindən görünür ki, Vəliyev X2 Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2, və 237.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasıə Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan ƏƏSM Nazirliyi TSEK-nın 03.04.203-cü il tarixli sənədindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən ikinci dərəcəli əlildir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, 61 yaşı və ikinci dərəcəli əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə yuxarıda sadalananları, həmçinin Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət törətməsinə baxmayaraq islah olunmamasını, aşkar edilmiş narkotik vasitənin növünü nəzərə alaraq hesab edir ki, Q. Vəliyevə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, tutulduğu 02 gün ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,984 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan, Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 0,984 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-55/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-55/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver