Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-55/2024 05.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 uşaq atası, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Pirili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda- təmiz çəkisi 175 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, üstündə olan ağ rəngli selloffon torbada qanunsuz olaraq saxlamala daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:55-də DİNnin BNMİ-nin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Pirili kəndində, yaşadığı evin qarşısında, küçədə saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə qurudulmuş marixuana Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 17:55-dən 18:05-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin altında saxladığı sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonu, Pirili kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 2023-cü ilin avqust-sentyabr aylarında həyətyanı sahəsində yabanı halda bitmiş bir ədəd çətənə bitkisi görmüş, sentyabr ayının axırlarında həmin çətənə bitkisinin yarpaqlarını yığaraq qurutmuş, fərdi yaşayış evində saxlamışdır. Uşaqları onun evinə gələcəyi üçün qeyd olunan qurudulmuş marixuananı götürüb ağ rəngli sellofan torbanın içərisində əynindəki qış gödəkcəsinin alt hissəsinə yerləşdirib başqa yerə aparıb gizlətmək istəmiş, xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində yaşadığı evin qarşısındakı küçədə olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək DİN BNMİ QBRŞnin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirib onu Ağstafa rayon polis şöbəsinə dəvət etmişlər, o da polis əməkdaşlarına heç bir etiraz etməmiş, birlikdə Ağstafa RPŞ-nə getmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin edilmiş, üzərində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ondan üzərində narkotik vasitə, psixotrop maddə olub olmaması soruşulmuş, o da əynindəki gödəkçəsinin altında sellofan torbada saxladığı qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, başqa qanunsuz əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuana çəkilib qablaşdırılmış, sonra müvafiq protokol tərtib edilmiş, o da həmin protokolu imzalamışdır. Qeyd olunan qurudulmuş mariuxuananı şəxsi istifadəsi üçün saxlamış, ondan heç kimə satmamış, verməmişdir. Həmin marixuana barədə heç kimə heç nə deməmişdir. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN BNMİ-nin QBRŞ-də operator işləyir, polis nəfəridir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Ağstafa rayonu Pirili kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə olması barədə daxil olmuş məlumat əsasında BNMİ-nin QBRŞ-də baş əməliyyat müvəkkili işləyən Şahid1la birlikdə o, 04 fevral 2024-cü il tarixdə Pirili kəndində getmişlər. Həmin gün, saat 15:55-də Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlayıb özlərini təqdim etdikdən sonra Ağstafa RPŞ-nə aparmışlar. Ağstafa RPŞ-də Nağı müdafiəçi ilə təmin edilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Nağı əynindəki gödəkçənin altından ağ rəngli sellofan torba çıxarıb təqdim etmiş, içində qurudulmuş marixuana olmasnı, həyətyanı sahəsində yabanı halda bitmiş 01 ədəd çətənə kolundan yığıb qurudaraq öz istifadəsi üçün saxladığını, uşaqlarının evə gələcəyini eşidib marixuananı gizlətmək məqsədi ilə başqa yerə aparmaq üçün üzərində saxladığını demişdir. Qeyd olunan sellofan içindəkilərlə birlikdə çəkilib qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmiş, bununla bağlı protokol tərtib edilmiş, orada iştirak edən şəxslər protokolu imzalamışlar. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da eyni məzmunlu ifadə verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/177 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.” yazı və imzalar olan kağız paketdəki 01 ədəd ağ rəngli polietilen paketdə təmiz çəkisi 175 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə– qurudulmuş marixuanadır (175 qram qurudulmuş marixuananın 0,2 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 174,8 qram qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, 04 fevral 2024-cü il tarixdə, saat 17:55-dən saat 18:05dək olan müddət ərzində Ağstafa rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qış gödəkçəsinin alt hissəsindən içərisində qurudulmuş marixuanayabənzər kütlə olan ağ rəngli sellofan torba aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofanın içərisindəki kütlənin qurudulmuş marixuana olmasını, həyətyanı sahəsində yabanı halda bitmişçətənə kolundan yığıb qurutduğunu bildirmişdir İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 08 ay müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2024-cü ildə şübhəli şəxsi qismində tutulub 06 fevral 2024-cü ildə azad edilməklə 02 gün tutulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 adlı uşaqları var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin olunması cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CMin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞnin Maddi sübutların saxlanılması anbarında saxlanılan 174,8 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,4 manat məbləğində pul ondan tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq onun üzərində 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi olan, Ağstafa RPŞ-nin Maddi sübutların saxlanılması anbarında saxlanılan 174,8 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-55/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-55/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver