Məhkəmə qərarları › İş №1(015)-56/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-56/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-56/2024 22.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı il ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Tatlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə saat 06 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi "VAZ-21011" markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun Ağstafa şəhəri ərazisindən keçən hissəsində "Bayraq meydanı" adlanan yerdə saatda 10-15 km ürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə əsasən, yəni üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrinin keçmə növbəliyini göstərməsini nəzərə almalı və həmin yol ver yol nişanın tələblərinə riayət etməklə hadisənin qarşısını almalı olduğu halda, bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək həmin vaxt əsas yolla Qazax rayonu istiqamətində hərəkətdə olan sürücü Şahid2 idarə etdiyi "VAZ-2106" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək hərəkətini davam etdirib həmin avtomobillə toqquşmaqla həmin avtomobildə olan sərnişən Zərərçəkmiş şəxs sol-sağ dizin alt səthində əzilmiş-sıyrılmış yaraları, döş qəfəsinin sol İV-V-Vİİ qabırğaların yerdəyişməsiz sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri almasına, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Tatlı kəndində qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs həmkəndlisidir. Əvvəllər aralarında hər hansı ədavət və düşmənçəlik olmamışdır. 18 avqust 2023-cü il tarixdə tezdən idarə etdiyi “VAZ-21011” markalı ** BR *** qeydiyyat nişanlı avtomobili ilə Ağstafa şəhərində yerləşən bazara getmiş, həmin gün, saat 06 radələrində bazardan çıxıb Ağstafa şəhərinin içərisi ilə yaşadığı kəndə qayıdan vaxt, “Bayraq meydanı”nın yaxınlığında dayanıb gözləmədən əsas yola çıxaraq oradakı yanacaqdoldurma məntəqəsinə dönmə əməliyyatı aparıb getmək istəmiş, avtomobillərin gəlmədiyini fikirləşib gəldiyi surətlə də yola daxil olmuşdur. Yolun orta xəttinə çatanda sol tərəfdən gələn avtomobil istiqamətini bir qədər sola çəkərək ağ xəttdən yanacaq doldurma məntəqəsi tərəf zolaqda onun avtomobilini vurmuşdur. Toqquşmadan sonra özünü itirmiş və xəstəxanada özünə gəlmişdir. Orada bilmişdir ki, onun avtomobili ilə toqquşan avtomobilin sürücüsü Şahid2dir. Hadisə baş verən vaxt ayıq olmuş, spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir, özünün avtomobilində tək olmuşdur. Sonradan Zərərçəkmiş şəxs üzrxahlıq etmiş, ona dəymiş ziyanı tam ödəmiş, Könül də onunla barışmışdır. Əməlindən pemandır, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağstafa rayonunun Tatlı kəndində qeydiyyatda olmaqla yaşayır, Ağstafa Mənzil-Təsərrüfat birliyində fəhlə işləyir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onun və əri Şahid2 Anarla, həmçinin Anarın ailə üzvləri ilə həmkəndli kimi münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 18 avqust 2023-cü il tarixdə saat 06 radələrində ərinin idarə etdiyi “VAZ-2106” markalı, ** BJ *** qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduqları vaxt o, Mehmanın yanındakı ön sərnişin oturacağında, Mehmanın bacısı Həyat isə arxada oturmuş, Ağstafa şəhərindəki “Bayraq meydanı” yaxınlığında dairədən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2101” markalı avtomobil onları gözləmədən, qəfildən yollarına çıxmış, əri nə qədər çalışsa da qəzanın qarşısını ala bilməmiş, Anarın avtomobili ilə onların avtomobili toqquşmuşdur. Toqquşmadan sonra xəsarət aldığından onu xəstaxanaya aparmışlar. Sonradan Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir. O da təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahidlər olan Şahid2 və Şahid1 da eyni məzmunlu ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ərizə verərək Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayəti olmadığını bildirmiş və təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2024-cü il tarixli 375 “a” nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol-sağ dizin alt səthində əzilmiş-sıyrılmış yaraları, döş qəfəsinin sol İV-V-Vİİ qabırğaların yerdəyişməsiz sınığı xəsarətləri olmuşdur, həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 oktyabr 2023-cü il tarixli 8/2897 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21011” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AE 306057 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə BC kateqoriyalı olmaqla xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs verilmiş, xx.xx.2023-cü il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında” alkotestr ayışından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı işdə olan təkzib olunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmışdır, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdəki sənədləri nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Qeyd edilən Qanunun 2.7-ci bəndinə əsasən bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər: səmimi peşmanlıq çəkdikdə; zərər çəkmiş şəxslə barışdıqda; şərait dəyişdikdə. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalrının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti, həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkar edilsiyi) gündən bir ildən artıq olmamalıdır. Buna görə də, məhkəmə, Təqsirləndirilən şəxs hazırki avtoqəzanı törətdiyi 18 avqust 2023-cü il tarixdən inzibati məsuliyyətə cəlb etmə müddət- 01 ildən artıq vaxt keçdiyini nəzərə alıb onun inzibati məsuliyyət məsələsinin araşdırılmasından ötrü materialın Ağstafa RPŞ-nə göndərilməsinə zərurət qalmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış “VAZ-2106” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil A. Əsəgərovun və iş üzrə digər maddi sübut olan, ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Şahid2 qaytarılmış “VAZ- 21011” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil M. Musayevin istifadəsində saxlanılmalı, məhkəmə xərcləri-iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində pul A. Əsgərovdan tutulub Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesaba ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39-40-cı , 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan, ibtidai istintaq zamanı sahibi Təqsirləndirilən şəxs qaytarılmış “VAZ-2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs və iş üzrə digər maddi sübut olan, ibtidai istintaq zamanı sahibi Şahid2 qaytarılmış “VAZ-21011” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil Şahid2 istifadəsində saxlanılsın. Məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesaba ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməzsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar