Məhkəmə qərarları › İş №1(015)-57/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-57/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-57/2023 14.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Ximətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 8,339 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,750 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üstündə olan çiyin çantasının içərisində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 19:25-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən «Göyçəlilər» yeməkxanasında saxlanılaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirilmiş, 1 ədəd kağız bükümdə, 16 ədəd gümüşü rəngli falqalara bükülmüş şəffaf polietilen kəsiklərdə, 1 ədəd kustar üsulla hazırlanmış siqaretin içərisində arı ayrılıqda təmiz çəkiləri 2,27 qram, 0,37 qram, 0,41 qram, 0,77 qram, 0,32 qram, 0, 38 qram, 0.36 qram, 0,31 qram, 0,34 qram, 0,31 qram, 0,36 qram, 0,39 qram, 0,29 qram, 0,36 qram, 0,15 qram, 0,56 qram, 0,13 qram, 0, 259 qram, ümumi təmiz çəkisi 8,339 çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 5 ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,144 qram, 0,122 qram, 0,094 qram, 0,236 qram, 1 ədəd şpirisdə olmaqla 0,014 qram ümumi təmiz çəkisi 0,750 qram çəkidə narkotik vasitə olan heroin Ağstafa Rayon Polis Şöbəsinin inzibati binasında, həmin gün saat 20:43-dən 21:37-dək müddətdə keçirilən şəxsi axtarış zamanı üstündə olan çiyin çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özündə aşkar edilmiş heroin və qurudulmuş marixuananı tutulmamışdan əvvəl, xatırlamadığı tarixdə və vaxtda Bakı şəhərində tanımadığı şəxsdən 100 manata almışdır. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində tanışı Nəzavənt adlı qadınla birlikdə Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən “Göyçəlilər” yeməkxanasında olduqları vaxt qeyd olunan heroin və marixuana ayrı-ayrı bükümlərdə özünün çiyin çantasında olmuş, həmin vaxt yeməkxanada polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. O da razılaşaraq polis şöbəsinə getmiş, polis şöbəsində videoçəkilişlə vəkilinin də iştirakı ilə üzərində və çiyin çantasında şəxsi axtarış aparılan zaman marixuana və heroinlər ayrı-ayrı bükümlərdə əl çantasından aşkar edilib götürülmüşdür. Onda olan narkotik vasitələrdən heç kimə satmamış, lakin onları satış məqsədi ilə özündə saxlamışdır. Bundan başqa, onda narkotik vasitə olmasından Nəzavəntin, yaxud da başqa şəxs və ya şəxslərin məlumatı olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə axşam saatlarında Ağstafa RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman Ağstafa şəhərindəki avtovağzal ərazisində, H. Əliyev prospektindəki “Göyçəlilər” yeməkxanasında iki nəfər şəxsin özlərini şübhəli aparmaları barədə məlumat daxil olmuş, həmin yeməkxanaya getmişlər. Saat 19:25-də Təqsirləndirilən şəxs yaxınlaşmış, onu yanındakı qadınla birlikdə Ağstafa RPŞ-nə aparmışlar. Polis şöbəsində Mustafa vəkillə təmin edilmiş, müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Mustafanın üzərində və çiyin çantasında şəxsi axtarış aparılmış, axtarış nəticəsində Mustafanın çiyin çantasından bükümlər halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid6, Şahid4 və Şahid5 Şahid3 qeyd etdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə, saat 19-20 radələrində Ağstafa rayon polis şöbəsində xidmətdə olduğu zaman 1 nəfər şəxsin gətirildiyi və onun üzərində şəxsi axtarış keçiriləcəyi və videoçəkiliş aparacağı bildirilmişdir. Təhqiqat bölməsinin təhqiqatçısı Şahid1 otağında vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs adlı şəxsə hüquq və vəzifələri izah edildikdən sonra, ona üzərində hər hansı bir narkotik və yaxud qanunla qadağan olunmuş hər hansı bir əşya varsa onu təqdim edilməsi xahiş olunmuş, Təqsirləndirilən şəxs çiyin sumkasını təqdim etmiş, sumkanın içindən çox saylı bükümlərdə marixuana və bükümlərdə heroin, həm dolu, həm də boş sprişlər, həmçinin elektron tərəzi aşkar edilmişdir. Onunla sual-cavab zamanı şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş kütlələr üzəri RPŞ-nin 88 nömrəli möhür əksi ilə möhürlənərək iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış həmin gün, saat 20:43-də başlamış, 21:37-də bitmişdir. İş üzrə şahid olan X1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, narkotik vasitə alüdəçisidir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Onunla birlikdə dəfələrlə narkotika istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Mustafaya zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Mustafa da hazırda işinin olduğunu bir neçə saatdan sonra arxasınca taksi göndərəcəyini deyib sağollaşmışdır. Bir neçə saat keçdikdən sonra təxminən saat 16 radələrində Mustafa ona zəng edib taksinin evin yanında olduğunu, taksiyə minib Ağstafa şəhərindəki “Göyçəlilər” yeməkxanasına gəlməyini bildirmişdir. O da taksiyə minib “Göyçəlilər" adlı yeməkxanaya gedən zaman yolda Mustafa zəng edib onuda yolüstü götürməyini demişdir. O, taksiylə Mustafanın yaşadığı evə gedib onu yaşadığı evin qarşısından götürüb birlikdə “Göyçəlilər” yeməkxanasına getmişlər. Yeməkxanada bir qədər oturub yemək sifariş verən zaman oturduqları kabinetə 2 nəfər- 1 nəfər mülki geyimli digəri isə polis geyimdə polis əməkdaşı Mustafaya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Mustafanın narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞnə getməli olduğunu bildirmişlər. O da onlara etiraz etməmiş və onlarla birlikdə Ağstafa RPŞ-yə getmişlər. Polis şöbəsində birinci mərtəbəsində olan təhqiqatçıların xidməti iş otaqlarından birinə daxil olmuşlar. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Vəkillərin siyahasına dair protokol ona təqdim olunduqdan sonra dövlət hesabına ona müdafiəçi X3 təyin olunmasını xahiş etmişdir. Bundan sonra ona şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. O, bildirmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya yoxdur. Sonra üstünü və çantasını yoxlamışlar və hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni haradan alması barədə məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs kiməsə narkotik satmasının şahidi olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa RPŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən əlindəki mavi rəngli çiyin çantasının içərisindən1 ədəd qara rəngli dəri materialından olan pul qabının içərisindən üzərində «Beta» sözləri yazılmış 1 dəfə istifadə edilməsi üçün nəzərdə tutulmuş çay paketlərinin içərisində olan gümüşü rəngli siqaret kağızlarına bükülü halda 16 ədəd ümumi çəkisi 7,15 qram olan qurudulmuş marixuana, qızılı rəngli siqaret kağızına bükülü halda 5 ədəd ümumi çəkisi 1,36 qram olan narkotik maddə heroin, 1 ədəd kazbekə doldurulmuş vəziyyətdə olan qurudulmuş marixuana,8 ədəd boş vəziyyətdə şpris, 1 ədəd içərisində qara rəngli maye olan şpris, 1 ədəd ətir qabında və 1 ədəd sarı rəngli paçkada limon duzu, 1 ədəd pensilin şüşəsi, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 22 fevral 2023-cü il tarixdə saat 20:43-də başlamış, həmin gün saat saat 21:37-də bitmişdir. İş materiallarında olan Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 23 fevral 2023-cü il tarixli 16/261 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 5 (beş) ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,144 qram, 0,122 qram, 0,094 qram, 0,236 qram, ümumi təmiz çəkisi 0,736 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketi açdıqda içərisində, 1 (bir) ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,4 ml həcmində məhlul heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,014 qramdır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümdə və 16 (on altı) ədəd “gümüşü” rəngli falqalara bükülmüş şəffaf polietilen kəsiklərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,27 qram, 0,37 qram, 0,41 qram, 0,77 qram, 0,32 qram, 0,38 qram, 0,36 qram, 0,31 qram, 0,34 qram, 0,31 qram, 0,36 qram, 0,39 qram, 0,29 qram, 0, 36 qram, 0,15 qram, 0,56 qram, 0,13 qram, ümumi təmiz çəkisi 8,08 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kustar üsulla hazırlanmış siqaretin içərisində tütün hissəcikləri və təmiz çəkisi 0,259 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 8 (səkkiz) ədəd içərisi iz şəkilində 1 ml-lik birdəfəlik şprisin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzərində “Kent Lemon salt” adlı paketdə təmiz çəkisi 13, 523 qram ağ rəngli kristallik maddə qida məhsulu olan limon duzudur. 1 (bir) ədəd içərisi ağ rəngli iz şəkilində şüşə ətir qabının içərisində limon duzunun izləri vardır, limon duzu iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. 1 (bir) ədəd içərisi qəhvəyi rəngli iz şəkilində şüşə flakonun içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqatını aparmaq mümkün deyil. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. QEYD: Heroin təmiz çəkisi 0,736 qram(1-5№-li ob), 0,014 qram(6№-li ob) tədqiqata cəmi sərf edildi 0,12 qram(1-5№-li ob. 0,02 qram və 6 №-li 0,004) qalıq- 0,636 qram (1-5№-li ob) 0,01 qram (6№-li ob) Heroin məhlulu-0,4 ml, sərf edildi 0,1 ml, qalıq 0,3 ml Marixuananın təmiz çəkiləri-8,08 qram(7-23№-li ob), 0,259(24№-li ob) qramtədqiqata sərf edildi 0,36 qram(hər ob. 0,02 qram), 0,02 qram-qalıq 7,74 qram(7-23№-li ob), 0,239 qram (24№-li ob) Limon duzu təmiz çəkisi-13,523 qram-tədqiqata sərf edildi 0,05 qram, qalıq 13,473 qram (33-ob) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 738 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitərdən istifadə edir. Narkotik vasitə olan heroin və kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanı əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 12 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir. İş materiallarında olan 12 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən X1 barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1.-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan, 0,636 qram və 0,01 qram narkotik vasitə heroin, 0,3 ml heroin məhlulu, 7,74 qram və 0,239 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 13,473 qram limon duzu məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,636 qram və 0,01 qram narkotik vasitə heroin, 0,3 ml heroin məhlulu, 7,74 qram və 0,239 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 13,473 qram limon duzu məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar