Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-58/2024 19.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və X7 iştirakları ilə xx.xx.2004-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.2006-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə əldə etmək məqsədi ilə 02 mart 2023-cü il tarixdə, saat 20:55-də həmkəndlisi və əvvəllər tanıdığı, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini, azyaşlı, yəni xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sonuncunun «Teleqram» sosial şəbəkəsində guya ki, fotoşəkillərinin olmasını, həmin fotoşəkillərin altında onun mobil nömrəsi, yaşadığı yer və sair sözlər yazılmasını, həmin şəkillərin silinməsi üçün əvvəlcə 200 (iki yüz) manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs 200 (iki yüz) manat pulu vermədiyini görüb həmin pulu verməyəcəyi təqdirdə həmin şəkillərin başqa formada sosial şəbəkələrdə özü tərəfindən yerləşdirməklə altında onu rüsvay edən yazılar yazıb məlumatları yayacağı, yaşadığı kənddə və oxuduğu məktəbdə onu əxlaqsız kimi tanıyacaqlarını, anası X8 bu barədə bildirəcəyini istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatssap” mesajlaşma proqramı vasitəsilə bildirib həmin məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs hədə-qorxu ilə 200 (iki yüz) manat nəğd pul tələb etmiş, xx.xx.2023-cü il tarixdə saat 14:50-də sonuncu tərəfindən 100 (yüz) manat pulun öz istifadəsində olan "xxxx" tərəfindən verilmiş üzərində M******Ə******** OĞLU yazıları və 416973******8281 saylı kodu olan karta göndərilməsini təmin etməklə 100 manat pulu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını hədə-qorxu ilə tələb etmə yolu ilə əldə etmək məqsədi ilə 05 mart 2023-cü il tarixdə, istintaqa məlum olmayan saatda həmkəndlisi və əvvəllər tanıdığı, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini, azyaşlı, yəni xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs sonuncunun guya «Teleqram» sosial şəbəkəsində olan fotoşəkillərini yenidən yayacağını, həmin fotoşəkillərdən başqa onun məktəbdə, küçədə yeni şəkillərini çəkib altına sonuncunu rüsvay edən yazılar yazıb sosial şəbəkələrdə yerləşdirməklə yayacağı və anası X8 bu barədə bildirəcəyi hədəsi ilə Zərərçəkmiş şəxs 180 (yüz səksən) manat pul verməsini istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” mesajlaşma proqramı vasitəsilə sonuncuya bildirib, həmin məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs hədə-qorxu ilə 180 (yüz səksən) manat nəğd pul tələb etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə həmkəndlidir. Minayə ilə bir-birlərini gördükdən sonra bir müddət “İnstagram” sosial şəbəkəsində dost kimi, daha sonra isə sevgili kimi münasibətləri olmuşdur. Minayə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. Daha sonra o, Təqsirləndirilən şəxs2la Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən “şirin ağzı” adlı yerdə oturub söhbət etmiş, Nihata Minayə ilə münasibətləri barədə məlumat vermiş, Nihat da heç bir narazılıq etməmişdir. Daha sonra Nihat ona bir nəfərdən pul götürəcəyini və həmin yerdən 200 metr məsafədə gözləməyini bildirmişdir. Bu hal bir daha təkrarlandıqda o, Nihatı izləmiş, görmüşdür ki Nihat minayədən pul alır. Bu barədə heç kəsə heç nə deməmiş və bir müddət gözləmişdir. Daha sonra sosial şəbəkədə o, Minayəyə kiməsə pul verməsini bildirdikdə, Minayə dediklərini qəbul etməmiş, bu işin başqa məsələ olmasını və ona aidiyyatı olmamasını bildirmişdir. Bu barədə təkid etdikdə, Minayə ona Nihata pul verməsini etiraf etmiş və ona Nihatı qardaşı bilib pul verməsini və Nihatın da həmin pulu qaytaracağını bildirmişdir. O, Minayəyə etdiyi hərəkətin doğru olmamasını izah etməyə çalışmış, Minayə isə qarşılığında onu başa düşdüyünü bildirmişdir. Daha sonra o, işləmək üçün Gəncə şəhərinə getmiş və bir müddət Minayə ilə əlaqələri kəsilmişdir. Bir müddətdən sonra Ağstafa rayon Dağ Kəsəmən kəndinə evlərinə qayıtmış və yenidən Minayəyə sosial şəbəkədə yazmışdır. Ona məlum olmuşdur ki, Nihat Minayədən yenə pul alır. O, Minayədən yenə Nihata niyə pul verməsini soruşduqda Minayə ona Nihatın anasının xəstə olmasını və onun anasından pul istəməsini bildirmişdir. Minayədən Nihatın əvvəlki borclarını qaytarıb-qaytarmamasını soruşduqda Minayə Nihatın aldığı pulları qaytarmadığını bildirmişdir. O, Minayəyə yenidən Nihata pul verməməsini bildirmişdir. Daha sonra o, mobil telefonuyla Minayəyə yazaraq hədə-qorxu gəlib «Teleqram» sosial şəbəkəsində fotoşəkillərinin olmasını, həmin fotoşəkillərin altında onun mobil nömrəsi, yaşadığı yer və sair sözlər yazılmasını deyib bunların silinməsi üçün Minayədən 200 manat pul istəmiş, Minayə də onun kartına 07 mart 2023-cü il tarixdə 100 manat pul göndərmişdir. Ona sonradan məlum olmuşdur ki, Minayənin anası barələrində şikayət etmişdir. O, Minayədən hədə qorxu ilə pul tələb edərkən Təqsirləndirilən şəxs2 ilə əlbirliyi olmamışdır. Onlar ayrı-ayrılıqda Minayəyə hədə qorxu gəlib pul tələb etmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə həmkəndli, həm də qohumdur. Həmçinin Əmiraslan ilə də dostluq münasibətləri olmuşdur. Minayə ilə həm məktəbdə, həm də sosial şəbəkədə münasibətləri olmuşdur. O, Minayədən müxtəlif vaxtlarda qaytarmaq vədi ilə hissə-hissə ümumilikdə ***-**** manat pul almışdır. Əmiraslan ona Minayədən 200 manat pul alacağını bildirmişdir. Bundan sonra o da, Minayəni şantaj edərək şəkillərini yayacağını və ona 180 manat pul verməsini bildirmişdir. Bundan sonra 07 mart 2023-cü il tarixdə Əmiraslan ona Minayədən 100 manat pul almasını və biryerdə gedib özlərinə paltar almaqlarını bildirmişdir. Əmiraslanın Minayəni şəkillərlə şantaj etməsindən polis şöbəsində xəbəri olmuşdur. Minayədən 180 manat pulu tələb etdikdə Minayə pulunun olmamasını və özünü öldürəcəyini bildirmiş, o, da Minayəyə tələb etdiyi puldan imtina etməsini və özünə heç nə etməməsini bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs üzrxahlıq eləmiş, sonuncu da onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində anası Şahid1 ilə birlikdə yaşayır. Müseyib Allahverdiyev adına Dağ Kəsəmən kənd 1 nömrəli orta məktəbdə 8-ci sinifdə oxuyur. Təqsirləndirilən şəxs2 uzaq qohumudur. X4 tanıyır. Əmiraslan həmkəndlisidir. Onun və ailə üzvələrinin onlarla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Onun ilk tanışlığı Nihatla olmuşdur. Nihat uzaqdan ata tərəfdən qohumudur. Əvvəllər onu tanısa da yaxın münasibəti olmamışdır. «Tik tok» sosial şəbəkəsində Nihatın videolarını görüb həmin videolara rəylər yazmağa başlamış, Nihat bu rəyləri görüb sosial şəbəkədə ona mesaj yazıb kim olmağı ilə maraqlananda bildirmişdir ki, Minayədir. Bundan sonra mütamadi olaraq mobil telefonla danışmağa başlamışlar. Nihat ona problemlərini danışanda ona söz vermişdir ki, nə vaxt istəsə ona maddi yardım göstərə bilər. 2023-cü ilin avqust-sentyabr aylarında Nihat promlemi olduğunu, polisdə işi olmasını və ona 200 manat pul lazım olduğunu bildirmişdir. O, evdən atasının qan pulu kimi verilmiş, çemodanda saxladıqları pulun üstündən 200 manat götürüb Nihat gilin məhəlləsinin başında Nihata vermişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra Nihat ondan 300 manat da pul istəmişdir. Yenədə ona evdən anasının xəbəri olmadan 300 manat götürüb kəndlərində Nihata vermişdir. Həmin vaxtdan sonra iki dəfə 400, 3 dəfə 50 manat, iki dəfə 150 manat olmaqla ümumilikdə Nihata 1700 manat pul vermişdir. Həmin pulları evdən anasından gizlin götürüb vermişdir. 2023-cü ilin əvvəllərində anası evdən pulların yoxa çıxdığını biləndən sonra bu barədə ondan soruşmuş, lakin o, inkar edib anasına həqiqəti deməmişdir. Anası da evə kamera quraşdırmışdır. Bundan sonra Nihat ondan bir neçə dəfə pul istəsə də evdən pul götürüb ona verə bilməmişdir. Bu səbəbdən də Nihat onun nömrəsini blok etmişdir. O da onun nömrəsini blok etmişdir. 2023-cü ilin fevral ayından Nihatla danışmamışdır. X6 ilə Nihatın vasitəsi ilə tanış olmuş, mütəmadi olaraq mobil telefonla «Whatsap» sosial şəbəkəsində yazışaraq mesajlaşmışlar. Lakin daha sonra Əmirsalan onun evdən pul götürub Nihata verdiyini bildiyi üçün münasibətləri pozulmuşdur. Bir müddət danışmamışlar. 05 mart 2023-cü il tarixdə Əmiraslan onun nömrəsinin «Whatsap»ına yazıb bildirmişdir ki, onun şəkilləri «Teleqram» sosial şəbəkəsinin səhifəsində yayılıb və şəkillərin altına onun 18 yaşının olması, adı və Dağ Kəsəmən kəndindən olmağı yazılmışdır. Sonra Əmiraslan demişdir ki, həmin şəkilləri sildirmək üçün ona pul verməlidir. Bunun müqabilində Əmiraslan ondan 200 manat pul istəmiş, demişdir ki, guya həmin pulu şəkilləri sildirmək üçün səhifənin admininə verəcək. Həmin pulu verməyə razılaşmış, lakin həmin gün risk edib evdən pul götürə bilməmiş, çünki evdən pulun yoxa çıxmasından anası şübhələnmişdir. Həmin gün pulu verə bilmədiyinə görə Əmiraslan onun mobil telefonuna mesajlar yazaraq və səslər ataraq onu hədələməyə başlamışdır. Onu 200 manat pulu verməsə şəkilləri silməyəcəyini və özü həmin şəkillərin altına yazılar yazıb paylaşacağını bu zamanda yaşadıqları kənddə, məktəbdə hamı onu «quş» kimi, yəni pozğun kimi tanıyacağını bildirmişdir. Ona yalvarsa da Əmiraslan pulu verməyini tələb etmişdir. 06 mart 2023-cü il tarixdə Nihat da ona yazaraq və səs ataraq şəkil məsələsindən xəbəri olduğunu, Əmiaslana pul söz verdiyini bildiyini demişdir. Nihat onu hədələyərək əgər ona da pul verməsə yayılan şəkillərdən başqa onun yeni şəkillərini çəkərək onu məktəbdə və kənddə rüsvay edə biləcək sözlər yazıb sosial şəbəkədə yayacağını bildirmişdir. Bunun müqabilində Nihat ondan Əmiraslana söz verdiyi məbləğdən, yəni 200 manat puldan bir qədər az, yəni 180 manat pul tələb etmişdir. Nihat qeyd etmişdir, onu 5-10 gün gözləyə bilər. Lakin Əmiraslan ona möhlət verməmişdir. Odur ki, qorxduğu üçün ilk öncə Əmiraslanın, daha sonra Nihatın pulunu vermək qərarına gəlmişdir. 07 mart 2023-cü il tarixdə evdən anasından gizlin 100 manat pul götürmüş, Əmiraslana 100 manat pul göndərə biləcəyini, başqa pulu olmadığını bildirmişdir. O da razılaşmış, bundan sonra 100 manat pulu Əmiraslanın ona göndərdiyi "xxxx" kartına «E-manat» ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Həmin axşam anası 100 manat pulun yerində olmadığını bilib onu sıxışdıranda bütün hər şeyi açıb anasına etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, 250 manat pulu kəndlərində yaşayan X3 borc vermişdir. Bundan sonra anası Nihatın valideyinlərinə məlumat verib polisə ərizə ilə müraciət etmişdir. O, 1700 manat pulu Nihata müxtəlif vaxtlarda hədə-qorxu olmadan özü vermişdir. Bayram adlı şəxsə isə özü borc kimi 250 manat pul vermişdir. Həmin pullarla bağlı ona hər hansı bir hədə-qorxu gəlinməmişdir. Sonuncu dəfə Nihat və Əmiraslan onun şəkillərini sosial şəbəkələrdə paylaşıb şəkillərin altına barəsində rüsvayedici məlumatlar yazıb yayaraq kənddə və məktəbdə onu biabır etməklə hədələyib pul istəmişlər. xx.xx.2023-cü il tarixdə Əmiraslan onu hədələyib 200 manat pul tələb etmişdir. Nihat isə səhəri gün, xx.xx.2023-cü tarixdə onu eyni sözlərlə hədələyib 180 manat pul istəmişdir. 07 mart 2023-cü il tarixdə evdən anasından gizlin 100 manat pul götürüb Əmiraslanın kartına göndərmişdir. Həmin pulu o, hədə-qorxuya görə, məktəbdə və kənddə rüsvay olmaqdan qorxub Əmiraslana vermişdir. Nihat isə ondan hədə-qorxu ilə 180 manat pul istəsədə verə bilməmiş, çünki xx.xx.2023-cü il tarixdə axşam saatlarında anasına etiraf edib hər şeyi danışmışdır. Həmçinin Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, Nihat yalan deyir, o heç bir vaxt sonradan ona zəng edib şəkillərini yayacağı ilə hədələyərək 180 manat pul tələb etməsindən imtina etməmişdir. O sadəcə pul verməsi üçün ona 5-10 gün vaxt vermişdir. Əgər xx.xx.2023-cü il tarixdə hər şeyin üstü açılmasaydı, o, rüsvay olmaqdan qorxub Nihada 180 manat pulu verəcəkdi. Zərərçəkmiş şəxs əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ondan xx.xx.2023-cü il tarixdə 200 manat, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə 180 manat hədə qorxu ilə pul tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 atasıdır. 08 mart 2023-cü il tarixdə onu Ağstafa rayon polis şöbəsinə çağırmışlar. Polis şöbəsində olarkən oğlu Nihatın və həmkəndliləri Əmiraslanın qohumları Minayəni şantaj edərək hədə qorxu ilə pul tələb etmələrindən məlumatı olmuşdur. Əvvəllər bu hadisə barədə məlumatı olmamışdır. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Ağstafa rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyir. X13 2009-cu ildə şəhid olmuşdur. Zərərçəkmiş şəxs doğma qızıdır. Qızı Minayə xx.xx.2009cu il təvəllüdlüdür, 13 yaşı var. X14 Kəsəmən kənd orta məktəbində 8-ci sinifdə oxuyur. Təqsirləndirilən şəxs2 tanıyır, uzaq qohumlarıdır. Əvvəllər Nihat və onun ailə üzvləri ilə münasibətləri normal olmuşdur. Aralarında düşmənçilik, ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 və X5 həmkəndliləridir. Onlarla da aralarında düşmənçilik, ədavət olmamışdır. Evdə azyaşlı qızı Minayə ilə birlikdə yaşayır. İş rejimi növbəli olduğu üçün gecə işdə növbədə olanda qızı Minayə anasının yanında qalmışdır. O, evdə pullarını çamadanın içərisində saxlamış, lazım olanda həmin yerdən pul götürmüşdür. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında çamadandan pul götürəndə pullarını saymışdır. Həmin vaxt onun təxminən 3000 manata yaxın pulu olmuşdur. 07 mart 2023-cü il tarixdə axşam üstü ona pul lazım olduğu üçün çamadandan pul götürəndə çamadanın içərisində 300 manat pul olduğunu görmüş, hesablamalarına görə çamadanda 300 yox, 3000 manata yaxın pul olmalı idi. İlk öncə fikirləşmişdir ki, pullarını oğurlamışlar. Sonra düşünmüşdür ki, pullarının yerini ondan başqa yalnız qızı Minayə bilir. Həyətinə kamera qoydurmuşdur. Kamera görüntülərinə baxsa da yad adamın evinə daxil olmasını görməmişdir. Odur ki, bu barədə qızı Minayə ilə söhbət etmək qərarına gəlmişdir. Qızı Minayədən bu barədə soruşduqda o etiraf edib demişdir ki, çamadandan pullarını müxtəlif vaxtlarda hissə-hissə o, özü götürmüşdür. Minayə bildirmişdir ki, həmkəndliləri və uzaq qohumları Təqsirləndirilən şəxs2 onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə qorxu gələrək ondan müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 2500 manata yaxın pul almışdır. X1 isə 01 mart 2023-cü il tarixdə ondan 250 manat, Təqsirləndirilən şəxs1 isə qızına şəkillərini yayacağı ilə hədə qorxu gələrək 07 mart 2023-cü il tarixdə 100 manat pul tələb edib almışdır. O, 08 mart 2023-cü il tarixdə Nihatın valideyinlərini evlərinə çağırıb onlara bu barədə məlumat vermişdir. Lakin həmin vaxt Nihat etdiyi əməli etiraf etməyərək qızına hədə qorxu gəlmədiyini, ondan pul almadığını, ona şər-böhtan atdıqlarını bildirmişdir. Bu səbəbdən də o, 08 mart 2023-cü il tarixdə Ağstafa RPŞ-nə gedərək hadisə barədə şikayət ərizəsi yazmışdır. Qızı Minayənin istifadə etdiyi mobil telefona baxdıqda orada Nihat və Əmiraslanın qızına hədə qorxu gəlmələri ilə bağlı mesajlar və səs yazıları görmüş və qulaq asmışdır. Həmin mesajlar və səs yazıları hazırda qızının mobil telefonunda durur. Həmçinin 07 mart 2023-cü il tarixdə qızı Minayənin Əmiraslana 100 manat göndərməsi ilə bağlı qəbzin şəkili də qızının mobil telefonunda var. Sonra qızı Minayə ilə bütün olanlar barədə ətraflı söhbət etmişlər. Sonra məlum olmuşdur ki, o 2500 manata yaxın pulu Nihata və 250 manat pulu Bayram adlı oğlana hədə qorxu ilə bağlı deyil borc kimi vermişdir. Lakin Əmiraslan qızından 100 manat pulu hədə qorxu ilə tələb edib almışdır. Həmçinin Nihat da qızından hədə qorxu ilə 180 manat pul tələb etmiş, lakin ala bilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi- anası Şahid1 da təsdiq etdiyi məhkəməyə göndərdiyi ərizədən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş zərər tam olaraq ödənilmişdir. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 200 manat məbləğində, digər Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs 180 manat məbləğində pulu hədə qorxu ilə tələb etmişdir. İş materiallarında olan MPAY QSC-yə məxsus qəbzin surətindən görünür ki, eManat ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 14:50-də 100 (yüz) manat məbləğində "xxxx" ASC tərəfindən verilmiş, üzərində M******Ə******** OĞLU yazıları və 416973******8281 saylı kodu olan karta göndərilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Ağstafa rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən verilmiş 06 aprel 2023-cü il tarixli 6-24/2-169/2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xəstəxananın psixoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan “Ağstafa rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən verilmiş 06 aprel 2023-cü il tarixli 6-24/2-166/2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xəstəxananın psixoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 mart 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ibtidai istintaq orqaanı tərəfindən təqsirləndirilən şəxslər İmiraslan Mansırov və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, azyaşlı şəxsə qarşı cinayət əməlini törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, azyaşlı şəxsə qarşı cinayət əməlini törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri, bundan başqa, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların məcmusunu, habelə, təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onların cəza çəkmədən islah olunmasını mümkün sayıb onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunmasını məqsədmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onların üzərlərinə davranışları üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalı, barələrində seçilmiş müvafiq qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-58/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-58/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver