Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-59/2025 13.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi , Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi X10 iştirakları ilə, xx.xx.1983-cü ildə Qazax rayunu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində xx.xx.2025-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X18 tamah məqsədilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində yaşadığı Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin pəncərəsini həmin evin həyətindən götürdüyü metal əşya ilə açaraq evə daxil olduqdan sonra evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabdakı pul qabının içərisindən 900 manat məbləğində nağd pulu, bir ədəd 8,92 qram ağırlığında 888 əyarlı 1670 manat dəyərində onluq klon, bir ədəd 1,18 qram ağırlığında 585 əyarlı 130 manat dəyərində nazik, ürək formalı qadın üzüyü, bir ədəd 6,5 qram ağırlığında 583 əyarlı 715 manat dəyərində qadın qolbağı, bir ədəd 2 qram ağırlığında 585 əyarlı 220 manat dəyərində gül formalı qadın qolbağı, bir cüt 1,23 qram ağırlığında 585 əyarlı 135 manat dəyərində ağ rəngli və tək qaşlı uşaq sırğasını və bir ədəd 3,49 qram ağırlığında 583 əyarlı 385 manat dəyərində tək və sallanan qaşlı sırğadan ibarət qızıl-zinət əşyalarını, həmçinin güzgülü dolabın qarşında yerləşdirilən gül qabının içərisindən 30 manat məbləğində qəpik pulu, 1 ədəd “Toshiba” markalı 220 manat dəyərində noutbuk və onun qara rəngli çantası, 1 ədəd qara rəngli, önü sepli, “Diao Yan” markalı 5 manat dəyərində qadın jaketi, 1 ədəd qara rəngli, “Color” markalı 20 manat dəyərində kişi şalvarı, 1 ədəd qara rəngli, “Berrak” markalı 5 manat dəyərində kişi maykası, 1 dəst boz rəngli, “aydoğanstar” markalı 5 manat dəyərində kişi istilik paltarı, bir ədəd zəncirvari formalı, Rusiya Federasiyası istehsalı olan 583 əyarlı təxminən 6,5 qram ağırlığında 715 manat dəyərində qolbaq, 1 ədəd 30 manat dəyərində “Narciso rodriguez” markalı qadın ətiri, bir ədəd 5 manat dəyərində 64 GB-lıq yaddaş kartı, bir ədəd 5 manat dəyərində Çin istehsalı qadın pul qabısı, bir ədəd 2 manat dəyərində Çin istehsalı simli qulaqcıq və bir ədəd 3 manat dəyərində 450 ml-lik “Head and Shoulders” markalı baş şampunu götürüb gedərək, Zərərçəkmiş şəxs ümumilikdə 4485 (dörd min dörd yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,224 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsədlə yaşadığı evdə saxlamış və Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 iyun 2025-ci il tarixdə saat 09:53-dən saat 10:40-dək Ağstafa rayon, Dağ Kəsəmən kəndi ərazisində yerləşən yaşadığı evdə video çəkilişlə baxış keçirilən zaman yataq otağında olan çarpayının sol hissəsində yerləşən rəfin ikinci saxlanc yerindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram və 0,095 qram olmaqla ümumi təmiz çəkisi 0,158 qram və 01 ədəd sınıq şüşə lampa içərisində, təmiz çəkisi 0,066 qram çəkidə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, 2 övladı var. Rəsmi iş yeri yoxdur. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində qonşusu Zərərçəkmiş şəxs Səbuhi ilə evdən çıxdığını və Aytənin işə getdiyini görmüş, Səbuhiyə bunu irad bildirmək üçün getmiş və evində onunla söhbət etmiş, “o qədər borcun var qadınla gəzirsən. Belə iş görmə” demiş, Səbuhi ona “Aytənin yataq otağındakı çəkməcədə pulqabının içərisində pul və qızıl var onları götür gəl” demiş, o Səbuhi ilə razılaşmış, Aytənin yaşadığı evlə onların evinin həyətinin arası açıq olmuş, həyətə gəlmiş, həyətdə olan nərdivanı evin divarına söykəmiş, evin böyründə manqalın yaxınlığında olan maşanı götürərək nərdivana qalxmış, pəncərəni həmin maşa ilə açaraq içəri evin zalının baş hissəsindən daxil olmuş, ayağında olan rezin çəkələkləri zalda olan stulun üstünə qoymuş və yataq otağına keçmiş, yataq otağının qapısı örtülü olmuş, lakin kilidlənməmiş, yataq otağına daxil olmuş, taxtın yanındakı çəkməcənin sürməsini çəkmiş və pul qabını götürmüş, pul qabının içərisindən 9 ədəd yüzlük olmaqla 900 manat nağd pul və bir ədəd onluq qızıl, bir ədəd üzük, bir ədəd qolbağı, bir cüt sırğa və bir tək sırğa götürərək şalvarının sağ cibinə qoyaraq yataq otağından çıxmış, çıxan zaman isə yataq otağına girəndə güzgünün qarşısında gördüyü gülqabının içərisindəki qəpikləri orada olan kişi üçün pul qabına boşaltmış, və arxa cibinə qoymuş, əlavə olaraq noutbukun çantasını götürmüş və içərisinə noutbuku, kişi üçün olan istilik paltarını, jaketi və ətiri yerləşdirmiş, bundan sonra evdən çıxmış, əlində olan çantanı qardaşı Seymurun həyətində yerləşən dama qoyaraq Səbuhinin yaşadığı evə gəlmiş, evdə pulları, qızılları və qəpiklərin hamsını Səbuhiyə verərək evdən çıxmış, bundan sonra Səbuhi ilə birlikdə Leyla adlı qonşularının işlətdiyi marketə getmiş, Səbuhi ona su və siqaret almış, gətirdiyi qəpik ilə ona 6 manat əlli qəpik ödəmiş və ona olan borcundan 10 manat da pul vermiş, yaşadığı evə qayıtmış, yemək yedikdən sonra yenidən Aytənin yaşadığı evə gəlmiş, birinci dəfə girdiyi pəncərə açıq olduğu üçün heç nərdivana ehtiyac olmamış, həmin pəncərədən evə daxil olmuş, yenə də çəkələkləri həmin yerə qoymuş, mətbəxə keçərək orada divanda əyləşmiş, və Aytənin gəlməyini gözləmiş, Aytən evə daxil olaraq mətbəxə gəlmiş, mətbəxdə onu gördükdə qışqırıb qaçmaq istəmiş, o isə “qorxma, mənəm Vaqifdir qaçma” demiş və dalınca qaçmış, Evin giriş qapısını açaraq çölə çıxmaq istədikdə qolundan tutaraq içəri salmış, guya telefonda kiminləsə danışırmış kimi təəssürat yaradaraq evindən oğurluq olduğunu Aytənə oğrunu tapmaqda köməklik edəcəyini demiş, həmin vaxt əlində qara rəngli muncuğa bənzəyən telefonun mikrofonu olmuş, Aytənin yanında həmin əşyanı guya zalda olan gül qabının içərisindən çıxarırmış kimi davranmış, bundan sonra Aytən qorxmuş, “olanları heç kimə demə” demiş, onunla iki saatdan çox söhbətləşmiş, daha sonra onunla evdən çıxmış, evdən çıxanda qardaşı Seymurun həyətində olan damdan əvvəlcə götürdüyü əşyaları Aytənə vermiş, sonra isə Aytənə “nə sən məni tanımırsan nə də mən səni, mənim qapımdan keçmə” demiş, sonra Aytən baldızıgilə qayınanasının yanına getmiş, o Səbuhinin yanına yaşadığı evə getmiş, Səbuhini çağırmış, Səbuhi çölə çıxıb evin qarşısında ona Aytənin evindən götürdüyü kişi üçün olan pul qabını vermişdir. Pul qabının içərisində qəpik və kiçik sellofan torbada qızıllar olmuşdur. Həmin vaxt hansı qızılların orada olduğuna fikir verməmişdir. Pul qabından əlavə, ona 3 ədəd yüzlük əskinazdan ibarət 300 manat məbləğində pul vermişdir. Daha sonra əmisi oğlu Vüsalı taksi kimi çağırmışdır. Birlikdə gedərək “Faxralı” adlanan məhlədən Vüsalın oğlunu götürmüş, Səbuhi evə çatmamış düşmüşdür. Vüsalgilin evinin yaxınlığında Vüsalın oğlunu düşürmüşdürlər. O Səbuhigildən paltarlarını götürmüşdür. Vüsal onu Dağ Kəsəməndə yerləşən YDM-nin yanından Bakıya gedən taksi ilə yola salmışdır. O taksiyə minəndə həmkəndlisi Sarı adlanan şəxs də taksidə əyləşmişdir. Öz telefonu söndüyü üçün Sarının telefonu vasitəsilə Aytəni yığmışdır. Aytənə demişdir ki, sənin pullarını və qızılı Səbuhi sənə verəcəkdir. Daha sonra Sarının telefonuna polisdən zəng gəldiyi üçün Sarı ona “məni işə salma” demiş, maşından düşməsini xahiş etmişdir. O yolda Köçəsgər kəndinin körpüsündə taksidən düşmüş və piyada kəndə qardaşının qaynı Nazimin yanına getmişdir. Nazimlə görüşərək başına gələnləri danışmış və ondan Tovuza getmək üçün taksi istəmişdir. Nazim onun üçün *0066 taksi xidmətindən taksi sifariş etmiş, ağ rəngli “VAZ-2106” markalı avtomobil gəlmişdir. Taksi onu Tovuzda hərbi komissarlığın yanında düşürmüşdür. Düşən zaman demişdir ki, “sənə 15 manat pul veriləcək apar bu pulları və qızılı Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayan Səbuhi adlı şəxsə ver” demiş və evin yerini ona izah etmişdir. Taksi getdikdən sonra o manatlıq taksiyə oturaraq Tovuz rayonu Əlibəyli kəndinə getmişdir. Bundan başqa, 03 iyun 2025-ci il tarixdə onun yaşadığı evdən yataq otağında yerləşən çarpayının yanındakı rəfin ikinci siyirməsindən aşkar edilərək götürülmüş bükülüdə olan psixotrop maddə metamfetaminə oxşar kütləni Bakı şəhər Beynəlxalq avtovağzalında tanımadığı şəxsdən bir həftə öncə almışdır. Həmin psixotrop maddəni tanımadığı şəxsdən aldıqdan sonra həmin gün axşam yaşadığı Ağstafa rayonu, Dağ Kəsəmən kəndinə qayıtmışdır. Həmin kütlədən istifadə etməmiş, onu yatdığı çarpayının yanındakı rəfin ikinci siyirməyə kağız bükümün içərisinə, kiçik bir hissəsini isə əzib lampanın içərisinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində oğlu Rəhimli Rəvana DİN-in 102 zəng xidmətinə zəng edərək onda narktik vasitə olduğunu polisə deməsini istəmiş, Rəvan da onunla razılaşaraq evdə yatdığı zaman qardaşı Samirin həyat yoldaşı gələrək onu çağırdıqlarını bildirmişdir. O qapıya çıxdıqda qapının qarşısında polis əməkdaşlarını görmüşdür. Onlar videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərinə baxış keçirmişdirlər. Üzərində dövriyyəsi qadağan olunmuş heç bir predmet olmamışdır. Polis əməkdaşları ondan evdə narkotik vasitə və ya psixotrop maddə saxladığını soruşduqda o bildirmişdir ki, var və həmin maddəni çarpayının yanındakı rəfin ikinci siyirməsində saxlayır. Polis əməkdaşları yaşadığı evə baxış keçirən zaman qeyd etdiyi yerdə həmin maddəni aşkar etmişdirlər. Daha sonra onlarla birlikdə Ağstafa RPŞ-yə getməsini demişdirlər, bundan sonra onlarla birlikdə Ağstafa RPŞ-yə gəlmişdir. Polis şöbəsinin birinci mərtəbəsində olan təhqiqatçıların xidməti iş otağından birinə daxil olduqdan sonra burada ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və saxlanılmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulacağını bildirdilər. Vəkillərin siyahısına dair protokol ona təqdim olunduqdan sonra dövlət hesabına ona müdafiəçi X11 təyin olundu. Onun iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. Ağstafa RPŞ-də üzərinə baxış keçirilən zaman digər narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evdə siyirmədən aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, 01 ədəd şəffaf torbacıq bükümdə ağ kağız üzərində və lampanın içərisində ümumi çəkisi 0,12, 0,17 və lampa ilə birlikdə çəkisi 13 qram olduğu müəyyən olunmuşdur. Ağstafa RPŞ-də üzərinə baxış keçirilən zaman bir ədəd “Mançestr” markalı siqaret, 1 ədəd alışqan və 01 ədəd 5 manat, 03 ədəd manatlıq pul əskinazları iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qayınanası Telli ilə birlikdə yaşayır. Qazax rayonu Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsində qeydiyyatçı vəzifəsində işləyir. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, xx.xx.2025-ci il tarixdə həmişəki vaxtda, yəni saat 15:30-da işdən çıxmış və piyada yaşadığı Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən evinə gəlmişdir. İşdən evə piyada 15-20 dəqiqəlik yol olmuşdur. Həmin gün qayınanası evdə olmamışdır. Ağrıdığı üçün baldızı Ətibəgilə getmişdir. O işdən gələrək həyətə daxil olmuşdur. Həyət darvazası örtülü olsa da, kilidləməmişdir. Ev həyət darvazasından bir qədər uzaqda olmuşdur. Evin giriş qapısının kilidini açaraq evə girmişdir. Evdə naməlum kişi ətir iyinin gəldiyini hiss edib evdə adam olduğunu düşünmüşdür. Yuxarı 2-ci mərtəbəyə qalxarkən solda yerləşən mətbəxin qapısının bir qədər aralı olduğunu görmüşdür. İlk olaraq mətbəxə daxil olmuş və çantasını divanın üstünə qoymuşdur. Mətbəxdə hər şey yerində olmuşdur. Sadəcə olaraq mətbəxdə yerləşən divanın üstünün səliqəsi getmişdir və pərdənin ayağı bükülmüş vəziyyətdə olmuşdur. Həmin vaxt evə yad adam girdiyindən daha çox əmin olmağa başlamışdır. Mətbəxdən yataq otağına keçərək əynini dəyişmiş və mətbəxə qayıtmışdır. Bu zaman yataq otağında yerləşən paltar dolabının qapısının azca aralandığını görmüşdür. İlkin olaraq qapının açıq qaldığını fikirləşmişdir. Diqqətlə baxdıqdan sonra qapının hərəkət etdiyini görərək var gücü ilə qışqırmağa başlamışdır. Bu zaman yataq otağında olan naməlum şəxs “Aytən mənəm içəriyə gəl”demişdir. O, onun sözlərinə məhəl qoymayaraq qaçmış və mətbəxdən çıxaraq öncə dəhlizə, oradan da aşağı düşmüşdür. Qapının iki dəfə bağlanmış kilidini açıb çölə çıxan zaman Vaqif özünü ona çatdırmışdır və qolundan tutaraq onu içəri dartmış, bundan sonra onun yan qonşusu Vaqif olduğunu görüb onu tanımışdır. Ona qapını kilidlətdirmiş və onunla təxminən 3 saata yaxın söhbət etmişdirlər. Belə ki, Vaqif ona “Sənin evinin içərisinə kamera quraşdırıblar və sənin bütün hərəkətlərini izləyirlər” demişdir. Guya onun evə naməlum şəxsi saldığını bunların hamsının kamera vasitəsi ilə qeydə alındığını həmin qeydə alınan görüntülərin isə əlində olan fləşkartda olduğunu” demişdir. O Vaqifdən fləşkartı istəmişdir ki, baxsın sonradan ona qaytarar. Görsün onun evində nə görüntüləri var. Lakin o ona həmin fləşkartı verməyərək buna bir yerdə baxmalı olduqlarını demiş, əlavə olaraq həmin yad adamın qızıllarını və pulunu götürdüyünü qeyd etmişdir. Daha sonra demişdir ki “gəl gedək qızılları və pulu qoyduğun yerə baxaq onlar yerində olmayacaq” demişdir. Onlar həmin yerə gedib baxdıqda həqiqətən pullar və qızıllar yerində olmamış, həmin zaman ərzində Vaqif qulağında qulaqcıq ilə guya kiminləsə danışmışdır. O, ona həmin adamı tapacağını, ondan onun qızıllarını və pulunu geri almaqda köməklik edəcəyini bildirmişdir. Demişdir ki “sənin rəhmətlik yoldaşın İqbalın ruhu əzizdir və qardaşı Poladı çox istəyir”. Bu işdə ona köməklik edəcək. Bu söhbətlər zamanı onlar birinci mərtəbədə foyedə olmuşdurlar. Daha sonra isə guya ki telefonda danışdığı adam ona nəsə demiş və buna görə də onlar yuxarı çıxmalıdır və evdə olan kameraları onun dediyi yerdən götürməlidirlər. Kiçik muncuğa bənzər qara rəngli əşyanın birini hamam otağından, birini mətbəxdən, birini isə yataq otağından çıxarmış, həmin əşyaları qoymaq üçün ondan sellofan torba istəmiş, o Vaqifə çörək sellofanını cırıb vermiş, həmin muncuğa bənzər əşyaları sellofana bükərək cibinə qoymuş, daha sonra o cibindən dərman çıxararaq həmin dərmanların narkotik tərkibli olduğunu onun evindən tapdığını və bu dərmanların onun çayına qatıldığını demiş və əlavə etmişdi ki, o sidikdən analiz versə analizindən narkotik vasitə istifadə etdiyi ortaya çıxacaqdır. Daha sonra o xəstəxanada işlədiyi üçün həmin dərmanların tibbi müalicə üçün olan dərman olduğunu anlamış, o Vaqifin əlində bıçaq olduğunu görmüş, lakin Vaqif bıçağı ona tərəf tutmamış və zorla saxlamaq üçün heç bir hədə-qorxu göstərməmiş və bıçağı özü ilə aparmayaraq evdə qoymuşdur. Ona guya oğrunu tapacağını, bunun üçün isə onun köməyinə ehtiyacı olduğunu deyərək əgər onun Vaqifə köməklik etməyəcəyi təqdirdə özünü öldürəcəyini demiş, Vaqif hərəkət edərkən sağ yan tərəfini tuturmuş və əlində olan və tez-tez ona göstərdiyi parçanın üzərində solğun və ilk baxışdan qurumuş və köhnəlmiş qan izi görsənirmiş, həmin parçanı ona göstərərək guya oğru ilə dalaşdığını və oğrunun bunu bıçaqladığını demiş, sonradan Vaqif ona demişdir ki, “belə qərara gələk ki, sən qayınanana de ki, işdən evə qayıtdıqda evdə olan əşyaların dağıldığını görüb evə oğru girdiyini bildim və bağda olan Vaqifi köməyə çağırdım” və əlavə olaraq qeyd etmişdir ki, “mənim evə girdiyimi Telli xalaya demə, eşitsə qorxacaq”. O, qorxusundan Vaqiflə razılaşmış, daha sonra aşağı düşmüş və bir dəqiqəyə çıxırıq demiş, Vaqif qapının kilidini açıb evdən çıxmış və Vaqif ona aid əşyaların olduğunu “gedək oları sənə verim” demiş, həmin əşyaları qardaşı Seymurun heç kim yaşamayan evinin arxasında yerləşən əl damından qara parça torba, noutbuk komputer və onun çantasını vermiş, qara parça torbanın içərisində isə jaket, satılıq təzə paketdə don, kişi isti geyimləri olmuş, O, damdan götürdüyü həmin çantaları vermiş və çantaları oğrunun əlindən aldığını və bu zaman yaralandığını demiş, bundan sonra o öz yaşadığı evinə tərəf getmiş, o isə baldızıgilə gəlmiş, burada ağlayaraq olanları baldızına danışmış, baldızı DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq yaşadığı evdən 900 manat məbləğində beş və ya altı ədəd yüzlük, dörd və ya beş ədəd əllilik, iki ədəd iyirmilik və bir ədəd onluq əskinazlar olmaqla nağd pul, bir ədəd təxmini 1500 manat dəyərində “onluq klon” adlanan qızıl, bir ədəd 150 manat dəyərində nazik ürək formalı türk qızılı, 1 ədəd 600 manat dəyərində zəncirvari qolbaq, bir ədəd isə 200 manat dəyərində gül formasında qolbaq, bir cüt 200 manat dəyərində üzərində ağ rəngli tək qaşı olan uşaq üçün qızıl sırğa, bir ədəd isə tayının biri olmayan 150 manat dəyərində yumru sallanma qaşlı sırğa olmaqla qızıl-zinət əşyalarının, bundan başqa yataq otağında güzgülü dolabın üstündəki gül qabının içərisindən 30 manata yaxın qəpik, əlavə olaraq həyətə çıxdıqda qardaşı Seymurun evinin damında gizlətdiyi və ona qaytardığı bir neçə geyim, noutbuk və onun qara çantısını, həmçinin geri qaytarmadığı bir ədəd qadın pul qabısı, “Narciso Rodriguez” markalı ətir, 64 GB tutumu olan fləşkart, “Head and shoulders” markalı baş şampununun və simli qulaqcığın oğurlandığını bildirmişdir. Məhkəməyə ünvanladığı yazılı ərizəsində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs V.Rəhimovun ona vurduğu ziyanı qismən ödəməsini, lakin bir ədəd braslet (qolbaq) və 600 manat məbləğində pulun ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 03 iyun 2025-ci il tarixdə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayan X9 qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə saxlaması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Ağstafa rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra onun rəhbərliyi altında Ağstafa rayon Polis şöbəsinin CAB-in axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1, CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenatı Şahid3, Ağstafa rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı Şahid4 və KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı X5 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Ağstafa rayonu, Dağ Kəsəmən kəndinə Vaqif Rəhimovun yaşadığı ünvana getmişlər, Vaqif Rəhimov tərəflərindən saxlanılmaqla ona yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bunun üçün də yaşadığı evdə yoxlama aparılacağını bildirmişlər, həmin vaxt KTQ-nun baş inspektor-kriminalisti Vüsal İbrahimli tərəfindən fasiləsiz videoçəkiliş aparılmış, baxışa başlamazdan əvvəl X13 narkotik vasitə və psixotrop maddə varsa könüllü surətdə təqdim etməsini təklif etmiş, Vaqif Rəhimov yaşadığı evdə, yardımçı tikililərdə və həyətyanı sahəsində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, bundan sonra Vaqif Rəhimovun yaşadığı evin həyətinə daxil olmuşlar, ilk olaraq sağ tərəfdə yerləşən mətbəx otağına baxış keçirmişlər, mətbəx otağında baxış üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamış, daha sonra baxışı yataq otağında davam etdirmişlər. Yataq otağında yerləşən çarpayının yanındakı rəfin ikinci gözünə baxış keçirdikləri zaman həmin gözdə bir ədəd sellofanda kiçik büküm və bir ədəd kiçik ölçülü karton qabın içərisində açıq şəkildə şəffaf rəngli kristal şəkilli kütlə və bir ədəd baş hissəsi sınmış lampa şüşəsi aşkar etmişdirlər. Lampa şüşəsinin içərisində kristal şəkilli kütlə olmuş, həmin kütlələrə baxış zamanı kütlələrin ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşamasını görmüşlər, Vaqif Rəhimov həmin kütləni Bakı şəhərində olarkən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa baxış zamanı yataq otağından, evin həyətyanı sahəsindən və yardımçı tikililərdən iş üçün əhəmiyyət kəsb edəcək əşya aşkar olunmamış, evə baxış bitdikdən sonra X25 rayon polis şöbəsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Ağstafa RPŞ-nin rəisinə raportla məruzə edilmiş, eyni zamanda X9 yaşadığı evdən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Sozalı Vəliyev tərəfindən ondan götürülmüş, eləcə də X14 təhqiqatçı Sozalı Vəliyevə təqdim etmiş, Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Sozalı Vəliyev tərəfindən X18 şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Ağstafa rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsi ilə xidmət edir. Ağstafa rayonu, Dağ Kəsəmən kənd sakini X14 xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 03 iyun 2025-ci il tarixdə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayan X9 qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə saxlaması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən mənə məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Ağstafa rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra onun rəhbərliyi altında Ağstafa rayon Polis şöbəsinin CAB-in axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1, CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenatı Şahid3, polis kiçik-leytenantı Şahid2 və KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı X5 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Ağstafa rayonu, Dağ Kəsəmən kəndinə Vaqif Rəhimovun yaşadığı ünvana getmişlər, Vaqif Rəhimov tərəflərindən saxlanılmaqla ona yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bunun üçün də yaşadığı evdə yoxlama aparılacağını bildirmişlər, həmin vaxt KTQ-nun baş inspektor-kriminalisti Vüsal İbrahimli tərəfindən fasiləsiz videoçəkiliş aparılmış, baxışa başlamazdan əvvəl X13 narkotik vasitə və psixotrop maddə varsa könüllü surətdə təqdim etməsini təklif etmiş, Vaqif Rəhimov yaşadığı evdə, yardımçı tikililərdə və həyətyanı sahəsində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, bundan sonra Vaqif Rəhimovun yaşadığı evin həyətinə daxil olmuşlar, ilk olaraq sağ tərəfdə yerləşən mətbəx otağına baxış keçirmişlər, mətbəx otağında baxış üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamış, daha sonra baxışı yataq otağında davam etdirmişlər. Yataq otağında yerləşən çarpayının yanındakı rəfin ikinci gözünə baxış keçirdikləri zaman həmin gözdə bir ədəd sellofanda kiçik büküm və bir ədəd kiçik ölçülü karton qabın içərisində açıq şəkildə şəffaf rəngli kristal şəkilli kütlə və bir ədəd baş hissəsi sınmış lampa şüşəsi aşkar etmişdirlər. Lampa şüşəsinin içərisində kristal şəkilli kütlə olmuş, həmin kütlələrə baxış zamanı kütlələrin ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşamasını görmüşlər, Vaqif Rəhimov həmin kütləni Bakı şəhərində olarkən tanımadığı şəxsdən aldığını bildirmiş, həmin kütlələr onun tərəfindən bükülü ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və şüşə lampanın çəkisi 13 qram, digərlərinin isə çəkisi 0,17 və 0,12 qram olması müəyyən edilmiş, daha sonra aşkar edilmiş kütlələlər onun tərəfindən zərfə qoyularaq DİN-in zərflər üçün olan 88 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa baxış zamanı yataq otağından, evin həyətyanı sahəsindən və yardımçı tikililərdən iş üçün əhəmiyyət kəsb edəcək əşya aşkar olunmamış, evə baxış bitdikdən sonra X25 rayon polis şöbəsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Ağstafa RPŞ-nin rəisinə raportla məruzə edilmiş, eyni zamanda X9 yaşadığı evdən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Sozalı Vəliyev tərəfindən ondan götürülmüş, eləcə də X14 təhqiqatçı Sozalı Vəliyevə təqdim etmiş, Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Sozalı Vəliyev tərəfindən X18 şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində ailə üzvləri ilə birlikdə yaşayır, “Azərişıq” Ağstafa Elektrik şəbəkəsi 35/10kv Dağ Kəsəmən yarımstansiyasında elektrik növbətçi olaraq işləyir, Vaqif Rəhimov onunla qonşuluqda yaşayır, həm də qohumluqları var. Münasibətləri yaxın olmamış, Vaqif uzun müddət Bakıda yaşamış, təxminən 10 gündür ki, Bakıdan gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində o evdən çıxmış, “Kür” restoranına gedərək orada olan elektrik işlərini görmüş və saat 13 radələrində isə evə qayıtmış, yeməkdən sonra Sabirin maqazininə gedərək siqaret almış, orada biraz həmkəndliləri ilə söhbətləşdikdən sonra evə gəlmiş və yatmışdır. Axşamüstü saat 18 radələrində çölə çıxmış, Leylanın maqazininin qarşısında siqaret çəkərkən əmisioğlu Vüsalın gəldiyini görmüş, onun maşınını saxlatmış hara getdiyini soruşmuş, uşağı dərsdən götürmək üçün Faxralıya getdiyini ona demiş, o da avtomobildə Vüsalın arxasında əyləşmiş, avtomobildə əyləşəndə Vaqifi görmüş, onunla salamlaşmış, təxminən 150-200 metr getdikdən sonra o avtomobildən düşmüş, “Yeddi qaya” adlanan marketdən çörək almış və evə gəlmiş, çörəyi evə qoyduqdan sonra yenidən çölə çıxmış, saat 22 radələrində yaşadığı evə geri qayıtdıqda yoldaşı Səadət Yusifova anası Afiqəni və oğlu Cümşüdü polisin apardığını, Vaqifin taksi ilə pul və qızıl göndərdiyini, pul və qızılı ondan kiminsə gəlib götürəcəyini demiş, o əmisi oğlu Vüsaldan onu polis şöbəsinə aparmağı xahiş etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ilə aralarında münasibətin olmadığını, Vaqifin dediklərinin həqiqəti əks etdirmədiyini, Vaqiflə aralarında münasibət və danışıq olmadığını, Vaqiflə düşmənçilik və ədavətinin olmadığını, münasibətlərinin normal olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və X20 Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 19 mart 2025-ci il tarixdə 3-16-16/2-6/1106/2025 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzi ekspert rəyinə əsasən: 1.Üzərində “585” damğası olan, sarı rəngli 1 ədəd qolbaq 583/585 əyarlıq qızıldır, kütləsi 2.01 qramdır; 2. Üzərində “14K” damğası olan, sarı rəngli 1 ədəd üzük, üzüyün üzərindəki qaş yerləri boşdur, 583/585 əyarlıq qızıldır, kütləsi 1.21 qramdır; 3. Üzərində 2 ədəd rəngsiz şəffaf qaşı olan sarı rəngli 1 cüt sırğa 583/585 əyarlıq qızıldır, kütləsi 1.24 qramdır, qaşları qiymətsizdir; 4. Üzərində rəngsiz şəffaf qaşları və “ 585” damğası olan 1 tay sırğa 583/585 əyarlıq qızıldır, kütləsi 3.49 qramdır, qaşları qiymətsizdir. 5. Sarı rəngli, üzərində “10RUBLEY 1899” və.s yazıları həkk olunmuş 1 ədəd 10-luq sikkə- kulon diametri 22.89 mm-dir, təx. 900 əyar, asılqan hissəsi təx. 583/585 əyarlıq qızıldan hazırlanmışdır. Kütləsi 8.87 qramdır. Təqdim edilmiş məmulatlar kustar üsulla hazırlanmışdır. İş materiallarında olan 03 iyun 2025-ci il tarixdə “Dəymiş ziyanın qiymətləndirilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Azərbaycan Qiymətləndirmə Palatasınının Reystrində rəsmi qeydiyyatdan keçilmiş “AÇAR” Qiymətləndirmə Mərkəzinin 12 iyun 2025-ci il tarixli AQM/İ-187-1317/2025-ci il tarixli mütəxəsis rəyində oğurlanmış əşyaların qiyməti 2025-ci ilin fevral ayının 10-u üçün nəzəri qiymətləri aşağıdakı kimidir: -1ədəd dairəvi formalı 8,92 qram ağırlığında Rusiya Federasiyası istehsalı olan, 888 əyarlı onluq klon 1670,0 ( bir min altı yüz yetmiş) manat, -1 ədəd üzərində gül bəzəyi olan kiçik zəncir formalı, Türkiyə istehsalı olan 2 qram ağırlığında 585 əyarlı qadın qolbağı 220,0 (iki yüz iyirmi) manat, -1 ədəd ürək formalı Türkiyə istehsalı olan, 1,18 qram ağırlığında, 585 əyarlı qadın üzüyü 130,0 (bir yüz otuz) manat, -1 ədəd tayının biri olmayan sallama qaşlı, Rusiya Federasiyası istehsalı olan, 3,49 qram ağırlığında, 583 əyarlı sırğa 385,0 (üç yüz səksən beş) manat, -1 cüt xırda qaşı bitişik formalı, Türkiyə istehsalı olan, 1,23 qram ağırlığında 585 əyarlı sırğa 135,0 (bir yüz otuz beş) manat, -1 ədəd “Toshiba” markalı noutbuk və onun qara rəngli çantası 220,0 (iki yüz iyirmi) manat, -1 ədəd qara rəngli, önü sepli “Diao Yan” markalı qadın jaketi 5,0 (beş) manat, -1 ədəd qara rəngli, “Color” markalı kişi şalvarı 20,0 (iyirmi) manat -1 ədəd qara rəngli, “Berrak” markalı kişi maykası 5,0 (beş) manat, -1 ədəd boz rəngli, “aydoğanstar” markalı kişi istilik paltarı 5,0 (beş) manat, -1 ədəd zəncirvari formalı Rusiya Federasiyası istehsalı olan, 583 əyarlı təxminən 6,5 qram ağırlığında qolbaq 715,0 (yeddi yüz on beş) manat, -1 ədəd 50 ml-lik qabda “Narciciso rodriguez” markalı qadın ətri 30,0 (otuz) manat, -1 ədəd 64 GB-lıq tutuma sahib yaddaş kartı 5,0 (beş) manat, -1 ədəd qara rəngli Çin istehsalı olan qadın pul qabısı 5,0 (beş) manat, -1 ədəd Çin istehsalı olan simli qulaqcıq 2 (iki) manat, -1 ədəd 450 ml-lik “Head and/Shoulders” markalı baş şampunu 3,0 (üç) manat təşkil edir. 2025-ci ilin 10 fevral ayına nəzəri qiyməti cəmi 3555 (üç min beş yüz əlli beş) manat təşkil edir. Bundan əlavə təqsirləndirilən şəxs X1 Aytən Fərmayıl qızına məxsus 900 manat pul əskinazı və 30 manat məbləğində qəpik pul götürməklə Zərərçəkmiş şəxs ümumilikdə 4485 ( dörd min dörd yüz səksən beş) manat ziyan vurmuşdur. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği 4485 ( dörd min dörd yüz səksən beş) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə vaxtı oğurlanan və istintaq zamanı əldə edilmiş 03 ədəd 100 manat, ümumilikdə 300 (üç yüz) Azərbaycan manatı, 1 ədəd dairəvi formalı 8,92 qram ağırlığında Rusiya Federasiyası istehsalı olan, 888 əyarlı onluq klon, 1 ədəd üzərində gül bəzəyi olan kiçik zəncir formalı, Türkiyə istehsalı olan 2 qram ağırlığında 585 əyarlı qadın qolbağı, 1 ədəd ürək formalı Türkiyə istehsalı olan, 1,18 qram ağırlığında, 585 əyarlı qadın üzüyü, 1 ədəd tayının biri olmayan sallama qaşlı, Rusiya Federasiyası istehsalı olan, 3,49 qram ağırlığında, 583 əyarlı sırğa, 1 cüt xırda qaşı bitişik formalı, Türkiyə istehsalı olan, 1,23 qram ağırlığında 585 əyarlı sırğa, 1 ədəd “Toshiba” markalı noutbuk və onun qara rəngli çantası, 1 ədəd qara rəngli, önü sepli “Diao Yan” markalı qadın jaketi, ədəd qara rəngli, “Color” markalı kişi şalvarı, 1 ədəd qara rəngli, “Berrak” markalı kişi maykası, 1 ədəd boz rəngli, “aydoğanstar” markalı kişi istilik paltarı və əl-barmaq izi iş üzrə maddi subut kimi tanınmışdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2025-ci il tarixli 225 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: yoxlanılan şəxs X12 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal hazırki psixiatrik müayinələrin nəticələri və.s sübut edir. Belə ki, V.Rəhimov əvvəllər psixiatrik müəsissələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. X12 cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. V.Rəhimov cinayət törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. X18 cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, V.Rəhimov ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Vaqif Rəhimov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. V.Rəhimovda hal-hazırda hər hansı psixi xəstəlik müşahidə olunmur. Bu səbəbdən X9 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməməsi müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış 21 iyun 2025ci il tarixli, 1004 nömrəli rəydə göstərilmişdir ki, X18 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Yaşayış yerinə baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, X9 yataq otağında yerləşən çarpayının yanındakı bir ədəd kiçik ölçülü rəfin ikinci gözlüyünün içərisindən bir ədəd sellofanda kiçik büküm və bir ədəd kiçik ölçülü karton qabın içərisində açıq şəkildə şəffaf rəngli kristal şəkilli kütlə, bundan əlavə bir ədəd baş hissəsi sınmış lampa şüşəsi aşkar edildi. Çəkiləri müvafiq olaraq şüşə lampanın 13 qram, digərlərinin isə 0,17 və 0,12 qram olan ilkin görünüşdən psixotrop maddə olan “metamfetamin” ə bənzər kütləni o, Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Baxış və götürmə hərəkəti videoçəkilişlə aparılmış və “DVD” diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X27 sorğu əsasında alınmış cavaba əsasən müəyyən edilmişdir ki, X2 RMX PHŞ poliklinika şöbəsinin narkoloji və psixiatr kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/516 nömrəli məhkəmə fziki-kimyəvi ekspertizasırəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X9 evinin yataq otağındakı dolabından aşkarlanmış psixotrop maddəyə bənzər kütlənin qablaşdırılması” yazı və imzalar olan kağız paketdəki 2 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,095 qram, ümumi təmiz çəkisi 0,158 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidir.Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X9 evinin yataq otağındakı dolabından aşkarlanmış psixotrop maddəyə bənzər kütlənin qablaşdırılması” yazı və imzalar olan kağız paketdəki 1 ədəd sınıq şüşə lampa içərisində, təmiz çəkisi 0,066 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X9 evinin yataq otağındakı dolabından aşkarlanmış psixotrop maddəyə bənzər kütlənin qablaşdırılması” yazı və imzalar olan kağız paketdəki 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,095 qram, ümumi təmiz çəkisi 0,158 qram olan metamfetamin üzərində “Şübhəli şəxs X9 evinin yataq otağındakı dolabından aşkarlanmış psixotrop maddəyə bənzər kütlənin qablaşdırılması” yazı və imzalar olan kağız paketdəki 1 ədəd sınıq şüşə lampa içərisində, təmiz çəkisi 0,066 qram olan metamfetamin kimyəvi tərkiblərinə görə eynidir. Qeyddən görünür ki, metamfetamin ümumi təmiz çəkisi-0,224 qr tədqiqata sərf edilmiş-0,06 qr (hər birindən 0,02 qr) qalıq-0,164 qr qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X28 rayonu, Dağ Kəsəmən kənd İƏD-si üzrə nümayəndəliyinə yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Ağstafa rayonu, Dağ Kəsəmən kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli 834/g nömrəli arayışdan görünür ki, X28 rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatdadır və X6 (həyat yoldaşı), X21 (oğlu), X22 (oğlu) adlı ailə üzvləri var. İş materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(015)-19/2025 saylı qərarı ilə təqsirləndirilən şəxs X18 barəsində xx.xx.2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və “Vahid Məhkəmə Portalı”nda təqsirləndirilən şəxs X18 barəsində hökmlərdən görünür ki, X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində islah işləri cəzasına məhkum edilmişdir. Daha sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-663/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 2017-ci il 17 iyul tarixli hökmünə əsasən X15 Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təyin edilən islah işləri cəzasının çəkilməmiş 1 il 3 ay müddəti islah işlərinin dörd günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 03 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 07 (yeddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 1(103)-228/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, apelyasiya şikayətləri təmin edilməmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2020ci il tarixli hökmü dəyişdirilmiş, X9 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 2017-ci il 17 iyul tarixli hökmünə əsasən X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təyin edilən islah işləri cəzasının çəkilməmiş 1 il 3 ay müddəti islah işlərinin dörd günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 03 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsi əsasında təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə X13 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməklə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 03 (üç) aya endirilmiş və cəzası 16 may 2023-cü il tarixdə başa çatan məhkum X18 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş müəyyən edilən hallarından görünür ki, təqsirləndirilən şəxs X18 ilk dəfə Qazax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində islah işləri cəzasına məhkum edilmişdir. Növbəti dəfə təqsirləndirilən şəxs X18 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublıikası CM-nin 126.2.3 və 177.1-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun əməli CM-nin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək cəzası 03 il 03 aya endirilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Vaqif Rəhimov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023cü il tarixdə isə cəza müddəti başa çatmışdır. Göründüyü kimi, həmin əmələ görə də təqsirləndirilən şəxs Vaqif Rəhimovun məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ödənilməmişdir. Ona görə də, cinayət işi üzrə təqsirləndirilən şəxs X18 məhkumluğu ödənilməmiş şəxs kimi qəbul edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxs X9 əməlində cinayətin residivinin olubolmamasına da hüquqi qiymət verilməlidir. Belə ki, cinayət iş materiallarından görünür ki, Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.3 və 177.1-ci maddələri ilə təqsirli bilinən X9 barəsində azadlıqdan məhrum etmə ilə bağlı hökm çıxarılmış, xx.xx.2023-cü il tarixdə Vaqif Rəhimov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə isə cəza müddəti başa çatmışdır. Lakin onun məhkumluğunun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində nəzərdə tutulan müddət keçməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində qeyd edilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 126.2.3 və 177.1-ci maddələrinin tərkib əlamətlərinin subyektiv cəhətdən birbaşa qəsdlə törədilməsi və təqsirləndirilən şəxs X9 törətdiyi sonuncu cinayətə görə məhkumluğunun ödənilməməsini nəzərə alaraq cinayət işi üzrə onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməli və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələblərinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Cinayət işində olan arayışdan görünür ki, iş üzrə müəyyən edilmiş 4485 manat məbləğdə maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən cinayət işinin istintaqı zamanı 3095 manat hissəsi ödənilmişdir. Zərərçəkmiş şəxs yazılı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs V.Rəhimov ona vurduğu ziyanı qismən ödəmiş, lakin bir ədəd braslet (qolbaq) və 600 manat məbləğində pulun ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs V.T.Rəhimov cəzasından şərti azad edildiyi gündən 06 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Vaqif Rəhimovun özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Vaqif Rəhimov məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilərək, Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yataq otağında yerləşən rəfin ikinci siyirməsindən aşkar edilmiş psixotrop maddəni oğlu Rəvan Rəhimliyə qabaqcadan deyərək könüllü təhvil vermək üçün polis əməkdaşlarını çağırmağı istədiyini bildirmiş, lakin qeyd edilən hal öz təsdiqini tapmadığından və bundan başqa istintaq zamanı Şahid7 pul və qızılların yerini Vaqif Rəhimova demədiyi, oğurladığı əşyaları Şahid7 təqdim etmədiyi müəyyən edildiyindən, cinayət işinə əlavə edilmiş materiallarla tam təkzib edildiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünümüdafiə və cinayət məsuliyyətindən azad olmaq məqsədi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilmişdir. Bundan başqa, Vaqif Rəhimov məhkəmə istintaqı zamanı qurudulmuş marixuanadan istifadə etdiyini bildirmiş, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyindən də göründüyü kimi, o, metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Vaqif Rəhimova elan edilmiş ittihamları iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Vaqif Rəhimovun əməlləri Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işi materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs V.T.Rəhimov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxs Vaqif Rəhimovun zərərçəkmiş şəxsə qismən ödəniş etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları və əməlində cinayətin residivinin olmasını, onun qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasını, onun cinayət törətməyə meylli şəxs olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Vaqif Rəhimova təqsirli bilindiyi hər iki maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, narkomaniyadan məcburi müalicə olunmalı, barəsində seçilmiş seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübutlar olan, məhkəmə həllinədək saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış 03 ədəd 100 manatlıq ümumilikdə 300 (üç yüz) Azərbaycan manatı, 1 ədəd dairəvi formalı 8,92 qram ağırlığında Rusiya Federasiyası istehsalı olan, 888 əyarlı onluq klon, 1 ədəd üzərində gül bəzəyi olan kiçik zəncir formalı, Türkiyə istehsalı olan 2 qram ağırlığında 585 əyarlı qadın qolbağı, ədəd ürək formalı Türkiyə istehsalı olan, 1,18 qram ağırlığında, 585 əyarlı qadın üzüyü, 1 ədəd tayının biri olmayan sallama qaşlı, Rusiya Federasiyası istehsalı olan, 3,49 qram ağırlığında, 583 əyarlı sırğa, 1 cüt xırda qaşı bitişik formalı, Türkiyə istehsalı olan, 1,23 qram ağırlığında 585 əyarlı sırğa, 1 ədəd “Toshiba" markalı noutbuk və onun qara rəngli çantası, 1 ədəd qara rəngli, önü sepli "Diao Yan" markalı qadın jaketi, ədəd qara rəngli, "Color" markalı kişi şalvarı, 1 ədəd qara rəngli, "Berrak" markalı kişi maykası, 1 ədəd boz rəngli, “aydoğanstar” markalı kişi istilik paltarının zərərçəkmiş şəxsə qaytarılması nəızərə alınmalı, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,164 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 180 manat məbləğində pul Vaqif Rəhimovdan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə aralarında mübahisə olduğundan zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X18 tərəfindən vurulmuş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: X18 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X13 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X9 həbsdə saxlanıldığı 04 gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona qəti olaraq təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın X9 cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. X18 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. X18 narkomaniyadan məcburi müalicə olunsun. X18 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, 03 ədəd 100 manatlıq ümumilikdə 300 (üç yüz) Azərbaycan manatı, 1 ədəd dairəvi formalı 8,92 qram ağırlığında Rusiya Federasiyası istehsalı olan, 888 əyarlı onluq klon, 1 ədəd üzərində gül bəzəyi olan kiçik zəncir formalı, Türkiyə istehsalı olan 2 qram ağırlığında 585 əyarlı qadın qolbağı, ədəd ürək formalı Türkiyə istehsalı olan, 1,18 qram ağırlığında, 585 əyarlı qadın üzüyü, 1 ədəd tayının biri olmayan sallama qaşlı, Rusiya Federasiyası istehsalı olan, 3,49 qram ağırlığında, 583 əyarlı sırğa, 1 cüt xırda qaşı bitişik formalı, Türkiyə istehsalı olan, 1,23 qram ağırlığında 585 əyarlı sırğa, 1 ədəd “Toshiba" markalı noutbuk və onun qara rəngli çantası, 1 ədəd qara rəngli, önü sepli "Diao Yan" markalı qadın jaketi, ədəd qara rəngli, "Color" markalı kişi şalvarı, 1 ədəd qara rəngli, "Berrak" markalı kişi maykası, 1 ədəd boz rəngli, “aydoğanstar” markalı kişi istilik paltarı və əl-barmaq izinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,164 qram çəkidə psixatrop maddə olan metamfetamin məhv edilsin İş üzrə məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat 40 (qırx) qəpik məbləğində pul X7 tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-59/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-59/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver