Məhkəmə qərarları › İş №1(015)-6/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-6/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-6/2024 29.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun Müdafiəçi2 iştirakları ilə xx.xx.1993-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir. I. İşin halları:

2. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,401 qram çəkidə narkotik vasitə olan heroini əldə edib əynində olan cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:30-da Ağstafa RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 16:05-dən 16:14-dək olan vaxtda Ağstafa rayon polis şöbəsinin inzibati binasında, saat şəxsi axtarış zamanı 0,401 qram çəkidə narkotik vasitə olan heroin əynində olan cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür.

3. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmir. Ağstafa rayonu Sadıqlı kəndində yaşayır və narkotik vasitə aludəçisi deyildir. xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində tanışı Azər onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, kəndlərində hər hansı şəxsdə odlu silah olub-olmamasını soruşmuş, o, isə Azərə bu barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra Azər ona Ağstafa şəhərinə gəlməyini və onun üçün məclis təşkil edəcəyini bildirmiş, o, isə Azərə gəlmək üçün pulu olmamasını bildirdikdə, Azər onu bütün xərci özü çəkəcəyini, hətta taksinin pulunu da özü verəcəyini bildirmişdir. Bundan sonra Azərin «0066» taksi xidmətinə verdiyi sifariş əsasında taksi sürücüsü Ağstafa rayonu Böyük Kəsik kənd sakini Pərviz adlı şəxs taksi ilə onun yaşadığı kəndə gələrək onu Ağstafa şəhərinə gətirmişdir. Azərgilin evinin qarşısına çatdıqda taksidən düşmüş, taksinin xidmət haqqını sürücüyə Azər vermişdir. Bir az keçmiş polis əməkdaşları Siracəddin, Cavid və Murad onu Cavidə məxsus maşına əyləşdirərək polis şöbəsinə gətirmişlər. Daha sonra polis əməkdaşları Azəri və taksi sürücüsünü polis şöbəsinə gətirmiş, lakin sonradan onları sərbəst buraxmışlar. O, taksi sürücüsündən su və şirniyyat almasını xahiş etmişdir. Gecə saat 03 radələrində taksi sürücüsü, su və şirniyyat alaraq polis şöbəsinin növbətçi hissəsinin qarşısında ona vermişdir. Həmin zaman Ziyad ondan tutulması barədə ailəsinə məlumat verməsini xahiş etmişdir. Şöbədə onun üzərinə baxış keçirilmiş və üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra Siracəddin və digər polis əməkdaşları onu döyüb işgəncə verərək onun cibindən narkotik vasitə çıxmasını boynuna almasını, əks təqdirdə yalançı şahidlər gətirilərək onu narkotik vasitə satan şəxs kimi rəsmiləşdirəcəklərini bildirmişlər. O, bir gün dözmüş, lakin xx.xx.2022-ci il tarixədək polis əməkdaşları onu döyərək məcbur etdiklərinə görə videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını bildirərək, cinayət işinin materiallarında olan sənədlərə imza etmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağstafa rayonu Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Ağstafa şəhərindədir və üzərində narkotik vasitə vardır. Ağstafa RPŞ-nin Köçvəli polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin gün gecə saat 23:00-00:00 radələrində Təqsirləndirilən şəxs Ağstafa şəhərində Dəmiryol vağzalının yanında olan, Dəmiryol vağzalının yaxınlığında yerləşən Poylu dayanacağının qarşısında müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-yə dəvət etmişlər. Onu şöbəyə gətirdikdən 20-25 dəqiqə sonra təhqiqatçı Təhmasib Yusifova təhvil vermişlər və təhqiqatçı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutaraq hüquqlarını izah etmişdir. Daha sonra Müdafiəçi1 Təqsirləndirilən şəxs təqdim edilmiş və ona üzərinə müdafiəçisinin iştirakı və videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində olan kütləni çıxarıb təqdim etmiş və onun narkotik vasitə heroin olduğunu və təxminən 10-15 gün bundan qabaq Bakı şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində alıb özü istifadə məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan kütlə kağız ilə birlikdə onun özünün, vəkilinin və iştirakçıların iştirakı ilə elektron tərəzisində çəkilmiş və müvafiq qaydada möhürlənib götürülmüşdür.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin Köçvəli polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağstafa rayonu Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, xidməti ərazisində yaşayan Təqsirləndirilən şəxs Ağstafa şəhərindədir və üzərində narkotik vasitə vardır. Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin gün gecə saat 23:00-00:00 radələrində Təqsirləndirilən şəxs Ağstafa şəhərinə dəmiryol vağzalının yanında olan Poylu dayanacağının qarşısında müəyyən edib ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-yə dəvət etmişlər. Onu şöbəyə gətirərək təhqiqatçı Təhmasib Yusifova təhvil vermişlər və təhqiqatçı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutaraq hüquqlarını izah etmişdir. Daha sonra Müdafiəçi1 Təqsirləndirilən şəxs təqdim edilmiş və ona üzərinə müdafiəçisinin iştirakı və videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində olan kütləni çıxarıb təqdim etmiş və onun narkotik vasitə heroin olduğunu və təxminən 10-15 gün bundan qabaq Bakı şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində alıb özü istifadə məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan kütlə kağız ilə birlikdə onun özünün, vəkilinin və iştirakçıların iştirakı ilə elektron tərəzisində çəkilmiş və müvafiq qaydada möhürlənib götürülmüşdür.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin Kriminalistik Təhqiqatlar qrupunun baş inspektorkriminalisti vəzifəsində işləyir. Ağstafa rayonu Sadıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində rayon polis şöbəsində gündəlik xidmətdə olan zaman Köçvəlili Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ona yaxınlaşaraq bir nəfər şəxsi qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə bağlı şöbəyə gətirdiklərini, bununla bağlı həmin şəxsin üzərində şəxsi axtarış aparılacağını və həmin şəxsi axtarışı onun videoçəkilişlə həyata keçirməsini xahiş etmişdir. O da razı olduqdan sonra videokameranı götürərək həmin şəxsin olduğu təhqiqat otaqlarından birinə gəlmiş, videoçəkiliş keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində olan kütləni çıxarıb təqdim etmiş və onun narkotik vasitə heroin olduğunu və təxminən 10-15 gün bundan qabaq Bakı şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində alıb özü istifadə məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan kütlə kağız ilə birlikdə onun özünün, vəkilinin və iştirakçıların iştirakı ilə elektron tərəzisində çəkilmiş və müvafiq qaydada möhürlənib götürülmüşdür.

7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisindən 0,74 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış saat 16:05-də başlamış 16:14-də başa çatmışdır.

8. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1227 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 bükümdə 0,74 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli folqa kağız bükümdə təmiz çəkisi 0,401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,401 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,351 qram heroin qalmışdır).

9. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 04 noyabr 2022-ci il tarixli 1650 saylı rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür.

10. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1 və 70-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Ağstafa RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir.

11. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə azad edilmişdir.

12. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.

13. İttiham tərəfi sadalanan sübutlara istinad edərək təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması üçün cinayət işini məhkəməyə göndərmişdir. Qeyd olunur ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs özünü satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə ittihamında özünü təqsirli bilmişdir. II. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

14. Məhkəmədə, təqsirləndirilən şəxs tam fərqli ifadə verməsini onunla izah etmişdir ki, istintaq zamanı ona fiziki və psixoloji təsir göstərilmişdir. Ona bu maddə ilə razılaşmasa, daha ağır olan narkotik maddənin satışı ilə ittiham verilməsi barədə hədəqorxu olunmuşdur. Onun üzünə ağ kağızı skoç ilə bağlayıb, fiziki təsirlər göstərmişlər. O, fiziki və psixoloji təsirlərə dözməyib, ittihamı qəbul etmişdir. Məhkəmədən ədalətin bərpa olunmasını xahiş etmişdir.

15. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində diqqətçəkən məqamlarda birincisi o hal olmuşdur ki, o, 27 oktyabr tarixdə saat 15.30 radələrində deyil, 26 oktyabr gecə saatlarında polis tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır. Həmçinin, təqsirləndirilən şəxs Heydər Əliyev prospektində deyil, Ağstafa şəhəri Azər Yusifli küçəsində saxlanılmışdır. 15.1. Məhkəmə, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri yoxlamaq üçün aidiyyəti sorğu vermişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ağstafa rayonu Sadıqlı kəndindən Ağstafa şəhərinə *0066 taksi xidmətinə müştəri gətirilməsi üçün sifarişin verilməsi, həmin sifarişin hansı nömrədən verilməsi və sifariş əsasında müştəri gətirmiş taksi sürücüsü barədə (adı, soyadı, ata adı, ünvanı, telefon və avtomobil nömrəsi), eyni zamanda *0066 Taksi xidmətində işləyən Pərviz adlı şəxs (soyadı, ata adı, ünvanı, telefon və avtomobil nömrəsi) barədə ətraflı məlumatın ən qısa müddət ərzində Məhkəməyə təqdim edilməsi ilə bağlı Ağstafa şəhərinə *0066 taksi xidmətinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Ağstafa şəhərinə *0066 taksi xidmətinin nümayəndəsi Elnur Məmmədov məktubla müraciət edərək göstərdi ki, xx.xx.2022-ci il tarxidə 23:00 radələrində Ağstafa rayon Ağstafa şəhərinə *0066 taksi xidmətinə ***-***-**-** mobil telefon nömrəsindən sifariş daxil olmuşdur. Şifarişin ünvanları Ağstafa rayon Sadıxlı kəndindən Ağstafa şəhəri Ağamalıoğlu (indiki adı Azər Yusifli) küçəsinə olmuşdur. Həmin sifarişi qəbul edən Mercedes markalı **-TD-*** dövlət nişanlı avtomobilin sürücüsü Şahid4 olmuşdur. 15.2. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi qaydada *0066 taksi şirkətində işləyir. Təqsirləndirilən şəxs Ağstafa rayonu Sadıqlı kənd sakini kimi tanıyır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ağstafa rayonunun Sadıqlı kəndindən Ağstafa şəhəri Azər Yusifli küçəsinə müştəri gətirilməsi barədə sifariş almış, həmin sifariş tanımadığı şəxs tərəfindən olmuşdur. Ağstafa rayonu Sadıqlı kəndində götürdüyü müştəri təqsirləndirilən şəxs Ziyad olmuşdur. Həmin sifarişi verən şəxs Təqsirləndirilən şəxs olmamış, başqa şəxs olmuş və həmin şəxs ona bildirmişdir ki, Ağstafa rayonunun Sadıqlı kəndində adam var onu gətirmək lazımdı ödənişini özü edəcəkdir. O da, axşam saatlarında Ziyadı Ağstafa rayonunun Sadıqlı kəndindən götürüb Ağstafa şəhəri Azər Yusifli küçəsinə kimi aparmışdır. Ziyadı gətirdikdən sonra bir nəfər zahiri görkəm cəhətdən keçəl və qısa boylu bir nəfər şəxs ona yaxınlaşaraq yol haqqını verdikdən sonra o, oradan çıxıb getmişdir. O, polis əməkdaşlarının Ziyadı tutub Ağstafa RPŞ-nə aparmalarını görməmişdir. Lakin, gecə saatlarında tanımadığı bir şəxs ona zəng vuraraq Ziyadın tanışı olmasını, Ziyadın polis şöbəsində saxlanılmasını bildirərək Ziyada su və şirniyyat aparmasını ondan xahiş etmişdir. Gecə saat 03 radələrində o, su və şirniyyat alaraq polis şöbəsinin növbətçi hissəsinin qarşısında Ziyada vermişdir. Həmin zaman Ziyad ondan tutulması barədə ailəsinə məlumat verməsini xahiş etmiş, o da kənddən tanıdığı bir şəxsə Ziyadın tutulması barədə məlumat vermişdir.

16. Məhkəmədə müəyyən olundu ki, təqsirləndirilən şəxsin kənddən Ağstafa şəhərinə gəlməsi üçün taksi sifarişini Azər Budaqov adlı şəxs vermişdir. Təqsirləndirilən şəxs Azər Budaqov adlı şəxsi tanıdığını bildirmiş və onun dəvəti ilə yaşadığı ünvana gəlməsini bildirmişdir. 16.1. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Ziyadın atası ilə onun atası birgə cəzaçəkmə müəsisəsində cəza çəkir. Uşaqlıq dostu olan - əməliyyatçı Şahid5 ona demişdir ki, Ziyadın üzərində narkotik vasitə gəzdirməsi barədə bizə məlumat ver. O da, özünün Ağstafa RPŞ-də narkotik vasitə ilə bağlı işi olduğundan öz işində köməklik edəcəyinə görə Siracəddin ilə razılaşmışdır. Bundan sonra Ziyada zəng edib, şam yeməyinə çağırmış, Ziyadın isə yol pulu olmadığından taksini o, sifariş etmiş və taksi pulunu da özü ödəmişdir. ***-***-**-** mobil nömrəsi ona məxsusdur. Ziyadı çağıraraq tutulmasını Şahid5 təhrik etmişdir. Belə ki, taksinin pulu üçün 20 manatı Şahid5 ona vermişdir. Ziyad taksidən düşən kimi, evə gedərkən, ara yolda polislər yığılıb Ziyadı tutmuşlar, lakin Ziyadın üstündə heç nə olmamışdır. Şöbəyə gedəndə ona demişlər ki, sən çıx get. Ziyadı polis şöbəsində saxlamışlar və Ziyadın üzərindən nə narkotik vasitə, nə başqa bir şey çıxmamışdır. O, polis şöbəsindən getdikdən sonra Ziyadın üzərindən dəmiryolu vazğzalının qarşısında narkotik vasitə çıxmasını bilmişdir.

17. Məhkəmə polis əməkdaşı Şahid5 məhkəmədə dindirilməsini zəruri hesab etmişdir. 17.1. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Köçvəlli polis bölməsində əməliyyat müvəkkili işləyən zaman tanımışdır. Belə ki, onu mənfi xarakterli bir şəxs kimi, narkotik vasitə istifadə qəbul edən, kənddə müsbət xarakterli olmayan bir şəxs kimi tanımışdır. Ziyad bir dəfə Qazax rayon polis şöbəsində narkotik vasitə istifadə etdiyinə görə 1 ay müddətinə inzibati qaydada həbs edilmişdir. 2022-ci ilin oktyabr ayında o, məzuniyyətdə olmuş, şöbəyə gedib-gələn zaman Ziyadın tutulmasını bilmişdir. O, Ziyadla bağlı keçirilən tədbirdə iştirak etməmişdir. 17.2. Şahid qismində dindirilmiş Şahid5 həmin dövrdə məzuniyyətdə olubolmaması barədə aidiyyəti orqana sorğu verilmiş və həmin sorğu məktubuna cavab olaraq Ağstafa RPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-/3-63/2-1680/24 saylı məktubdan görünür ki, Şahid5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 2022-ci ilin hesabına məzuniyyətdə olmuşdur. 18.1. Təqsirləndirilən şəxs, Şahid5 ifadəsi ilə razılaşmamışdır. Qeyd etmişdir ki, onun tutulması Şahid5 planıdır. Çünki, Şahid5 Köçvəlli polis bölməsində əməliyyat müvəkkili işləyən zaman ondan narazı olmuş və bu səbəbdən bu işi orta məktəb yoldaşı olan Azər Budaqovun əli ilə həyata keçirmişdir. Onu polis şöbəsinə gətirən zaman ikinci mərtəbədə sol tərəfdə yerləşən Şahid5 otağına aparmışlar. Onu orada qanunsuz 10-15 saat saxlamışlar, fiziki və psixoloji təsir göstərmişlər. O, qorxudan razılaşdıqdan sonra növbəti gün saat 15.30-da işi rəsmiləşdirmişlər. Azər Budaqov ona telefon ilə məlumat verərək, Şahid5 ilə əlaqə saxlamasını bildirmişdir.

19. Məhkəmə, Azər Budaqovun məhkəməyə verdiyi ifadə ilə, Şahid5 ifadəsindəki xüsusatları yoxlamaq üçün Azər Budaqovu məhkəmədə təkrar dinləmiş və sonuncu tam fərqli ifadə verərək göstərmişdir ki, əvvəlki məhkəmə iclasında yalan ifadə vermişdir. Belə ki, Siracəddin ona Ziyadı Ağstafa şəhərinə çağırması barədə heç nə deməmişdir. O, sonradan Ziyadın üzərində narkotik vasitə olmasını bilmişdir. Belə ki, Ziyadın gəlməsi üçün taksi sifarişini o, vermişdir. Ziyad onlara gəlmək istəməsini, kokos deyilən narkotik vasitəsi olmasını, lakin yol pulunun olmamasını bildirmiş, o da Ziyada yol pulunu verəcəyini demişdir. Həmin gün çay evində işlədiyi üçün cibində 35 manat pulu olmuş, həmin pulun da 17 manatını taksiyə vermişdir. Daha sonra Ziyad onlara gəlmiş, Ziyaddan narkotik vasitəni istədikdə sonuncu verməmişdir. Ziyad təxminən 1 saat onlarda olmuş, daha sonra çıxıb getmişdir. Ziyadın hara getməsindən məlumatı olmamışdır. Ziyadı polislər onun yanından tutub aparmamışlar. Ziyadın atası ona hədəqorxu gələn zaman o, azadlıqda olmuşdur. O da, qorxduğu üçün əvvəlki məhkəmə iclasında yalan ifadə vermişdir. Hazırda həbsdədir, mühafizə altında olduğu üçün Ziyadın atasından qorxmadığını bildirmişdir. 19.1. Məhkəmə Azər Budaqovun hər iki ifadəsinə qiymət verərək qeyd edir ki, ifadənin dəyişməsi ilə bağlı dəlilləri inandırıcı və mötəbər deyil. Belə ki, Azər Budaqov birinci dəfə ifadə verəndə azadlıqda olmamışdır, həbsdə olmuşdur. Azər Budaqov birinci ifadəsini 18 may 2023-cü il tarixdə vermişdir. Həmin vaxt digər cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə onu istintaq təcridxanasından etap edərək dinləmişdir. Onun Ziyadın atasında qoxmasının səbəbi azadlıqda olması ilə bağlı olması təsdiq olunmur. Bu səbəbdən Azər Budaqovun ifadəni dəyişməyin səbəbi kimi göstərdiyi dəlillər əsassız hesab olunur.

20. Azər Budaqovun birinci ifadəsinin həqiqiliyi, telefon məlumatları ilə də tam təsdiq olunur. Azər Budaqova məxsus ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsinə olan mobil nömrəyə gələn SMS mətnlərindən görünür ki, o, Ziyada Siracəddinin ***-***-**-** mobil nömrəsini göndərərək həmin nömrədən Ziyada zəng olunacağını və həmin zəngə cavab verməsini bildirmişdir.

21. Məhkəmə işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılmış hallarından məlum olmuşdur ki, hazırkı cinayət işi üzrə aparılmış ibtidai istintaq nəticəsində əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən cinayət əməlinin törədilməsində ittiham etmək üçün yetərli deyildir.

22. Məhkəmə iclasında təqsirləndirilən şəxs törədilən cinayətdə özünü təqsirli bilməmiş, polis şöbəsində üzərinə baxış keçirilməsini, üzərindən heç bir narkotik vasitə aşkar olunmamasını, bundan sonra Siracəddin və digər polis əməkdaşlarının onu döyüb işgəncə verərək onun cibindən narkotik vasitə çıxmasını boynuna almasını, əks təqdirdə yalançı şahidlər gətirilərək onu narkotik vasitə satan şəxs kimi rəsmiləşdirəcəklərini bildirmişlər. O, bir gün dözmüş, lakin xx.xx.2022-ci il tarixədək polis əməkdaşları onu döyərək məcbur etdiyinə görə videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını bildirərək, cinayət işinin materiallarında olan sənədlərə imza etmişdir. İş materiallarında şəxsin üzərinə baxış keçirilməsi barədə protokoldan görünür ki, təqsirləndirilən şəxsin üzərinə baxış Ağstafa RPŞ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 15:30-da keçirilmiş və protokol həmin vaxt tərtib olunmuşdur. Əməliyyatı həyata keçirən polis əməkdaşları Şahid2 və Şahid1 isə xx.xx.2022-ci il tarixdə saat 23:00-00:00 radələrində Təqsirləndirilən şəxs tutaraq Ağstafa RPŞ-nin inzibati binasına gətirib həmin vaxt üzərinə baxış keçirilməsini bildirmişlər.

23. Təqsirləndirilən şəxsin və şahid ifadələrinin arasında olan ziddiyyətlərin araşdırılması, təqsirləndirilən şəxsin saxlanıldığı vaxtı və yeri, həmçinin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə 25 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin siyahısı, vaxtı və müddəti, anten və anket məlumatları, SMS-lər və onların mətnləri, eləcə də anten dairəsi barədə məlumatlar "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul olunmuş və həmin qərar icra edilməsi üçün "xxxx" MMC-nə göndərilmişdir. 23.1. Məhkəmə "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman xxxx-2022-ci il tarixdə saat 23:17:50-də **********66 mobil nömrəsindən **********26 mobil nömrəsinə “Mersedes (Ag), (**-TD-***) elaqe +**********42 : odenis : 17.00 azn” məzmununda sms-in gəlməsi, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefonun anten dairəsinin xx.xx.2022-ci il saat 23:43:53 radələrinədək yaşadığı Ağstafa rayonunun Sadıxlı kəndi, xx.xx.2022-ci il tarixdə saat 00:45-radələrindən xx.xx.2022-ci il tarixdə saat 19:48-radələrinədək Ağstafa rayonu, 20 Yanvar döngəsi, 7-ci məhəllə, İmam Əli adına Ağstafa Cümə məscidi"/Aghstafa ərazisində olması və həmin tarixdən sonra telefonun aktiv olmaması göstərilmişdir. 23.2. Göründüyü kimi, Təqsirləndirilən şəxs məxsus mobil telefonun anten dairəsinin xx.xx.2022-ci il saat 23:43:53 radələrinədək yaşadığı Ağstafa rayonu Sadıxlı kəndi, xx.xx.2022-ci il tarixdə saat 00:45-radələrindən xx.xx.2022-ci il tarixdə saat 19:48-radələrinədək Ağstafa rayonu, 20 Yanvar döngəsi, 7-ci məhəllə, İmam Əli adına Ağstafa Cümə məscidi"/Aghstafa ərazisində olması və həmin tarixdən sonra telefonun aktiv olmaması göstərilmişdir. Yəni, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:45-radələrində tutularaq Ağstafa RPŞ-nə gətirilmiş, orada bir neçə saat qanunsuz saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 16:05-də onun üzərinə şəxsi axtarış keçirilməyə başlamış 16:14-də başa çatmışdır.

24. Beləliklə məhkəmə istintaqı zamanı, təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən saxlanılması Şahid2 və Şahid1 ifadəsi ilə, Şahid4 ifadəsindəki “gecə Ziyada polis şöbəsində olduğu zaman su verməsi” kimi hallar ilə, Azər Budaqovun ilkin verdiyi səmimi ifadəsi ilə və digər sübutlarla təsdiq olunur. Təqsirləndirilən şəxs 15 saat polis şöbəsində qanunsuz saxlanıldıqdan sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsin 15 saat qanunsuz saxlanılmasından sonra şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilir. 15 saat şəxsin polis şöbəsində saxlanılmasının səbəbləri məlum deyildir. 15 saat ərzində şəxsə psixoloji və fiziki təsirlər göstərilməsi istisna olunmur. Məhz, 15 saatdan sonra saxlanılan şəxs kamera qarşısında narkotik maddəni cibindən çıxararaq təqdim edir.

25. Məhkəmə qeyd edir ki, şəxsin polis şöbəsinə gətirilməsindən sonra uzun müddət saxlanılmasının rəsmiləşdirilməməsi Qanuni baxımdan əsaslı olub-olmadığını müəyyənləşdirərkən cavablandırılmalı olan əsas sual ondan ibarət idi ki, saxlanılan şəxsin üzərində həqiqətən narkotik maddənin olmasında polis əməkdaşları vicdanlı və səmimi şəkildə əmin idimi? Bu sualı cavablandırarkən Məhkəmə bu məsələni nəzərdən keçirmişdir ki, gecə saatlarında tutulduqdan sonra üzərində narkotik maddənin olmasını təqsirləndirilən şəxs dərhal (obyektiv meyarın əksi olaraq) çətin ki, qəbul edə bilər. III. Hüquqi məsələlər:

26. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir.

27. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxs polis tərəfindən xx.xx.2022-ci il tarixdə saat 00:45-radələrində polislər tərəfindən tutulmuş, həmin gün saat 15:50-də şübhəli şəxs kimi tutularaq, saat 16:05-də onu üzərinə şəxsi axtarış keçirilməyə başlamış 16:14-də başa çatmışdır. Təhqiqat orqanının səlahiyyətli şəxsi onun Təqsirləndirilən şəxs azadlığının saat 15:50-də məhdudlaşdırıldığını qeyd etmişdir. Halbuki, Təqsirləndirilən şəxs "xxxx" MMC-dən alınmış anten məlumatlarına görə artıq saat 00:45-də polislərin nəzarəti altında idi. Həmin gün Təqsirləndirilən şəxs tutularaq polis şöbəsinə gətirilsə də, onun 00:45-dən 15:50-dək olan vaxt müddətində harada olması, hansı səbəbdən təhqiqatçıya vaxtında təqdim edilməməsi, üzərində şəxsi axtarışın vaxtında keçirilməməsi, belə axtarışın polislərin nəzarəti altına keçdikdən 15 saatdan sonra keçirilməsinin səbəbləri ilə bağlı cinayət işinin materiallarında heç bir sənəd yoxdur.

28. Göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat 00:45-də məhdudlaşdırılmış və bundan 15 saatdan sonra onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır.

29. CPM-in 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

30. Hazırkı işdə axtarışın şübhəli şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur.

31. Göründüyü kimi, şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində saxlaması barədə məlumat daxil olur, lakin tutulduğu an onun üzərinə baxış keçirilmir, baxış yalnız polis şöbəsində 15 saat qanunsuz saxlanıldıqdan sonra həyata keçirilir.

32. Azərbaycan Respublikasının Konstitusiyasındə göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddə).

33. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur.

34. Avropa İnsan Hüquqları Məhkəməsi Butkeviç Rusiyaya qarşı işi üzrə (xx.xx.2018) qəbul etdiyi qərarında qeyd etmişdir ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir (bax: Kasparov və başqaları Rusiyaya qarşı (№ 2), № 51988/07, § 48, 13 dekabr 2016-cı il).

35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

36. Hazırki cinayət işi üzrə isə təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında ən azından 15 saatdan artıq vaxtın keçməsi narkotik vasitənin “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir.

37. Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı”, “X2rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (bax: Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88-90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ). Proseslərin ədalətliliyinin qiymətləndirilməsində, əldə edilən sübutların doğruluğuna və ya dəqiqliyinə şübhə olmadığı da daxil olmaqla, sübutların keyfiyyəti nəzərə alınmalıdır. Dəlillərin digər materiallarla təsdiqlənməməsi halında heç bir ədalətsizlik problemi olmasa da, qeyd olunmalıdır ki, sübutlar çox inandırıcı olduqda və onların mötəbərsizliyi riski olmadıqda təsdiqedici sübutların dəstəklənməsi zəruriliyi zəifdir. Məhkəmə qeyd etmişdir ki, konvensiyanın 6-cı maddəsi məhkəmə araşdırmasının ədalətliliyini təmin etsə də, özüözlüyündə sübutların mümkünlüyünün hər hansı qaydasını müəyyən etmir və bu ilk növbədə milli qanunvericiliyə əsasən nizamlanmanın vəzifəsidir.

39. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin.

40. Bütün yuxarıda sadalanan təkzibolunmaz şübhələr olduğundan təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsinin təsdiq edilməsi üçün yetərli hesab etmək olmaz. Belə ki, şəxsin əməlində cinayət tərkibinin olması üçün cinayət tərkibinin əlamətləri (cinayətin obyekti, cinayətin subyekti, cinayətin törədilməsinə psixi münasibət olan subyektiv cəhət və nəhayət cinayəti törətməyə yönəlmiş konkret hərəkəti, hərəkətsizliyi, zamanı, məkanı və.s. faktorları özündə birləşdirən obyektiv cəhət) tam formada mövcud olmalıdır. Ona görə də cinayət işi üzrə əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməsini şübhə altına almaqla həmin şəxsin təqsirləndirilməsi üçün yetərli deyildir.

41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

42. Azərbaycan Respublikası Konstitusiyasının 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

43. Məhkəmə Konstitusiyanın bu müddəalarından çıxış edərək ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə istər şəxsin təqsirliliyi, istərsə də onun təqsirsizliyi ilə bağlı əhəmiyyətli hallar sübutlarla təsdiq olunmalıdır. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci madd.).

44. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri).

45. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci maddəsi).

46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır.

47. Məhkəmə “Hoanq Fransaya qarşı” işdə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur.

48. Azərbaycan Respublikası CPM-in 28.4-cü maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən, məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər.

49. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.

50. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.

51. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

52. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

53. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

54. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir.

55. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.

56. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində də təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Qeyd edilən maddənin İİ hissəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə istintaqının nəticəsi:

57. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsinin sübuta yetirilməsi qənaətinə gəlməsinə əsas vermir.

58. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.

59. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

60. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.

61. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində cinayət hadisəsi, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

62. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır.

63. Məhkəmə tədqiq olunmuş hazırkı işin bütün hallarını və Cinayət prosessual qanunvericiliyin normalarını əsas tutaraq qeyd edir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən bu səbəbdən məhkəmənin hökmünün qanuni və əsaslı olması qanunvericiliyin tələbidir. Əks yanaşma yuxarıda qeyd edilən hüquq normalarını özündə əks etdirən hüquq sistemini əhəmiyyətsiz edə, təqsiri olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə, cinayəti törədən şəxslərin isə məsuliyyətdən kənar qalmasına şərait yarada bilər, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

64. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin 15 saat polis şöbəsində qanunsuz saxlanılmasından sonra üzərində şəxsi axtarış keçirilməsi kobud qanun pozuntusudur. Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin araşdırılması zamanı yol verilən kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilməlidir.

65. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalıdır.

66. Azərbaycan Respublikası CPM-nın 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir.

67. Şəxsin təqsiri məsələsinin məhkəmə tərəfindən mahiyyəti üzrə həll edilməsi isə bu cür vəziyyətin yaranmasını istisna edir. Buna, həmçinin CPM-in 350.4-cü maddəsi də dəlalət edir. Həmin maddəyə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 67.1. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, iş üzrə maddi sübut olan 0,351 qram çəkidə heroinin Ağstafa Rayon Polis Şöbəsində saxlanılması nəzərə alınmalıdır.

68. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertə ödənilməli olan 30 manat 40 qəpik məhkəmə məsrəflərinə aid edildiyindən, təqsirləndirilən şəxsin barəsində isə ittiham hökmü çıxarılmadığından qeyd edilən məbləğ Təqsirləndirilən şəxs tutula bilməz.

69. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur.

70. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349-350, 352-353, 384-cü maddələrini rəhbər tutaraq,

Hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edəcək sübutlar yetərli olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə Təqsirləndirilən şəxs onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin apardığı ekspertiza tədqiqatının dəyərini təşkil edən 30 manat 40 qəpik dövlət hesabına aid edilsin. İş üzrə maddi sübut olan 0,351 qram çəkidə heroinin Ağstafa Rayon Polis Şöbəsində saxlanılması nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar