Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-60/2023 13.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,599 qram və 1 ədəd 1 ml-lik şprisdə təmiz çəkisi 0,014 qram olmaqla, ümümi təmiz çəkisi 0,613 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, əynində olan qış gödəkçənin sol yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 20:03-də Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Səməd Vurğun küçəsiində 2 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, həmin narkotik vasitə heroin Ağstafa rayon polis şöbəsinin inzibati binasında, həmin gün saat 20:53-dən 21:03-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 07 mart 2023-cü il tarixdə günorta saatlarında Ağstafa şəhərindəki “Beşmərtəbə” deyilən binanın yaxınlığında gəzib yaşadığı evə qayıdan zaman yerdə “Maqna” markalı siqaret qutusunun olduğunu görmüş, qutunun içərisində siqaret olduğunu güman edib onu götürüb açdıqda içərisində 01 ədəd qara rəngli siqaret kağıza bükülü büküm görüb həmin bükümü açmış, içərisində heroin olmasını görüb bükümü əynində olan göy rəngli qış gödəkçəsinin cibinə qoyub yaşadığı evə tərəf getmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb evdə hazırladığı və 1 qramlıq sprişə çəkili vəziyyətdə olan maye halında narkotik tərkibli maddəni və yerdən tapdığı bir ədəd bükümdə olan heroini əynində olan göy rəngli qış gödəkçəsinin sol cibinə qoyub istifadə etmək üçün gedərkən Ağstafa şəhəri S.Vurğun küçəsidə mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirirərək onlarla birlikdə Ağstafa RPŞ-yə getməli olduğunu bildirmişlər. O da razılaşmış, polis şöbəsinə getmişdir. Ağstafa RPŞ-də videoçəkilişlə, vəkilinin də iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, ondan üzərində hansısa narkotik vasitə olub-olmaması soruşulmuş, o da içərisində heroin məhlulu olan şprisi və qalan heroini təqdim etmiş, yerdən tapdığını demişdir. Üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə Ağstafa RPŞ-da olan zaman CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirir. Həmin günü saat 20:03-də o, Ağstafa RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağstafa şəhəri S.Vurğun küçəsində saxlayaraq özlərini təqdim etdikdən sonra onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Ağstafa RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində rəisin adına raportla məruzə edilmiş, Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmişdir. Daha sonra videoçəkilişlə Elnurun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş. şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını, əgər varsa təqdim etməyini təklif etmişlər. Bu zaman Elnur könüllü olaraq kağızı bükümündə narkotik vasitə olan heroinə oxşar kütlə və 01 qramlıq şprisdəki maye təqdim etmiş, bundan başqa, Elnurun üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı bir narkotik vasitə, yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış həmin gün, saat 20:53-də başlamış, 21:03-də bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Vüqaroğlu, Şahid2 və ifadəsi elan olunmuş Şahid1 Şahid4 qeyd etdiklərini təsdiq etmişlər. İş materiallarında olan 10 mart 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibində olan 01 ədəd qara rəngli siqaret kağızına bükülü halda 0,77 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd 1 ml-lik şprisdə maye aşkar edilərək götürülür. Şəxsi axtarış 10 mart 2023-cü il tarixdə saat 20:53-də başlamış, həmin gün saat saat 21:03-də bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2023-cü il tarixli, 16/311 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,599 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,4 ml həcmində məhlul heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,014 qramdır (0,599 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,549 qram çəkidə heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 709 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Fərəcov X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 mart 2023-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3.-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan, 0,549 qram çəkidə heroin, bundan başqa, 01 ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,4 ml həcmində məhlulda olan təmiz çəkisi 0,014 qram olan heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,549 qram çəkidə heroin, bundan başqa, 01 ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,4 ml həcmində məhlulda olan təmiz çəkisi 0,014 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-60/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-60/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver