Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-60/2025 21.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi X4 iştirakları ilə xx.xx.1991-ci ildə Ağstafa rayonu Qarahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, 3-cü qrup əlil, Ağstafa rayonu Qarahəsənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda təmiz çəkisi 0,435 qram təşkil edən kustar üsulla hazırlanmış, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və pisixotrop maddələr»in 1-ci siyahısına daxil edilən psixotrop maddə olan metamfetamini qəsdən əldə edərək, idarə etdiyi VAZ-21011 markalı ** BB *** qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, 28 iyul 2025-ci il tarixdə saat 15:45 radələrində Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Ağstafa şəhəri Heydən Əliyev adına prospektdə, “Ağstafa dairəsi” yaxınlığında idarə etdiyi VAZ-21011 markalı ** BB *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yaxalanmış, həmin tarixdə saat 15:55-dən 16:05-dək olan vaxt ərzində yaxalandığı yerdə avtomobilinə baxış aparılan zaman avtomobilin qabaq, sürücü oturacağının altından siqaretin gümüşü rəngli folqasına bükülmüş sellofan kəsiyinin içərisində təmiz çəkisi 0,435 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirdi ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. Belə ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş bir ədəd sellofan kəsiyində bükülü psixotrop maddə olan metamfetamini saxlanılmamışdan 2-3 gün əvvəl Bakı şəhərində 28 May metrosunun yaxınlığında çayxanada tanımadığı şəxsdən 10 manata almışdır. Psixotrop maddəni aldıqdan sonra öz şəxsi istifadəsi üçün götürüb özü ilə rayona gətirərək idarə etdiyi VAZ-21011 markalı ** BB *** qeydiyyat nişanlı avtomobilində oturacağın altında yerləşdirmişdir. Ağstafa şəhəri Heydər Əliyev prospektində «Ağstafa dairəsi» adlanan yerdə avtomobilini saxlayıb mağazaya girmək istəyən vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ona hüquqları izah olunmuş, üzərinə və avtomobilinə baxış keçirəcəklərini bildrimişlər. Onun üzərində yoxlama zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. VAZ-21011 markalı ** BB *** qeydiyyat nişanlı avtomobilinə baxış zamanı avtomobildə qabaq oturacağın altına gizlətdiyi siqaretin gümüşü kağızına bükülmüş, sellofan kəsiyində olan psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Həmin büküm onun iştirakı ilə açılıb tərəzidə çəkilmiş və çəkisi 0,60 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılıb götürülmüş, onu Ağstafa RPŞ-nə gətirmişlər. Orada üzərinə şəxsi axtarış keçirilmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, psixotrop maddəni avtomobilində şəxsi istifadəsi üçün saxlamış və daşımışdır. Saxlanılan zaman ona qarşı hər hansı bir fiziki və ya psixoloji təsir göstərilməmişdir. O, narkotik vasitəni ağrıları üçün istifadə etdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə əməl törətməyəcəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Ağstafa rayonunun Qarahəsənli kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 28 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Ağstafa rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Əməliyyat qrupu ilə birlikdə Ağstafa rayonu, H.Əliyev prospektində “Ağstafa dairəsi” adlanan yerdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı ** BB *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sürücü oturacağının alt hissəsindən içərisində 1 ədəd sellofan kəsiyində bükülü olan siqaretin qızılı kağızı aşkar olunmuşdur. Sellofan kəsiyində olan kütlənin psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını, həmin psixotrop maddəni Bakı şəhərindən tanımadığı şəxsdən 10 manat müqabilində almasını göstərmişdir. Həmin büküm açılıb tərəzidə çəkilmiş və çəkisi 0,60 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Ağstafa rayon polis şöbəsinə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verərək göstərilən xüsusatları öz ifadələrində təsdiq etmişlər. İş materiallarından olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 16/674 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,435 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə–metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına daxildir. (i.v.45-47) İş materiallarında Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserindən alınmış 28 avqust 2025-ci il tarixli 1355 nömrəli rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (i.v.93) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.74) İş materiallarından olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2025-ci il tarixdə, saat 16:55 radələrində cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.15, 25) İş materiallarından olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 30 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. (i.v.66) İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz üçüncü dərəcəli - gözdən əlildir, yüngül işlərdə işləyə bilər. (i.v.71) İşdə olan Ağstafa RİHB kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Kazımov X6 rayon, Qaharhəsənli kəndində yaşayır və evli olmaqla, himayəsində xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il tarixli X9 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı dörd azyaşlı uşağı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.72-73) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində dörd nəfər azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-də saxlanılan 0,385 qram çəkidə metamfetamin məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməli və hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddət azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağstafa Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,385 qram çəkidə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntülərin olduğu iki ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri-aparılmış məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-60/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-60/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver