Məhkəmə qərarları › İş №1(015)-61/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-61/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-61/2023 30.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağstafa MKTB-də sosial işçi işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə və yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək 2021-ci ilin iyun ayının istintaqa məlum olmayan günündə və saatında Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Zərərçəkmiş şəxs ilə Ağstafa şəhərindəki Mərkəzi avtovağzalda görüşərək sonuncunun arvadı Şahid1 Ağstafa rayon Regional Mədəniyyət İdarəsinə işə düzəltməyə inandırıb onu aldadaraq ondan işə düzəltmək müqabilində 2500 manat pul alıb Zərərçəkmiş şəxs 2500 manat məbləğdə pulunu aldatma yolu ələ keçirib ona ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiha üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonunun Göycəli kəndində yaşayır, Ağstafa MKTB-də sosial işçi işləyir. Zərərçəkmiş şəxs həmyerli kimi tanıyır, münasibətləri normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. Ağstafa MKTB-də sosial işçi işləyir. 2021-ci ilin iyun ayında Ağstafa şəhərindəki Dəmiryolu vağzalının yaxınlığında Zərərçəkmiş şəxsla görüşdükləri zaman sonuncu ona arvadını Ağstafa rayon Regional Mədəniyyət idarəsində işə düzəltdirmək istədiyini demiş, o, pula ehtiyacı olduğu üçün Qoşqarı aldadıb pulunu ələ keçirmək qərarına gələrək yalan danışıb 2500 manat müqabilində arvadını Ağstafa rayon Regional Mədəniyyət idarəsində xadimə işinə düzəltdirəcəyini demiş, Qoşqar ona inanmışdır. Bundan bir neçə gün sonra, 2021-ci ilin iyun ayında, dəqiq xatırlamadığı gündə və saatda Ağstafa şəhərində, Mərkəzi avtovağzal ərazisində Qoşqarla görüşmüşlər, orada bir daha yaln danışıb Qoşqara sonuncunun arvadını Ağstafa rayon Regional Mədəniyyət idarəsində xadimə işinə düzəltdirəcəyini bildirmiş, Qoşqar ona arvadını işə düzəltmək üçün 2500 manat pul vermişdir. Həmin vaxt yanlarında ikisindən başqa heç kəs olmamışdır. O, Qoşqarı aldadıb aldığı 2500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir, özünü təqsirli bilir və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilimiş Zərərçəkmiş şəxs ifadəsində götərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonunun Qaçaq Kərəm kəndində yaşayır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs ilə ilə Ağstafa şəhəri ərazisində, Dəmiryolu vağzalının yaxınlığında görüşüb söhbət edərkən Vüqara arvadı Məlahəti Ağstafa rayon Regional Mədəniyyət idarəsində xadimə işinə düzəltməsi barədə söhbət etmişlər. Vüqar 2500 manat müqabilində Məlahəti həmin idarədə xadimə işinə düzəldə biləcəyini demiş, o da razılaşmışdır. Bundan 3 gün sonra, 2021-ci ilin iyun ayının dəqiq xatırlamadığı günündə və saatında o, Ağstafa şəhərində, mərkəzi avtovağzalda Vüqarla görüşmüş, sonuncu orada Məlahəti Ağstafa rayon Regional Mədəniyyət idarəsində xadimə işinə düzəldəcəyini bir daha demiş, o da Vüqara danışdıqları kimi 2500 manat pulu vermiş, Vüqar Məlahətin işinin düzələcəyini bildirib pulu ondan almışdır, sonra ayrılmışlar. Vüqara pul verdiyi vaxt yanında heç kəs olmamış, Vüqar da tək olmuşdur. Sonradan Vüqarın onu aldatdığını bilmiş və şikayət eləmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir. 2021-ci ilin iyun ayında Ağstafa rayonu H. Əliyev mərkəzində xadimə işləyən baldızı X1 Ağstafa rayonu Göycəli kənd sakini Təqsirləndirilən şəxs adamları işə düzəltdiyini demiş, Vüqarın mobil nömrəsini vermiş, o da bu barədə həyat əri Qoşqara demiş, 2021-ci ilin iyun ayında Qoşqar ilə Təqsirləndirilən şəxs Ağstafa rayon dəmir yolu vağzalında görüşmüşlər. Qoşqar 2021-ci ilin iyun ayında Tovuz Uni bankdan 2500 manat kredit götürmüş və yaşayış yerindən, ailə tərkibi, sağlamlıq haqqında arayışlar almış, 2021ci ilin iyun ayında Ağstafa avtovağzalında Qoşqar Vüqarla görüşərək orada 2500 manat pulu və sənədləri sonuncuya vermiş, sonradan Vüqar tərəfindən aldadıldıqlarını anlamışlar. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin, Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs CM-in 73-1.1-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış, 05 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-cü maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmış, 12 dekabr 2022-ci il tarixdə cinayət işinin icraatı təzələnmiş, 12 dekabr 2022-ci il tarixdə CPM-nin 53.1.1-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 28 dekabr 2022-ci il tarixdə cinayət işinin icraatı təzələnmiş, 31 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 12 yanvar 2023-ci il tarixdə barəsində axtarış elan edilmiş, cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 13 mart 2023-ci il tarixdə cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək özünü ona elan olunmuş CM-nin 178.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş, müddətin keçməsi ilə əlaqədar həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun həmin cinayət əməlini törətdiyi vaxtdan- 2021ci ilin iyun ayından Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırıldığı 02 ay 01 gün müddət də nəzərə alınmaqla 02 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsi tətbiq edilməli, onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməklə o, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməldir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 43.3, 321.2.1, 321.2.2, 384.1 və Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsi tətbiq edilsin və onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar