Məhkəmə qərarları › İş №1(015)-63/2024

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-63/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-63/2024 16.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci il tarixdə Ağstafa rayonu, Saloğlu qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışları, Azərbaycan Respublikası vətəndaşları X8 və X5 ilə birlikdə Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında N noyabr 2019-cu il tarixdə saat 00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Sadıqlı kənd ərazisində yerləşən 14-cü sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, arvadı X6 ilə birlikdə Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 sentyabr 2020ci il tarixdə, gecə saatlarında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Sadıqlı kənd ərazisində yerləşən 17-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstana təkrarən keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə 05 iyun 2024-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonu Sadıqlı kənd ərazinsində yerləşən 17-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına təkrarən keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa rayonunun Saloğlu qəsəbəsində qeydiyyatda olmuş və orada yaşamışdır. N noyabr 2019cu il tarixdə, saat 00 radələrində tanışları Kamran Bədirov və Zəminə Bukavadze ilə birlikdə Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində qanunsuz olaraq, gizlində Azərbaycan Respublikasından Gürcüstana keçmək istəmiş, lakin sərhədçilər tərəfindən yaxalanmışlar. Bundan başqa, o, 04 sentyabr 2020-ci il tarixdə, gecə saatlarında arvadı Zəranə Bukavazin və 3 azyaşlı uşaqları ilə birlikdə Ağstafa rayonu Sadıqlı kəndi ərazisindən gizlin, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmişlər. Bir müddət orada yaşamışlar, Gürcüstanda olarkən arvadı orada tutulub Azərbaycan Respublikasına deportasiya edilmiş, bir müddət sonra özü də Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq qayıtmaq qərarına gəlmiş, 05 iyun 2024-cü il tarixdə, saat 02 radələrində azyaşlı uşağı ilə birlikdə gizlin şəkildə Gürcüstandan Azərbaycan Respublikası tərəfə keçmiş, sonra da sərhədçilər tərəfindən saxlanılmışdır. Əməllərindən peşmandır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Feruz oğlu ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 17-ci sərhəd zastavasında xidmət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 05 iyun 2024-cü il tarixdə saat 01:45-də sərhəd zastavsı “Silaha” komandasına qaldırıldqdan sonra “Həyacan” qrupunun tərkibində əsgər Şahid4 birlikdə sərhəd pozulannın dövlət sərhədinin pozduğu istiqamətində hərəkət etmişlər, rabitəçi tərəfindən sərhəd pozucularının hərəkət etdiyi istiqamətə yönləndirildikdən sonra sərhəd zastavasının 8-ci sahəsində sərhəd pozucusunun hərəkətini müşahidə etmiş, sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsi təqib etməyə başlamış, sonuncunu və azyaşlı uşağını gizləndikləri yerdən götürüb sərhəd zastavsına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 İsa oğlu da eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid olan Şahid2 Yazbaşı oğlunun ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 05 iyun 2024-cü il tarixdə növbətçi operator xidmətində olarkən saat 01:45-də sərhəd zastavasının sağ cinah 8-ci sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində iki nəfər şəxsin hərəkətlərini müşahidə etmiş, bu barədə rabitə növbətçisinə məruzə etdikdən sonra onların hərəkətlərini müşahdə altında saxlamağa başlamış, sərhəd zastavsı “silaha” komandasına qalxaraq həmin istiqamətdə hərəkət etmiş, təxminən saat 02 radələrində sərhəd pozucuları dövlət sərhəd xəttindən 350-400 məsafədə həyacan qrupu tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişlər. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 02 noyabr 2019-cu il saat 22:00-dan N noyabr 2019-cu il saat 02:30-dək 14-cü sərhəd zastavasının sağ cinahının 8-ci sahəsində “pusqu” sərhəd naryadı xidmətini təşkil etmiş, saat təxminən 00 radələində sərhəd naryadının başçısı əsgər Şahid3 gecə görmə cihazı ilə ərazini müşahidə edərkən onlar olan istiqamətdə qaraltı gəldiyini görmüş, onlar dərhal masqalanmış və həmin qaraltının onlara doğru yaxınlaşmağını gözləmiş, həmin şəxslər onlara yaxınlaşanda “dayan” komandası vermişlər və ümumilikdə 4-ü azyaşlı olmaqla 8 nəfəri saxlamışlar, daha sonra əsgər Şahid3 sərhəd zastavasına rabitə vasitəsilə sərhəd pozucularının saxlanılması ilə bağlı məruzə etmiş və sərhəd zastavsından “həyəcan” qrupu əraziyə gələrək saxlanılanları zastavaya aparmışlar. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin N noyabr 2019-cu il tarixli məktubundan görünür ki, N noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs, X8 və X5 14-cü sərhəd zastavasının 8-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd edərkən saxlanılmışlar. İş materiallarında olan N noyabr 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs, X4 və X1 ərazi N nömrəli hərbi hissənin Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisidir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin N iyun 2024-cü il tarixli məktubundan görünür ki, 05 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 17-ci sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq kedikdən sonra saxlanılmışdır. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış protokolu”ndan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini pozduqdan saonra saxlanıldığı ərazi N nömrəli hərbi hissənin Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 8-ci sahəsidir. Bundan başqa, həmçinin Təqsirləndirilən şəxs 04 sentyabr 2020-ci il tarixdə arvadı X6 ilə birlikdə qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini keçdikləri ərazi N nömrəli hərbi hissənin Ağstafa rayonu Sadıqlı kəndi ərazisində yerləşən 17-ci sərhəd zastavasının 8-ci sahəsidir. İş materiallarında olan DSX ƏABİ-dən daxil olmuş 10 iyun 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə saat 03:20-də 8-ci Sərhəd Dəstəsinin 14-cü sərhəd zastavası, 6-cı sahədə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçməyə cəhd edən 2000-ci il təvəllüdlü X2 pozucusu qismində saxlanılmış, saxlanılmış şəxs araşdırıldıqdan sonra saat 17:25-də valideynlərinə təhvil verilmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixdə saat 23:30-da 8-ci Sərhəd Dəstəsinin 14-cü sərhəd zastavası, 7-ci sahədə Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Təqsirləndirilən şəxs sərhəd pozucusu qismində saxlanılmış, saxlanılan şəxs Ağstafa rayon icra Hakimiyyəti Yanında Yetkinlik Yaşına Çatmayanların işi üzrə komissiyasına təhvil verilmişdir. Bundan başqa, xx.xx.2017-ci il tarixdə, saat 23:45-də 8-ci Sərhəd Dəstəsinin 14-cü sərhəd zastavası, 8-ci sahədə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində hərəkət edən 3 nəfər sərhəd pozucusu saxlanılmış, sərhəd pozucularından biri özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, daha sonra həmin şəxs Ağstafa RPŞ-yə təhvil verilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixdə, saat 00:20-də 8-ci Sərhəd Dəstəsinin 14-cü sərhəd zastavasının 8-ci sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər sərhəd pozucusu qismində saxlanılmışdır. Araşdırma zamanı saxlanılan şəxslər xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2000-ci il təvəllüdlü X8 və xx.xx.1998-ci il təvəllüdlü X5 olmaları məlum olub. Saxlanılan şəxslər xx.xx.2019-cu il tarixdə DSX İTl-nə təhvil verilmişdir. İş materiallarında olan İAMAS-dan edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 30 avqust 2018-ci ildə C01428767 nömrəli pasportu ilə Gürcüstandan Azərbaycan Respublikasına keçmiş və bir daha Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən Azərbaycan Respublikasından rəsmi qayda çıxış etməmişdir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 4374 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda ittiham edildiyi cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, hər hansı psixi xəstəlik aşkar olunmur. İş materiallarından görünür ki, 01 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmiş, 02 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin ibtidai araşdırma prosesində zəruri istintaq hərkətləri və əməliyyat tədbirləri həyata keçirilməsinə baxmayaraq istintaqdan gizləndiyi üçün ona ittiham elan edilməmiş, 02 iyul 2020-ci il tarixdə barəsində axtarış elan edilməklə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığından N iyun 2024-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 gün tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işinin materiallarından X8, X5 və X6 barələrində 10 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29, 318.2 və 318.2-ci maddələri ilə başqa cinayət işi ayrılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları var. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 29,318.2 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, CM-nin 29,318.2 və 318.2-ci maddələrii ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himaysəində azyaşlı uşaqları olmasını, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun tutulduğu 01 gün müddət təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddət ona təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun cəzaçəkmə müddətinin sonuna qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu (məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar