Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-64/2023 12.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olmaqla və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1999-cu ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Qırılı kəndində qeydiyyatda olmaqla və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağstafa rayonu Yeni Poylu stansiyası ərazisində yerləşən, "xxxx" QSC İnfrastruktur Departamenti Yol xidmətinin 7 nömrəli yol sahəsinin Ağstafa-Qazax mənzilinin 4-cü km-də PK 7, 8, 9-da "xxxx" QSC-ə məxsus, ümumi dəyəri 114,70 manat dəyərində yarım-yararlı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığını sökərək çıxarıb kənara yığdıqları vaxt gözlənilmədən tanımadığı şəxsin yanlarına gəlib onlardan "xxxx" QSC-in fəhlələri olubolmamalarını və orada nə etdiklərini, nə üçün dəmir yoluna məxsus əşyaları çıxarıb kənara atdıqlarını soruşduğu üçün əməllərinin üstünün açılacağından qorxub talamaya yönəlmiş hərəkətlərini dayandıraraq hadisə yerindən qaçdıqlarından öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağstafa rayonu Yeni Poylu stansiyası ərazisində yerləşən, "xxxx" QSC İnfrastruktur Departamenti Yol xidmətinin 7 nömrəli yol sahəsinin Ağstafa-Qazax mənzilinin 4-cü km-də PK 7, 8, 9-da "xxxx" QSC-ə məxsus, ümumi dəyəri 114,70 manat dəyərində yarım-yararlı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığını sökərək çıxarıb kənara yığdıqları vaxt gözlənilmədən tanımadığı şəxsin yanlarına gəlib onlardan "xxxx" QSC-in fəhlələri olubolmamalarını və orada nə etdiklərini, nə üçün dəmir yoluna məxsus əşyaları çıxarıb kənara atdıqlarını soruşduğu üçün əməllərinin üstünün açılacağından qorxub talamaya yönəlmiş hərəkətlərini dayandıraraq hadisə yerindən qaçdıqlarından öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Vurğun qəsəbəsində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. 28 sentyabr 2022-ci il tarixdə saat 17:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə pulları olmadığı üçün birlikdə “komendatura” deyilən yerə gedib oradan dəmir toplamaq məqsədi ilə yola düşmüşlər. Onlar bəzən boş vaxtlarında dəmir tullantılar yığıb satdıqları üçün özləri ilə çəkic də götürmüşlər. Həmin gün, saat 18 radələrində dəmir yolu ilə gedən zaman, orada dəmir mismarlar, lapa olduğunu görmüşlər. Həmin mismarları və digər dəmirləri söküb satmaq qərarına gəlmiş, onları sökməyə başlamışlar. Bu vaxt yanlarına bir nəfər şəxs yaxınlaşıb onlardan dəmir yolunda fəhlə olub olmadıqlarını, nə üçün dəmir yoluna məxsus əşyaları söküb kənara yığdıqlarını soruşmuş, onlar dəmir yolu işçiləri olmadıqlarını demiş, tutulacaqlarından qorxduqları üçün çıxarmış olduqları əşyaları ora tullayıb, işlərini də yarımçıq qoyub həmin yerdən uzaqlaşmışlar. Əməlindən peşimandır. Dəmiryoluna dəymiş ziyan ödənilmişdir, himayəsində azyaşlı uşağı var, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonunun Qırlı kəndində yaşayır. Digər Təqsirləndirilən şəxs1 tanışdır, onunla münasibətləri yaxşıdır. Rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğuldur, bəzən əkin sahələrində işləyir, bəzən dəmir yığıb satır. 28 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1la birlikdə dəmir yığmaq üçün dəmiryolu ərazisinə getmişlər. Dəmir yolunun kənarında yığılmış dəmirlərin olduğunu görüb oradan 4 ədəd rels altlığı və mismarları özləri ilə aparmış olduqlar 01 ədəd çəkiclə sökmüşlər. Bu vaxt tanımadıqları bir nəfər onlara yaxınlaşmış, dəmiryolunda fəhlə işləyib işləmədiklərini və dəmirləri niyə sökdüklərini soruşmuş, onlar da tutulmaqdan qorxaraq çıxarmış olduqları dəmirləri götürmədən oradan uzaqlaşıb getmişlər. Sonradan polis əməkdaşları onları saxlamışlar. Hazırda əməlindən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan ödənilmişdir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş hüquqi şəxs - "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, "xxxx" QSC-nin, İnfrastruktur departamentinin, Yol Xidmətinin 6 nömrəli Gəncə Yol sahəsində mühasib işləyir. "xxxx" QSC tərəfindən hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində prosesdə iştirak etmək ona həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağstafa- Qazax mənzilinin 4 km pk, 7, 8, 9-da "xxxx" QSC-yə məxsus yarım-yararlı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipıi rels altlığı oğurlanmasına cəhd edilmiş və hadisə nəticəsində "xxxx" QSCyə 114,70 manat dəyərində maddi ziyan dəymişdir. Belə ki, adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 və Ələkbərov X2-Qazax mənzilinin 4 km pk, 7, 8, 9-da adıçəkilən QSC-yə məxsus yarım-yararlı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D- 50 tipıi rels altlığı sökmələri nəticəsində müvəqqəti olaraq qatarların hərəkətinə maneəçilik törətmişdirlər. Tərəflərindən qeyd edilən ərazidə yaranmış qatar gecikmələrini və digər problemləri aradan qaldırmaq üçün təxirəsalınmaz təmir-bərpa işlər görülmüş və sökülərək dəmir yolu xəttinin kənarına yığılmış əşyaların əvəzinə həmin yerlərə lazımi avadanlıqlar bərpa edilmiş və bununlada yaranmış qatar gecikmələri aradan qaldırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə st. XPŞ-nin, Ağstafa XPB-nin, PPXM-nin manqa komandiri işləyir, polis baş serjantıdır. Hazırki hadisənin baş vermə zamanı uzun müddət keçdiyinə görə tam yadında deyil. Həmin gün, Dəmir yolu ərazisindən oğurluq olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında axşam tərəfi saat 18 radələrində polis əməkdaşı ilə qeyd olunan yerə getmiş, lakin oğurluq etmək istəyən şəxsləri tapa bilməmişlər. Şəxslərin əlamətləri deyildiyinə görə Ağstafa şəhərində, RİH-nin inzibati binasına gedən yolda, binaların yanında həmin şəxsləri- sonradan adlarını bildikləri Ülvi Kərimovu və Təqsirləndirilən şəxs1 saxlamışlar. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Ağstafa rayonu, Yeni Poylu qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. "xxxx" QSC-in, Ağstafa Dəmir yolu stansiyasında növbətçı vəzifəsində işləyir. 28 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində işə getmək üçün yaşadığı evdən Ağstafa stansiyasına gedərkən Yeni Poylu stansiyasının yanından piyada keçən zaman sonradan şəxsiyyətləri ona məlum olan Ülvi Kərimov və Təqsirləndirilən şəxs1 əllərində olan çəkiclə dəmir yolu xəttinə aid əmlakları sökdüklərinin şahidi olmuş, dayanıb baxanda onların əllərində olan taxta saplı çəkiclə vurub işlək dəmir yolu xəttinin altından 7 nömrəli Ağstafa yol sahəsinin R-50 tipli əksqaçıcı, yol mıxı, D-50 tipli rels altlıqlarını çıxarıb bir yerə yığaraq irəlilədiklərini görmüşdür. Elə həmin vaxt o Ülvü və Samirə yaxınlaşıb “Azərbaycan Dəmir Yolları“ QSC-in əməkdaşı olub olmadıqlarını, nə üçün dəmir oluna aid rels altlığı, yol mıxı və əksqaçıcıları sökdüklərini soruşduqda həmin şəxslər əllərində olan çəkici yerə ataraq həmin ərazidən qaçaraq uzaqlaşmışdırlar. O, mobil telefon vasitəsilə "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 7 nömrəli Ağstafa yol sahəsinin əməkdaşlarına hadisə barədə şifahi məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Samir və Ülvi "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 7 nömrəli Ağstafa yol sahəsinin Ağstafa-Qazax mənzilinin 4-cü km-dən PK 7-8-9-dan 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığı oğurlamağa cəhd etmişdirlər. İş materiallarında olan məhkəmə-əmtəəşünalıq ekpertizasının xx.xx.2022-ci il tarixli 9/8700 nömrəli rəyindən görünür ki, "xxxx" (ADY) QSC tərəfindən tərtib edilmiş məktubdan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilən malların yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla ümumi dəyəri təxminən 114,70 manat müəyyən edilir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Ağstafa Rayon Məhkəməsinin həmin tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə uyğun olaraq cərimə cəzası yüngülləşdirilmiş və üzərində qəti 2000 manat məbləğində cərimə cəzası saxlanılmış, Ağstafa rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cərimə cəzasının ödənilməmiş qalan 1765 manatlıq hissəsi 360 saat ictimai işlər cəzası ilə əvəz olunmuşdur. Ağstafa rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 75529/2019 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 360 saat ictimai işlər cəzasını çəkib qurtardığı üçün xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri "xxxx" QSC-in İnfrastruktur Departamenti Yol xidmətinin 7 nömrəli Ağstafa yol sahəsinin Ağstafa-Qazax mənzilinin 4-cü km-dən PK 7-8- 9 ərazisidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 gün tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Dəmir Yoluna dəymiş ziyan ödənilib, onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs1 səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını və onunla barışmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını və onunla barışmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduqları 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onların yaşayış yerini saat 22:00dan saat 06:00-dək tərk etmələrinə və yaşadıqları Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, üzərlərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadıqları Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərlərinə yaşadıqları ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs-"xxxx" QSC-nin nümayəndəsi Nümayəndə təhvil verilmiş "xxxx" QSC-nə məxsus yarım-yaralı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığı "xxxx" QSC-nin istifadəsində saxlanılmalı, 01 ədəd çəkic məhv edilməli, məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul S. Ələkbərov və Ü. Kərimovdan müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3- 2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3- 2-ci maddələri təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs-"xxxx" QSC-nin nümayəndəsi Nümayəndə təhvil verilmiş "xxxx" QSC-nə məxsus yarım-yaralı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığı "xxxx" QSC-nin istifadəsində saxlanılsın. 01 ədəd çəkic məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-64/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-64/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver