Məhkəmə qərarları › İş №1(015)-65/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-65/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-65/2023 14.09.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X1 iştirakları ilə xx.xx.1985-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 03 aprel N23-cü il tarixdə saat 23:40 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Ağstafa rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o N dekabr N22-ci il tarixdə qanuni yolla Bakı-İstanbul reysli dövlət sərhədini keçərək işləmək məqsədilə Türkiyə Respublikasına getmiş orada təxminən 25 gün qaldıqdan sonra işlərii alınmadığı üçün 16 yanvar N23-cü il tarixdə rəsmi qaydada İstanbul-Tbiisi marşrutu ilə hərəkət edən avtobusla Gürcüstana gəlmiş. Gürcüstana gəlməyində məqsəd oradan avtomobil alaraq həmin avtomobillə rəsmi qaydada Azərbaycan Respublikasına qayıdıb taksi fəaliyyəti ilə məşqul olmaq olmuşdur Gürcüstanın Bolinis şəhərində Faiq adlı dostugilə getmiş, orada olduğu müddətdə Bakıdan tanıdığı avtobıl alveri ilə məşğul olan tanışları Məhərrəm və Rafiq adlı şəxslərlə əlaqə saxlıyaraq onlara Gürcüstandada olduğunu və maşın almaq istədiyimi bildirmiş, sonunclar 28 yanvar N23-cü il tanxdə Gürcüstana gələcəklənni və orada ona maşın almaqda köməklik edəcəklərini bildirmişlər. 28 yanvar N23-cü il tanxdə Məhərrəm ilə Rafiq Gürcüstana gələrək onunla əlaqə saxlamışlar, 29 yanvar N23-cü il tarixdə Gürcüstanın Muğanlı kəndində bəyəndiyi avtomobilə baxdıqdan sonra sənədləşdirmə işlərini həll eləmək üçün Tibilisi şəhərinə getmişlər. Məhərrəm və Rafiq ondan 5000 ABŞ dolları pulunu və pasportunu götürdükdən sonra notarius binasına daxil olmuş, sonradan digər qapıdan çıxaraq telefonlarını söndürüb oradan getmişlər. Onun Məhərrəm və Rafiqin digər qapıdan çıxıb getmələrindən əvvəlcə xəbəri olmamışdır. Təxminən 10 dəqiqə notarius yerləşən binanın qarşısında gözlədikdən sonra onların gəlmədiyini görüb binaya daxil olmuş, binanın digər çıxışı olduğunu bilmiş, aldadıldığını analmışdır. Bununla bağlı yerli polis orqanlarına müraciət etmiş, polis araşdırma aparan müddət ərzində təxminən 2 ay ərzində Faiq adlı dostunun evində qalmış, müddətin uzandığını görüb və hər hansı bır müsbət nəticə olmadığına görə artıq Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, pasportu Məhərrəm və Rafiq tərəfindən oğurlandığından Azərbaycan Respublikasına rəsmi qaydada qayıtmaq üçün Gürcüstanda yerləşən Azərbaycan Respublikasının Səfirliyinə müraciət etmiş, orada ona hal-hazırda Gürcüstan hüquq-mühafizə orqanlarında şikayət ərazisi olduğunu və yalnız şikayət ərizəsini geri götürdüyü halda “Qayıdış Şəhadətnaməsi” vermək mümkün olduğunu bildirmişlər. O da şikayət ərizəsini geri götürmək istəmədiyindən qeyri-qanuni yolla Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, “GOOGLE MAPS" proqramı ilə sərhədi keçəcəyi istiqaməti müəyyənləşdirmişdir. xx.xx.N23-cü il tarixdə, günorta saatlarında taksi ilə Tibilisi şəhərindən Qardabani rayonununun Nazarlı kəndinə gəlmiş, orada kafedə oturub yemək yedikdən sonra, taksi ilə Nazarlı kəndindən Vaxtanqisi kəndinə gəlmiş, saat 23:40 radələrində dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası ərazisinə təkbaşına keçmiş, sonra da sərhədçilər tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışdır. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının rəisi, baş leytenant vəzifəsində xidmət edir. 03 aprel N23-cü il tarixdə, saat 23:N radələrində bir nəfər şübhəli şəxsin sərhəd zastavasının sağ cinah 3-cü sahəsində sərhəd xətti istiqamətindən 1-ci sahə istiqamətində Azərbaycan Respublikasına tərəf hərəkət etdiyini kamera vasitəsi ilə müşahidə etmiş, həmin gün, saat 23:40 radələrində sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra onu saxlamış, sərhəd zastavasına aparmışlar. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan DSX-nin N №-li hərbi hissə komandirinin N aprel N23-cü il tarixli məktubunda göstərilir ki, xx.xx.N23-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş Təqsirləndirilən şəxs saxlanılmışdır. İş materiallarında olan İAMAS-dan edilmiş çıxarışlardan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs N16-N22-ci il tarixdə dövlət sərhədindən rəsmi qaydada bir neçə halda giriş-çıxış etmişdir. Sonuncu dəfə xx.xx.N22-ci il tarixdə Heydər Əliyev BA DSB-dan Azərbaycan Respublikasından çıxışı qeydə alınmışdır. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Bİnəqədi rayon Məhkəməsinin xx.xx.N10-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.N12-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materailarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 01 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N12-ci il təvəllüdlü Gülzadə İsmayılova və xx.xx.N13-cü il təvəllüdlü Rüzgar İsmayılov adlı uşaqları var. Beləliklə, məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun N03-cü il tarixli 04 saylı qərarının 1-ci bəndinə uyğun olaraq məhkəmələrə izah edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 1000 (bir min) manata endirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Hökm elan olunduğu (məhkuma hökmün surəti verildiyi) andan N (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, N günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar