Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-67/2023 01.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Ağstafa rayonununda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa şəhəri Ağamalıoğlu küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, tamah niyyəti ilə, 16 mart 2023-cü il tarixdə saat 20 radələrində Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən yaşadığı evin həyətindəki, saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, tövlədən 01 (bir) baş, dişi, qulağı kürə formalı, yerli cins, 18 kiloqram çəkidə, 6 aylıq, 210 (iki yüz on) manat qiyməti olan quzunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 210 (iki yüz on) manatlıq maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 16 mart 2023-cü il tarixdə, saat 20 radələrində “ciyər axşamı” deyilən mərasimə gedərkən Ağstafa rayonu, Qaçaq Kərəm kəndində, sonradan adının İham Nağıyev olmasını bildiyi şəxsin evinin həyətinin yanından keçəndə setkanın içərisində quzu olmasını görmüş, quzunu oğurlamaq qərarına gəlmiş, ətrafa nəzər salıb heç kəsin onu görmədiyinə əmin olduqdan sonra ətrafdakı ağacın budaqlı yarpağından dərib quzunu özünə tərəf yemləmək məqsədi ilə çəkmiş, quzu yaxınlaşıb yarpağı yemək istədikdə setkanın içindən çıxarıb qucağında oradan uzaqlaşmış, oradan “Kəsəmən market”ə gedərək “0066” taksi firmasına zəng edərək, həmin taksi ilə quzunu Qazax şəhərinə aparmış, lakin orada quzunu sata bilməmişdir. Qazaxda “Göy bina” adlanan ərazidə Ağstafadan “Miriş” kimi tanıdığı şəxsi görmüş, Mirişə əgər Ağstafa şəhərinə qayıdacaqsa onunla birlikdə getməsini bildirmiş, Miriş ondan heyvanın kimin olduğunu soruşduqda ona heyvanın özünün olduğunu, qəssəba satmaq üçün gətirdiyini, lakin qəssabın işdə olmadığını və nömrəsini də bilmədiyini demiş, daha sonra taksiyə yaxınlaşmış, taksi sürücüsü 15 manata onları aparmağa razı olmuş, quzunu maşının baqajına qoyaraq tanışı Vəfa adlı şəxsin evinə getmiş, orada quzunu 80 manata Vəfaya satmış, Vəfa quzunun oğurluq olmasını bilməmiş, Vəfagildən çıxıb taksi ilə Qazax şəhərinə gedərək orada borclu olduğu şəxsə borcunu vermiş, daha sonra təkrar Ağstafa şəhərinə qayıtmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona vurduğu ziyanı ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Atası azadlıqdan məhrum etmə növündə cəza çəkir, anası ağır xəstədir, ailə vəziyyətləri olduqca ağırdır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Qaçaq Kərəm kəndində yaşayır. Özünə məxsus bir baş qoyunu və bir baş quzusu vardır. Həmin xırda buynuzlu heyvanlarını yaşadığı evin həyətində yerləşən tövlədə saxlayır. O, hər gün səhər saat 09 radələrində qoyunu və quzunu tövlədən çıxarıb tövlənin qarşısında həyətdə hər tərəfi setka ilə əhatə olunmuş yerə salmış, həmin yerdə heyvanlara ot və buğda töküb yemləmişdir. Axşam saatlarına kimi heyvanlar ətrafı dəmir setka ilə əhatə olunmuş yerdə olmuşlar. Həmin setkalı yerin dəmirdən və setkadan ibarət qapısı da həmişə bağlı olmuşdur. 16 mart 2023-cü il tarixdə saat 09 radələrində həmişəki kimi qoyunu və quzunu tövlədən çıxarıb tövlənin qarşısında yerləşən ətrafı setkalı yerə salmış, axşam saat 19-20 radələrində də heyvanları tövləyə salıb qapısını bağlamışdır. Səhəri gün, 17 mart 2023-cü il tarixdə saat 09 radələrində yuxudan oyandıqdan sonra gedib tövlənin qapısını açmışdır ki, xırdabuynuzlu heyvanlarını setkalı yerə çıxarsın. Tövlənin qapısını açdıqda tövlədə yalnız 01 baş qoyunun olduğunu, quzunun yerində olmadığını görmüş, evinin həyətyanı bağ sahəsini, qonşu bağların sahələrini axtarmış, lakin quzunu tapa bilməyib evə qayıtmışdır. Bundan sonra Ağstafa RPŞ-nə gedib 01 baş quzunun oğurlanması barədə şikayət etmişdir. Sonradan quzunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını polislər ona demişlər. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, dəymiş ziyanı ödədiyi üçün təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. 16 mart 2023-cü il tarixdə axşam saat 22 raddələrində Miriş adlı şəxs ona zəng vurmuş, vağzaldan onu Qazax şəhərinə aparmış, Qazax şəhərinə çatanda Azərin də orda olmasını, əlində quzu olduğunu görmüş, Azər onu Ağstafa şəhərinə aparmağını istəmiş, o, əvvəlcə Azərdən şübhələndiyi üçün razılaşmamış, Azər ona narahat olmamağını, quzunu onlarla birlikdə aparmaq lazım olduğunu, sonra onları qaytaracağını bildirmiş, Azərlə razılaşmış, oradan Ağstafa şəhərinə- Vəfagilin evinə gəlmiş, yolüstü Mirişi düşürmüşlər. Azər quzunu Vəfagilə verdikdən sonra onu Qazaxa qaytarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Ağstafa şəhəri Dəmir yolu binası ev 7-də yaşayır. Rəsmi olaraq heç bir erdə işləmir, fərdi əməklə məşğul olur. Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Zərərçəkmiş şəxs tanımır. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçiliyi, ədavəti olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, 16 mart 2023-cü il tarixdə təxminən saat 22 radələrində Azər ona zəng edərək demişdir ki, anası xəstədir, müalicəyə ehtiyacı var, lakin iynə-dərman almağa pulları yoxdur. Pula ehtiyacları olduğu üçün evlərində saxladığı bir baş quzunu satmaq istəyir. Azər ondan xahiş etmişdir ki, həmin quzunu alsın. Novruz bayramı ərəfəsi olduğu üçün quzunu almaq istəmiş, Azərə demişdir ki, quzunu gətirsin baxsın, xoşuna gəlsə alar. Bir qədər sonra Azər əvvəllər tanıdığı Aydın adlı şəxsin taksi avtomobili ilə yaşadığı binanın həyətinə gəlmiş, pəncərədən baxıb Azərə quzunu göstərməsini bildirmişdir. Azər də avtomobilin yük yerini açıb quzunu ona göstərmişdir. O, quzuya baxıb bəyənmiş və Azərə 70 manat pul verəcəyini bildirmişdir. Azər də 80 manat pul verməyini xahiş etmişdir. O da pulun onun anasının müalicəsinə lazım olduğuna inandığı üçün razılaşmış və binanın həyətinə düşüb Azərə 80 manat pul verib quzunu almışdır. Binanın həyətində özünə məxsus balaca damı var. Azərdən xahiş etmişdir ki, quzunu gətirib dama salsın. Azər də quzunu avtomobilin yük yerindən düşürüb dama salmışdır. Bundan sonra Azər Aydının avtomobilinə əyləşib çıxıb getmişdir. Təxminən bir-iki gündən sonra quzunu kəsdirmiş, quzunun təxminən 17-18 kiloqram əti gəlmişdir. Müəyyən müddət ərzində həmin ətin hamısını istifadə edib yemək bişirmişdir. Ona sonradan məlum olmuşdur ki, Azər ona satdığı quzunu oğurlamışdır. O, quzunu Azərdən alanda onun oğurluq olduğunu bilməmişdir. Azər quzunun özlərinə məxsus olduğunu, anasının müalicəsi üçün iynədərmana pul lazım olduğu üçün satdığını demiş, o da inanmışdır. Əgər quzunun oğurluq olduğunu əvvəlcədən bilsəymiş, quzunu Azərdən almazmış. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan göründüyü kimi, Zərərçəkmiş şəxs yaşadığı Ağstafa rayonu, Qaçaq Kərəm kəndində yerləşən evinin həyətində yerləşən tövlədən bir baş quzu oğurlanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 iyun 2023-cü il tarixli 9/3632 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş yerli cins, 18 kq çəkidə 6 aylıq quzunun 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160,00 manat müəyyən edilir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağstafa rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş, o, məhkəmə iclas zalından həbs edilmişdir, həmin vaxtdan həbsdə saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 2-ci Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş Nazirinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs oğurladığı 01 baş quzunun qiyməti barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Zərərçəkmiş şəxs isə ibtidai istintaq zamanı verdiyi ifadəsində onun oğurlanmış quzusunun 210 manat qiymətində olmasını göstərmiş, ittiham tərəfi qeyd olunan quzunun qiymətinin 210 manat olması barədə zərərçəkmiş şəxsin ifadəsinə istinad etsə də, cinayət işinin materiallarında talanmış əmlakın qiyməti barədə ekspert rəyindən başqa hansısa digər sübut mövcud deyildir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndində qeyd edilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən oğurlanmış 01 baş quzunun orta bazar qiyməti 160 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, talanmış 01 baş quzunun qiyməti barədə məlumat olmadığından, talanmış əmlakın qiyməti ekspert rəyi ilə 160 manat müəyyən edildiyindən Təqsirləndirilən şəxs talamış olduğu 01 baş quzunun qiyməti 210 manat deyil, 160 manat kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs, onun zərərçəkmiş şəxsin yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, tövlədən 01 baş quzunu gizli yolla talaması ittihamı ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin quzunu zərərçəkmiş şəxsin həyətinə girmədən setkanın ətrafındakı ağacın budaqlı yarpağından dərib quzunu özünə tərəf yemləmək məqsədi ilə çəkmiş, quzu yaxınlaşıb yarpağı yemək istədikdə setkanın içindən çıxarıb qucağında oradan uzaqlaşmışdır. Bununla da onun əməlinin CM-nin 177.2.3-cü maddəsi ilə tövsüf olunması ilə razılaşmır. Həmin hala “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında hüquqi qiymət verilmişdir. Belə ki, Həmin Qərarın 19-cu bəndində qeyd olunmuşdur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Göründüyü kimi “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” dedikdə həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər başa düşülür. Yuxarıdakılara əsasən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, 16 mart 2023-cü il tarixdə saat 20 radələrində Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Zərərçəkmiş şəxs həmin kənddə yerləşən yaşadığı evin həyətindəki, saxlanc yeri hesab edilən tövlədə olan bir baş quzunu müxtəlif üsul və vasitələrlə oradan qanunsuz olaraq çıxarmaqla gizli yolla talayaraq Zərərçəkmiş şəxs 160 (bir yüz altmış) manatlıq maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 177.2.3 maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hal, onun habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və ondan şikayət və tələbinin olmamasını, qardaşının “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini yüngülləşdirən hal kimi, həmçinin vurulmuş ziyanın məbləğinin az olmasını, əməlindən peşiman olub ziyanı ödəyib zərərçəkmişdən üzr istəməsi kimi davranış nümayiş etdirməsini müstəsna hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. İşin hallarına əsasən məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 65.3cü maddəsinə əsasən həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin edilməsi məqsədə müvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-67/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-67/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver