Məhkəmə qərarları › İş №1(015)-68/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-68/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-68/2023 01.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6, Mahendran Akilan və Təqsirləndirilən şəxs5, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi3, tərcüməçi X8 iştirakları ilə 15 fevral 1990-cı il tarixdə X10 Respublikasında anadan olmuş, X10 Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, X10 Respublikasının Danon şəhərində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Nagarkoti Sumitranın, xx xxxxxxxx 1973-cü il tarixdə X10 Respublikasında anadan olmuş, X10 Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, X10 Respublikasının Danon şəhərində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PXnin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxx 1987-ci il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikasında anadan olmuş, Şri- Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, natamam ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Şri-Lanka Demokratik Sosialist Respublikasında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan X4 xx xxxxx 1993-cü il tarixdə Şri-Lanka Demokratik Sosialist Respublikasında anadan olmuş, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Şri- Lanka Demokratik Sosialist Respublikasında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Mahendran Akilanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə və xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci, 29, 318.2-ci və 318- 1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Nagarkoti Sumitra qanunla müəyyən edilmiş qaydada Türkiyə Respublikasına gedə bilmədiyindən, qanunsuz yolla Gürcüstandan keçib Türkiyə Respublikasına getmək məqsədi ilə X10 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X6 və Mahendran Akilan ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsiyyəti istintaqa Racuxan adı ilə məlum olan X10 Respublikası vətəndaşı, şəxsiyyəti istintaqa Hüseyn adı ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 və qeyriləri ilə cinayət əlaqəsinə girərək sonuncuların onları Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçmələrinə köməklik edəcəyini qabaqcadan vəd etdikdən sonra aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, Təqsirləndirilən şəxs2, X7 və Mahendran Akılan ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2023-cü il tarixdə Ağstafa rayonuna gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs5 onlara istiqamət göstərməklə qabaqcadan vəd etməklə göstərdiyi köməkliyi və vasitəçiliyi ilə 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının 12-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Türkiyə Respublikasına gedə bilmədiyindən, qanunsuz yolla Gürcüstandan keçib Türkiyə Respublikasına getmək məqsədi ilə X10 Respublikası vətəndaşı Nagarkoti Sumitra, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X6 və Mahendran Akilan ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsiyyəti istintaqa Racuxan adı ilə məlum olan X10 Respublikası vətəndaşı, şəxsiyyəti istintaqa Hüseyn adı ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 və qeyriləri ilə cinayət əlaqəsinə girərək sonuncuların onları Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçmələrinə köməklik edəcəyini qabaqcadan vəd etdikdən sonra aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, Nagarkoti Sumitra, X6 və Mahendran Akilan ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2023-cü il tarixdə Ağstafa rayonuna gəlmiş, bundan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 onlara istiqamət göstərməklə qabaqcadan vəd etməklə göstərdiyi köməkliyi və vasitəçiliyi ilə 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının 12-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. X1 müəyyən edilmiş qaydada Türkiyə Respublikasına gedə bilmədiyindən, qanunsuz yolla Gürcüstandan keçib Türkiyə Respublikasına getmək məqsədi ilə X10 Respublikası vətəndaşları Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, Şri- Lanka Demokratik Sosialist Respublikası vətəndaşı Mahendran Akilan ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsiyyəti istintaqa Racuxan adı ilə məlum olan X10 Respublikası vətəndaşı, şəxsiyyəti istintaqa Hüseyn adı ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 və qeyriləri ilə cinayət əlaqəsinə girərək sonuncuların onları Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçmələrinə köməklik edəcəyini qabaqcadan vəd etdikdən sonra aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2 və Mahendran Akilan ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2023-cü il tarixdə Ağstafa rayonuna gəlmiş, bundan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 onlara istiqamət göstərməklə qabaqcadan vəd etməklə göstərdiyi köməkliyi və vasitəçiliyi ilə 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının 12-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Mahendran Akilan qanunla müəyyən edilmiş qaydada Türkiyə Respublikasına gedə bilmədiyindən, qanunsuz yolla Gürcüstandan keçib Türkiyə Respublikasına getmək məqsədi ilə X10 Respublikası vətəndaşları Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, şəxsiyyəti istintaqa Racuxan adı ilə məlum olan X10 Respublikası vətəndaşı, şəxsiyyəti istintaqa Hüseyn adı ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 və qeyriləri ilə cinayət əlaqəsinə girərək sonuncuların onları Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçmələrinə köməklik edəcəyini qabaqcadan vəd etdikdən sonra aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, o, Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2 və X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2023-cü il tarixdə Ağstafa rayonuna gəlmiş, bundan sonra Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 onlara istiqamət göstərməklə qabaqcadan vəd etməklə göstərdiyi köməkliyi və vasitəçiliyi ilə 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 16-cı sərhəd zastavasının 12-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs5 tamah məqsədilə şəxsiyyət istintaqa Hüseyn, Racuxan, Rəşid adları ilə məlum olan şəxs və qeyriləri ilə X10 Respublikası vətəndaşları Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X6, Mahendran Akilanın Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstan ərazisinə qəsdən qanunsuz olaraq keçmələrinə öz məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmək və onları Ağstafa rayonu, Sadıxlı kəndinə aparmaq barədə qabaqcadan vəd etməklə həmin cinayətdə köməkçi qismində iştirakçılıqla bağlı razılıq əldə edib cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6, Mahendran Akilanın Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından Gürcüstan ərazisinə qanunsuz keçmələrinə dair qabaqcadan vəd edilmiş köməkliyə əsasən sonuncuları 05 aprel 2023-cü il tarixdə Bakı şəhərində qarşılayıb Ağstafa rayonuna aparmaqla ölkədən qanunsuz getmələrini təşkil etmiş (qanunsuz miqrasiyanı təşkil etmiş), Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6, Mahendran Akilan 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz keçməyə cəhd edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs Nagarkoti Sumitra Azərbaycan Respublikası CМ-nin 29, 318.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşdır. O, qardaşı ilə birlikdə Avropa ölkələrində işləyib pul qazanmaq üçün xx.xx.2023-cü il tarixdə Dubay-Bakı avareysi ilə Azərbaycan Respublikasına gəlmiş, saxlanılmasından təxminən 4-5 gün əvvəl “28 May” metrostansiyası yaxınlığında Racuxan adlı şəxslə tanış olmuş, həmin şəxslə söhbət zamanı sonuncuya qardaşı ilə birlikdə Türkiyə Respublikasına işləmək üçün getmək istədiklərini, lakin viza ala bilmədiklərini demişlər, Racuxan ona və qardaşına bu işdə köməklik edə biləcəyini bildirmiş, bunun üçün onlara Gürcüstana qanunsuz yolla getmələrində köməklik edəcəyini, Gürcüstanda tanışları vasitəsilə Türkiyə Respublikasına getmələri üçün viza hazırlatdıracağını demiş və edəcəyi köməkliyin qarşılığında 500 ABŞ dolları pul istəmiş, onlar təkliflə razılaşdıqdan sonra 05 aprel 2023-cü il tarixdə, günorta saatlarında Racuxanın tanışı olan Nadir adlı şəxs qardaşı ilə onu Xətai metrostansiyasının yaxınlığından avtomaşınına mindirmiş və onlar birlikdə Bakı şəhərindən Ağstafa rayonu istiqamətində qardaşı Təqsirləndirilən şəxs2 və 2 nəfər Şri-Lanka vətəndaşı ilə birlikdə yola düşmüşlər. Həmin gün, saat 23 radələrində Ağstafa rayonuna çatmışlar. Bir qədər getdikdən sonra Nadir adlı şəxs avtomobili saxlayıb onlara Azərbaycan Respublikası ilə Gürcüstanın sərhədində avtomobildən düşmələrini bildirmiş və onları orada qoyub avtomobilinə əyləşib geri qayıtmışdır. Onlar həmin ərazidə bir qədər hərəkət etmiş, 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Hal-hazırda əməlindən peşmandır. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Nagarkoti Sumitra ögey bacısıdır. Bacısı ilə birlikdə Avropa ölkələrində işləyib pul qazanmaq üçün xx.xx.2023-cü il tarixdə Dubay-Bakı avareysi ilə Azərbaycan Respublikasına gəlmişdir. Saxlanılmasından təxminən 4-5 gün əvvəl “28 May” metrostansiyası yaxınlığında Racuxan adlı şəxslə tanış olmuş, həmin şəxslə söhbət zamanı sonuncuya bacısı ilə birlikdə Türkiyə Respublikasına işləmək üçün getmək istədiklərini, lakin viza ala bilmədiklərini demiş, Racuxan ona və bacısına bu işdə köməklik edə biləcəyini, bunun üçün onlara Gürcüstana qanunsuz yolla getmələrində köməklik edəcəyini, Gürcüstanda tanışları vasitəsilə Türkiyə Respublikasına getmələri üçün viza hazırlatdıracağını bildirmiş və edəcəyi köməkliyin qarşılığında 500 ABŞ dolları pul istəmişdir. O və bacısı razılaşdıqdan sonra 05 aprel 2023-cü il tarixdə, günorta saatlarında Racuxanın tanışı olan Nadir adlı şəxs onları avtomaşınına mindirmiş və onlar birlikdə Bakı şəhərindən Ağstafa rayonu istiqamətində 2 nəfər Şri-Lanka vətəndaşı ilə birlikdə yola düşmüşlər. Həmin gün, saat 23 radələrində Ağstafa rayonuna çatmışlar. Bir qədər getdikdən sonra Nadir avtomobili saxlayıb onlara Azərbaycan Respublikası ilə Gürcüstanın sərhədində avtomobildən düşmələrini bildirmiş və onları orada qoyub geri qayıtmışdır. 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində sərhədçilər tərəfindən saxlanılmış, buna görə də Gürcüstana keçə bilməmişlər. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində Əmək və Sosial münasibətlər Akademiyasında 5 ay müddətində Azərbaycan dili kursunda olmuş, tutulmamışdan təxminən 4-5 gün əvvəl Bakı şəhərindəki “28 May” metrostansiyası yaxınlığında Racuxan adlı nepallı ilə tanış olmuş, sonuncu ilə söhbət zamanı Türkiyə Respublikasına işləmək üçün getmək istədiyini, lakin viza ala bilmədiyini demiş, Racuxan ona tanışları vasitəsilə köməklik edə biləcəyini, bunun üçün Gürcüstana qanunsuz yolla getməsində köməklik edəcəyini, Gürcüstanda tanışları vasitəsilə Türkiyə Respublikasına gedə bilməsi üçün viza hazırlatdıracağını bildirmiş, edəcəyi köməkliyin qarşılığında 400 ABŞ dolları pul istəmiş, o da Racuxanın təklifi ilə razılaşmışdır. 05 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Racuxanın tanışı Nadir adlı azərbaycanlı həmyerlisi Mahendran Akılanla onu Nizami kinoteatrının yaxınlığından avtomaşınına mindirmiş və bir qədər yol getdikdən sonra avtomaşına biri qadın, digəri isə kişi olmaqla daha iki nəfər şəxs əyləşmiş və onlar birlikdə Bakı şəhərindən Ağstafa rayonu istiqamətində yola düşmüşlər. Həmin gün, saat 23 radələrində Ağstafa rayonuna çatmışlar. Bir qədər getdikdən sonra Nadir onlara Azərbayucan Respublikası ilə Gürcüstanın sərhədində avtomobildən düşmələrini bildirmiş və onları orada qoyub avtomobillə geri qayıtmışdır. 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində sərhədçilər onları saxladıqları üçün qanunsuz yolla Gürcüstana keçə bilməmişlər. Əməlindən peşmandır. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Mahendran Akila ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Bakı şəhərindəki Neft Akademiyasında 7 ay kursda olmuşdur. Tutulmamışdan təxminən 4-5 gün əvvəl “28 May” metrostansiyası yaxınlığında Racuxan adlı nepallı ilə tanış olmuş, sonuncu ilə söhbət zamanı Türkiyə Respublikasına işləmək üçün getmək istədiyini, lakin viza ala bilmədiyini demiş, Racuxan tanışları vasitəsilə ona köməklik edə biləcəyini, Gürcüstana qanunsuz yolla getməsində köməklik edəcəyini, Gürcüstanda tanışları vasitəsilə Türkiyə Respublikasına gedə bilməsi üçün viza hazırlatdıracağını bildirmiş, edəcəyi köməkliyin qarşılığında 400 ABŞ dolları pul istəmişdir. Racuxanın təklifi ilə razılaşdıqdan sonra 05 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Racuxanın tanışı olan Nadir adlı azərbaycanlı həmyerlisi X2 Nizami kinoteatrının yaxınlığından avtomaşınına mindirmiş və bir qədər yol getdikdən sonra avtomaşına biri qadın, digəri isə kişi cinsli olmaqla daha iki nəfər şəxs oturmuş, Nadir onların dördünü də Bakı şəhərindən Ağstafa rayonu na gətirmiş, həmin gün, saat 23 radələrində Ağstafa rayonuna çatmışlar. Bir qədər getdikdən sonra Nadir avtomobili saxlayıb onlara Azərbayucan Respublikası ilə Gürcüstanın sərhədində olmalarını, avtomobildən düşmələrini bildirmiş və onları orada qoyub avtomobillə geri qayıtmışdır. Dördü də Gürcüstana qanunsuz keçmək məqsədi ilə bir qədər hərəkət etmişlər. 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində sərhədçilər onları saxladıqları üçün Gürcüstana keçə bilməmişlər. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CМnin 32.5-ci, 29, 318.2-ci və 318-1.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, əvvəllər tanıdığı, hazırda Pakistan İslam Respublikasında olan, həmin ölkənin vətəndaşı Hüseyn adlı tanışı 04 aprel 2023cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədəki “WhatsApp” mobil tətbiqinə zəng edərək dörd nəfər xarici vətəndaş olduğunu demiş, ondan həmin şəxsləri Gürcüstana apara bilib-bilməyəcəyini soruşmuş, o isə öz növbəsində Hüseyn adlı şəxsə pul verdikləri halda apara biləcəyini bildirmiş, Hüseyn ondan qeyd olunan şəxsləri Gürcüstana nə qədər pul qarşılığında apara bilcəyini maraqlandıqda sonuncuya 400 manata apara biləcəyini demiş, Hüseyn ona həmin pulun çox olduğunu, lakin kiminləsə danışıb xəbər edəcəyini bildirmişdir. 05 aprel 2023-cü il tarixdə Hüseyn onunla yenidən əlaqə saxlayıb dörd nəfər şəxsdən ikisinin Bakı şəhərində Xətai metrosunun yaxınlığında, ikisinin isə Nizami kinoteatrı tərəfdə olduğunu bildirmiş və həmin şəxslərin olduğu yerə dair konumu göndərmiş, Hüseynə qeyd olunan şəxsləri Gürcüstana aparması qarşılığında əvvəlcədən razılaşdıqları kimi 400 manat pul alacağını dediyində Hüseyn ona həmin şəxslərin olduğu yerdə olan özünün tanışı, Rəşid adlı şəxsin 200 manat verəcəyini, həmin şəxsləri Gürcüstanla Azərbaycan Respublikası sərhədində olan Sadıxlı kəndinə aparıb düşürdükdən sonra onun bank kartına 200 manat göndərəcəyini, Sadıxlı kəndi yaxınlığında özünün adamın olduğunu və həmin adamının qeyd olunan dörd nəfər şəxsi götürüb qaçaq yolla Gürcüstana keçirəcəyini bildirmişdir. Bundan sonra o, 05 aprel 2023-cü il tarixdə, günorta saatlarında Nizami kinoteatrının yaxınlığından iki nəfər şəxsi avtomaşınına əyləşdirmiş, həmin vaxt qeyd olunan şəxslərin yanında olan Rəşid adlı şəxs Hüseynlə razılaşdıqları kimi ona 200 manat pul vermiş, sonra Hüseynin ona olduqları yerin konumunu göndərdiyi, Xətai metrostansiyasının yaxınlığında olan növbəti iki nəfər şəxsi götürmək üçün getmiş, bir qədər sonra isə Xətai metrostansiyasının yaxınlığındakı biri qadın cinsli, digəri isə kişi cinsli olan növbəti iki nəfər şəxsi avtomaşınına əyləşdirmiş və Bakı şəhərindən Ağstafa rayonuna yola düşmüşdür. Təxminən 4-5 saat yol getdikdən sonra, 05 aprel 2023-cü il tarixdə, saat 22-23 radələrində Ağstafa rayonu, Sadıxlı kəndinə çatmışlar. Orada olan dəmiryolu xəttinin yaxınlığında Hüseynlə razılaşdıqları kimi qeyd olunan dörd nəfər şəxsi avtomaşınından düşürmüş və geri, Bakı şəhərinə qayıtmışdır. Geri qayıtdığı zaman Hüseynlə əlaqə saxlayıb razılaşdığı kimi qeyd olunan dörd nəfər şəxsi Ağstafa rayonu, Sadıxlı kəndi ərazisində dəmiryolu xəttinin yaxınlığında avtomobildən düşürdüyünü bildirmiş və sonuncudan vəd etdiyi 200 manat pulu bank kartına göndərməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra Hüseyn onun bank kartına 200 yüz manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Ağstafa rayonu, Sadıxlı kəndi ərazisində dövlət sərhədi yaxınlığında avtomobilindən düşürdüyü dörd nəfər şəxs sərhəd pozucusu qismində sərhədçilər tərəfindən saxlanılmışlar. Özünün həmin şəxslərə etdiyi köməkliyin cinayət məsuliyyəti olduğunu bilməmişdir, bilmiş olsaydı bu əmələ yol verməyəcəkdi. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş DSX-nin N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının atıcısı, əsgər Şahid1 ifadəsindən görünür ki, 05 aprel 2023-cü il tarixdə, saat 20:45-dən xx.xx.2023-cü il saat 01:20-dək 16-cı sərhəd zastavasının hərbi qulluqçusu, sərhəd naryadının üzvü əsgər Şahid2 ilə birlikdə 14-15-ci sahələrə “Sərhəd Gözətçisi” sərhəd naryadına təyin edilmişlər. Xidmətdə olduqları zaman 06 aprel 2023-cü il tarixdə, saat 01 radələrində “Operator növbətçisi” xidmətində olan əsgər Şahid3 onlara məlumat verərək 12-ci sahə istiqamətində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dörd nəfər naməlum şəxsin hərəkətini müşahidə etdiyini bildirmiş, bundan sonra onlar dərhal həmin sahəyə doğru irəliləyib maskalanaraq qeyd olunan şəxslərin hərəkətini müşahidədə saxlamışlar. 06 aprel 2023-cü il tarixdə, saat 02 radələrində qeyd olunan şəxslərin dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək üçün irəlilədiklərini müşahidə etdiklərindən dövlət sərhədini qanunsuz yolla keçmək istəyən həmin şəxslərin saxlanılmaları üçün tərəflərindən “Dayan!” çağırış komandası verilmiş və həmin şəxslər tərəflərindən saxlanılmış, bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Qeyd olunan şəxsləri saxladıqdan sonra aydın olmuşdur ki, tərəflərindən saxlanılmış, dövlət sərhədini Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək istəyən şəxslər X10 Respublikası vətəndaşları Nagarkoti Sumitra və Təqsirləndirilən şəxs2, Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları X6 və Mahendran Akilandır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş DSX-nin DSX-nin N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının snayperi, əsgər Şahid2 və həmin sərhəd zastavasının baş atıcısı, əsgər X11 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd edərkən X10 Respublikası vətəndaşları Nagarkoti Sumitra və Təqsirləndirilən şəxs2, Şri-Lanka Demikratik Sosialist Respublikası vətəndaşları X7 və Mahendran Akilan saxlanılmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Nagarkoti Sumitra və Təqsirləndirilən şəxs2, X6 və Mahendran Akilanın 06 aprel 2023-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etdikləri ərazi N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 12-ci sahəsi olmuşdur, qeyd olunan şəxslərin saxlanıldığı yer dövlət sərhəd xəttindən 58 metr aralıdır. İş materiallarında olan DSX-nin ƏABİ-dən daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində təqsirləndirilən şəxslər Nagarkoti Sumitra və Təqsirləndirilən şəxs2, X6 və Mahendran Akilanın dövlət sərhədindən qanunsuz yolla keçməyə cəhd etmələrinə köməklik edən şəxsin xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs5 olması müəyyən edilsə də, Racuxan adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Nagarkoti Sumitra və Təqsirləndirilən şəxs2, X6 və Mahendran Akilanın ifadələrində qeyd etdikləri kimi onları dövlət sərhədindən qanunsuz yolla keçmək üçün saxlanıldıqları yerə aparan və onlara dövlət sərhədindən qanunsuz yolla keçməyə cəhd etməkdə köməklik edən şəxsi tanıyaraq həmin şəxsin Təqsirləndirilən şəxs5 olmasını bildirmişlər. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6 və Mahendran Akilanın barələrində həbs qətimkan tədbiri seçilmiş, onların həbsdə saxlanma müddətlərinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində həbs qətimkan tədbiri seçilmiş onun həbsdə saxlanma müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətikan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 07 iyun 2023-ci il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa Racuxan, Hüseyn, Rəşid adı ilə məlum olan şəxslər və cinayətin digər iştirakçıları barəsində CM-nin 32.5, 29,318.2 və 318-1.1-ci maddələri ilə hazırki cinayət işinin materiallarından başqa cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Nagarkoti Sumitra əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Mahendran Akilan əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünürü ki, Təqsirləndirilən şəxs5 Masallı rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 29, 177.2.4, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 üç il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş matariallarından görünür ki, Təqsirləndirilən şəxs5 anası Səkinə Rəsulova, arvadı Samirə Cavadova və xx.xx.2020-ci il təvəllüdlü qızı Məryəm Hüseynova xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində ölmüşlər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6, Mahendran Akilan və Təqsirləndirilən şəxs5 verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6, Mahendran Akilanın Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs5 isə CM-nin 32.5, 29,318.2 və 318- 1.1-ci maddələri ilə təqsirli olmaları sübuta yetirilir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Nagarkoti Sumitranın ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, əməlini etiraf edərək səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, əməlini etiraf edərək səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, əməlini etiraf edərək səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Mahendran Akilanın ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, əməlini etiraf edərək səmimi peşman olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs5 əməllərini etiraf edərək səmimi peşman olmasını, anasını, arvadını və azyaşlı qızını avtoqəza nəticəsində itirtməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, tamah məqsədi ilə cinayət törədilməsinə köməklik etməsini və qanunsuz miqrasiyanı təşkil etməsini isə iş üzrə onun cəzasını cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6, Mahendran Akilan və Təqsirləndirilən şəxs5 azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6 və Mahendran Akilan əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, Nagarkoti Sumitra, Təqsirləndirilən şəxs2, X6 və Mahendran Akilan cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 CM-nin 66.2 maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş qətimkan tədbiri qaydasında 06 ay 18 gün həbsdə saxlanılması və ev dustaqlığında olması nəzərə alınmalı, onun həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 06 ay 18 gün müddət nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilməli, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Nagarkoti Sumitra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Nagarkoti Sumitra cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Nagarkoti Sumitra barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Nagarkoti Sumitra ona təyin edilmiş əsas cəza olan 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş əsas cəza olan 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X3 təyin edilmiş əsas cəza olan 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Mahendran Akilan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Mahendran Akilan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablansın. Mahendran Akilan barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Mahendran Akilan ona təyin edilmiş əsas cəza olan 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş qətimkan tədbiri qaydasında 06 (altı) ay 18 (on səkkiz) gün həbsdə saxlanılması və ev dustaqlığında olması nəzərə alınsın. Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 06 (altı) ay 18 (on səkkiz) gün müddət nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu (məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar