Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-69/2024 31.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Qazax rayununun Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, 2ci qrup əlil, məhkumluğu olmayan, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmək niyyətilə xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən “Ret Petrol” adlı yanacaqdoldurma məntəqəsindən 1 litr benzin alaraq həmin gecə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 65.000 manat dəyərində olan kafeni yandırmaq məqsədilə həmin yerə gəlmiş, kafenin 32 kvadratmetr ölçüdə olan otağının pəncərəsini sındırıb həyətdəki 02 ədəd stolların üzərindəki üzlük kimi istifadə olunan sintetik örtükləri yığıb pəncərədən içəri atmış, sonra isə əlində olan 1 litrlik plastik qabdakı benzini otaqdan içəri tökərək həmin qabı otağın içərisinə atdıqdan sonra alışqanla benzin tökdüyü yerləri yandırıb həmin otağın hündürlüyü 1,97 metr, eni 1,12 metr olan 01 ədəd 100 manat dəyərində giriş taxta qapısı, eni 1,78 metr, hündürlüyü 90 sm olan 01 ədəd 100 manat dəyərində üzərindəki 01 ədəd jalüz pərdə ilə birlikdə taxta pəncərə, bir ədədi 4 manat olmaqla 2 ədəd 8 manat dəyərində sintetik süfrə, 01 ədəd 40 manat dəyərində Rusiya istehsallı “Orvika” markalı işlənmiş televizor, 01 ədəd 200 manat dəyərində Azərbaycan istehsalı olan “Çinar” markalı işlənmiş soyuducunu yandırmaqla 448 manat, tikinti üzrə 698 manat, sonra isə kafenin həyətində olan Zərərçəkmiş şəxs məxsus, ümumi dəyəri 4.000 manat olan “Mersedes E klas” markalı, “**-DE-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının bir hissəsini yandıraraq avtomobilə 150 manat ziyan vurmaqla zərərçəkmiş şəxsə məxsus 4 min manat dəyərində “Mersedes E klas” markalı, “**-DE-***” dövlət qeydiyyat nişanlı avtomobil, 65 min manat dəyərində kafeni və kafedə olan 2737,5 manat ümumi dəyərində 01 ədədinin qiyməti 80 manat olmaqla 10 ədəd 800 manat dəyərində 1,50m x 0,75m ölçüdə istifadə olunmuş və istifadəyə yararlı dəmir stol, 01 ədədinin qiyməti 10 manat olmaqla 07 ədəd 70 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı stul, 01 ədəd 200 manat dəyərində işlək vəziyyətdə vitrin soyuducu, 01 ədəd 40sm x 60 sm ölçüdə 5 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə güzgü, 01 ədəd 30 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə “Super Max” markalı antena, 01 ədəd 700 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə “Osmanlı” markalı avtoyuyucu aparat, 01 ədəd 450 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə pivə süzən aparat, 01 ədədinin qiyməti 2 manat olmaqla 22 ədəd 44 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı pivə bakalı, 01 ədədinin qiyməti 0,50 manat olmaqla 15 ədəd 7,50 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı stəkan(armudu), 01 ədədinin qiyməti 0,50 manat olmaqla 16 ədəd 08 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı çəngəl, 01 ədədinin qiyməti 03 manat olmaqla 4 ədəd 12 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı sini, 01 ədədinin qiyməti 1 manat olmaqla 4 ədəd 4 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı çörək qabı, 01 ədədinin qiyməti 0,50 manat olmaqla 28 ədəd 14 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı boşqab, 01 ədədinin qiyməti 07 manat olmaqla 2 ədəd 14 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı çaynik(2 litrlik), 01 ədədinin qiyməti 1 manat olmaqla 4 ədəd 4 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı şüşə çaynik, 01 ədəd 15 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı qaz balonu(5 kq), 01 ədəd 20 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı “Volf” markalı tefal su qızdırıcı, 01 ədəd 150 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı “Çinar” markalı soyuducu, 01 ədəd 30 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı ikigözlü “Tefal” markalı plitə, 01 ədədinin qiyməti 80 manat olmaqla 02 ədəd 160 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı qaz balonu(50kq) olmaqla ümumilikdə 72,185,5 manat dəyərində külli miqdarda əmlakını yandırmaqla bilavasitə qəsdən məhv etməyə yönəlmiş aktiv hərəkətlərlə qəsdən edilən əməlini kənar müdaxilə nəticəsində yanğın söndürüldüyündən öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, özgənin əmlakını yandırma üsulu ilə qəsdən məhv etməklə küllü miqdarda ziyan vurmağa cəhd etmişdir. Bundan başqa o, həmkəndlisi Zərərçəkmiş şəxs onun əleyhinə danışmasını ehtimal edib və bunu özü üçün təhqir hesab edərək, əsaslı səbəb olmadan 13 mart 2024cü il tarixdə saat 19 radələrində həmkəndlisi Şahid3 məxsus Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən çayxanaya gələrək, ətrafda kənar şəxslərin olmasına məhəl qoymadan, özünü onların şəxsiyyətinin fövqündə qoyaraq yaşadığı evdən götürdüyü soyuq hesab edilməyən mətbəx bıçağı ilə kafedə əyləşmiş Zərərçəkmiş şəxs üzərinə gedərək qisas almaq niyyəti ilə bıçağı ona doğru yönəldib zərbə endirmək istəyərkən Zərərçəkmiş şəxs sağ əli ilə zərbənin qarşısını alarkən sonuncuya sağ əlin baş barmağın iç səthinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirib nalayiq söyüşlər söyməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə edilən əşyadan istifadə edib xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, son zamanlar onda psixi pozuntu əmələ gəlmişdir. O dəfələrlə Qazax ruhi əsəb xəstəxanasında müalicə olunmuş, həmin xəstəxanada 1994-cü ildən qeydiyyatdadır. Dəfələrlə Bakı şəhəri, Maştağa qəsəbəsində 1 saylı Ruhi əsəb psixatriya xəstəxanasında da yatıb müalicə olunmuş, həmin xəstəxanada da qeydiyyatdadır. Dərmanlar qəbul edir və sakitləşir. Amma spirtli içkilər də aludəçisidir. Mütamadi olaraq spirtli içkilər də qəbul edir. Spirtli içiklər qəbul edəndə özündə olmur, nə etdiyini bilmir. Son vaxtalar ailəsindən ayrıldığlına, tək yaşadığına görə özünü pis hiss edir, ona görə də spirtli içkilər qəbul edir. Onun Zərərçəkmiş şəxs ilə münasibəti hər zaman yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən “Ret petrol” yanacaq doldurma məntəqsinə gedib 1 litr benzin almış, özünü yandırıb öldürmək fikrinə düşmüşdür. Özünü yandırmaq üçün xəlvət yer axtarmış ki, orada heç kim olmasın, yaxınlıqdakı Ələsgərin kafesinə çəpərdən atlayıb kafenin həyətinə düşmüş, həyətdə siqaret çəkmiş, siqaret çəkən zaman siqaret əlindən yerə düşmüşdür, alışqan ilə yerdə siqareti tapmaq istəyəndə əlindəki benzin olan butulka kafenin otağının qapısının yanında yerə düşmüş, butulkanın qapağı açıq olduğundan benzin yerə dağılmış və o da yandıranı işə saldğı üçün qəflətən kafenin otağının qapısının yanında alov baş vermiş, yanğın olmuşdur. Stolun üstündə olan palazı götürüb yanğını söndürmək istəmişdir. O görüb ki, yanğın güclənir, söndürə bilməmiş, yangın kafenin taxta qapısına keçmiş, qapı tamamilə yanmışdır. O görüb ki, alov kafenin otağına daxilə keçib, yenə əlinə keçən stolun üstündən götürdüyü palazla yanğını söndürməyə çalışmışdır. O görüb ki, yangın genişlənir, kafenin otağı yanır qorxusundan qaçmağa başlamışdır. O, yanğını söndürməyə cəhd etmiş, lakin söndürə bilməmişdir. Zərərçəkmiş şəxs məxsus kafeni qəsdlə yandırmamışdır. Həmçinin o, özünü yandırmaq istəməmişdən əvvəl özünü kanala ataraq intihar etmək istəmiş, lakin qorxduğu üçün bunu etməmişdir. Bir dəfə Ələsgər ona Ruslan və Akif adlı şəxslərin yanında şillə vurmuş və söyünc etmiş, o da Ələsgərə söymüşdür. Bundan sonra Ələsgər onu şikayət etmiş və polislər tərəfindən 300 manat cərimə edilmişdir. Ələsgər onun şalvarını soyundurub, qulağını kəsəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində evdə yeməy yeyərkən spirtli içki olan araq və spirtli enerji içkisi qəbul etmişdir. Onlar araşdırma müddətində Əlsəgər ona həmişə deyirmiş qulağını kəsəcək o da bunlar yadına düşmüş, əsəbiləşmiş və evdən mətbəx bıçağını (dəstəyi qara rəngli olan) götürüb çıxmışdır. Kəndin mərkəzində olan Şahinin işlətdiyi çayxanaya gəlmişdir. Ələsgərin avtomobilinin yol kənarında olduğunu görüb çayxanada olmasını bilmiş, ona görə də çayxanaya daxil olmuşdur. Həmin zaman görmüşdür ki, çayxanada Ələsgər çay içir, ona tərəf yaxınlaşmış, Ələsgər onu görüb stuldan qalxmaq istəyəndə ona getmə səninlə işim var demişdir. Cibindən bıçağı çıxarıb ona uzadaraq “çox deyirmiş ki, qulağını kəsərəm, kəsərəm”. Bıçağı ona tərəf uzatmış, Əlsəgər bıçağı əli ilə tutub dartmaq istəyəndə bıçağı özünə tərəf çəkmiş, bıçaq Ələsgərin əlini kəsmişdir. Bundan sonra aralarında münaqişə baş vermiş və ətrafdakı şəxslər onları aralamış, daha sonra polislər gəlmişdir. Əməlindən peşmandır və zərərçəkmiş şəxsdən üzrxahlıq etmişdir. Dəymiş ziyanı ödəmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Ağstafa rayonu Dağ Kəsəmən kəndində ümumi sahəsi 4 sot olan torpaq sahəsində özünə məxsus kafesi var. O kafedə yalnız pivə verir. Kafe bir otaqdan, bir əl damı kimi istifadə olunan tikilidən, bir olacaqdan və həyətdən ibarətdir, bir mərtəbəlidir. Özünə məxsus “Mersedes E klas” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşgul olur, kafeni isə Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini X5 işlədir. Gecələr kafenin arxa tərəfində olan olacaqda yatır, avtomobilini də kafenin həyətində saxlayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə məxsus kafeyə gəlmişdir, “Mercedes” markalı avtomobilini də kafenin həyətində olan olacaq kimi qeyd etdiyi tikilinin qarşısında saxlamış, özü isə həmin olacağa gedib yatmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 04:25 radələrində qeyd etdiyi olacaqda yuxudan qalxıb həyətə çıxanda görüb ki, avtomobilinin sağ arxa oturacağı alovlanıb yanır. Dərhal pencəyini götürüb avtomobilində olan alovu söndürmüşdür. Avtomobildə olan alovu çətinliklə söndürə bilmiş və sonra avtomobilini sürüb yaxınlıqda yerləşən evinə getmişdir. Evdə olarkən təxminən 25-30 dəqiqədən sonra həmkəndlisi Aqşin ona telefonla zəng edib bildirib ki, kafesi yanır. Dərhal avtomobilinə oturub kafeyə gəlmişdir. Kafeyə gələndə görüb ki, kafedə olan pivə vermək üçün əşyaları yığdığı otaq alışıb yanır. Dərhal DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Tezliklə FHN-nin əməkdaşları gəlib yanğını söndürmüşlər və obyektin tam olaraq yanmasının qarşısı alınmışdır, amma kafenin pivə satmaq üçün gündəlik istifadə etdiyi otağı yanmışdır. O ilkin olaraq kafenin və avtomobilinin kim tərəfindən yandırılmasını bilmirmiş. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum olub ki, pivə vermək üçün işlətdiyi otağın pəncərəsi sındırılmış, həmin otağın içərisinə isə həyətdə olan stolların üzərindəki sintetik materialından olan örtüklər, palazlar, başqa parça əşyaları sındırılan pəncərədən içəriyə atılıb qəsdlə yandırılmışdır. Otağın içərisində isə kapron butulka da var imiş. Çox güman ki, həmin butulka vasitəsilə otağa benzin tökülüb yandırılmışdır. Baxış zamanı kafedə baş vermiş yanğın hadisəsi nəticəsində qeyd etdiyi otağın 1 ədəd taxta qapısı, 01 ədəd taxta pəncərəsi, 01 ədəd pəncərənin üzərində olan jalüz pərdə, 02 ədəd masa süfrəsi, 01 ədəd televizor və 01 ədəd “Çinar” markalı soyuducu, eyni zamanda həyətdə saxlamış olduğu “Mersedes E klas” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağı yanaraq yarasız vəziyyətə düşmüşlər. Sonradan ona məlum olub ki, onun kafesi və həyətində saxlamış olduğu “Mersedes E klas” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən yandırılıbdır. Təqsirləndirilən şəxs onun kafesini yandırmasını həmkəndlisi Alik Muradov tərəfindən verilmiş sifariş olduğunu düşünür. Təqsirləndirilən şəxs ona məxsus Dağ Kəsəmən kəndində yerləşən kafeni yandırmasından sonra onunla aralarında olan münasibətləri tam olaraq pozulmuşdur, Rövşən onu bir neçə dəfə öldürməklə hədələyib, ona xəsarət yetirəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Ağstafa rayonu Dağkəsəmən kəndində “RET PETROL” yanacaqdoldurma məntəqəsinin arxa hissəsində yerləşən Şahinin işlətdiyi çayxanaya getmişdir. Çayxanada həmkəndliləri İlhamın oğlu Fəxrəddin, Abışın oğlu Eldəniz ilə oturub 2 çaynik çay içib söhbət etmişlər. Təxminən kafedə 15-20 nəfər şəxs var imiş. Ona zəng gəldiyi üçün durmaq qərarına gəlmişdir. Oturduğu stoldan qalxmaq istəyərkən Təqsirləndirilən şəxs kürəyindən basaraq onu yerinə otuzdurmuş və ona “bıçağımı itiləşiməm, səni öldürəcəyəm” deyib nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. O yerindən qalxmaq istəyəndə Rövşənin əlində olan bıçağı ona doğru yönəltdiyini görmüşdür. Rövşən bıçağı geri çəkib onu vurmaq istəyəndə Rövşənin əlində olan bıçağın kəsici hissəsindən sağ əli ilə tutmuşdur, Rövşəni itələyərək divara doğru aparmişdır. Rövşən bıçağı möhkəm itələdiyinə görə bıçaq onun sağ əlini kəsmiş və əli qanamağa başlamışdır. Rövşən onun əlinin kəsildiyini görüb bıçağı buraxmış, həmkəndlisi Şahin gəlib Rövşənin əlindən bıçağı almışdır. Ondan uzaqlaşıb telefonunu götürüb 102 xidmətinə məlumat verəndə Rövşən yenə də onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Kafedən çıxıb avtomobilinə yaxınlaşıb və 102 xidmətinə məlumat vermişdir. Sonra qonşusu Şahid5 onun yanına gəlmiş və əlini dəsmalla sarımış və birlikdə Qazax RMX-na getmişlər. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Rövşən ona dəymiş ziyanı ödəməmişdir, odur ki, təqsirləndirilən şəxslə barışmır, ona ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixdə axşam saat 19 radələrində yaşadığı Ağstafa rayon Dağ Kəsəmən kəndində yerləşən evindən çıxaraq mağazaya getmiş, bu zaman Zərərçəkmiş şəxs onu çağırmışdır. Ələsgərin yanına gedəndə görmüşdür ki, onun əli qanlıdır. Ələsgər ona bildirmişdir ki, cibində dəsmal var, o dəsmal ilə əlini bağlasın. O da onun əlini bağlamışdır. Ələsgərdən nə olduğunu soruşduqda Ələsgər ona Rövşənin onu bıçaqla vuran zaman bıçağı tutmasını bildirmişdir. Bundan sonra Ələsgər ona onu xəstəxanaya aparmağı bildirmişdir. Ələsgər DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixdə axşam saat 19 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən çayxanada o, Ələsgər və Fəxrəddin biryerdə oturub çay içmişlər. Bu zaman Ələsgərə zəng gəlmiş və yerindən durub getmək istəyən zaman Rövşən gəlmiş və Ələsgərə ona bir vaxtlar söyünc etməsini bildirmişdir. Bundan sonra Rövşənlə Ələsgər bir birlərinə söyərək, dalaşmışlar. Hadisə zamanı Rövşənin əlində bıçaq olmuşdur. Ələsgər əli qanayaraq çölə çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yanacaq doldurma məntəqəsində işləyir. Növbədə olduğu zaman gecə saat 1-2 radələrində Rövşən gəlib ona yaxınlaşaraq 1 litr benzin alaraq çıxıb getmişdir. Sonra növbədə dəyişiklik olmuş və o, yatmışdır. Səhər oyananda ona məlum olmuşdur ki, yaxınlıqda olan kafedə yanğın baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Dağ Kəsəmən kəndində çayxana işlədir. 13 mart 2024cü il tarixdə axşam saat 19 radələrində Ələsgər çayxanada tanışları ilə oturub çay içən zaman, Rövşən içəri daxil olmuş və bu zaman Rövşənlə Ələsgər arasında dava düşmüşdür. Bu zaman o, çay dəmləmək üçün olan otaqdan çıxanda görmüşdür ki, Rövşən bıçaqla Ələsgəri vurmuş və o, Rövşənə yaxınlaşaraq bıçağı onun əlindən alıb yerə atmışdır. Hadisə zamanı Ələsgərin əli kəsilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 mart 2024-cü il tarixdə axşam saat 19 radələrində Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən çayxanada hər zamanki kimi çay içən zaman, Rövşən içəri daxil olmuş, əlini Ələsgərin çiyninə qoyaraq nəsə demiş və bu zaman o, çayxanadan çıxaraq evinə getmişdir. Hadisənin şahidi olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə, yəni Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafeyə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus Dağ Kəsəmən kəndində yerləşən kafedə tam və ya qismən yanmış, eyni zamanda yanmamış hissələrin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinin baxışının aparılması haqqında protokoldan görünür ki, hadisə yerinə, yəni Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafeyə Təqsirləndirilən şəxs iştirakı ilə əlavə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Dağ Kəsəmən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafeni yandırmış olduğu yerləri və sonuncuya məxsus “Mercedes” markalı, ** DE *** d.q.n-lı avtomobilin arxa oturacağının yandırdığı yerləri təqdim etmiş, baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus kafedən 02 ədəd selofan torbada yangın hadisəsi baş vermiş yerlərdən və “Mersedes E klass” markalı, “**-DE-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından nümunələr və 01 ədəd 2 litrlik plastmas butulka qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan məhkəmə yanğın texniki ekspertizasının 23 oktyabr 2023cü il tarixli, 3-16-16/2-10/5541 nömrəli rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafeyə tikinti üzrə dəymiş ziyan 698,00 manat təşkil edir. Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən ərazidə üç ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi kafenin girişində döşəmə səviyyəsində, ikincisi kafenin qarşısında masanın üzərində, üçüncüsü isə “Mercedes E klas” markalı, ** DE *** d.q.n-lı avtomobilin arxa oturacağının üzərində olmuşdur. Yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə üç müstəqil və əlaqəsiz mənbə zonlarının yanması(-dılması) nəticəsində baş vermişdir. İş materiallarında olan əlavə məhkəmə tikinti-texniki ekspertizasının 15 mart 2023cü il tarixli, 3-16-16/2-10/1168-9/1129 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və iş materialında fotoşəkilləri əksini tapmış malların uzun müddət istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl, normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 598,00 manat müəyyən edilir.Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 1998-ci il buraxılışlı “Mercedes Benz E klass” minik markalı, ** DE *** dövlət qeydiyyat nişanlı, 34 il istismarda olmuş (2023-1989), təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri hesablama yolu ilə 2023-cü ilin orta bazar qiyməti təxminən 4000,00 manat müəyyən edilir. Yanğın baş vermiş mənzillərin və ya yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin satış qiyməti barədə internet saytlarında, alqı-satqı birjalarında hər hansı məlumat olmadığından həmin qeyri-yaşayış sahəsinin yanğından sonrakı orta bazar qiyməti ilə bağlı tədqiqat aparılmadı. Lakin Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus kafeyə tikinti üzrə dəymiş ziyan 698,00 manat müəyyən olunmuşdur. Belə ki,Zərərçəkmiş şəxs məxsus kafedə yanaraq ziyan dəymiş əşya və avadanlıqlar aşağıdakı kimidir: -hündürlüyü 1,97 metr, eni 1,12 metr olan 01 ədəd 100 manat dəyərində giriş taxta qapısı, -eni 1,78 metr, hündürlüyü 90 sm olan 01 ədəd 100 manat dəyərində üzərindəki 01 ədəd jalüz pərdə ilə birlikdə taxta pəncərə, -bir ədədi 4 manat olmaqla 2 ədəd 8 manat dəyərində sintetik süfrə, -01 ədəd 40 manat dəyərində Rusiya istehsallı “Orvika” markalı işlənmiş televizor, -01 ədəd 200 manat dəyərində Azərbaycan istehsalı olan “Çinar” markalı işlənmiş soyuducu. İş materiallarında olan Zərərçəkmiş şəxs məxsus Ağstafa rayon, Dağkəsəmən kəndində yerləşən qeyri-yaşayış sahəsinin(kafe)2023-cü ilin iyul ayına olan bazar dəyərinin müəyyən edilməsi barədə xx.xx.2024-cü il tarixli, 17 nömrəli hesabatdan məlum olmuşdur ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində Zərərçəkmiş şəxs məxsus Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən qeyri-yaşayış sahəsinin(kafe) 2023-cü ilin iyul ayına olan bazar qiyməti 65.000 manat,kafenin içərisində olan yanmamış əşya və avadanlıqların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti 2737,5 manat təşkil edir. Belə ki,Zərərçəkmiş şəxs məxsus kafedə yanmamış əşya və avadanlıqlar aşağıdakı kimidir: -01 ədədinin qiyməti 80 manat olmaqla 10 ədəd 800 manat dəyərində 1,50m x 0,75m ölçüdə istifadə olunmuş və istifadəyə yararlı dəmir stol, -01 ədədinin qiyməti 10 manat olmaqla 07 ədəd 70 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı stul, -01 ədəd 200 manat dəyərində işlək vəziyyətdə vitrin soyuducu, -01 ədəd 40sm x 60 sm ölçüdə 5 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə güzgü, -01 ədəd 30 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə “Super Max” markalı antena, -01 ədəd 700 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə “Osmanlı” markalı avtoyuyucu aparat, -01 ədəd 450 manat dəyərində istifadə olunmuş və işlək vəziyyətdə pivə süzən aparat, -01 ədədinin qiyməti 2 manat olmaqla 22 ədəd 44 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı pivə bakalı, -01 ədədinin qiyməti 0,50 manat olmaqla 15 ədəd 7,50 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı stəkan(armudu), -01 ədədinin qiyməti 0,50 manat olmaqla 16 ədəd 08 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı çəngəl, -01 ədədinin qiyməti 03 manat olmaqla 4 ədəd 12 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı sini, -01 ədədinin qiyməti 1 manat olmaqla 4 ədəd 4 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı çörək qabı, -01 ədədinin qiyməti 0,50 manat olmaqla 28 ədəd 14 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı boşqab, -01 ədədinin qiyməti 07 manat olmaqla 2 ədəd 14 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı çaynik(2 litrlik), -01 ədədinin qiyməti 1 manat olmaqla 4 ədəd 4 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı şüşə çaynik, -01 ədəd 15 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı qaz balonu(5 kq), -01 ədəd 20 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı “Volf” markalı tefal su qızdırıcı, -01 ədəd 150 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı “Çinar” markalı soyuducu, -01 ədəd 30 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı ikigözlü “Tefal” markalı plitə, -01 ədədinin qiyməti 80 manat olmaqla 02 ədəd 160 manat dəyərində istifadə olunmuş və istifadəyə yararlı qaz balonu(50kq) İş materiallarında olan məhkəmə ballistik ekspertizasının 22 may 2024-cü il tarixli, 16/529 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli, 363 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT 10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyindən əzab çəkir. Təqsirləndirilən şəxs hadisələri düzgün qavramaq və təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT 10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət əməlini törədən zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT 10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən onun əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 28 mart 2024-cü il tarixli 107 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənin müəyyən edilmiş xəsarətlər – baş barmağın iç səthində kəsilmiş yara kəsici əşyanın təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan X1 alınmış xx.xx.2024-cü il tarixli 936 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.1998-ci il tarixdən dəfələrlə Qazax Psixiatriya xəstəxanasında stasionar müalicələrdə olmuşdur. Sonuncu dəfə xəstə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xəstəxanada üzvi mənşəli şəxsiyyət pozuntusu, epileptik psixoz diaqnozu ilə stasionar müalicə almışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən ediməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı yaralanmış və 2-ci qrup əlildir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməsini, Zərərçəkmiş şəxs məxsus kafeni qəsdən deyil, alışqanla səhvən yandırmasını bildirməsi, eyni zamanda Zərərçəkmiş şəxs xəsarət yetirən zaman xuliqanlıq hərəkətləri etmədiyini bildirmişdir. Qeyd edilənlər zərərçəkmiş şəxs, şahid ifadələri, işdə olan digər sənədlərlə, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2 maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməli, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus kafedən 02 ədəd selofan torbada yanğın hadisəsi baş vermiş yerlərdən və “Mercedes E klass” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından götürülmüş nümunələr, 01 ədəd 2 litrlik plastmas butulka və 01 ədəd bıçaq məhv edilməli, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 320 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,186.2.1 və 29,186.2.2cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus kafedən 02 ədəd selofan torbada yanğın hadisəsi baş vermiş yerlərdən və “Mercedes E klass” markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağından götürülmüş nümunələr, 01 ədəd 2 litrlik plastmas butulka və 01 ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 320 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-69/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-69/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver