Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-7/2024 02.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağstafa rayonu Saloğlu qəsəbə sakini Zərərçəkmiş şəxs sonuncunun cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən qardaşı Şahid1 əfv olunacağına və əvvəlki işinə bərpa olunacağına inandırıb aldadaraq vahid niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 11:57-də "xxxx" MMC-nin Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən Ağstafa rayon filialı vasitəsi ilə 2020 manat, eyni yerdən eyni üsulla xx.xx.2021-ci il tarixdə saat 12:53-də 1111 manat, eyni yerdən eyni üsulla xx.xx.2021-ci il tarixdə saat 12:33-də 909 manat, xx.xx.2021-ci il tarixdə saat 10:21-də Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən “eManat” ödəniş terminalı vasitəsi ilə 500 manat, xx.xx.2022-ci il tarixdə saat 12:28-də isə "xxxx" ASC-nin Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən Ağstafa rayon filialı vasitəsi ilə 1000 manat olmaqla cəmi 5540 manat pulu məsələdən hər hansı məlumatı olmayan tanışı, Bakı şəhər sakini Şahid3 adına olan bank kartına köçürtdürüb, sonradan həmin pulların bir hissəsini şəxsi ehtiyacları üçün istintaqa məlum olmayan tarixdə və saatda Şahid3 xərclədib sonuncunun almış olduğu əşyaları cəza çəkdiyi Bakı şəhəri Xəzər rayonu Ə. İsazadə küçəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 9 saylı cəza çəkmə müəssisəsində, pulun qalan hissəsini isə nəğd şəkildə istintaqa məlum olmayan tarixdə və saatda K. Ruhullazadədən cəza çəkdiyi Bakı şəhəri Xəzər rayonu Ə. İsazadə küçəsində yerləşən 9 saylı cəza çəkmə müəssisəsində almaqla, Zərərçəkmiş şəxs xeyli miqdarda- 5540 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkir. Dəqiq xatırlamadığı tarixdə, istintaq təcrdxanasında olduğu vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs qardaşı Şahid1la tanış olmuş, ondan özü və yaxınları barədə müəyyən məlumatları əldə etmiş, bir qədər sonra Vüqarın qardaşı Zərərçəkmiş şəxsla telefonla danışarkən sonuncuya yalan danışıb özünün başqa şəxs kimi təqdim etmiş, qardaşı Vüqarın cəza çəkməkdən azad ediləcəyini demiş, Temuraz ona inanmış, onun göndərdiyi, başqa şəxsə məxsus kart hesabına müxtəlif vaxtlarda pul göndərmiş, o da göndərilən pulları alıb Temurazın dəqiq xatırlaladığı məbləğdə pulunu ələ keçirmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, onunla barışmağa cəhd göstərmiş, hazırda Türkiyə Respublikasında yaşayan atası zərərçəkmiş şəxslə əlaqə saxlamış, əvvəlcə ona vurulan ziyanın ödənilməsi barədə razılığa gəlmişlər. Lakin atasını da başqa şəxs aldatdığı üçün, həmçinin bacısının səhhətində ciddi problemlər olduğundan atası Zərərçəkmiş şəxs pulunu ödəyə bilməmişdir. Ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində yaşayır, ADY ASC-də işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Qardaşı Şahid1 hərbiçi olmuşdur, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkir. 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığıyerin icra nümayəndəsinin müavini Şahid4 zəng vuraraq onu nümayəndəliyə çağırmış, Ədliyyə Nazirliyindən bir nəfərin zəng edərək qardaşı Vüqarın əfv oluna biləcəyini, bunun üçün ailə tərkibi haqqında arayış lazım olmasını demiş, o da Rəşaddan arayışı alıb Ədliyyə Nazirliyinə göndərmişdir. Həmin vaxt mobil telefonuna zəng gəlmiş, danışan adının Azər və ya Anar olmasını bildirib nümayəndə müavini Rəşadın ona nəsə deyib-demədiyini soruşmuş, o da Rəşaddan arayış alıb Ədliyyə Nazirliyinə göndərdiyini göstərmiş, şəxs daha sonra həm qeyd olunan, həm də digər başqa nömrələrdən zəng edərək qardaşı Vüqarın azad edilməsi üçün itirdiyi silahın qiymətini- 2000 manatı ödəmək lazım olduğunu qeyd eləmiş, o da razılaşmış, şəxs pulu Şahid3 adlı şəxsin adına göndərməli olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə o, pul düzəldib Ağstafa şəhərində yerləşən "xxxx"a gəlmiş və həmin gün, saat 12 radələrində 20 manat xidmət haqqı ilə birlikdə cəmi 2020 manat pulu Şahid3 adına göndərmişdir. Bundan təxminən 3-4 gün sonra şəxs ona yenidən zəng vuraraq qardaşı Vüqarın əfv olunacağı üçün işinə geri qayıdacağını, 13 qat maaşını və günahsız həbs edildiyi üçün sosial müavinət fondundan əlavə pul alacağını, bunun üçün sənədlər hazırlanmalı olduğunu və sənədlərin hazırlanması üçün 2000 manat pul lazım olduğunu demiş, növbəti gün isə 2000 manat yox, 1100 manat lazım olmasını, pulu Şahid3 adına vuracağını qeyd etmiş, o, 18 dekabr 2021-ci il tarixdə, günorta saatlarında 1100 manatı və xidmət haqqı olan 11 manatı, cəmi 1111 manat pulu Ağstafa şəhərindəki poçt vasitəsi ilə Şahid3 adına göndərmiş və pulu göndərdiyini demişdir. xx.xx.2021-ci il tarixdə şəxs ona yenidən zəng vuraraq, əlavə 900 manat pul lazım olduğunu bildirmiş, o, həmin gün, günorta saatlarında 900 manatı və xidmət haqqı olan 9 manatı- cəmi 909 manat məbləğində pulu eyni qaydada, eyni yerdən Şahid3 adına göndərmişdir. Bir neçə gün sonra şəxs ona yenə zəng vuraraq qardaşının banka 500 manat kredit borcu olduğunu bildirib bank kartının nömrəsini demiş, o, nömrəni özündə qeyd etmiş, sonra Bakı şəhərində yaşayan tanışı Elşad Quliyevdən həmin bank kartına 500 manat göndərməsini xahiş etmiş, Elşad pulu vurduqdan sonra qəbzinin şəklini ona göndərmişdir. Qəbzə baxanda pul göndərilən şəxsin adının Şahid3 olduğunu görmüşdür. Bundan sonra həmin şəxs ona zəng vuraraq yeni il qabağı qardaşının buraxılacağını bildirmiş, Bakı şəhərinə gəlməli olduğunu demiş, 2021-ci ilin dekabr ayının axırlarında özü Bakı şəhərinə getmiş, yeni ili Bakı şəhərində qarşılasa da həmin şəxs onunla görüşməmiş, o da Ağstafa rayonuna qayıtmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində şəxs ona yenidən zəng vuraraq qardaşının yığılan pullarını alması və buraxılması üçün 500 manat Müdafiə Nazirliyinə, 500 manat da Sosial Müdafiə Fonduna şirinlik verilməli olduğunu demiş, pulları göndərmək üçün Kapital banka məxsus bank kartının nömrəsini vermişdir. O da qeyd olunan bank kartına xx.xx.2022-ci il tarixdə, günorta vaxtı Ağstafa şəhərində yerləşən "xxxx" filialından 1000 manat pul göndərmişdir. Sonra isə həmin şəxs ona zəng vurub təkrar 1000 manat pul istəmiş, o da iş düzəlmədiyi üçün pulunu geri istəmişdir. Sonradan onu aldadan şəxsin Təqsirləndirilən şəxs olmasını, Vüqarın özünün də azadlıqdan məhrum etmə cəzası çəkdiyini, onu aldadaraq pulunu ələ keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs ondan üzrxahlıq eləsə də dəymiş ziyandan- 5540 manatdan heç nə ödəməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağstafa RİH başçısının Köçvəlili kənd İƏD-si üzrə nümayəndə müavini işləyir. Zərərçəkmiş şəxs Soyuqbulaq qəsəbəsi ərazi üzrə Köçvəlili kənd İƏD-si üzrə nümayəndəliyə tabedir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində onun mobil nömrəsinə Bakı şəhərinə məxsus 012 ilə başlayan nömrədən zəng gəlmiş və zəng edən şəxs adının Anar olduğunu, Ədliyyə Nazirliyində işlədiyini deyərək Soyuqbulaq qəsəbə sakini Zərərçəkmiş şəxs qardaşı Şahid1 qohumlarının olub-olmamasını soruşmuşdur. Daha sonra Anar mobil nömrədən zəng vuraraq Vüqarın dekabr ayında əfv edilə biləcəyini, buna görə sənədlər lazım olduğunu, Vüqarın barəsində ailə tərkibi haqqında arayış və qardaşı Temurazın ərizəsi lazım olmasını demişdir. Bundan sonra o, Temurazı idarəyə çağırmış və tanımadığı bir nəfər Ədliyyə Nazirliyinin əməkdaşının Vüqarın adını əfv fərmanına saldıracağını, bunun üçün arayış və ərizə istədiyini demiş, Temuraza ailə tərkibi haqqında arayış vermiş və Temuraz da arayışı yazdığı ərizə ilə birlikdə götürüb getmişdir. Bundan bir qədər sonra özünü Anar kimi təqdim edən şəxs Vüqarın da barəsində ailə tərkibi haqqında arayış istəmiş, o da Vüqarın arvadının Saray qəsəbəsində yaşaması səbəbindən arayış verə bilməyəcəyini demişdir. Sonradan Temuraz ona zəng vuraraq Anar adlı şəxsin qardaşı Vüqarın silah pulunu verməsi və sığorta üçün pul istədiyini demiş, o, Temuraza həmin adamı tanımadığını, bu səbəbdən də pul göndərməyin riskli olduğunu bildirmiş, pul göndərməməsini deyib məsələni ətraflı müzakirə etmək üçün onu idarəyə dəvət eləmiş, lakin Temuraz idarəyə gəlməmişdir. Sonradan ona zəng vuran şəxsin Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirdiyini bilmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X2 yaşayır və Azərbaycan Memarlıq və İnşaat Universitetinin İİİ kurs tələbəsidir. X1 atasıdır və hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Atasının cəza çəkdiyi müəssisə yaşadığım yerin yaxınlığında yerləşir. Buna görə də atası həmişə yanında cəza çəkən şəxslərin ailə üzvləri və tanışlarının onun adına pul göndərmələrini, yaxınlıqda onlar üçün lazımi ərzaq və geyim əşyalarını almağı bildirmiş, o da həmin pullarla ərzaq və geyim əşyaları alıb cəzaçəkmə müəssisəsinə aparıb vermişdir. Bundan başqa onun “Kapital Banka” aid plastik bank kartı vardır. Bəzən atası ilə birlikdə cəza çəkən şəxslərin qohumları və tanışları göndərdikləri pulu həmin karta göndərirlər, o da pulu nağdlaşdırıb çəza çəkən şəxslərə aparıb vermişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində atası Azər zəng edərək çəza çəkdiyi 9 saylı cəzaçəkmə müəssisəsində onun tanımadığı Təqsirləndirilən şəxs adlı dustaq yoldaşının olmasını, dediyi vaxtlarda qohumları və tanışlarının onun adına pul göndərmələrini, onun da həmin pulları çəkib Vüqarın dediyi kimi xərcləməyini və Vüqar üçün lazımi əşyaları alıb cəzaçəkmə müəssisəsinə gətirməyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında atası zəng edib Vüqarın tanışının onun hesabına pul göndərəcəyini, bunun üçün Vüqarın ona zəng edib məlumat verəcəyini bildirmişdir. Əlavə olaraq atası ona Vüqara göndərilən pulların əvvəl özünün deyəcəyini, xəbəri olmadan həmin pulları xərcləməməyini ona bildirmişdir. xx.xx.2021-ci il tarixdə ona poçt vasitəsi ilə 2000 manat pul gəlmişdir. O həmin pulu götürmüş və sonra atası ona zəng vurmuş, Vüqarın ona zəng edəcəyini pulu dediyi yerlərə pul xərcləməyini bildirmişdir. Bir müddət sonra Vüqar özü ona zəng edərək mağazadan ərzaq almağını, Binə qəsəbəsində yerləşən mağazadan paltar sifariş verdiyini, paltarın taksi ilə gətirəcəklərini və paltarları götürməyini, sonra cəzaçəkmə müəssisəsinə gətirməyini bildirmişdir. O da həmin 2000 manat puldan xeyli ərzaq və paltarları almış aparıb cəzaçəkmə müəssisəsinə vermişdir. Pulun qalan hissəsini isə bir neçə dəfə 50 manat olmaqla Vüqara verməsi üçün müəssisəsinin nəzarətçilərinə vermişdir. xx.xx.2021-ci il tarixdə atası Azər zəng edərək Vüqarın tanışlarının ona pul göndərəcəyini, eyni qaydada xərcləməyini bildirmişdir. Bir müddət sonra Vüqar ona zəng edərək tanışı Zərərçəkmiş şəxs adlı şəxsin adına 1100 manat pul göndərdiyini, pulu poçtdan götürüb ərzaq və paltarlar alaraq cəzaçəkmə müəssisəsinə gətirməyini bildirmişdir. O da xx.xx.2021-ci il tarixdə poçtdan adına gəlmiş 1100 manat pulu götürüb Vüqarın sifariş verdiyi ərzaq və geyim əşyalarını alıb Vüqara vermişdir. xx.xx.2021-ci il tarixdə atası səhər saatlarında yenidən ona yenidən zəng edərək Vüqarın tanışlarının ona pul göndərəcəyini, eyni qaydada xərcləməyini bildirmişdir. O da atasına adına gələn pulların məbləğinin çox olduğunu demiş, bu zaman atası ona Vüqarın imkanlı tanışlarının olduğunu, narahatçılıq olmadığını bildirmişdir. Həmin gün Vüqar da zəng edərək tanışı Zərərçəkmiş şəxs onun adına poçt vasitəsi ilə 900 manat pul göndərəcəyini, həmin pulu çıxarıb ərzaq, protein və paltarlar almağını bildirmişdir. O da pulu poçtdan götürüb Vüqarın dediyi yerlərə xərcləmişdir. xx.xx.2021-ci il tarixdə atası ona yenə zəng vuraraq bu dəfə onun kartına Vüqarın tanışının pul vuracağını, pulu götürməzdən əvvəl 050 376 55 55 nömrədən istifadə edən adını demədiyi tanışı ilə əlaqə saxlamağını ona bildirmişdir. O da həmin nömrəyə zəng vurmuş və Vuqarın pulları nə vaxt göndərəcəyini soruşduğunu sual vermişdir. Həmin şəxs isə pulların tezliklə gələcəyini bildirmişdir. Həmin gün də onun bank kartına gələn 500 manat pulu çıxarıb Vüqar üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə atası ona zəng vuraraq Vüqarın tanışının pul göndərəcəyini demiş, arxasınca Vüqar da zəng edərək 1000 manat pul göndəriləcəyini demiş, pulu nağdlaşdırıb yenə ərzaq, dediyi paltarlar almağını və müəssisəyə gətirməyini istəmişdir. O da Vüqarın dediyi kimi eləmiş, Vüqara göndərilən pullardan atasının xəbəri olmuş, əvvəl atası zəng edərək məlumat vermiş, sonra da Vüqar zəng edərək pulları xərcləməli olduğu ərzaq və paltarları sifariş etmişdir. Həmçinin Vüqarın göndərdiyi pullardan yerdə qalanlarını “Topaz” mərc oyununda Vüqarın bildirdiyi kimi, bildirdiyi məbləğdə və dediyi komandalara oynamışdır. Həmin oyunlarda heç bir uduş olmamışdır. O, Zərərçəkmiş şəxs şəxsən tanımır, heç yerdə görməmiş, Temurazı Vüqara pul göndərən, imkanlı tanışı kimi tanımışdır. Vüqarın Temurazı aldadaraq onun pullarını əldə etməsindən əvvəllər heç bir məlumatım olmamış, sonradan polis əməkdaşları onu axtardıqdan və Eldar adlı polis əməkdaşı izahatını aldıqdan sonra Vüqarın Temurazı qardaşını əfv fərmanına saldıracağı adı ilə aldatdığını bilmişdir. İş üzrə şahid olan Şahid2 da ibtidai istintaq zamanı Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid olan X3 ibtidai istintaq zamanı verdiyi, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsi bir həmyerlisi kimi tanıyır, atası ilə dovt olmuşdur. Atasının xahişi ilə Təqsirləndirilən şəxs onun istifadəsində olan 050 376 55 55 nömrəsinə zəng edrək lazım olan ərzaqların çatdırılmasını xahiş etmişdir. Vüqar 2021-ci ilin dekabr ayında ona zəng edərək Ağstafa rayonu Saloğlu qəsəbə icra nümayəndəsinin mobil nömrəsini öyrənməsini xahiş etsə də o, həmin rayonla heç bir əlaqəsi olmadığını bildirmişdir. Bir müddət sonra Vüqar ona zəng edərək yadında qalmayan bir nömrə ilə konfrans şəklində danışdırmasını xahiş etmiş və o, həmin nömrəyə zəng edərək Vüqarı danışdırmışdır. Vüqarın həmin şəxslə nə barədə daşışmasını bilməmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, "xxxx" MMC-nin Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən Ağstafa rayon filialında Zərərçəkmiş şəxs tərəfindən Şahid3 adına xx.xx.2021-ci il tarixdə saat 11:57-də 2020 manat, xx.xx.2021-ci il tarixdə saat 12:53-də 1111 manat, xx.xx.2021-ci il tarixdə saat 12:33-də 909 manat pul göndərilmişdir, bundan başqa, xx.xx.2021-ci il tarixdə saat 10:21-də Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən “eManat” ödəniş terminalı vasitəsi ilə Şahid3 adına olan 416974******9295 nömrəli bank kartına 500 manat, xx.xx.2022-ci il tarixdə saat 12:28-də "xxxx" ASC-nin Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən Ağstafa rayon filialı vasitəsi ilə Şahid3 adına olan 4****1372 nömrəli bank kartına 1000 manat pul göndərilmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən, bundan başqa, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun CM-nin 178.2.4-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.4, 310, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 67.1-ci maddələrinə əsasən qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 il 02 ay 25 günlük hissəsi ilə həmin 04 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilmiş, o, qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin 04 il müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, o, qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü 10 noyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.1-ci maddəsinin tələbinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hə hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu halda cinayətlərin residivi xüsusilə təhlükəli hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ardıcıllıqla ümumilikdə 3 dəfədən artıq həm ağır, həm də az ağır cinayətlər törətdiyi üçün hər dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq cəzasını çəkib qurtarmadan yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin xüsusi təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışmağa cəhd göstərməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Elgün Hüseynova təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı məhkum azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətlərdə də təqsirli olduğu müəyyən olunarsa ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Abşeron Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi üçün ona cinayətlərin məcmusu qaydasında cəza təyin olunmalıdır. Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəza, ona Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, ona qəti cəza təyin edilməli, o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadrə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, ona Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, o, qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-7/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-7/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver