Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-7/2025 06.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Gəncə şəhər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 1(125)-33/2024 saylı hökmü ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyul 2022-ci il tarixdə Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 4-cü kvartalda yaşayan Zərərçəkmiş şəxs pul çıxartmaqda kömək etmək bəhanəsi ilə həmin şəxsə məxsus, elektron məlumat daşıyıcısı hesab edilən, Beynəlxalq Bank tərəfindən verilmiş 6762-6111-0599-6747 nömrəli təqaüd kartını ünvan 1 ünvanda quraşdırılmış Beynəlxalq Banka məxsus 849 №-li ATM-dən (bankomatdan) çıxarkən götürüb özündə saxlayaraq Zərərçəkmiş şəxs əlində saxladığı, digər istintaqa məlum olmayan şəxsə məxsus bank kartını vermış, sonuncu verilən kartın özünə məxsus olduğunu güman edib kartı daxil edərək şifrəni burada olan elektron bank sisteminə yazmış, Zərərçəkmiş şəxs şifrənin səhv olduğunu öyrənib onun məsləhəti ilə banka müraciət etmək məqsədilə oradan getməsinə əmin olduqdan sonra sonuncuya məxsus 6762-6111-0599-6747 nömrəli təqaüd kartını qanunsuz olaraq saat 11:52 dəqiqədə həmin bankomata daxil edib kart sahibinin apardığı əməliyat zamanı görüb yadında saxladığı şifrəni ATM-in elektron sisteminə yazaraq Zərərçəkmiş şəxs məxsus hesabında olan 310 manat pulunu nağdlaşdıraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər məhkum olunmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs kartından 310 manat pulu özü çıxarıb oğurlamışdır. Belə ki, maddi vəziyyəti çətin olduğuna görə vətəndaşların pensiya pulu hesablarına köçdükdən sonra müxtəlif rayonlara gedərək pul terminallarının qarşısında gözləmişdir və terminaldan pulu çıxara bilməyən şəxslərə yaxınlaşıb kömək edəcəyini deyərək həmin şəxslərin plastik kartlarını alıb özündə olan digər plastik kartlarla diyişərək həmin şəxslər getdikdən sonra həmin kartları bankomata daxil edib öyrəndiyi məxfi kodu yazaraq hesabda olan pulları çıxarıb öz ehtiyaclarım üçün xərcləyirmiş. 2022-ci ilin iyul ayının 26-da saat 12 radələrində bu məqsədlə o, Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən, avtobus vağzalının yanında olan “Dərya” marketin qarşısında quraşdırılmış pul terminallarının yanında olmuşdur. Bu vaxt bir nəfər, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi qadın həmin marketin qarşısında quraşdırılmış “Azərbaycan Beynəlxalq banka” aid bankomata yaxınlaşmışdır. O həmin qadının, yəni Rənanın pul çıxarmaq istədiyini bilib dərhal ona yaxınlaşmışdır. Rəna kartını çıxarıb bankomata daxil etmiş və şifrəni, yəni dördrəqəmli kodu yığmışdır. Ancaq o tələsdiyindən kodu yanlış yığdığına görə terminalda kodun səhv yığıldığı yazılmışdır. Həmin vaxt Rənanın plastik kartı bankomatdan çıxarkən cəld onun həmin kartını götürüb əlində saxladığı, içində pul olmayan Azərbaycan Beynəlxalq bankına aid digər kartla dəyişmişdir. Rəna kartı götürdüyünə görə ona etiraz edəndə pul çıxarmaqda kömək etmək istədiyini bildirmişdir. Rəna da onun bu sözündən sakitləşmişdir və o artıq dəyişdiyi kartı ona vermişdir. Rəna verilən kartı yenidən bankomata daxil etmiş və məxfi kodunu yığarkən o yığılan kodu yadında saxlamışdır. Verdiyi kartın kodu düzgün yığılmadığına görə terminalın ekranında kodun səhv olduğu yazılmışdır. O həmin vaxt Rənaya banka müraciət etməli olduğunu bildirmişdir. Rəna da oradan getmişdir. Onun getdiyini görüb Rənanın kartını həmin bankomata daxil edərək məxfi kodu yığmışdır və hesabda olan 310 manat pulu çıxarıb oradan getmişdir. Həmin pulu sonradan öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatdadır. Hal-hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Ayda 260 manat təqaüd pulu alır. Həmçinin 3 aydan bir 50 manat da təqaüd puluna əlavə kimi verirlər. Təqaüd pulunu «Beynəlxal Bank» tərəfindən verilmiş kart vasitəsi ilə alır. Hər ay 260 manat, 3 aydan bir isə 50 manat karta pul köçür. Kartın şifrəsinin özü təvəllüdü ilə eyni rəqəm qoymuşdur. Təqaüd pulları köçən kimi gedib kartının balansında olan pulu bankomatdan çıxarıb alırmış. Qızı X1 rayonu Vurğun qəsəbəsində yaşayır. O, da hərdən Ağstafa rayonuna qızının yanına gəlir. xx.xx.2022-ci il tarixdə o yenə Ağstafa rayonuna qızı Rəqsanənin yanına gəlmişdir. Təqaud pulu xx.xx.2022-ci il tarixdə köçmüşdür. Həmçinin əlavə 50 manat də köçmüşdür. Kartının balansında 310 manat pul olmuşdur. xx.xx.2022-ci il tarixdə o təqaüd kartının balansında olan 310 manat pulu çıxarmaq üçün Ağstafa şəhəri H.Əliyev prospektində «Dərya» marketin qarşısında yerləşən bankomata yaxınlaşmışdır. O kartını bankomata daxil edib şifrəni yazmışdır, lakin 1958 yazmaq əvəzinə, şifrənin son rəqəmini səhv yazdığı üçün kartı bankomatdan geri qayıtmışdır. Kart geri qayıdan kimi başının üzərində durmuş bir nəfər əvvəllər tanımadığı, 40-45 yaşlarında kişi tez kartı götürmüşdür. O nə səbəbə ona məxsus kartı götürdüyünü deyib iradını bildirmişdir. Bu zaman həmin şəxs ona kömək etmək məqsədi ilə kartı götürdüyünü demiş və əlində olan kartı ona vermişdir. O kartı bankomata yenidən daxil edib 1958 şifrəsini yazmışdır. Lakin monitorda şifrənin səhv olduğu yazılmışdır. Başının üzərində duran həmin şəxs isə ona yaranmış problemlə əlaqədar banka müraciət etməyini bildirmişdir. Bundan sonra o kartını bankomatdan çıxarıb oradan uzaqlaşmışdır. O «Beynəlxalq bank»ın Ağstafa rayon filialına müraciət edib bu barədə məlumat vermişdir. Bank işçisi ondan ad və soyadını soruşduqdan sonra məlum olmuşdur ki, həmin kart ona məxsus deyil. Kart adı və soyadını hazırda xatırlamadığı başqa bir qadına məxsus olmuşdur. Bankdan həmin qadına zəng edib dəvət etmişlər. Həmin qadın da baxanda görmüşdür ki, onda olan kart da başqa bir nəfər kişiyə məxsus kartdır. Onun öz kartının balansına baxıb yoxladıqda məlum olmuşdur ki, kartının balansında olan 310 manat pul çıxarılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən «Dərya» marketin qarşısında olan bankomatda kartından pul çıxarmaq istəyərkən başının üzərində dayanmış həmin şəxs onun təqaüd kartını bankomatdan götürdükdən sonra, başqa bir qadına məxsus kartla dəyişdirmiş və həmin kartı ona vermişdir. O bankomatdan uzaqlaşdıqdan sonra isə həmin şəxs onun kartını bankomata daxil edib 310 manat pulunu kartdan çıxarıb oğurlamışdır. Bundan sonra o, AR DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra bu barədə ərizə ilə Ağstafa RPŞ-nə müraciət etmişdir. Bildirmişdir ki, kartını başqa bir kartla dəyişdirərək 300 manat pulunu kartının balansından çıxarıb oğurlayan şəxs təxminən 40-45 yaşlarında, orta boylu, seyrək saçlı (başının alın tərəfi keçəl) kişi olmuşdur. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə Zərərçəkmiş şəxs tanınma üçün təqdim edilmiş və Zərərçəkmiş şəxs digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 26 iyul 2022-ci il tarixdə saat 12 radələrində kartından 310 manat pulunu gizlin yolla ələ keçirən şəxs olduğunu bildirmişdir. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə "xxxx" ASC-dən daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər kişi əməliyyat edərək 26 iyul 2022-ci il tarixdə saat 11:52:46-da Zərərçəkmiş şəxs məxsus təqaüd kartından 310 manat pulu çıxararaq götürüb əldə edir. Təqsirləndirilən şəxs diskə baxış zamanı pulu çıxaran şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM- nin 178.2.2-ci maddəsi təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu tarixli ilə hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinib 04 il, 11 ay, 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM- nin 178.2.2-ci maddəsi təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 178.2.2, 177.2.3-1,67.1-ci maddələri ilə təqsirli bilinib 02 il, 09 ay, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərar ilə 05 ay 24 gün müddətinə vaxtından əvvəl azad edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-497/2023 saylı xx.xx.2023cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(125)-179/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5 və 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)- 33/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(125)-179/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən onun 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi ilə əlaqədar 03 dekabr 2022-ci il tarixdən həbsdədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ondan heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər dəfələrlə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs dəfərlərlə eyni xarekterli cinayət əməlini törətmişdir. Onun yenidən eyni cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-33/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş, 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimununun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2023-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022- ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Gəncə şəhər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 1(125)-33/2024 saylı hökmü ilə ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun başqa cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət təyin ediləcək qəti cəzadan çıxılmalı, onun cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablanmalı, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını həmin hökmlə müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı və başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 1(125)-33/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın və başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-7/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-7/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver