Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-70/2025 15.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiqliklə məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,417 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və 11 avqust 2025-ci il tarixdə saat 19:45-də Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, Hüseyn Arif küçəsi ərazisində yerləşən Ağstafa şəhər stadionunun yaxınlığında saxlanılaraq, həmin tarixdə saat 19:45-dən 19:55-dək olan vaxt ərzində saxlandığı yerdə video çəkiliş ilə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ tərəfdə yerləşən kiçik cibindən 01 ədəd bükümün içərisindən 0,417 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa dəqiqliklə məlum olmayan vaxt və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və 15 sentyabr 2025-ci il tarixdə saat 15:34-də Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu, Xılxına kəndi ərazisində, Xılxına meşəsinin yaxınlığında saxlanılaraq, həmin tarixdə saat 15:34-dən 15:49-dək olan vaxt ərzində saxlandığı yerdə video çəkiliş ilə üzərinə baxış keçirilən zaman sağ əlində olan 01 ədəd qəhvəyi rəngli sellofan içərisindən 445 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. 11 avqust 2025-ci il tarixdə onun üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan heroini həmin gün saat 17 radələrində Ağstafa rayon stadionunun yaxınlığında qızılı rəng falqada bükülü vəziyyətdə tapmış, bükülünü açıb içinə baxdıqda onun “kakos” olduğunu görmüş və şəxsi istifadəsi üçün götürərək şalvarının sağ yan cibinə qoymuş, stadionda futbola baxıb yemək yemək üçün evə qayıdarkən saat 19:45-də stadionun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, maşından dörd nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını və üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşdurlar. Bir nəfər polis əməkdaşı isə fasiləsiz çəkiliş aparmışdır. Polis əməkdaşları üzərinə baxış keçirərkən göy rəngli cins şalvarının sağ yan cibindən qızılı rəngli bükülüdə heroini aşkar edərək qablaşdırmış, bundan sonra polis əməkdaşları onu Ağstafa RPŞ-yə gətirmişdirlər. Şöbənin Təhqiqat bölməsində ona dövlət büdcəsi hesabına Müdafiəçi təyin olunmuş və yenidən üzərinə axtarış keçirilmiş və iş üçün əhəmiyyətli heçnə aşkar edilməmişdir. Heroini tutulduğu gün Ağstafa şəhəri, Hüseyn Arif küçəsində yerləşən Ağstafa şəhər stadionunun yaxınlığından tapmış və şəxsi istifadəsi üçün onu götürüb saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Həmçinin tapdığı narkotik maddə olan heroini öz şəxsi istifadəsi üçün götürmüş, lakin istifadə etməmiş, həmin narkotik maddənin bir hissəsini heç kimə satmamış və heç kimə həmin narkotik maddədən verməmişdir. Bundan başqa bildirmişdir ki, tutulduğu gündən, yəni 15 sentyabr 2025-ci il tarixdən təxminən 4-5 gün əvvəl Ağstafa rayonu, Xılxına kəndi ərazisində yerləşən meşəlik ərazinin yaxınlığında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini yığmış və kolların arasına quruması üçün qoymuş, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Ağstafa rayon Xılxına kəndi ərazisində Xılxına meşəsində yığaraq qurutduğu narkotik tərkibli çətənə bitkilərini orada tapdığı sellofan torbaya yığıb evə qayıdan zaman Xılxına meşəsinin yaxınlığında yolun kənarı ilə piyada hərəkət etmiş, saat 15:30 radələrində polis əməkdaşları tərəfindən yolun kənarında saxlanılmış, maşından dörd nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını və üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuş, bir nəfər polis əməkdaşı isə fasiləsiz video çəkiliş aparmış, polis əməkdaşları onun üzərinə baxış keçirərkən sağ əlində tutduğu qəhvəyi rəngli sellofan torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuananı aşkar edərək qablaşdırmış, bundan sonra polis əməkdaşları onu Ağstafa RPŞ-yə gətirmiş, şöbənin Təhqiqat bölməsində ona dövlət büdcəsi hesabına müdafiəçi X4 təyin olunmuş və yenidən üzərinə axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Əməlindən peşmandır. Hazırda narkotik vasitələrdən istifadə etmir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 11 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə ona məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Ağstafa rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə Ağstafa RPŞnin CAB-nin rəisi polis polkovnik-leytenantı X1 rəhbərliyi ilə ondan, Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisi, polis mayoru Şahid2, CAB-nin AÜ əməliyyat müvəkkili, polis mayoru Şahid3 və CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 19 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Ağstafa şəhəri, Hüseyn Arif küçəsi ərazisində yerləşən Ağstafa şəhər stadionunun yaxınlığında tək piyada olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmaqla ona psixotrop maddə saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmiş, həmin vaxt Ağstafa RPŞ-nin Köçvəlli PB-nin rəisi, polis mayoru Şahid2 tərəfindən fasiləsiz videoçəkiliş aparılmış, üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağda olan kiçik yan cibindən bir ədəd siqaret folqası bükümündə olan ilkin baxışda heroinə bənzər kütləni təqdim etmiş, həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan heroinə oxşamasını görmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlənin “kakos” olduğunu və onu tutulduğu gün, yəni 11 avqust 2025-ci il tarixdə Ağstafa şəhər stadionunun yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin kütlə onun tərəfindən bükülü ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,57 qram olması müəyyən edilmiş, daha sonra həmin bükülünün içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 88 saylı möhürü ilə möhürlənmiş, bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdən başqa üzərindən qanunla qadağan edilmiş başqa hər hansı maddə və predmet olmadığı soruşulmuş və üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamış, üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Ağstafa rayon polis şöbəsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Ağstafa RPŞ-nin rəisinə raportla məruzə edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Fərid Əliyev tərəfindən ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Fərid Əliyevə təqdim etmiş, Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Fərid Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 ifadələrindən görünür ki, onlar da digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 15 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə ona məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Ağstafa rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra Ağstafa RPŞ-nin CAB-nin rəisi, polis polkovnik-leytenatı X2 rəhbərliyi altında ondan, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid6 və KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid7 ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə, saat 15 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Ağstafa rayonu, Xılxına kəndinin ərazisində Xılxına meşəsinin yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla Təqsirləndirilən şəxs narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmiş, həmin vaxt KTQ-nun baş inspektor-kriminalisti Şahid7 tərəfindən fasiləsiz videoçəkiliş aparılmış, üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs sağ əlində olan tündalbalı rəngli polietilen torbada olan ilkin baxışda marixuanaya bənzər, qurudulmuş kütləni təqdim etmiş, həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan marixuanaya oxşamasını görmüş, Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu və həmin “nəşə”ni Xılxına meşəsinin yaxınlığından axan çayın çimərlik ərazisinin kənarından, yabanı halda bitmiş narkotik xassəli çətənə bitkisinin kollarının yarpaqlarından topladığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin kütlə onun tərəfindən polietilen torba ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 475 qram olması müəyyən edilmiş, daha sonra həmin polietilen torba qablaşdırılmış və DİN-in zərflər üçün olan 88 saylı möhürü ilə möhürlənmiş, bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlədən başqa üzərində qanunla daşınması qadağan edilmiş başqa hər hansı maddə, predmet olmadığını bildirdikdən sonra onun tərəfindən üstü yoxlanılarkən üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmiş, üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Ağstafa rayon polis şöbəsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Ağstafa RPŞ-nin rəisinə raportla məruzə edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd polietilen torba Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Azər Əliyev tərəfindən ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Azər Əliyev təqdim etmiş, Ağstafa RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Azər Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid6 və Şahid7 ifadələrindən görünür ki, onlar da digər Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 0,57 qram olan ilkin görünüşdən narkotik vasitə olan “heroinə”ə bənzər kütlə onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən (kiçik cibindən) aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə-heroinə bənzər maddəni o, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə tutulduğu yerin yaxınlığından tapdığını bildirmişdir. Baxış və götürmə hərəkəti videoçəkilişlə aparılmış və “DVD” diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 475 qram olan ilkin görünüşdən narkotik vasitə olan “marixuana”ya bənzər kütlə onun sağ əlində olan tünd-albalı rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə-qurudulmuş marixuanaya bənzər maddəni o, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə Xılxına kəndi ərazisində Xılxına meşəsinin yaxımlığında axan çayın çimərlik ərazisinin kənarından, yabanı halda bitmiş narkotik xassəli çətənə bitkisinin kollarının yarpaqlarından toplayaraq əldə etdiyini bildirmişdir. Baxış və götürmə hərəkəti videoçəkilişlə aparılmış və “DVD” diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/613 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə”. Yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,417 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. (0,417 qram heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,367 qram çəkidə heroin qalmışdır). İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 16/789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan sellofan paketdəki, təmiz çəkisi 445 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (445 qram qurudulmuş marixuanadan 0,1 qram ekspertiza tədqiqatına sərf edilmiş, 444,9 qram çəkidə qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2025-ci il tarixli, 1325 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X9 daxil olmuş 18 avqust 2025-ci il tarixli, 18-1-24/2-553/2025 saylı məktubdan görünür ki, Budaqov X7 RMX PHŞ-nin narkoloji və psixiatr kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Budaqov X7 Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət ona təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq o, qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş, o, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində hər epizod üzrə 02 gün olmaqla ümumilikdə 04 gün şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə istintaq müddətinin sonunadək, yəni 12 noyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Daha sonra Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun barəsində 15 gün müddətinə, yəni, 27 noyabr 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, hal-hazırki tarixədək ev dustaqlığındadır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli hökmü ilə az ağır cinayət törətməkdə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, cəzasının başa çatdığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi cinayəti etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını və təkrar qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu 04 gün müddət təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,367 qram çəkidə narkotik vasitə olan heroin və 444,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 99,50 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,367 qram çəkidə narkotik vasitə olan heroin və 444,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-70/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-70/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver