Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-71/2023 24.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Ağstafa rayonunun Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirtmək məqsədi ilə yaşadığı Ağstafa rayonu Poylu qəsəbəsində yerləşən “Kür” marketin qarşısında, qonşusu Zərərçəkmiş şəxs mülkiyyətində olan və onun müvəqqəti olaraq saxlayıb getdiyi VAZ-2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarının üstündə olmasını görüb avtomobilin pəncərə şüşəsini sındıraraq qapısını açıb, sükan arxasına əyləşib mühərriki işə salıb, istifadə etməyə icazəsi və hüququ olmadan, yol hərəkəti qaydalarını təhlükə altına almaqla avtomobili qanunsuz olaraq idarə edib təxminən 1000 metr aralıda yerləşən avtobus dayanacağının beton dirəyinə vuraraq qəsdən talama məqsədi olmadan qanunsuz olaraq özgənin avtomobilini ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Poylu kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Vüqar onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində evdə nahar edən vaxt bir qədər spirtli içki qəbul etmiş, daha sonra axşam saatlarında yenidən spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş, bir qədər evdə istirahət etdikdən sonra, həmin gün, saat 21 radələrində yuxudan oyanıb kənd ərazisinə çıxmış, həmin vaxt həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs məxsus VAZ-2106 markalı ağ rəngli **-BL-*** qeydiyyat nişanlı avtomobilin Kür Marketin qarşısında dayanmasını görmüş, əvvəlcə həmin avtomobilin qardaşının maşını olduğunu zənn etmiş, sonra yaxınlaşıb pəncərədən baxanda açarının üstündə avtomobilin qapısının bağlı olduğunu görmüş və həmin avtomobili idarə edərək evə getmək fikrinə düşmüşdür. Avtomobilin şüşəsini sındırıb qapısını açmış, avtomobili açarı ilə işə salıb kəndin içərisində sürmək istəyərkən avtomobili götürdüyü yerdən təxminən 1 kilometr aralıda idarəetməni itirərək dirəyə vurmuşdur. Nəticədə xəsarət aldığı üçün onu xəstaxanaya gətirmişlər. Sürücülük vəsiqəsi yoxdur. Törədiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzrxahlıq edir, lakin maddi imkanı olmadığından onun avtomoilinə dəyən ziyanı ödəyə bilmir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun özünə məxsus VAZ-2106 markalı ağ rəngli **-BL-*** qeydiyyat nişanlı avtomobili var, avtomobillə taksi işləyib ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində VAZ 2106 markalı avtomobili ilə müştəri düşürdüb qayıtdıqdan sonra yanacağı az olduğundan avtomobilini Poylu qəsəbəsində yerləşən “Kür” marketin qarşısında saxlayıb avtomobilin qapılarını bağlayıb, həmkəndlisi Camal adlı şəxsin avtomobilinə əyləşmiş və Qazax rayonuna yas mərasiminə getmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra yas mərasimində olarkən həmkəndlisi Sanço ləqəbli şəxs ona zəng edərək qonşusu Vüsalın avtomobilini mağazanın qarşısından qaçırıb avtomobil dayanacağına çırpdığını, nəticədə özünün xəsarət aldığını, hal-hazırda Ağstafa RMX-da reanimasiya şöbəsində olduğunu bildirmişdir. Bundan sonra Qazax rayonundan çıxıb xəstəxanaya getmiş, orada ona bir daha məlum olmuşdur ki, Vüsal onun avtomobilini icazəsi olmadan sürüb dayandığı yerdən avtomobili təxminən 1 kilometr idarə edǝrǝk dirǝyǝ vurmuşdur. Hal-hazırda Vüsal ona dəymiş maddi ziyanı ödəmədiyi üçün onunla barışmır, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa rayon təcili tibbi yardım şöbəsində növbətçi həkim işləyir. 10 aprel 2023-cü il tarixdə saat 21:04-də Təcili tibbi yardıma edilən çağırış əsasında Ağstafa rayonunun Poylu qəsəbəsinə getmişdir. Qəsəbədə VAZ-2106 markalı ağ rəngli **-BL-*** qeydiyyat nişanlı avtomobilin dayanacağın beton dirəyinə dəydiyini və yanına adamlar yığıldığını görmüşdür. “Kür” Marketin qarşısında sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobilin yanında yerdə oturmuşdur. Vüsal adlı şəxsə yardım edib xəstəxanaya gətirmişlər. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Poylu kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndliləridi. Onlarla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. İlkin yoxlama zamanı verdiyi izahatını təsdiq edir. Onun tanışları onu «Sanço» ləqəbi ilə çağırırlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı kənddə qohumunun toy məclisindən çıxıb evə gələrkən yolda görmüşdür ki, Vüqarın VAZ-2106 markalı ağ rəngli **-BL-*** qeydiyyat nişanlı avtomobili avtobusu dayanacağının dirəyinə dəymişdir. Nə olduğunu soruşanda bildirmişlər ki, Vüsal Vüqarın avtomobilini dirəyə vurmuş və özü də xəsarət almışdır. Vüqarın harada olduğunu soruşmuş, ona məlum olmuşdur ki, Vüsal həmin avtomobili Vüqardan icazəsi olmadan, özbaşına götürüb sürürmüş. O, Vüqarın mobil telefonuna zəng edib Vüsalın avtomobilini özbaşına sürərək yol nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Əvvəllər Vüsalın həmin avtomobili idarə etməsini görməmişdir. İş materiallarında olan MTE və PA birliyinin Ağstafa rayon şöbəsinin 16 iyun 2023cü il tarixli 259 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol dizin sıyrılmış yarası, dilin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin daş hasara dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətinin alkotester müayinəsi qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:23-də Təqsirləndirilən şəxs alkoqolun miqdarı 2,543 % olmuşdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ-2106 markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobil məhkəmə həllinədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən məlum olmuşdur ki, Əhmədov X2 Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-cı il tarixli 2744 saylı ƏFV sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, hazırda məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 177, 185.2.4, 186, 187 və 263-cü maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Vüsal Əhmədiva elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsdən üzrxahlıq eləməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 185.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 20:00dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 20:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş VAZ-2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, Zərərçəkmiş şəxs cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 20:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 20:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və ibtidai istintaq orqanı tərəfindən saxlanılması üçün zərərçəkmiş şəxs olan sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş VAZ-2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-71/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-71/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver